Microsoft Word Baburname doc


Zəhirəddin Məhəmməd BABUR



Yüklə 3,34 Mb.
Pdf görüntüsü
səhifə42/189
tarix15.03.2018
ölçüsü3,34 Mb.
#31659
1   ...   38   39   40   41   42   43   44   45   ...   189

Zəhirəddin Məhəmməd BABUR  

 

 



94

bəyə verilmişdi. Bəzi işlər və əngəllər üzündən o mənimlə birlikdə hərəkət 

edə bilməyərək Mərginanda qalsa da, oğlu Qoç bəy bir neçə qohumuyla bə-

rabər mənimlə gəldi. İsfəra yoluyla hərəkət edərək İsfəraya bağlı Maxan adlı 

bir kəndə  gəldik. Xoş bir təsadüf  əsəri olaraq adamlarıyla birlikdə Qasım 

bəy, Əli Dostla birlikdə bir çox igidi ilə Seyid Qasım [eşik-ağa] da əvvəlcə-

dən qərarlaşdırılmış kimi o gecə gəlib bizə qoşuldular. Oradan hərəkət edib 

Dəşti-Həsban üzərindən ötərək Çoban körpüsündən keçib Ura-Təpəyə  gəl-

dim. 

Qənbər Əli isə Tənbələ güvənərək öz vilayəti olan Xocənddən qalxıb 



hərbi məsələlər haqqında danışmaq üçün Axsiyə  gəlir. Gəlincə  də  Tənbəl 

onu dərhal bağladıb yanına alaraq (78 b) vilayətlərinin üstünə cumur. Türk-

cədə bir ata sözü vardır: «İnanma dostuna, saman təpər postuna» (dərinə). 

Yolda götürülərkən Qənbər Əli qaçıb piyada olaraq min bir zəhmətlə 

Ura-Təpəyə  gəldi. Biz Ura-Təpədə ikən  Şeybani xanın Dəbusi qalasında 

Baqi Tarxanı  məğlub edib Buxara üzərinə yürüdüyü xəbəri gəldi. Ura-Tə-

pədən hərəkət edib Bürkə yaylağı yoluyla Səngzara gəldik. Səngzar valisi 

kurqanı təslim etdi. Qənbər Əli hər şeyini itirərək gəldiyi üçün onu Səngzar-

da qoyub getdik. 

Xan yurduna gəlib düşərgə salanda başlarında Məhəmməd Məzid Tar-

xan olmaqla Səmərqənd bəyləri gəlib sədaqətlərini bildirdilər. Səmərqəndin 

zəbti məsələsini onlarla müzakirə etdik. Onlar da «[Xoca Übeydullahın 

oğlu] Xoca Yəhya padşaha candan bağlıdır, əgər Xocanı öz tərəfimizə çək-

sək, Səmərqəndi savaşmadan və asanlıqla zəbt etmək mümkündür» dedilər. 

Bunun üçün bir neçə dəfə Xoca Yəhyaya adamlar göndərərək danışıq aparıl-

dı. Xoca Yəhya bizə qəti söz verməməklə birlikdə məyus edəcək söz də söy-

ləmədi. 

Xan yurdundan qalxıb Dərğəm sahilinə  gəldik. Dərğəm sahilindən 

Xoca Məhəmməd Əli Kitabdar Xoca Yəhyanın yanına göndərildi (79 a) və 

«Gəlsinlər, şəhəri təslim edərik» xəbərini gətirdi. Biz də axşama doğru Dər-

ğəmdən qalxıb şəhərə doğru hərəkət etdik. 

Amma Sultan Məhəmməd Duldayın atası Sultan Mahmud Dulday ora-

dan qaçaraq getmiş və Səmərqənddə olanları bu ittifaqdan agah etmişdi. Xə-

bər aldıqları üçün nəzərdə tutduğumuz plan baş tutmadı  və qayıdıb təkrar 

Dərğəm sahilinə gəldik. 

İbrahim Saru Mınqlı inayət etdiyim bəylərimdən idi, Əli Dost [Tağa-

yi] onu yaxaladıb sürmüşdü. Mən Yar-yaylağa gəldiyim zaman Yusif bəyin 

[Seyid Yusif Oğlaqçı] böyük oğlu Məhəmməd Yusif ilə birlikdə gəlib səda-

qətini bildirdi. Əli Dost sadiq bəylərimizin və içkilərimizin bir uismini özü-

nə müxalif olduqları üçün sürdürmüş, mallarını yağmalatmış, bəzilərini də 

yaxalatmışdı. Bunlar da birər-birər gəlib toplandılar. 

Əli Dostun mövqeyi sarsılmışdı, çünki Tənbələ qüvənərək mənə  və 




BABURNAMƏ 

 

95



mənim tərəfdarlarıma cəfa və əziyyət edirdi. Mən də bu alçaq adamdan heç 

xoşlanmırdım. Utandığından və qorxusundan yanımda qala bilməyərək get-

mək üçün izin istədi. Mən də bunu minnət bilərək izin verdim. Əli Dost və 

[oğlu] Məhəmməd Dost bu (79 b) izni alan kimi Tənbəlin yanına getdilər. 

Tənbəlin yaxınlarından olan bu ata ilə oğuldan bir çox düşmənlik və 

pisliklər meydana gəldi. Bir-iki il sonra Əli Dostun əlində çiban çıxaraq və-

fat etdi. Məhəmməd Dost isə özbəklərə qoşuldu. Vəziyyəti ümumən pis de-

yildi, lakin oradan da nankorluq edib qaçaraq Əndican dağının  ətəklərinə 

getdi, düşmənlik və fitnə  çıxardı. Axırda özbəklərin  əlinə düşdü, onlar da 

bunun gözlərini kor etdilər. Gözlərini «duz tutdu»

1

 ifadəsinin belə bir məna-



sı varmış. 

Bunların getmələrinə izin verdikdən sonra Guri Barlas da bir neçə 

igidlə birlikdə xəbər bilmək üçün Buxara tərəflərinə göndərilmişdi. Şeybani 

xanın Buxaranı zəbt edib Səmərqənd üzərinə doğru yürüdüyü xəbəri gəldi. 

O civarda olmağı uyğun görməyərək Keş tərəfinə getdik. Səmərqənd bəylə-

rinin bir çoxunun köçləri Keşdə idi.  



 

SƏMƏRQƏNDİN ŞEYBANİ XANA TƏSLİM EDİLMƏSİ 

 

Keşə gəlib bir-iki həftə keçirdikdən sonra Sultan Əli Mirzənin  Səmər-



qəndi Şeybani xana təslim etdiyi xəbərini aldıq. Təfsilatı budur: Sultan Əli 

Mirzənin  anası Zöhrə Bikə ağa cahilliyi və axmaqlığı üzündən Şeybani xa-

na gizlicə bir adam göndərərək bu xəbəri çatdırır: «Əgər Şeybani xan (80 a) 

mənimlə evlənəcək olsa, oğlu Səmərqəndi Şeybani xana təslim edəcək; la-

kin Şeybani xan da şəhəri aldıqdan sonra atasının vilayətini təkrar Sultan Əli 

Mirzəyə verəcək». 

Əbu Yusif Arğun bundan xəbərdar imiş. Bəlkə ona bu fikri verən elə o 

xainin özü olmuşdur. 

 

 

 



 

 

 



 

 

 



 

 

FƏRQANƏ - 906 (28 İYUL 1500 - 17 İYUL 1501) 



                                                           

1

 Gözlərini duz-çörək tutdu deməkdir.  




Zəhirəddin Məhəmməd BABUR  

 

 



96

 

DOQQUZ YÜZ ALTINCI İLİN HADİSƏLƏRİ 



 

Şeybani xan bu qadının vədi üzrə  gəlib Baği-Meydana endi. Sultan 

Əli Mirzə də bəylərindən və igidlərindən heç kimə xəbər vermədən və heç 

kimlə məsləhətləşmədən yaxınlarından bir neçə kiçık zatla birlikdə günorta 

vaxtı Çarrah qapısından çıxıb Baği-Meydana  Şeybani xanın yanına getdi. 

Şeybani xan onu elə də yaxşı qarşılamadı. Görüşdükdən sonra da özündən 

aşağı bir tərəfə oturtdu. 

Xoca Yəhya Mirzənin şəhərdən çıxdığını duyunca üzüldü. Lakin heç 

bir çarə tapa bilmədiyi için o da çıxdı. Şeybani xan onu yerindən qalxmadan 

qarşılayıb bir neçə tənəli söz söylədi. Axırda Xoca Yəhya getmək üçün ye-

rindən qalxanda Şeybani xan da sayğı göstərərək yerindən qalxdı. 

Xoca Əli bayın oğlu Can Əli Ribati-Xocada olurdu. Mirzənin çıxdığı-

nı xəbər alınca o da Şeybani xanın hüzuruna gəldi. 

Bu uğursuz qadının ağlı qıt olduğu üçün ərə getmək arzusu üzündən 

oğlunun xanimanını (80 b) bərbad elədi. Şeybani xan ona zərrə qədər əhə-

miyyət vermədi və cariyəsi qədər belə saymadı. 

Sultan  Əli Mirzə tutduğu işə  və  şəhərdən çıxmağına çox peşman ol-

muşdu. Bəzi yaxınları  vəziyyəti başa düşərək Mirzəni qaçırmaq istədilər. 

Lakin Sultan Əli Mirzə buna razı olmadı. Əcəli gəldiyi üçün qurtula bilmədi. 

O, [Şeybani xanın oğlu] Teymur Sultanla birlikdə qalırdı. Dörd-beş gün 

sonra Külbə çayırında onu öldürdülər. Bu beş günlük fani həyat üçün pis ad-

la getdi. Qadın sözünə aldanıb özünü yaxşı ad sahibləri cərgəsindən çıxardı. 

Belə bir adamın  əhvalatını bundan artıq yazmaq və belə alçaq hərəkətləri 

bundan artıq eşitmək doğru deyildir. 

[Şeybani xan] Sultan Əli Mirzəni öldürdükdən sonra Can Əlini də öl-

dürüb Mirzəsının yanına göndərdi. Xoca Yəhyaya etimad etmədiyi üçün də 

ona iki oğlu Xoca Məhəmməd Zəkəriyyə və Xoca Baqi ilə birlikdə Xorasan 

tərəfinə getməsinə izin verdi. Sonra da arxalarından bir neçə özbək gedib 

Xoca-Kardzən civarında Xoca həzrətlərini iki igid oğluyla birlikdə  şəhid 

etdilər. Şeybani xan Xocanın öldürülməsi işində (8l a) əli olmadığını, qatıl-

lərin Qənbər Bi ilə Köpək Bi olduğunu söyləmişdir. Əgər belədirsə, daha da 

pis. Bir atalar sözü vardır: «üzrü qəbahətindən böyük». Əgər bəylər belə 

işləri xanlarının və padşahlarının xəbəri olmadan özləri etməyə başlayırlarsa, 

daha xanlığın və padşahlığın nə etibarı var? 

Özbəklər Səmərqəndi aldıqdan sonra biz də Keşdən Hisara doğru get-

dik. Məhəmməd Məzid Tarxan başda olmaqla Səmərqənd bəyləri öz köç və 

ailələri ilə birlikdə bizimlə hərəkət etdilər. Çağanyanın Çəltu çayırında da-

yananda Məhəmməd Məzid Tarxanın başçılıq etdiyi Səmərqənd bəyləri biz-

dən ayrılaraq gedib Xosrov şahın xidmətinə girdilər. 



Yüklə 3,34 Mb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   189




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə