Microsoft Word Baburname doc



Yüklə 3,34 Mb.
Pdf görüntüsü
səhifə40/189
tarix15.03.2018
ölçüsü3,34 Mb.
#31659
1   ...   36   37   38   39   40   41   42   43   ...   189

BABURNAMƏ 

 

89



muşdu- Özgənddən hərəkət edib iki su arasına gəldi. Bu əsnada Kasandan 

gələn xəbərlərə görə, xanın Tənbələ kömək üçün Əhməd bəylə birlikdə Sul-

tanım deyə bilinən oğlu Sultan Məhəmməd Xanikəni göndərdiyi və onlara 

beş-altı min əsgər verdiyi anlaşıldı. Bunlar Arça-Kənd yoluyla gələrək Ka-

sanı mühasirə etmişdilər. 

Biz də uzaqdakı adamlarımızı gözləmədən mövcud adamlarımızla və 

qışın şiddətli soyuğunda Allaha təvəkkül edərək Əndicandan (72 b) qalxdıq 

və Bənd-Salar yoluyla dərhal Sultanım ilə Əhməd bəyin üzərinə hərəkət et-

dik: Gecə boyunca heç bir yerdə durmadan yürüyərək sabah tezdən Axsiyə 

endik. O axşam elə şiddətli soyuq vardı ki, bəzi adamların əl-ayağı dondu, 

bir çoxlarının da qulaqları alma kimi qabarmışdı. Axsidə  də durmadıq və 

Qasım Əcəbin yerinə müvəqqəti olaraq Yarək Tağayini qoyub Kasan üzəri-

nə yürüdük. Kasana bir şəri məsafə qalanda Əhməd bəyin gəlişimizi xəbər 

alaraq Sultanım ilə birlikdə nizamsız şəkildə dərhal geri qayıtdığı barədə xə-

bər gəldi. 

Bu zaman Tənbəl bizim hərəkət etdiyimizi eşitmiş  və qardaşına yar-

dım üçün sürətlə gəlirmiş. Axşama doğru Tənbəlin qaraltısı Nevkənd tərəf-

dən göründü. Qardaşının belə asanca getməsinə və bizim də bu qədər çabuq 

gəlməmizə şaşırıb qaldı. 

Biz «Bunu Allah belə rast gətirdi. Atları çox rulmuşdur.  İndi üstünə 

yürüsək və Allah rast gətirsə, heç biri qurtulmaz» dedik. Amma Veys Lağari 

və  bəziləri «Artıq çox gecdir. Bugün olmasa belə sabah (73 a) haraya ge-

dərlər ki. Sabah tezdən harada olsa taparıq» dedilər və hücum etməyi uyğun 

görmədilər. Beləcə, qapıya qədər gələn düşmən heç bir zərərə  uğramadan 

qurtuldu. «Qapıdakını qapmasan, qarıyıncaya qədər qayğırarsan (peşman 

olarsan)» deyə bir atasözü vardır. 

Karha ra bavəqti bayəd cust, 

Kari bevəqt süst başəd, süst!

1

 

İşləri vaxtında görmək lazımdır, 



Vaxtsız görülən iş süst olar,süst. 

Düşmən də bu fürsəti qənimət bilib gecə heç bir yerdə dayanmadan 

çəkilib sabaha qədər Ərxiyan kurqanına girmişdi. Ertəsi gün onların üstünə 

yürüdük, amma tapa bilmədik, arxalarından gedib Ərxiyan kurqanını yaxın-

dan mühasirəyə almağı da uyğun görmədik. Gəlib bir şəri məsafədəki Qəz-

nə-Nəmənqana endik. Beləcə, otuz-qırx gün biz o yurdda, Tənbəl isə Ərxi-

yan kurqanında qaldı. 

Əsgərlər kiçık birliklər halında oraya gedib və ya oradan gəlib ara yol-

da ox atışaraq geri dönürdülər. Bir dəfə düşmən gecə basqını təşkil elədi və 

ordugahın dışından bir az ox atıb geri qayıtdı. Ordugah ətrafında xəndək qa-

zıb ağac maneələr qoymaq surətilə ehtiyat tədbirləri alınmışdı. Heç nə edə 

                                                           

1

 Sədi Şirazidən. 




Zəhirəddin Məhəmməd BABUR  

 

 



90

bilmədilər. 

Biz bu yurdda ikən Qənbər Əli iki-üç dəfə (73 b) inciyərək vilayətinə 

getmək istədi. Hətta bir dəfə özbaşına hərəkətə keçib yola belə çıxmışdı. Bə-

zi bəyləri göndərərək çətinliklə geri qaytardıq. 

Bu əsnada Seyid Yusif Məcəmi Sultan Əhməd Tənbələ adam göndə-

rib onun tərəfinə keçdi. Əndicanın dağ ətəklərində Uyğur və Məcəm deyilən 

iki dağ ətəyi vardır. Seyid Yusif Məcəmi bunların rəislərindən idi. Sonralar 

qapımda tanıman

1

 olmuşdu. İşi rəislikdən keçmişdi, bəylik iddiasındaydı, la-



kin heç kim onu bəy eləmirdi. Çox münafiq və səbatsız bir hərif idi. Əndi-

canı alandan bu tarixə  qədər iki- üç dəfə  mənə qatılaraq Tənbələ düşmən 

olduğu kimi, iki-üç dəfə də Tənbəllə birləşərək mənə düşmən olmuşdu. Son 

düşmənliyi də bu idi. Yanında xeyli el, ulus və aymaq vardı. Tənbələ qoşul-

masın deyə yolda yaxalamaq üçün hərəkətə keçdik. 

Ertəsi gün Bişxaran civarına gəldik. Lakin Bişxaran kurqanına Tən-

bəlin adamları girmişmiş. Bizim axınçı (ilqar) bəyləri  Əli Dərviş  bəy ilə 

böyük və kiçık qardaşlarıyla birlikdə Qoç bəy Bişxaran qapısında onlarla 

yaxşı döyüşdülər. Bunlar arasında böyük və kiçık qardaşları ilə birlikdə Qoç 

bəy  (74 a) xüsusilə yaxşı döyüşdü; bir çox önəmli işi onlar gördü. Bişxa-

ranın bir şəri məsafəsində yüksək bir yerə endik. Tənbəl də yanına Cahan-

giri alaraq Bişxaran kurqanının arxasına endi. 

Üç-dörd gün sonra bizə müxalif bəylər -Əli Dost, Qənbər Əli Sallax 

ilə onlara tabe və birlikdə olanlar- sülh barədə danışmağa başladılar. Mənim, 

nə də mənə candan bağlı adamların bu sülh haqqında nə bilgiləri, nə də xə-

bərləri vardı və biz buna heç razı deyildik. Amma bu iki hərif bizim iki bö-

yük bəyimiz olduğu üçün bunların sözünə qulaq asmayaraq sülh bağlamaya-

cağımız təqdirdə onlardan nə desən gözləmək mümkündü. 

Məcburən belə bir sülh bağlandı: Xocənd çayının Axsi tərəfindəki vi-

layətlər Cahangirə, Əndican tərəfindəki vilayətlərsə mənə aid olacaq, köçlə-

rini götürdükdən sonra Ozgəndi bizim divana təhvil verəcəklər. Vilayətlər 

haqqında uzlaşılıb mənimlə Cahangir Mirzə arasında ittifaq bağlandıqdan 

sonra birlikdə Səmərqənd üzərinə yürüyəcəyik və Səmərqənd taxtı əldə edi-

lincə, Əndican Cahangir Mirzəyə (74 b) veriləcəkdi. Bunlara qərar verildi. 

Cahangir ilə Tənbəl ertəsi sabah rəcəb ayının [=1500 fevral] sonlarında gə-

lib mənə bağlılıqlarını bildirdilər. Bu qərar üzərinə əhd və şərtlər bağlandı. 

Cahangir Mirzənin Axsi tərəfinə getməsinə izin verərək mən də  Əndicana 

qayıtdım. 

Əndicana gəldikdən sonra Tənbəlin kiçık qardaşı Xəlil və digər əsirlə-

rin hamısı sərbəst buraxılaraq xələt geydirilib getmələrinə izin verildi. Onlar 

da öz tərəflərində  əsir olan bəy və içkiləri, Tağayi bəy, Məhəmməd Dost, 

                                                           

1

 Tanıman/tanımal: hökmdar və ya idarə amirinin yanında öz qəbiləsini təmsil edən və 



qəbiləsinə ait xüsuslarda məsləhətçi olan adama verilən bir ünvan ola bilər. 


Yüklə 3,34 Mb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   189




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə