Microsoft Word Baburname doc



Yüklə 3,34 Mb.
Pdf görüntüsü
səhifə21/189
tarix15.03.2018
ölçüsü3,34 Mb.
#31659
1   ...   17   18   19   20   21   22   23   24   ...   189

BABURNAMƏ 

 

45



məd Mirzəyə ərə verilmişdi. 

Digər beş qızı Mir Büzürgün [Termizi] nəvəsi Xanzadə bəyimdən idi. 

Böyüyünü Sultan Mahmud Mirzənin ölümündən sonra Əba Bəkr Kaşğariyə 

(27 b) verdilər. 

İkinci qızı Bikə bəyim idi. Sultan Hüseyn [Bayqara] Mirzə Hisarı mü-

hasirə edəndə bu qızı Sultan Əbu Səid Mirzənin qızı Payəndə Sultan bəyim-

dən olan Heydər Mirzə adlı oğluna almış və sülh bağlayaraq Hisardan çəkil-

mişdi. 

Üçüncü qızı Ağ bəyim idi. 



Dördüncü qızı Ay bəyim idi; Sultan Hüseyn [Bayqara] Mirzə Qunduz 

üzərinə  gəldiyi və Ömər  Şeyx Mirzənin də kömək üçün Əndican  əsgərilə 

birlikdə  oğlu [Baburun kiçık qardaşı] Cahangir Mirzəni göndərdiyi zaman 

Cahangir Mirzə ilə nişanlanmışdı. [Xosrov şahın kiçık qardaşı] Baqi Çağan-

yani 910-cu ildə [1504/5] Amu-Dərya sahilində  gəlib mənə qoşulanda bu 

bəyimlər də anaları ilə birlikdə Termizdə idilər və onlar da Baqi Çağanyani-

nin köçü ilə gəldilər. Biz Gahmərdə çatanda da Ay bəyim Cahangir Mirzə 

ilə ailə qurdu və ondan yalnızca bir qızı oldu. İndi nənəsi Xanzadə bəyimlə 

birlikdə Bədəxşan vilayətində yaşayırlar. 

Beşinci qızı Zeynəb Sultan bəyim idi. Kabili aldığım zaman anam 

Qutlu Nigar xanımın israrı ilə onunla evlənmişdim, yaxşı keçinə bilmədik, 

iki-üç il sonra çiçək xəstəliyindən vəfat etdi. 

Qızlarından biri də Məxdumə (Məxdum) Sultan bəyimdir, Sultan Əli 

Mirzənin doğma böyük bacısıdır, hazırda Bədəxşan vilayətində olur. 

Cariyələrindən də iki qızı olmuşdu. Birinin (28 a) adı  Rəcəb Sultan, 

digərinin adı Mühib Sultan xanımdır. 



Qadınları:  böyük arvadı Mir Büzürg Termizinin qızı olan Xanzadə 

bəyim idi. Mirzə onu dəlicəsinə sevirdi. Sultan Məsud Mirzənin anasıydı. O 

öləndə Mirzə çox matəm tutdu. 

Bundan sonra Mir Büzürgün nəvəsi və Xanzadə bəyimin əmisi qızını 

aldı. Ona da Xanzadə bəyim deyirdilər. Beş qızının və bir oğlunun anasıydı. 

[Digər arvadı olan] Pəşşə bəyim qaraqoyunlunun baharlı oymağı türk-

mən bəylərindən Əli Şir (Şükür) bəyin qızıydı. Əvvəlcə baranlı qaraqoyun-

lularından Cahan Şah Mirzənin oğlu Məhəmməd (Məhəmmədi) Mirzəyə ərə 

getmişdi. Ağqoyunlu Uzun Həsən Azərbaycanı və İraqı Cahan Şah oğulla-

rının əlindən alanda Əli Şir (Şükür) bəyin oğulları da beş-altı min qaraqo-

yunlu türkmən ailəsi ilə birlikdə  gəlib Sultan Əbu Səid Mirzəyə bağlan-

mışdılar. Sultan Əbu Səid Mirzənin məğlub olmasından sonra bir müddət də 

bu vilayətlərdə qaldılar, sonra Sultan Mahmud Mirzə Səmərqənddən Hisara 

gələndə gedib onun xidmətinə girdilər. Sultan Mahmud Mirzə Pəşşə bəyimi 

elə o vaxt almışdı, Bu qadın onun bir oğlunun və üç qızının anasıydı. 

Digər arvadı olan Sultan Nigar xanımın nəsəbi xanlar sırasında açıq-




Zəhirəddin Məhəmməd BABUR  

 

 



46

lanmış və ondan bəhs edilmişdir. 

Xeyli məşuqəsi (28 b) və cariyəsi də vardı. Ancaq ən mötəbəri özbək-

lərdən Zöhrə Bikə ağa idi və onu Sultan Əbu Səid Mirzə həyatda ikən gənc-

liyində almışdı. Bir oğlunun və bir qızının anasıydı. 

Digər cariyələri də çoxdu. Onların ikisindən, yuxarıda adı çəkilən iki 

qızı olmuşdu. 

Əmirləri: Xosrov şah türküstanlı qıpçaqlardandı. Gəncliyində tarxan 

bəylərinə yaxın xidmətlərdə olmuşdu. Bəlkə də çöhrə idi. Sonra Məzid bəy 

Arğunun xidmətinə girdi, o da ümumən ona iltifat göstərmişdi. İraq məğlu-

biyyətində Sultan Mahmud Mirzəyə qoşulub yolda gələrkən şücaət göstər-

diyi üçün Sultan Mahmud Mirzə də ona iltifat etmişdi. Sonralar fövqəladə 

böyümüş və Sultan Mahmud Mirzə həyatda ikən əsgəri hardasa beş-altı mi-

nə çatmışdı. Bədəxşanı  çıxmaqla, Amu-Dəryadan Hindıquş dağına qədər 

olan vilayətlər bütünlüklə ona aid idi. 

Ziyafətləri və cömərdliyi yaxşı idi. Əlində olanı yeməkdən çəkinməz-

di. Mala qiymət verib onu əldə etməyi bacardığı kimi bol-bol da sərf edirdi. 

Sultan Mahmud Mirzədən sonra, onun oğullarının zamanında da çox yük-

səlmiş və əsgəri iyirmi minə yaxınlaşmışdı. 

Namaz qılması və haram yeməməsi ilə birlikdə batil və fasiq, axmaq, 

anlayışsız (29 a) və nankor bir adamdı. Beş günlük fani dünya üçün özünün 

böyütdüyü, vəlinemətinin oğullarından birini kor elədi, digərini isə öldürdü. 

Allah nəzdində asi və xalqın gözündə rədd edilmiş oldu, qiyamətə qədər lə-

nətlənməyə və nifrətə layiq biri oldu. Bu müvəqqəti dünya üçün belə pis iş-

lər gördü. 

Bu qədər abad vilayətə, bu qədər çox və silahlı  əsgərə sahib olduğu 

halda bir toyuğa qarşı belə müharibə eləmədi. Bu kitabda yeri gəldikcə on-

dan təkrar bəhs ediləcəkdir. 

Başqa bir əmiri  Məhəmməd Elçi-Buğa: koçindi. Sultan Əbu Səid 

Mirzənin bir davası zamanı, Bəlx qapısında həzarə müharibəsində, qovğaya 

qarışmış və yumruq atmışdı. Cəsur bir adamdı. Mirzəyə hər zaman xidmət 

edirdi və Mirzə  də onun fikrinə görə  hərəkət edirdi. Sultan Hüseyn [Bay-

qara] Mirzə Qunduzu mühasirə edəndə, Xosrov şaha paxıllığı üzündən az 

əsgərlə  və zirehsiz olduğu halda bir gecə basqına getdi, ancaq heç bir şey 

edə bilmədi. O qədər çox əsgərə qarşı nə edə bilərdi ki? Arxasından təqibçi 

göndərildi, axırda özünü çaya atdı və boğuldu. 

Başqa bir əmiri Əyyub [Bəyçik] Sultan Əbu Səid Mirzənin yanında, 

Xorasan çöhrə bölüyündə xidmət edirdi. Cəsur bir adamdı. [Sultan Mahmud 

Mirzənin oğlu] Baysunqur Mirzənin bəy-atəkəsiydi. Yeməyi və geyinməsi 

qəribə idi. Lağlağıydı. Sultan Mahmud Mirzə (29 b) ona bihəya (utanmaz) 

deyə xitab edirmiş. 

Başqa bir əmiri Vəli Xosrov şahın kiçık qardaşıydı. Adamlarına yaxşı 



Yüklə 3,34 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   189




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə