Microsoft Word Baburname doc



Yüklə 3,34 Mb.
Pdf görüntüsü
səhifə33/189
tarix15.03.2018
ölçüsü3,34 Mb.
#31659
1   ...   29   30   31   32   33   34   35   36   ...   189

BABURNAMƏ 

 

73



Qasım bəyi də Daşkəndə [Sultan Mahmud] xanın hüzuruna göndərib 

ondan Əndican üzərinə qoşun çəkməyi xahiş etdim. Xan da qoşun çəkərək 

Ahəngəran vadisindən gəlib Kəndirli keçidinin dibinə çatan vaxt mən də 

Xocənddən gəlib xan dayımı gördüm. Kəndirli keçidini aşaraq Axsi tərəfə 

endik. O tərəfdən müxaliflər də mövcud qüvvələrini toplayıb Axsi üzərinə 

gəldilər. 

Bu arada Bab kurqanındakılar mənim tərəfimi tutaraq kurqanı qapat-

dılar, lakin xanın bir az ləng tərpənməsi üzündən müxaliflər Bab kurqanını 

zorlayıb aldılar. Xanın əxlaqı və xasiyyəti yaxşı idi, lakin sipahilik və sər-

kərdəlik işindən heç başı çıxmırdı. Vəziyyət bu dərəcəyə gəldiyi əsnada ən 

çoxu bir mənzil daha yürüsəydi müharibə belə etmədən vilayət bizim ola-

caqdı. Amma xan belə bir zamanda müxaliflərin hiyləli sözlərinə  və sülh 

haqqında nağılına qulaq verib (55 a) Xoca Əbülməkarim ilə birlikdə o za-

man xanın eşik ağası və Tənbəlin böyük qardaşı olan Bəy Tilbəni elçi olaraq 

göndərdi. Müxaliflər də özərini qurtarmaq üçün bir neçə doğru və yalan söz-

lər söyləyib xana və aradakılara pul və rüşvət qəbul etdirdilər. Xan da beləcə 

geri döndü. 

Bəylər, içkilər və igidlərdən mənimlə qalanların çoxunun köçləri Ən-

dicanda idi. Əndicanı almaqdan ümidlərini kəsdikləri üçün bəylərdən və 

igidlərdən yeddi-səkkiz yüz adam məndən tamamən ayrıldılar. Ayrılan bəy-

lər Əli Dərviş Bəy, Əli Məzid Koçin, Məhəmməd Bakir bəy, Şeyx Abdullah 

eşik-ağa və Mirim Lağari idi. Mənimlə birlikdə qalıb qürbəti və möhnəti se-

çənlər isə təxminən iki yüzdən bir az artıq və üç yüzdən bir az əskikdi. Qa-

lan bəylər Qasım Koçin, Veys Lağari bəy, İbrahim Saru Minqli bəy, Şirim 

(Mirim) Tağayi və Seydi (Seyid) Qara bəylər; içkilərdən Mirşah Koçin, Se-

yid Qasım eşik-aga Cəlayir, Qasım Əcəb, Məhəmməd Dost Əli Dost Tağayi, 

Məhəmməd Əli Mübəşşir (münşi), Xudaverdi Tuğçu Moğol, Yarək Tağayi, 

Sultanqulu Babaqulu, Mir Veys, Şeyx Veys, (55 b) Yar Əli Bilal, Qasım 

Miraxur və Heydər riqabdar idi. Bu halət mənə çox ağır gəldi və əlimdə ol-

madan ağladım. 

Oradan Xocəndə gəldim. Mənimlə qalanların bir qisminin köçləri ilə 

birlikdə anamı və nənəmi də Xocəndə mənim yanıma göndərdilər. 

O il ramazanı [=1498 aprel-may] Xocənddə keçirdik. Sonra da Sultan 

Mahmud xana adam göndərib kömək istəyərək Səmərqənd üzərinə  hərəkət 

etdim. Oğlu Sultan Məhəmməd Xanikə ilə Əhməd bəyi dörd-beş min əsgərlə 

Səmərqənd üstünə göndərən xanın özü də hərəkət edərək Ura-Təpəyə qədər 

gəldi. Orada xan ilə görüşdükdən sonra Yar-yaylaq yoluyla Səmərqənd üzəri-

nə hərəkət etdim. Sultan Məhəmməd Sultan və Əhməd bəy isə başqa bir yol-

dan gələrək Yar-yaylağa məndən əvvəl çatmışdılar. Bürkə yaylağı üzərindən 

keçərək buranın darğasının mərkəzi Səngzara gəldim. Amma Sultan Məhəm-

məd Sultan ilə Əhməd bəy Şeybani xanın Şiraza və ətrafına hücum etdiyini 



Zəhirəddin Məhəmməd BABUR  

 

 



74

eşidib geri dönmüşlər. Bu üzdən mən də Xocəndə qayıtmağa məcbur oldum. 

Madam ki səltənət davası  və mülk əldə etmək məqsədi vardı, bir-iki 

dəfə iş uğursuz alındı deyə bundan vaz keçib qarşıdan baxmaq olmazdı. Ən-

dican üzərinə xan ilə birlikdə yürüməyi düşünərək, ondan kömək istəmək 

üçün Daşkəndə (56 a) getdim. Şah bəyimi və qohumları görməyəli səkkiz il 

olmuşdu. Bu münasibətlə onları da görmüş oldum. Bir neçə gün sonra yed-

di-səkkiz yüzə qədər əsgərlə birlikdə Seyid Məhəmməd Mirzə Duğlat, Əy-

yüb Bəycik və Can Həsən Barinə bizə kömək etmək tapşırıldı. Bu köməkçi 

qüvvəni alıb Xocənddə durmadan sürətli bir yürüşlə Kəndi-Badamın sağın-

dan keçib Xocənddən on, Kəndi-Badamdan üç ağac məsafədə olan Nəsux 

kurqanına gəldik. Gecə nərdivan qoyub basqınla kurqanı aldıq. 

Qovun mövsümü idi. Nəsuxda  İsmail  şeyxi deyilən bir qovun növü 

yetişir ki, qabığı sarı, çəkirdəyi az və mükəmməl bir qovundur. Çəkirdəyi 

alma çəkirdəyi qədər olur. İçi dörd barmaq qədərdir və qayət ləzzətlidir. O 

civarda başqa bir yerdə buna bənzər bir qovun yoxdur.  Amma ertəsi sabah 

moğol bəyləri adamlarının az olduğunu və bir kurqanı  ələ keçirməklə  işin 

yürüməyəcəyini söylədilər. Gerçəkdən də elə idi. Orada qalıb kurqanı güc-

ləndirmə imkanı olmadığı üçün təkrar Xocəndə gəldik.  

 

XOSROV ŞAH VƏ BAYSUNQUR MİRZƏNİN 

HİSARI SULTAN MƏSUD MİRZƏDƏN ALMASI 

 

Bu il Xosrov şahla Baysunqur Mirzə birlikdə qoşun çəkərək Çağan-

yana gəldilər və oranı hiylə ilə ələ keçirdilər. Sonra da Sultan Məsud Mir-

zəyə elçi göndərərək (56 b) «Birlikdə Səmərqənd hücum edək, Səmərqəndi 

ala bilsək, qoy bir mirzə Səmərqənddə, digər mirzə isə Hisarda otursun» de-

yə təklif etdilər. 

Sultan Məsud Mirzənin bəyləri, içkiləri və igidləri arasında məmnu-

niyyətsizlik vardı. Bunun səbəbi bu idi: Şeyx Abdullah Barlas Baysunqur 

Mirzənin yanından ayrılaraq Sultan Məsud Mirzənin yanına gedəndə Mir-

zənin qaynatası olduğu üçün çox böyük inayət görmüşdü. Hisar kiçık bir vi-

layət olsa da, min tümən fülus

1

 ülufə  təyin edib Xutlan vilayətini ona ver-



mişdi. Xutlan vilayətində Sultan Məsud Mirzənin bir çox bəylərinin və içki-

lərinin əraziləri vardı. Şeyx Abdullah bunların hamısını əlinə keçirdi, bütün 

eşik ixtiyarlığını özü və oğulları əllərinə aldılar. İnciyənlər də qaçıb Baysun-

qur Mirzənin yanına gəlməyə başlamışdı. 

Bu hiyləgər təkliflə Sultan Məsud Mirzəni aldadan Xosrov şah və 

Baysunqur Çağanyandan yürüyərək irəliləyib sübh çağı Hisar kurqanını mü-

hasirəyə aldılar. Sultan Məsud Mirzə kurqanın dış məhəllələrində, atasının 

tikdirdiyi Dövlət Saray adlı bir sarayda idi. Kurqana girə bilməyərək qaçdı 

                                                           

1

 Fülus: mis pul, bir təngənin dörddə biri. Maaşlar və bəxşişlər fülusla ifadə edilirdi. 




Yüklə 3,34 Mb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   189




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə