Microsoft Word Baburname doc


Zəhirəddin Məhəmməd BABUR



Yüklə 3,34 Mb.
Pdf görüntüsü
səhifə36/189
tarix15.03.2018
ölçüsü3,34 Mb.
#31659
1   ...   32   33   34   35   36   37   38   39   ...   189

Zəhirəddin Məhəmməd BABUR  

 

 



80

olanları ərkə sığınmağa məcbur elədilər, sonra İbrahim Saru, Veys Lagarı, 

Seydi Qara başçılığı altıında olan qüvvələrimizi Axsinin dış kurqanına ça-

ğırdılar. 

[Baburun dayısı] Sultan Mahmud (Məhəmməd) xan Heydər Göyəlda-

şın oğlu Bəndə Əli və bu sıralarda Şeybani xandan qaçıb xanın yanına gəl-

miş olan Hacı Qazi Manqıtı barın tümən bəyləri ilə birlikdə bizə köməkçi 

təyin etmişdi. Onlar da tam bu əsnada gəldilər. 

Uzun Həsən bundan xəbər tutub çox dilxor oldu və güvəndiyi (62 b) 

nökərləri ilə  ən yaxşı igidlərini kömək üçün Axsi ərkinə göndərdi. Bunlar 

səhər vaxtı çay kənarına çatdılar. Bizim əsgərlə moğol  əsgəri bunu xəbər 

alıb bir qisim adamları yalın atla sudan keçirdilər. Köməyəa gələnlər şaşıra-

raq, gəmini yuxarıya doğru çəkə bilməyib olduğu yerdə buraxdılar. Gəmilər 

kurqan tərəfinə keçmədən aşağı getdi. Bizim əsgərlə moğol əsgəri hər tərəf-

dən yalın atla suya girməyə başladı. Gəmidə olanlar vuruşa bilmədi. [Uzun 

Həsənin adamlarından] Qarluğaç Bəxşi moğolların bəy oğullarından birini 

çəkib əlindən tutaraq qılıncla öldürdü. Lakin artıq iş işdən keçmişdi. Gəmi-

dəkilərin çoxunun ölümünə onun bu hərəkəti səbəb oldu və suda olanların 

hamısını yaxalayıb doğradılar. Qarluğaç Bəxşi, Xəlil Divanə və Qazı Qulam 

Uzun Həsənin seçkin adamlarından idi. Bunlardan yalnız Qazı Qulam qul-

luq bəhanəsi ilə qurtula bildi. Digər seçkin igidlərindən olan Heydərqulu

Qulikə Kaşğari və bugün mənim yanımda da etibarlı olan Seyid Əli [xan] 

qurtuldular. Yetmiş-səksən seçkin igiddən yalnızca beş-altısı (63 a) qurtula 

bildi. 


Düşmən bu xəbəri eşidincə Mərginan civarında qala bilməyib nizam-

sız halda Əndicana doğru köç etdi. Bunlar Əndicanda Uzun Həsənin yeznəsi 

Nasir bəyi qoymuşdular. Nasir bəy onun adamları arasında ikinci olmasa da, 

mütləq üçüncü dərəcədə  təcrübəli, cəsur bir adam idi. Bu işləri öyrənincə 

Əndican kurqanını bağladıb artıq onların məğlub olmağa üz tutduqlarını bil-

dirərək mənə adam göndərdi. 

Uzun Həsən Əndicana gələndə kurqanın bağlandığını öyrəndi və yez-

nəsi ilə dil taba bilməyib köçünün olduğu Axsi tərəfə çəkildi. Sultan Əhməd 

Tənbəl isə öz vilayəti olan Oşa getdi. Cahangir Mirzənin içkilərindən və 

igidlərindən bir neçəsi Uzun Həsənin yanından qaçdılar və Tənbəl Oşa çat-

madan gedib ona qoşuldular. 

 

BABURUN ƏNDİCANI YENİDƏN ƏLƏ KEÇİRMƏSİ 

 

Əndicanın düşmənin üzünə bağlandığı  xəbəri gələndə  Mərginandan 



günəş doğarkən dərhal hərəkət edərək günorta vaxtı Əndicana çatdım. Nasir 

bəyi, oğulları Dost bəy ilə Mirim [Nasir] bəyləri gördüm. Xatirlərini soruş-

dum, inayət və şəfqət göstərdim. İki il vardı ki, ata vilayəti əldən çıxmışdı 



BABURNAMƏ 

 

81



(63 b), ancaq 904-cü ilin zilqədə ayında [=1499 iyun-iyul] tanrı  təalanın 

inayəti ilə təkrar geri aldıq. 

Sultan  Əhməd Tənbəl isə Cahangir Mirzə ilə birlikdə  Oşa doğru çə-

kilmişdi. Oşa girincə orada da xalq ona qarşı üsyan edərək onu Oşdan qovdu 

və kurqanı bizim üçün qoruyaraq bizə adam göndərdi. Cahangir Mirzə ilə 

Tənbəl öz tərəfdarlarından bir neçə adamla birlikdə  şaşqın bir halda gedib 

Özgəndə girdilər. 

Uzun Həsən də  Əndicana girə bilməyincə Axsi tərəfinə getmişdi və 

Axsi  ərkinə girdiyi xəbəri gəldi. Bütün bu fitnələrin başı Uzun Həsən ol-

duğu üçün bu xəbər gələn kimi Əndicanda dörd-beş gündən artıq qalmaya-

raq Axsiyə  hərəkət etdik. Oraya çatanda çarəsiz qalıb aman dilədi və  əhd 

edib kurqanı təhvil verdi. 

Bir neçə gün Axsidə qaldım. Axsi, Kasan və o yurdun işlərini sahman-

layıb köməyə gələn moğol bəylərinə izin verdikdən sonra Uzun Həsəni köçü 

və adamları ilə birlikdə alaraq Əndicana gəldik. Axsinin idarəsini müvəqqəti 

olaraq Qasım Əcəbə verdim. O, əvvəlcə içki dərəcəsində idi, sonra mənim 

yanımda bəylik dərəcəsinə yüksəlmişdi.  

Uzun Həsənlə  əhd bağlandığı üçün canına və malına zərər və ziyan 

vurulmadan Qara Təkin yoluyla Hisar tərəfinə (64 a) getməsinə izin verildi. 

Bir neçə adamıyla Hisara getdi. Qalan adamları isə ondan aynlaraq yanı-

mızda qaldılar. O qarışıq günlərdə bizim və Xoca [Mövlana] qazının  adam-

larını ələ keçirib soyan şəxşlər bunlar idi. Bəzi bəylərlə görüşüldükdən sonra 

bunlar haqqında bu qərar verildi: «Bütün bu fəsad və fitnələri çıxaran, bizə 

tabe bunca mömini və müsəlmanı tutub soyanlar bunlardır. Öz bəylərinə nə 

vəfa etdilər ki, bizə nə sədaqət göstərsinlər. Bunları yaxalayıb mallarını zəbt 

etdirsək nə olar? Bunların gözümüzün önündə, bizim atlarımıza minib bizim 

paltarımızı geyib bizim yeməyimizi yemələrinə kim dözə bilər. Onları ya-

xalayıb mallarını  əllərindən almaq yerinə onlara mərhəmət etsək, yalnızca 

qazaxlıqlarda və möhnətlərdə bizimlə birlikdə olanların mallarını geri alma-

larına izin versək, bu qədərlə qurtula bildiklərinə şükr etmələri lazımdır». 

Nəticədə bu qərar çox məqbul göründü və bu adamların yalnızca öz-

lərinə aid əşyaları almaları əmr edildi. Gərçi bu qərar məqbul və doğru olsa 

belə bir az tələsik verilmişdi. Cahangir Mirzə kimi bir düşmən yaxınımızda 

ikən bu adamları (64 b) bu şəkildə ürkütməyin heç bir mənası yoxdu. Məm-

ləkətlər alıb idarə edərkən bəzi işlər görünüşdə məqbul və doğru görünə bi-

lər, lakin qərarların üzərində yüz min dəfə diqqətlə düşünmək lazımdır, yax-

şı düşünmədən verdiyimiz bu qərardan çox qarışıqlıq və fitnələr çıxar. Nəti-

cədə  Əndicandan ikinci dəfə  çıxmamıza düşünmədən verdiyimiz bu qərar 

səbəb oldu. Bu üzdən də moğollar öz aralarında qarışıqlıq yaradıb qorxuya 

qapıldılar və iki su arası dedikləri Ribatək-Örçümdən Özgənd tərəflərinə 

köç edərək Tənbələ adam göndərdilər. 



Yüklə 3,34 Mb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   189




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə