Microsoft Word Baburname doc


Zəhirəddin Məhəmməd BABUR



Yüklə 3,34 Mb.
Pdf görüntüsü
səhifə26/189
tarix15.03.2018
ölçüsü3,34 Mb.
#31659
1   ...   22   23   24   25   26   27   28   29   ...   189

Zəhirəddin Məhəmməd BABUR  

 

 



56

məd Salihi orada, Xoca Yəhyanın xidmətində gördüm. Məhəmməd Salihi 

yalnız bir dəfə orada ikən görmüşdüm. Ancaq Molla Bənnai sonralar mənim 

xidmətimdə də bir xeyli çalışdı. Sultan Əli Mirzə ilə görüşdükdən sonra qış 

yaxınlaşdığı və Səmərqənd əhalisi də ciddi sıxıntı çəkmədiyi üçün mən Ən-

dicana qayıtdım, Sultan Əli Mirzə də Buxaraya getdi. 

Sultan Məsud Mirzə Şeyx Abdullah Barlasın qızına möhkəm aşiq idi. 

Onunla evləndi və torpaq davasından vaz keçərək Hisara (38 b) döndü. Bəl-

kə də buraya gəlməsinin səbəbi o qız idi. 

Mehdi Sultan Şiraz və Kənbay civarından qaçaraq Səmərqəndə getdi. 

Həmzə Sultan da izin alaraq Zamindən Səmərqəndə getdi.  

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 



BABURNAMƏ 

 

57



FƏRQANƏ - 902 (9 SENTYABR 1496 – 30 AVQUST 1497) 

 

DOQQUZ YÜZ İKİNCİ İLİN HADİSƏLƏRİ 

 

Bu qış Baysunqur Mirzənin işləri hər yöndən yaxşı getdi. Əbdülkərim 



Eşrit Sultan Əli Mirzə  tərəfindən Kufin civarına göndərilmişdi, Mehdi 

Sultan isə Baysunqur Mirzənin axınçılarına başçılıq edərək Səmərqənddən 

oraya gəldi və üstlərinə yürüdü. Əbdülkərim Eşrit ilə Mehdi Sultan qarşı-

laşdılar. Mehdi Sultan özünün çərkəz qılıncıyla Əbdülkərimin atını vurunca 

at yıxıldı.  Əbdülkərim yerdən qalxmaq üzrə ikən Mehdi Sultan onun əlini 

biləyindən kəsib saldı. Onu əsir aldı və axınçılarını da möhkəm məğlub etdi. 

Bu [Özbək] sultanlar Səmərqənddə işlərin pis və mirzələrin vəziyyə-

tinin qarışıq olduğunu görüncə, ertəsi yaz Şeybani xanın yanına getdilər. Sə-

mərqəndlilər isə bu durumdan cəsarət alaraq Sultan Əli Mirzəyə qarşı qoşun 

çəkdilər. Baysunqur Mirzə  Sərpülə, Sultan Əli Mirzə  də Xoca-Kardzənə 

gəldi. Bu əsnada Xoca Münir Uşinin təşviqi ilə Xoca Əbülməkarim, Əndi-

can bəylərindən (39 a) Veys Lağari, Məhəmməd Bakir və digər bəzi igidləri

Mir Qasım Dulday və Baysunqur Mirzənin bir dəstə yaxınlarından ibarət 

axınçılarla birlikdə Buxara üzərinə göndərildi. Lakin Buxaradakılar onların 

gəldiyindən xəbərdar olunca heç bir şey elə bilmədən geri qayıtdılar. 

 

BABURUN SƏMƏRQƏNDİ İKİNCİ DƏFƏ MÜHASİRƏ ETMƏSİ 

 

Sultan  Əli Mirzə ilə görüşəndə yazda onların Buxaradan, mənim isə 



Əndicandan gələrək Səmərqəndi mühasirəyə alacağımız qərarlaşdırılmışdı. 

Biz bu qərara uyğun olaraq ramazan ayında [=1497 may] Əndicandan hə-

rəkət edərək Yar-yaylaq civarına gəldik və mirzələrin qarşıda olduqları xə-

bərini aldıq. Tolun Xoca Moğulu iki-üç yüz qazax

1

 igidlə birlikdə axınçı 



olaraq göndərdik. Bunlar yaxınlaşanda Baysunqur Mirzə  gəlişimizi xəbər 

alaraq intizamsız şəkildə geri çəkildi. Bu igidlər o gecə onların ordugahına 

girərək bir çox adamını oxla vurdular və çoxlu qənimət gətirdilər. 

İki gün sonra Şiraz kurqanına vardıq. Şiraz Qasım Duldayda idi. Dar-

ğa  Şiraz kurqanını döyüşsüz təhvil verdi. Şiraz kurqanının idarəsi  İbrahim 

Saruya tapşırıldı. 

Ertəsi gün ramazan bayramı namazını orada qıldıqdan sonra Səmər-

qəndə yürüş edərək Abyar qoruğuna gəldik. O gün Qasım Dulday, Veys La-

ğari, Həsən Nəbirə, Sultan Məhəmməd Seyfəl (Dərviş)  (39 b)  və Sultan 

Məhəmməd Veys üç-dörd yüz adamla gəldilər və mənimlə görüşüb ehtiram-

la «Baysunqur Mirzə geri çəkiləndə biz də ondan ayrılıb padşahın xidmətinə 

gəldik» dedilər. Lakin sonra anlaşıldı ki, bunlar Şirazı müdafiə  məqsədilə 

                                                           

1

 Qazax: bu söz həm "mərd, cəsur", həm də «köçəri» mənasında işlənir.  




Zəhirəddin Məhəmməd BABUR  

 

 



58

Baysunqur Mirzədən ayrılmışlar və Şiraz işi belə olunca çarəsiz qalıb bizim 

yanımıza gəlmişlər. 

Qara-Bulaqda dayananda bizim tərəfə keçən və bəzi kəndlərdə sərkəş-

lik edən moğolları tutub gətirdilər. Qasım bəy ibrət üçün bunlardan iki-üç 

adamı parçalatdı. Dörd-beş il sonra, qazaxlıq günlərində Məsihadan [moğol 

xanı Sultan Mahmud] xanın hüzuruna gedərkən Qasım bəy bu üzdən bizdən 

ayrılaraq Hisara getdi. 

Qara-Bulaqdan qalxıb çayı keçərək Yam qarşısında durduq. O gün bə-

zi içki


1

 bəylər xiyaban başında Baysunqur Mirzənin adamlarıyla çarpışdılar. 

Sultan  Əhməd Tənbəlin boğazına nizə ilə vurdular, lakin atdan düşmədi. 

Xoca Kəlanın böyük qardaşı olan Hacəgi Molla Sədrin boynuna ox isabət 

etdi və yerindəcə Allahın rəhmətinə qovuşdu. Çox yaxşı bir igid idi. Atam 

da ona böyük iltifat göstərərək özünə möhürdar

2

 təyin eləmişdi. Elmlə  (40 



a) məşğul olurdu. Nəsri də gözəl idi. Quşçuluq və yadaçılıqdan da başı çı-

xırdı.


  

Biz Yam civarında ikən şəhərdən bir çox tüccar və tüccar olmayanlar 

çıxıb ordu bazarında ticarət edirdi. Bir gün ikindi namazı vaxtında ümumi 

bir qarışıqlıq çıxdı və bu müsəlmanların malları yağmalandı. Lakin qoşunda 

intizam çox güclü idi. Dərhal  əhalinin malını, heç kimin tək bir şeyi belə 

gizləmədən geri verməsi  əmr edildi. Ertəsi gün daha bir pəhər

3

 belə olma-



mışdı, qoşunda yağmanın ən kiçık parçası da qalmadı, kiçık bir ip parçasına, 

ya da iynə qırığına qədər hamısı sahiblərinə geri verildi. 

Oradan qalxıb Səmərqənddən üç küruh

4

 məsafədə olan Xan Yurdunda 



dayandıq. Qırx-əlli gün bu yurdda oturduq. Burada olduğumuz müddət ər-

zində hər iki tərəfdən könüllü igidlər xiyabanda bir neçə dəfə yaxşıca çar-

pışdılar. Bir dəfə  İbrahim Bəycik də [Tağayi] bu çarpışmalarda iştirak etdi 

və üzündən yaralandı. Bundan sonra ona İbrahim Çapıq deməyə başladılar. 

Bir dəfə də xiyabanda, Məğaq körpüsündə Əbülqasım Kuhbər toppuz 

işlətdi. Bir dəfə də xiyabanda arx civarında bir çarpışma oldu və (40 b) Mir-

şah Koçin toppuzla vuruşdu. Ona elə vurdular ki, boynu yarısına qədər kə-

sildi və yalnızca böyük şahdamarı qaldı.

 

Xan Yurdunda olduğumuz zaman kurqandakılar adam göndərdilər və 



«Gecə Gari-Aşiqanə gəlin, kurqanı təslim edək» deyə hiylə qurdular. Buna 

inanaraq gecə hərəkət edib Məğaq körpüsünə gəldim. Qərarlaşdırılmış olan 

yerə bir dəstə yaxşı igid və piyada göndərildi. Məsələni anladıqları vaxt içə-

ridəkilər bizim piyadalardan dörd-beşini əsir almışdılar. Bunlar çox qüvvətli 

                                                           

1

 İçki: içə aid, səmimi dost, xas adam, qvardiya deməkdir.  



2

 Möhürdar. Tamğa, nişan və daha sonra işlənən möhür termimi yazılan rəsmi məktub-

ların başqaları tərəfindən açılmaması üçün qoyulan işarəyə deyilir.  

3

 Pəhər: Hindistanda günün səkkizdə birinə (3 saat) verilən ad.  



4

 Küruh: Hindistanda 4.000 qədəm uzunluqdakı məsafə ölçüsünə verilən ad.  




Yüklə 3,34 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   189




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə