Microsoft Word Baburname doc


Zəhirəddin Məhəmməd BABUR



Yüklə 3,34 Mb.
Pdf görüntüsü
səhifə30/189
tarix15.03.2018
ölçüsü3,34 Mb.
#31659
1   ...   26   27   28   29   30   31   32   33   ...   189

Zəhirəddin Məhəmməd BABUR  

 

 



66

luqludur. Üst mərtəbənin dörd tərəfi eyvanlı olub sütunları daşdır və orta-

sında dörd qapılı bir otaq vardır. Binanın kürsüsünü başdan-başa daşlarla 

döşəmişlər.  

Binadan Kuhək təpəsinə doğru getdikdə  təpənin  ətəyində bir bağ da 

saldırmışdır. Orada da böyük bir saray inşa etdirmiş və onun içinə taxt ola-

raq böyük bir daş qoydurmuşdur, uzunluğu təxminən on dörd-on beş, eni 

yeddi-səkkiz, yüksəkliyi isə bir karidir. Bu böyük daşı xeyli uzaq bir yerdən 

gətirmişlər. Ortasında bir çat vardır və deyilənə görə, bu çat daş buraya gəti-

rildikdən sonra yaranmışdır. Bu bağda dörd qapılı otaq da (47 b) tikilmişdir. 

Divarları tamamən çini olduğundan ona çinixana deyirlər. Xüsusi adamlar 

göndərərək bunları Çindən gətirtmişdir.  

Səmərqənd qalasının içində  Məscidi-ləkləkə deyilən qədim bir bina 

var. Bunun ortasında yerə ayaqla vuduqda «lək-lək» deyə əks-səda gəlir. Bu, 

qəribə bir şeydir və sirrini heç kim bilmir.  

Sultan Əhməd Mirzə zamanında da bəylər çox bağ və bağça saldılar. 

Bunlardan Dərviş Məhəmməd Tarxanın çarbağı qədər səfalı, havalı və geniş 

mənzərəli yer az tapılar. Baği-meydanın bir az aşağısındakı bir yüksəkliyin 

üstündə Külbə çayırına baxan bir çarbağ daha salınmışdır ki, bütün çayır 

ayaq altındadır. Burada torpağı qat-qat düzəldərək gözəl qaraağaclar, bəyaz 

sərvlər və söyüdlər əkmişlər. Çox gözəl bir yerdir. Yeganə qüsuru böyük bir 

çayının olmamasıdır.  

Səmərqənd şəhəri fövqəladə dərəcədə abad şəhərdir. Bu şəhərin digər 

şəhərlərdə olmayan bir özəlliyi də vardır. Burada hər əsnafın ayrı birər baza-

rı vardır və beləcə, bir-birləri ilə qarışmırlar. Buna daim əməl edirlər. Yaxşı 

çörəkçiləri və aşxanaları vardır. Dünyada ən yaxşı kağız Səmərqənddə isteh-

sal olunur, cüvaz kağızı deyilən bu növ kağızın bütün materialı Kani-Gildən 

gəlir. Kani-Gil isə Qara su kənarındadır. (48 a) bu Qara suya abi-rəhmət də 

deyirlər. Səmərqəndin qırmızı  qədifə qumaşı  hər tərəfə ixraç edilir. Ətra-

fında gözəl çayır-çəmənlər vardır. Ünlü çayırlarından biri Səmərqənd şəhə-

rinin şərqində və bir az cənuba doğru bir ağac məsafədəki Kani-Gil çayırıdır. 

Abi-rəhmət də dedikləri Qara su Kani-Gilin ortasından axır. Yeddi-səkkiz 

dəyirman işlədəcək qədər suyu vardır

1

. Çayın  ətrafı tamamilə bataqlıqdır. 



Bu çayırın  əsl adı Kani-Abgirinişdir, lakin tarixlərdə daim Kani-Gil deyə 

yazırlar. Çox gözəl bir çayırdır. Səmərqənd sultanları bu çayırı iqamətgah 

edir və hər il buraya çıxıb bir-iki ay yaşayırlar. 

Bu çayırın bir az yuxarısında, cənub-şərqə doğru Xan Yurdu adında 

bir çayır da vardır. Səmərqəndin  şərqində  şəhərdən bir ağac məsafədədir. 

Qara Su bu çayırın içindən keçərək Kani-Gilə gedir. Bu Qara Su Xan Yur-

dunda elə bir şəkildə  qıvrılır ki, meydana gətirdiyi çıxıntı (toqqay

2

) içində 



                                                           

1

 Dəyirman suyu: axan suların miqdarını ölçmək üçün işlənən bir təbir.  



2

 Toqqay: çayın qıvrılması nəticəsində yaranan çıxıntıya verilən ad.  




BABURNAMƏ 

 

67



bir ordu enəcək qədər yer var. Buranın çıxış ağzı çox dardır və bu yerin əl-

verişli olduğunu görərərək Səmərqənd mühasirəsi zamanı bir neçə  dəfə 

burada oturmuşdum. Digər çayırlardan biri olan (48 b) Bödənə (bildirçin) 

qoruğu da Dilgüşa bağı ilə  Səmərqənd arasındadır. Göli-Məğaq çayırı isə 

Səmərqəndin bir az şimalına doğru və iki ağac qədər qərb tərəfindədir. Bura 

da gözəl bir çayırdır və bir tərəfində böyük bir göl olduğu üçün oraya Göli-

Məğaq çayırı da deyilir. Səmərqəndi mühasirə edəndə mən Xan Yurdunda 

oturduğum zaman bu çayıra da Sultan Əli Mirzə yerləşmişdi. 

Çayırlarından biri də Külbə çayırıdır. Bu çayır digərlərinə nəzərən da-

ha kiçıkdir. Şimalında Külbə kəndi və Kuhək çayı, cənubunda Baği-Meydan 

və Dərviş Tarxanın çarbağı, şərqində isə Kuhək təpəsi yerləşir. 

Səmərqəndin gözəl vilayətləri və tümənləri vardır.  Ən geniş vilayəti 

Səmərqəndin tayı olan Buxaradır. Səmərqəndin qərbində və ona iyirmi beş 

ağac məsafədə yerləşir. 

Buxaranın da bir neçə tüməni

1

 vardır. Şəhər çox gözəldir. Meyvəsi bol 



və gözəl olur. Qovunu fövqəladə yaxşı olur. Mavəraünnəhrin heç harasında 

Buxarada olduğu qədər bol və yaxşı qovun tapılmaz. Gərçi Fərqanə vilayə-

tində Axsinin mir-teymuri adlanan qovunu buranınkından daha ləzzətli və 

daha gözəldir, lakin Buxarada hər növ qovun bol və yaxşıdır. Buxaranm 

əriyi də məşhurdur. Buxara əriyi kimi ərik heç bir yerdə tapımaz. Qabığını 

soyub qurudur və nadir mal kimi vilayətdən (49 a) vilayətə göndərirlər. Mü-

layimət [bağırsaq yumşaqlığı] üçün fövqəladə yaxşı bir dərmandır. Quşu, 

toyuğu və qazı çoxdur. Mavəraünnəhrdə Buxara şərablarından daha qüvvətli 

şərab tapılmaz. Mən Səmərqənddə işki içdiyim ilk vaxtlarda Buxara şərab-

larını içirdim. 

Keş vilayəti Səmərqəndin cənubunda, doqquz ağac məsafədədir. Sə-

mərqənd ilə Keş arasında İtmək Dabanı adlı bir dağ vardır. Yontma üçün iş-

lənən daşları bu dağdan gətirirlər. Baharda ova və şəhərin hər yeri çox gözəl 

bir yaşıllığa büründügü üçün oraya Şəhrisəbz [Yaşil Şəhər] də deyirlər. 

Teymur bəy Keşdə doğulduğuna görə bu şəhəri paytaxt etməyə çalı-

şırdı. Keşdə böyük binalar tikdirdi. Divan qurmaq üçün özünə böyük bir qa-

lereya, sağ və sol tərəfinə tavaçı

2

 bəyləri ilə divan bəylərinin oturması üçün 



bir az kiçık iki qalereya da tikdirmişdir. Bir də ərizəçilərin oturması üçün bu 

divanxananın bir tərəfinə kiçık otaqlar inşa etdirmişdir. Bu qədər böyük 

qalereya dünyada az tapılar və Kisri qalereyasından daha böyük olduğu söy-

lənir.  


Bundan başqa, Keşə bir mədrəsə və bir də mavzoley tikdirmişdir. Ca-

hangir Mirzənın və digər bəzi övladlarının qəbrləri (49 b) oradadır. Amma 

Keşin  şəhər kimi inkişaf qabiliyyəti Səmərqənd qədər olmadığı üçün Tey-

                                                           

1

 Tümən: bir neçə mənası vardır: qəza (rayon), bölgə, on min, pul vahidi.  



2

 Tavaçı: qoşunda intizamı təmin edən, komandanın əmrlərini çatdıran subay. 




Yüklə 3,34 Mb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   189




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə