Microsoft Word Baburname doc



Yüklə 3,34 Mb.
Pdf görüntüsü
səhifə23/189
tarix15.03.2018
ölçüsü3,34 Mb.
#31659
1   ...   19   20   21   22   23   24   25   26   ...   189

BABURNAMƏ 

 

49



şəvval ayında [=1495 iyun] qılınc və oxdanını boynuna asaraq gəlib xidmə-

timizə girdi və kurqanı təhvil verdi. 

 

BABURUN XOCƏNDİ GERİ ALIB 

SULTAN MAHMUD XANLA GÖRÜŞMƏSİ 

 

Xocənd uzun müddətdən bəri Ömər Şeyx Mirzənin idarəsində idi. An-



caq bu xaos zamanı və orada iş başındakıların maymaqlığı üzündən [Ömər 

Şeyx Mirzənin böyük qardaşı, Baburun ən böyük əmisi] Sultan Əhməd 

Mirzəyə keçmişdi. Bu qədər yaxınında olduğumuz üçün onun üstünə də yü-

rüdük. Xocənddə Mir Moğulun atası Əbdülvəhhab Şiğavul vardı. Yaxlaşan 

kimi şəhəri problemsiz təhvil verdi. 

Bu zaman Sultan Mahmud xan Şahruxiyyəyə  gəlmişdi. Bundan bir 

müddət öncə Sultan Əhməd Mirzə Əndican civarına gələndə, yuxarıda bəhs 

edildiyi üzrə, xan da gəlib Axsini mühasirəyə almışdı. «Madam aradakı mə-

safə bu qədər yaxındır, xan da atamın və böyük qardaşımın yerindədir, ge-

dib ziyarət edərək ehtiram göstərsəm, bu surətlə həm keçmişdəki incikliklər 

ortadan qalxar, həm də uzaqda və yaxında bunu eşidən və görənlər üçün də 

yaxşı olar» deyə düşündüm. 

Beləcə gedib Şahruxiyyənin kənarında Heydər bəyin [Göyəldaş] sal-

dırdığı bağda onu ziyarət etdim. Bağın ortasına qurulmuş (32 a) böyük bir 

çadırda oturmuşdu. Çadıra girincə üç dəfə yükündüm. Xan da sayğı göstə-

rərək yerindən qalxdı. Salamlaşıb dönərək təkrar yükündükdən sonra məni 

yanına çağırdı, çox şəfqət və mehribanlıq göstərdi.  

Bir-iki gün sonra Kəndirli keçidi üzərindən Axsi və Əndican tərəfə hə-

rəkət etdim. Axsiyə gəlib atamın məzarını ziyarət etdim. Axsidən cümə na-

mazı vaxtı çıxdım və Bəndi-Salar yolu üzərindən axşam namazıyla yatsı na-

mazı arasında Əndicana gəldim. Bu Bəndi-Salar yolu doqquz ağacdır. 

Əndican vilayətinin köçərilərindən olan çuğraq çox iri, beş-altı min ai-

ləlik bir eldir. Fərqanə ilə Kaşğar arasındakı dağlarda yaşayırlar. At və qo-

yunları çoxdur. O dağlarda öküz yerinə kutas

1

 bəsləyirlər. Kutasları da çox-



dur. Dağları sarp və sınırda olduğu üçün vergi verməyə çox da istəkli görün-

mürlər.  Əsgərin komandasını Qasım bəyə [Koçin] verərək oralardan mal 

alıb əsgərə bəzi şeylər gətirməsi üçün çuğraqların üstünə göndərdim. İyirmi 

minə yaxın qoyun, min-min beş yüz də at alıb əsgərə payladı. 

Əsgər çuğraq sərəfindən qayıdan kimi Ura-Təpə üzərinə yürüdük. (32 

b) Bura bir müddət Ömər  Şeyx Mirzənin idarəsində olmuş, Mirzənin ölə-

cəyi il əlindən çıxmışdı. İndi isə orada Baysunqur Mirzə adından onun kiçık 

qardaşı Sultan Əli Mirzə vardı. Sultan Əli Mirzə gəlişimizi xəbər alınca Pel-

qar və Məsiha dağlarına çıxmış, Ura-Təpədə ata-əkəsi Şeyx Zünnunu [Ar-

                                                           

1

 Kutas: bir dağ öküzü növü. 




Zəhirəddin Məhəmməd BABUR  

 

 



50

ğun] qoymuşdu. 

Xocənddən keçib yarı yola gələndə Xəlifə [Nizaməddin Əli Barlas] el-

çi olaraq Şeyx Zünnunun yanına göndərildi. O axmaq və alçaq adam müsbət 

bir cavab vermək bir yana, Xəlifəni həbsə ataraq öldürülməsini  əmr etdi. 

Əcəli gəlmədiyi üçün Xəlifə qurtularaq, min cür məşəqqət və əzab çəkərək 

piyada və çılpaq bir halda iki-üç gün sonra yanımıza gəldi. 

Ura-Təpə civarına çatdıq. Qış yaxınlaşdığı üçün əhali çöldəki məhsul-

larını tamam yığmışdı. Bu üzdən bir neçə gün sonra Əndicana qayıtdıq. 

Bizim geri qayıtmağımızın ardından [Sultan Mahmud] xanın adamları 

Ura-Təpənin üstünə yürüdülər. Ura-Təpəlilər müqavimət göstərə bilmədən 

şəhəri buraxıb çıxdılar. Xan da Ura-Təpəni [Baburun xalası oğlu] Məhəm-

məd Hüseyn Gürgana [Duğlat] verdi. Ura-Təpə o gündən etibarən 908-ci ilə 

[=1502/3] qədər Məhəmməd Hüseyn Gürganın idarəsində qaldı. 

     

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

FƏRQANƏ - 901 (21 SENTYABR 1495 – 9 SENTYABR 1496) 

 

DOQQUZ YÜZ BİRİNCİ İLİN HADİSƏLƏRİ 



BABURNAMƏ 

 

51



 

SULTAN HÜSEYN MİRZƏNİN HİSARI 

MÜHASİRƏ ETMƏSİ VƏ GERİ ÇƏKİLMƏSİ 

 

Sultan Hüseyn [Bayqara] Mirzə qışda Xorasandan Hisara (33 a) qoşun 



çəkərək Termiz [çayının] qarşı sahilinə gəldi. Sultan Məsud Mirzə də əsgə-

rini toplayaraq Termizin digər sahilinə  gəlib yerləşdi. Xosrov şah Qunduz 

kurqanının müdafiəsini qüvvətləndirdi və kiçık qardaşı Vəlini qoşuna başçı 

qoyaraq Sultan Məsud Mirzənin yanına göndərdi. [Hər iki ordu] qışın xeyli 

hissəsini çay kənarında keçirdi və sudan keçə bilmədi. 

Sultan Hüseyn Mirzə  iş bilən və  təcrübəli bir padşah idi. Qunduza 

doğru, çayın yuxarı tərəfinə getdi. Qarşısındakı əsgərin diqqətini yayındırıb 

Əbdüllətif Bəxşi komandanlığında beş-altı yüz seçmə adamını Kilif keçi-

dinə göndərdi. Qarşı tərəfdəki əsgərlər bu işdən hali olana qədər Əbdüllətif 

Bəxşi adamlarıyla birlikdə Kilif keçidini keçərək çayın qarşı  kənarını  zəbt 

etdi. Bu barədə Sultan Məsud Mirzəyə xəbər çatanda Xosrov şahla Vəli dər-

hal onların üstünə hücum çəkməyi israrla təklif etdilər. Ancaq Sultan Məsud 

Mirzənin cəsarətsizliyindən və ya Vəlinin müxalifi olan Baqi Çağanyaninin 

fikrinə uymasından çayı keçən bu adamların üstünə getməyərək məğlub ki-

mi Hisar tərəfinə qayıtdılar. 

Sultan Hüseyn Mirzə çayı keçərək [oğulları] Bədiüzzaman Mirzə, İb-

rahim Hüseyn [Mirzə], Məhəmməd Vəli bəy və Zünnun bəy Arğunu Xosrov 

şahın üstünə ilqar

1

 olaraq  göndərdi, Müzəffər [Hüseyn] Mirzə  (33 b) ilə 



Məhəmməd Burunduq Barlası Xutlan üzərinə yolladı, özü isə Hisar üzərinə 

gəldi. Hisara yaxınlaşanda Hisardakılar bundan xəbərdar oldular. 

Sultan Məsud Mirzə Hisarda qalmağa imkan tapa bilmədi və Kəmrud 

çayını yuxarı tərəfindəki Siprə-Tağ yolu ilə Səmərqəndə, kiçık qardaşı Bay-

sunqur Mirzənin yanına getdi. Vəli də Xutlana doğru çəkildi. Hisar kurqanı-

nı isə Baqi Çağanyani, Mahmud Barlas və Qoç Bəyin babası Sultan Əhməd 

bəy gücləndirdi. Bir neçə il bundan əvvəl  Şeybani xandan ayrılıb Sultan 

Mahmud Mirzənin xidmətinə girən Həmzə Sultan ilə Mehdi Sultan bütün 

özbəkləri ilə birlikdə, Məhəmməd Duğlat ilə Sultan Hüseyn Duğlat isə Hisar 

vilayətindəki moğollarla birlikdə bu qarışıqlıq zamanı Qara-Təkinə doğru 

çəkildilər. Sultan Hüseyn Mirzə bu xəbərləri eşidən kimi [oğlu] Əbülmöh-

sün Mirzə ilə bəzi igidlərini Sultan Məsud Mirzənin arxasından Kəmrud də-

rəsinin yuxarısına göndərdi. Dərəyə girdikləri vaxt arxadan çatdılar, ancaq 

heç bir şey eləyə bilmədilər. Mirzə bəy Frəngibaz [orada] qəhrəmancasına 

qılınc çaldı. 

Sultan Hüseyn Mirzə əlavə olaraq İbrahim Tarxanı və Yaqub Əyyubu 

                                                           

1

 İlqar/ilgər: bu terminlə çox sürətli hərəkət edən yüngül silahlı bölük, yaxud kiçik hərbi 



dəstə və ya hissə nəzərdə tutulmuş olmalıdır. Bax: Qeydlər və izahlar. 


Yüklə 3,34 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   189




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə