Microsoft Word Baburname doc


Zəhirəddin Məhəmməd BABUR



Yüklə 3,34 Mb.
Pdf görüntüsü
səhifə29/189
tarix15.03.2018
ölçüsü3,34 Mb.
#31659
1   ...   25   26   27   28   29   30   31   32   ...   189

Zəhirəddin Məhəmməd BABUR  

 

 



64

rəti peyğəmbər zamanından bəri Mavəraünnəhrdə o qədər çox islam imamı 

yetişmişdir ki, başqa heç bir vilayətdən  (45 a) bu qədər çox imam çıxma-

mışdır. Kəlam imamlarından biri olan Şeyx Əbu Mənsur Səmərqəndin Ma-

turid adlı məhəlləsindəndir. 

Kəlam imamları iki qrupa bölünür; birinə maturidiyyə, digərinə  əşa-

riyyə deyirlər. Maturidiyyə Şeyx Əbu Mənsur tərəfindən qurulmuşdur. Sə-

hihi-Buxari  adlı  əsərin müəllifi Xoca İsmayıl da Mavəraünnəhrdəndir.  Hi-

dayə adlı əsərin yazarı da Fərqanənin Mərginan adlı vilayətindəndir. İmam 

Əbu Hənifə məzhəbində Hidayədən daha sayğın bir fiqh kitabı yoxdur. Fər-

qanə də Mavəraünnəhrə daxil olub məmurənin kənarında yerləşir. 

Səmərqəndin  şərqində  Fərqanə  və Kaşğar, qərbində Buxara və Xa-

rəzm,  şimalında Daşkənd və  Şahruxiyyə (kitablarda Şaş  və  Bənakət deyə 

yazılır), cənubunda Bəlx və Termiz yerləşir. 

Kuhək çayı  Səmərqəndin  şimalından axır və ondan iki küruh məsa-

fədədir. Bu çayla Səmərqənd arasında Kuhək deyilən bir təpə vardır və çay 

bunun ətəyindən axdığı üçün Kuhək çayı deyirlər. Bu sudan böyük bir qol 

ayrılmışdır. Dərya qədər geniş olan bu qola Dərğəm çayı deyirlər. Səmər-

qənddən bir şəri məsafədədir və şəhərin cənubundan axır. Səmərqəndin bağ-

ları, məhəllələri və bir neçə qəzası bu su sayəsində abad olmuşdur. Buxara 

və Qara gölə qədər otuz-qırx ağaca yaxın bir bölgənin əkin-biçini və abad-

lığı Kuhək çayıyla təmin edilir. Bu qədər böyük (45 b) bir çay olduğu halda 

suyu ziraət və abadlıq üçün ancaq yetir, hətta yayda Buxara üç-dörd ay su-

suz qalır. 

Üzümü, qovunu, alması, narı  və digər bütün meyvələri çox yaxşıdır. 

Lakin Səmərqəndin iki meyvəsi məşhurdur: sibi-Səmərqənd (alma) və sa-

hibi-Səmərqənd (üzüm). 

Qar Kabildə olduğu qədər çox yağmasa da, qışı çox soyuqdur. Yayda 

havası xoşdur, lakin Kabil qədər deyil.  

Səmərqənddə  və onun məhəllələrində Teymur bəyin və Uluğ  bəyin 

imarət və bağları çoxdur. Teymur bəy Səmərqənd ərkində Göy saray deyə 

məşhur olan dörd qatlı, fövqəladə böyük bir köşk tikdirmişdir. 

Bundan başqa, Ahənin darvazasına yaxın, qalanın içində bir cami də 

tikdirmişdir. Bu caminin daşlarını əksəriyyəti Hindistandan gətirtilən daşçı-

lar işləmişdir. Caminin kitabəsindəki «Və əz yərfəu İbrahim əl-qəvaidə...»

1

 



ayəsini elə böyük hərflərlə yazmışlar ki, bir küruh məsafədən oxumaq müm-

kündür. Bu da çox böyük bir binadır. 

[Teymur bəy] Səmərqəndin  şərqində iki bağ saldırmışdır. Daha 

uzaqda olan Baği-boldu, digəri isə daha yaxında olan Baği-dilgüşadır. Baği-

dilgüşadan Firuzə darvazasına qədər bir yol çəkdirib iki tərəfinə qovaq ağacı 

əkdirmişdir. Dilgüşada da böyük bir köşk tikdirmişdir. Bu köşkdə  (46 a) 

                                                           

1

 Quran, Bəqərə surəsi: "İbrahim İsmayıl ilə bərabər Evin təməllərini yüksəldir" (2:127). 




BABURNAMƏ 

 

65



Teymur bəyin Hindistan müharibələri təsvir edilmişdir. Kuhək təpəsinin ətə-

yində, Kani-Gilin -abi-rəhmət də deyilən Qara suyun- üst tərəfində  Nəqşi-

cahan adında bir bağ saldırmışdır. Mən görən zaman bu bağ artıq xarab ol-

muş və diqqətədəyər bir şeyi qalmamışdı. Səmərqəndin cənubunda, qalaya 

yaxın yerdə Baği-çinar, Səmərqəndin aşağı  tərəfində Baği-şimal və Baği-

behişt vardır. 

Teymur bəyin nəvəsi, Cihangir Mirzənin oğlu olan Məhəmməd Sultan 

Mirzə də Səmərqəndin dış kurqanında – Çəkərdə bir mədrəsə tikdirmişdir. 

Teymur bəyin və Səmərqənddə padşahlıq edən övladlarının hamısının qəbri 

buradadır. 

Uluğbəy Mirzənin imarətlərindən olan mədrəsə və xanəgah isə Səmər-

qənd qalasının iç tərəfindədir. Xanəgahın qübbəsi fövqəladə böyükdür, onun 

qədər böyük bir qübbənin dünyada olmadığını söyləyirlər. Bu mədrəsənin 

və xanəgahın yanında Mirzə hamamı deyə bilinən gözəl bir hamam tikdir-

mişdi. Döşəməsi müxtəlif daşlardandır. Xorasanda və  Səmərqənddə onun 

kimi başqa bir hamam  yoxdur (46 b). 

Bir də  mədrəsənin cənubunda Məscidi-Müqətta dedikləri bir məscid 

tikdirmişdir. Müqətta [kəsilmiş, ayrı] deyilməsinin səbəbi parça-parça ağac-

ların yonulub islami və Çin üsulu naxışlarla işlənməsindəndir. Bütün divar-

ları  və damı bu tərzdədir. Bu məscidin qibləsi ilə  mədrəsənin qibləsi ara-

sında çox böyük fərq vardır. Hər halda bu məscidin qiblə yönünü ulduzlara 

görə təyin etmişlər.  

Tikdirdiyi digər böyük binalardan biri də Kuhək təpəsinin  ətəyində 

yerləşən və içərisində zic

1

 yazma aləti olan üç qatlı rəsədxanadır. Uluğ bəy 



Mirzə bu rəsədxana ilə zici-Gürganini tərtib etmişdir ki, dünyada bu zic di-

gərlərindən daha artıq istifadə olunur. Bundan əvvəl Xoca Nəsir[əddin] Tu-

sinin elxani hakimi Hülakü xan zamanında Marağada tərtib etdiyi zici-El-

xani istifadə olunmuşdu. Deyəsən, dünyada yeddi-səkkizdən artıq rəsədxana 

olmamışdır. Bunlardan birini xəlifə Məmun tikdirmişdir və zici-Məmuni bu-

rada tərtib edilmişdir. Bitlimus da bir rəsədxana tikdirmişdir. Hindistanda 

racə Bikerməcit Hindu zamanında bugün Mandu adıyla tanınan Malva döv-

lətindəki Ücceyn və Deharda bir rəsədxana var. Hindlərin Hindistanda bu-

gün də istifadə etdikləri zic budur. Bu rəsədxananın tikilməsindən bəri (47 

a) 1584 il keçmişdir və bu zic digər ziclərə görə daha naqisdir. 

[Uluğ  bəy] Kuhək təpəsinin qərb tərəfindəki  ətəyində Baği-meydan 

adlı bir bağ və bu bağın ortasında Çihil sütun dedikləri böyük bir bina tikdir-

mişdir.  İki qatlı  və sütunları tamamilə daşdan olan bu binanın dörd kün-

cündə minarəyə bənzər dörd bürc tikilmişdir. Üst qata bu qüllələrdən çıxılır. 

Digər yerlərdə daş sütunlar vardır. Bunların bəziləri büklümlü, bəziləri ho-

                                                           

1

 Zic:  yaxud  zeyr:  əskidən ulduzların yerlərini və  hərəkətlərini göstərmək üçün hazır-



lanmış cədvəl, kataloq. 


Yüklə 3,34 Mb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   189




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə