Microsoft Word Baburname doc



Yüklə 3,34 Mb.
Pdf görüntüsü
səhifə27/189
tarix15.03.2018
ölçüsü3,34 Mb.
#31659
1   ...   23   24   25   26   27   28   29   30   ...   189

BABURNAMƏ 

 

59



piyadalar idi. Birinin adı Hacıydı və kiçıkliyindən bəri mənim xidmətimdə 

idi. Birinə də Mahmud Kundursəngək deyirdilər. Hamısını öldürdülər. 

Bu yurdda olduğumuz zaman Səmərqəndin  şəhər  əhalisindən və  əs-

nafdan o qədər çox adam dışarı çıxmışdı ki, ordugah artıq bir şəhər halına 

gəlmişdi. Şəhərlərdə nə axtarsan ordugahda tapardın. 

Bu müddət ərzində Səmərqənd istisna olmaqla digər bütün kurqanların, 

dağların və ovaların hamısı bizə itaət etmişdi. Şavdar dağının ətəyindəki Ör-

kət adlı bir kurqanı  bəzi adamlar gücləndirmişdilər. Bu üzdən bu yurddan 

qalxıb Örkətə yürüş etmək lazım gəldi. Axırda bizə qarşı dayana bilməyə-

cəklərini anladıqları zaman da Xoca [Mövlana] qazını (41 a) minnətçi salıb 

itaət etdilər. Biz də onların xətalarını bağışlayaraq yenidən Səmərqəndin 

mühasirəsi ilə məşğul olduq. 



 

SULTAN HÜSEYİN MİRZƏ İLƏ 

BƏDİÜZZAMAN MİRZƏ ARASINDA ÇARPIŞMA 

 

Bu il Sultan Hüseyn [Bayqara] Mirzə ilə [oğlu] Bədiüzzaman Mirzə 



arasındakı anlaşmazlıqlar bunları savaşa sürüklədi. Məsələ belə idi: keçən il 

Sultan Hüseyn Mirzənin Bəlxi Bədiüzzaman Mirzəyə,  Əstərabadı isə Mü-

zəffər Mirzəyə verərək onları yükündürdüyünü nəql etmişdik. O zamandan 

bugünə qədər bir çox elçilər gəlib getdi. Axırda Əlişir bəy [Nəvai] də elçi 

olaraq gəldi. Nə qədər çalışsalar da Bədiüzzaman Əstərabadı kiçık qardaşına 

verməyə razı olmadı  və «Mənim oğlum Məhəmməd Mömin Mirzə sünnət 

olunanda, [babası] Sultan Hüseyn Mirzə oranı ona hədiyyə etmişdi» dedi.  

Bir gün Əlişir bəylə Mirzə arasında bir söhbət oldu ki, bu, Mirzənin  

sürətli fəhminə, Əlişir bəyin də həssasiyyətinə bir dəlildir. Əlişir bəy bir çox 

məhrəm sözü Mirzəyə pıçıltıyla söylədi və «Bu sözləri unudun» dedi. Mirzə 

də dərhal «hansı sözləri?» deyə soruşanda, Əlişir bəy çox mütəəssir oldu və 

uzun-uzun ağladı. 

Ata ilə oğul arasındakı bu dedi-qodular axırda belə nəticələndi: atası 

oğlu, oğlu da atası üzərinə  Bəlx və  Əstərabada qoşun yeritdi. Gürzüvan 

ətəyində yerləşən  (41 b) Yekçıraq çayırına aşağıdan Sultan Hüseyn Mirzə 

yuxarıdan da [oğlu] Bədiüzzaman Mirzə gəldi. Ramazan başlanğıcında çər-

şənbə axşamı günü [=3 may 1497] Sultan Hüseyn Mirzənin bir neçə bəyi və 

bir dəstə süvarisi ilə birlikdə [digər oğlu] Əbülmöhsün Mirzə irəlilədi. Ciddi 

bir vuruşma olmadan Bədiüzzaman Mirzə məğlub oldu. Bir çox yaxşı igid 

əsir düşdü. Sultan Hüseyn Mirzə hamısının başını  kəsdirdi. Yalnız burada 

deyil, hansı oğlu düşmən olaraq qarşısına çıxsa, məğlub etdi və əsir düşən 

adamlarının hamısının başlarını kəsdirdi. Nə eləsin, haqq onun tərəfində idi. 

Bu mirzələr zövq və səfahətə o dərəcədə düşkün idilər ki, ataları kimi 

təcrübəli və ağıllı bir padşah onlara yarım günlük məsafəyə qədər yaxınlaş-




Zəhirəddin Məhəmməd BABUR  

 

 



60

dığı və digər tərəfdən də ramazan kimi mübarək və əziz bir aya girməyə yal-

nızca bir gecə qaldığı halda, onlar atalarından çəkinmədən, Allahdan qorx-

madan yalnızca  şərab içib zövq və  səfa sürməklə  məşğul idilər.  Şübhəsiz, 

belə hərəkət edən adamlar belə yenilgilərə uğrayar və belə insanların öhdə-

sindən hər kəs gələr.  

Əstərabadın idarəsi neçə ildir Bədiüzzaman Mirzənin  əlində idi. Ət-

rafındakılar və igidləri fövqəladə zövqə və süsə düşkün idilər. Altın və gü-

müş qab-qaşıqları və əşyaları hədsiz dərəcədə çoxalmışdı. Süslü geydirilmiş 

igidlərinin (42 a) və cins atlarının sayı-hesabı yox idi. Orada hamısını itirdi. 

Dağ yollarından qaçarkən, qayalıqlardan və uçurumlardan böyük çətinliklər-

lə endi, amma bir çox adamı bu uçurumlarda tələf oldu. 

Sultan Hüseyn Mirzə oğlunu yendikdən sonra Bəlxə gəldi. Bədiüzza-

man Mirzə Bəlxdə Şeyx Əli Tağayini qoymuşdu. O da çarəsiz qaldı və Sul-

tan Hüseyn Mirzəyə itaət edərək Bəlxi təslim etdi. Sultan Hüseyn Mirzə 

Bəlxi [digər oğlu]  İbrahim Hüseyn Mirzəyə verib Məhəmməd Vəli bəylə 

Şah Hüseyn Çöhrəni də onunla birlikdə qoydu və özü Xorasana geri qayıtdı. 

Məğlub olan, malı-mülkü yağmalanan Bədiüzzaman Mirzə ətrafındakı 

igidləri, piyada və çılpaq adamlarıyla birlikdə Qunduza, Xosrov şahın yanı-

na getdi. Xosrov şah ona yaxşı üz göstərdi. At və dəvələrlə birlikdə kiçık və 

böyük çadırlar, sipahilərə  gərəkən təchizatı verərək, həm Mirzənin özünə

həm də başının adamlarına o qədər yaxşı rəftar və insaniyyət göstərdi ki, gö-

rənlər Mirzənin öncəki və bugünkü təchizatı arasındakı fərqin yalnızca süslü 

və yaldızlı alətlərin olmaması olduğunu söylədilər. 

 

SULTAN MƏSUD MİRZƏ İLƏ 

XOSROV ŞAH ARASINDAKI UYUŞMAZLIQ 

 

Sultan Məsud Mirzə ilə Xosrov şah arasında birinin ölçüsüzlüyü, digə-

rinin isə özünü böyük görməsindən uyuşmazlıq yarandı. Xosrov şah Vəli və 

Baqini [Çağanyanı]  (42 b)  Bədiüzzaman Mirzə ilə birlikdə Hisara Sultan 

Məsud Mirzənin üzərinə göndərdi. Lakin kurqana yaxınlaşa bilmədilər. 

Civardakı bölgədə hər iki tərəf bir-iki dəfə qılınc işlətdi. Bir dəfə də Mühib 

Əli Qurçu qafilədən ayrılaraq Hisarın  şimal tərəfində yerləşən Quşxanaya 

gəlib yaxşı çarpışdı. Atdan yıxılıb ələ keçiriləcəyi zaman arxadaşları  gəlib 

onu qurtardılar. Bir neçə gün sonra sülhə bənzər bir şey bağlayıb geri qayıt-

dılar. 


Bundan bir neçə gün sonra Bədiüzzaman Mirzə dağ yolundan Qəndə-

hara və Zəmindavərə, Zünnun bəy Arğun ilə oğlu Şah Şüca Arğuna getdi. 

Zünnun bəy Arğun xəsis olduğu halda yaxşı münasibət göstərdi və bir dəfə 

də  qırx min qoyun hədiyyə etdi. Qəribə bir təsadüfdür ki, Sultan Hüseyn 

Mirzənin [oğlu] Bədiüzzaman Mirzəni məğlub etdiyi eyni çərşənbə axşamı 



Yüklə 3,34 Mb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   189




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə