Microsoft Word Baburname doc


Zəhirəddin Məhəmməd BABUR



Yüklə 3,34 Mb.
Pdf görüntüsü
səhifə24/189
tarix15.03.2018
ölçüsü3,34 Mb.
#31659
1   ...   20   21   22   23   24   25   26   27   ...   189

Zəhirəddin Məhəmməd BABUR  

 

 



52

da bir qədər əsgərlə birlikdə Həmzə Sultanın və moğollarm üstünə Qara-Tə-

kinə göndərmişdi. Bunlar da [onların] arxalarından yetişərək Qara-Təkində 

vuruşdular, Sultan Hüseyn Mirzənin (34 a) axınçılarını məğlub edərək bəy-

lərin çoxunu ələ keçirdilər, ancaq təkrar azad elədilər. 

Belə olduqda Həmzə Sultan, Mehdi Sultan, Həmzə Sultanın oğlu Ma-

maq Sultan, sonralar Məhəmməd Duğlat Hisari adıyla tanınacaq Məhəm-

məd Duğlat, Sultan Hüseyn Duğlat və bu sultanların idarəsindəki özbəklər 

ilə Hisar vilayətində yaşayan və Sultan Mahmud Mirzənin adamları olan 

moğollar bizim xidmətimizə girmək istəyərək ramazan ayında [=1946 may-

iyun] Əndicana gəldilər. O zaman teymurilərin adətinə uyğun olaraq döşək 

üstündə otururdum. Həmzə Sultan, Mehdi Sultan və Mamaq Sultan gəlincə 

bunlara hörmət əlaməti olaraq ayağa qalxıb döşəkdən endim və onlarla gö-

rüşdüm. Sultanlara sağ  tərəfimdə bağdaş qurdurdum. Məhəmməd Duğlat 

Hisarinin komandanlığındakı bütün moğollar gəldilər və xidmətimə girmək 

istədilər. 

Sultan Hüseyn Mirzə  gəlib Hisar kurqanını mühasirəyə aldı. Lağım 

açmaq, kurqana hücum etmək, daş atmaq və qazan

1

 qurmaq işləriylə gecə-



gündüz durmadan uğraşırdı. Dörd-beş yerdə lağım açıldı. Şəhər tərəfindəki 

qapıda açılan lağım xeyli irəliləmişdi. Kurqan içində olanlar da öz lağımla-

rını açıb bu lağımı tapdılar və (34 b) yuxarıdan buraya tüstü buraxdılar. Am-

ma Mirzənin adamları öz lağımlarını bağlayanda tüstü yuxarı, kurqanı qoru-

yanların özünə qayıtdı. Kurqanı qoruyanlar can hövlünə düşərək qaçdılar. 

Axırda su gətirib tökərək bayırdan girənləri lağımla qaçmağa məcbur etdilər. 

Bir dəfə də bir neçə ürəkli igid yuxarı çıxıb lağımın yanındakıları qaçırtdı. 

Bir dəfə isə Mirzənin olduğu  şimal tərəfdən qazan qurub çoxlu daş 

ataraq qalanın bir bürcünü zədələmişdilər. Yatsı namazı vaxtı bürc yıxıldı. 

Bəzi igidlər dərhal hücum etmək istədilər. Ancaq Mirzə gecə olduğu üçün 

izin vermədi. Kurqandakılar isə sabaha qədər bürcü tamamilə təmir etmişdi-

lər. Ertəsi gün də müharibə olmadı. Bu iki-iki ay yarımda bütün iş lağım aç-

maq, qalacıqlar qurmaq və daş atmaqdan oyana keçmədi.  Əsaslı bir savaş 

olmadı. 


Bədiüzzaman Mirzənin idarəsində Xosrov şahın üstünə göndərilən qa-

filə Qunduzdan üç-dörd ağac qədər aşağıda bir yerə gələndə Xosrov şah bü-

tün adamlarını döyüş qaydasında düzərək Qunduzdan çıxdı  və ertəsi gün 

Bədiüzzaman Mirzənin əsgərinin üstünə yürüdü. O qədər mirzənin və sərdar 

bəyin (35 a) adamları Xosrov şahın adamlarının iki misli qədər olmasa da

bir yarım misli olduğu halda ehtiyat edərək səngərdən çıxmadılar. Xosrov 

şahın  əsgəri yaxşı-pis, böyük-kiçık dörd-beş min qədər idi. Xosrov şah bu 

fani dünya üçün və bivəfa nökər-naibi üçün bunca zülm və ədalətsizliyi özü-

nə adət etmiş, bunca böyük vilayətlər almış və bu qədər çox adam saxlamaq 

                                                           

1

 Qazan: əslində böyük tava mənasına gələn bu söz böyük top anlamında da işlənir. 




BABURNAMƏ 

 

53



yolunu seçmiş (ömrünün sonuna doğru adamlarının sayı  təqribən iyirmi-

otuz minə çıxmışdı, torpaqları isə öz padşahının və mirzələrin torpağından 

daha çox idi) bir adam idi. Bu iş onun həyatında gördüyü yeganə  iş oldu. 

Xosrov şah və onun tabeliyindəkilər bu iş sayəsində sərdarlıq və cəsarətdə 

nam qazandılar, səngərdən çıxmayanlar isə öz qorxaqlığı  və  cəsarətsizliyi 

ilə bədnam oldular. 

Bədiüzzaman Mirzə oradan çəkilərək çox çətinliklə Taliqanın böyük 

bağına gəldi. Xosrov şah özü Qunduz kurqanında idi, kiçık qardaşı  Vəlini 

isə Mirzəni narahat edəcək bəzi qarışıqlıqlar çıxarmaq üçün bir dəstə seçmə 

igidlə birlikdə İşkəmiş, Fülula və ətraf dağların ətəklərinə göndərmişdi. Mü-

hib Əli Qurçu da bir dəstə yaxşı igidlə birlikdə gəlmişdi və Xutlan çayının 

(35 b) sahilində Bədiüzzaman Mirzənin adamlarının bir qismilə qarşılaşdı, 

onların bəzilərini atdan saldı, bir neçəsinin də başını kəsdi. 

Sonra bu məğlubiyyətin qisasını almaq üçün Şeydim Əli Dərban, onun 

kiçık qardaşı [Sultan Baba] Qulu bəy və Bəhlul Əyyub bir dəstə yaxşı igidlə 

birlikdə gələrək Əmbər dağının ətəyindəki Xoca-Çəngəl civarında, Xorasan 

əsgərlərinin köçdüyü yerdə çarpışdılar; amma o biri tərəfdən bir çox adam 

yetişib  Şeydim  Əli, Qul Baba [Sultan Baba Qulu bəy] və bir dəstə yaxşı 

igidlərin hamısını ələ keçirdi. 

Bu xəbər Sultan Hüseyn [Bayqara] Mirzəyə çatdı. Hisarın bahar yağ-

murları üzündən ordu da təhlükədə idi. Uzlaşma yolunu tutaraq içəridən 

Mahmud Barlas, dışarıdan isə Hacı Pir Bəkavul ilə böyük ağalar

1

 görüşdülər. 



Sultan Hüseyn Mirzə  nə  qədər sazəndə  və xanəndə varsa hamısını  yığıb 

Sultan Mahmud Mirzənin Xanzadə bəyimdən olan böyük qızını, yəni Sultan 

Əbu Səid Mirzənin qız nəvəsini [Bikə  bəyimi] Payəndə Sultan bəyimdən 

olan [oğlu] Heydər Mirzə ilə evləndirərək Hisardan çəkildi və Qunduza 

doğru hərəkət etdi. Qunduza gəlincə bir az siyasət işlədərək buranı müha-

sirəyə almağa çalışdı. Axırda [oğlu] Bədiüzzaman Mirzənin araya girməsi 

ilə barışdılar. Hər iki tərəf əsir düşənləri qarşılıqlı dəyişdirərək (36 a) öz ye-

rinə-yurduna qayıtdı. 

Xosrov şahın bu qədər böyüməsinin və başından yekə işlərə girişmə-

sinin səbəbi Sultan Hüseyn Mirzənin iki dəfə gəlib Hisarı ala bilmədən geri 

qayıtması idi. 

Sultan Hüseyn Mirzə Bəlxə gələndə Mavəraünnəhr vilayətinin asayişi 

üçün Bəlxi [oğlu] Bədiüzzaman Mirzəyə, onun vilayəti Əstərabadı isə [digər 

oğlu] Müzəffər Hüseyn Mirzəyə verdi. Hər ikisini də  Bəlx və  Əstərabad 

                                                           

1

 Ağa, yaxud ağaca: yaşca böyük anlamına gələn ağa termini sonradan hansısa bir qu-



rumun başında duranlara məxsus ünvan olmuşdur.  


Yüklə 3,34 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   189




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə