Microsoft Word Baburname doc


Zəhirəddin Məhəmməd BABUR



Yüklə 3,34 Mb.
Pdf görüntüsü
səhifə31/189
tarix15.03.2018
ölçüsü3,34 Mb.
#31659
1   ...   27   28   29   30   31   32   33   34   ...   189

Zəhirəddin Məhəmməd BABUR  

 

 



68

mur bəy paytaxt olaraq Səmərqəndi seçmişdir. 

Qarşı vilayətinə Nəsəf və Nəxşəb də deyirlər. Qarşı moğolca bir söz 

olub məzar deməkdir. Ehtimal ki, bu ad buraya Çingiz xan istilasından sonra 

verilmişdir. Suyu azdır, baharı yaxşı keçir, əkini və qovunu yaxşı olur. Sə-

mərqəndin cənubunda və bir qədər də qərbə doğru on səkkiz ağac məsafə-

dədir. Yalnız qılquyruq

1

 dedikləri və bağrı-qaraya



2

 bənzər bir quş vardır ki, 

Qarşı vilayətində lap çoxdur, o tərəflərdə ona mürğaki-Qarşı [Qarşı quşu] 

deyirlər.  

Vilayətlərindən biri də Xüzar, digəri isə  Kərminə olub Səmərqəndlə 

Buxara arasındadırlar. Digər vilayətlərlə müqayisədə suyu ən bol vilayət 

olan Qara göl isə Buxaranın şimal-qərbində və yeddi ağac məsafədədir. 

Səmərqəndin gözəl tümənləri də vardır, eynən Soğd və ona yaxın di-

gər tümənlər kimi. Yar-yaylaqdan başlayaraq Buxaraya qədər kənd və mə-

murə olmayan tək bir ağaçlıq məsafə belə yoxdur. Bura elə  məşhurdur ki

Teymur bəy: «Mənim bir bağım var ki, uzunluğu otuz ağacdır» demiş  və 

bunu deyərkən də bu tümənləri nəzərdə tutmuşdur. 

Bu tümənlərdən biri olan Şavdar Səmərqənd şəhərinə və onun dış mə-

həllələrinə bitişikdir. Çox yaxşı bir tüməndir. Bir tərəfində  Səmərqənd ilə 

Şəhrisəbz arasındakı dağ (50 a) yerləşir. Kəndlərinin çoxu bu dağın ətəyin-

dədir. Bir tərəfində də Kuhək çayı vardır. Havası xoş, səfalı, suyu bol, mey-

vəsi çox və fövqəladə gözəl bir tüməndir. Misiri və  Şamı görən səyyahlar 

buraya bənzəyən başqa bir yer görmədiklərini söyləyirlər.  

Səmərqəndin bunlardan başqa tümənləri də vardır, lakin onlar yuxarı-

da bəhs edilənlər qədər [diqqətəlayiq] deyildir. Bu qədərlə kifayətləndik. 

Teymur bəy Səmərqəndin idarəsini [ən böyük oğlu] Cahangir Mirzəyə 

vermişdi və Cahangir Mirzənin ölümündən sonra onun böyük oğlu Məhəm-

məd Sultan Mirzəyə verdi. [Daha sonra isə Teymur bəyin oğlu] Şahrux Mir-

zə bütün Mavəraünnəhr vilayətini böyük oğlu Uluğ bəy Mirzəyə vermişdi. 

Uluğ bəy Mirzədən isə oğlu Əbdüllətif Mirzə aldı. Bu beş günlük fani 

dünya üçün elə danişmənd və ixtiyar atasını şəhid etdi.  

Uluğ bəy Mirzənin ölüm tarixi bu şəkildə zəbt edilmişdir: 

Uluğ bəy ki, bəhri-ülumi-xirəd 

Ki, dünyə vü dinra əzu bud poşt

Zi Abbas şəhdi-şəhadət çəşid, 

Şodəş hərfi-tarix «Abbas koşt»

3



 

Uluğ bəy elmin və ağlın dənizi,  

Dünya və dinin dəstəyi idi, 

                                                           

1

 Qılquyruq: çox incə quyruqlu bir cins ördək, yabani toyuq, qır kəkliyi, fazan. 



2

 Bağrı-qara: quşun rənginə görə verilən bir sıfət olub sonra quşun adı yerinə keçmişdir.  

3

 «Abbas kuşt» sözlərinin əbcəd hesabı ilə cəmi hicri tarixlə 853-cü il (=1449/50) edir. 




BABURNAMƏ 

 

69



Abbasdan şəhadət balını daddı, 

 (Abbas tərəfindən öldürüldü). 

Tarixi  «Abbas öldürdü» oldu.  

Gərçi Əbdüllətif Mirzə də beş-altı-aydan artıq səltənət sürmədi. Necə 

ki bu məşhur beytdə söylənmişdir:  

Pədərküş padşahira nəşayəd, 

Əgər şayəd bə şeş mahəş nəpayəd. 

Atasını öldürən padşahlığa yaraşmaz, 

Əgər olsa belə, altı aydan çox səltənət sürməz. 

Onun ölüm tarixi də bu şəkildə zəbt edilmişdir: 

Əblüllətif kisrəvi-Cəmşid fər ki bud, 

Dər silki-bəndəqanəş Fəridun ü Zərdixuşt, 

Baba Hüseyn kuşt şəbi-cüməəş bə tir

Tarixəş in nəvis ki «Baba Hüseyn kuşt»

1



  



Əbdüllətif Cəmşid kimi həşmətli bir padşahdı, (50 b) 

Firidun və Zərdüşd onun bəndələri arasındaydı. 

Baba Hüseyn cümə gecəsi onu oxla öldürdü. 

Tarixini belə yaz: «Baba Hüseyn öldürdü». 

Əbdüllətif Mirzədən sonra Səmərqənd taxtına Şahrux Mirzənin nəvəsi, 

İbrahim Sultan Mirzənin oğlu və Uluğ bəy Mirzənin kürəkəni olan Abdullah 

Mirzə keçdi. Bir il yarım-iki il qədər padşahlıq etdi. 

Ondan sonra iqdidarı  [Şahruxun böyük qardaşı Miranşahın böyük 

oğlu] Sultan Əbu Səid Mirzə ələ aldı və özü hələ sağ ikən böyük oğlu Sultan 

Əhməd Mirzəyə verdi. Beləliklə, Sultan Əbu Səid Mirzənin ölümündən son-

ra Sultan Əhməd Mirzə padşahlıq etdi. 

Sultan Əhməd Mirzənin ölümündən sonra Səmərqənd taxtına [qarda-

şı] Sultan Mahmud Mirzə oturdu. Sultan Mahmud Mirzədən sonra isə [oğlu] 

Baysunqur Mirzəni padşah etdilər. Tarxanlar üsyanları zamanı Baysunqur 

Mirzəni həbs edərək, kiçık qardaşı Sultan Əli Mirzəni bir-iki gün üçün taxta 

keçirdilər. Bu kitabda göstərildiyi kimi, Baysunqur Mirzə taxtı  təkrar  əldə 

etdi və Baysunqur Mirzədən də  mən aldım. Digər keyfiyyətlər isə bundan 

sonrakı vəqayede bildiriləcəkdir.  

 

BABURUN SƏMƏRQƏND TAXTINA 



ÇIXMASINDAN SONRA YARANAN QARIŞIQLIQ 

 

Səmərqənd taxtına oturduqdan sonra, Səmərqənd bəylərinə  əvvəllər 

olduğu  kimi yenə də inayət elədim. Bizimlə olan bəylərə də mövqe və ləya-

                                                           

1

 «Baba Hüseyn kuşt» sözlərinin əbcəd hesabı ilə cəmi hicri tarixlə 854-cü il (=1450/51) 



edir. 


Zəhirəddin Məhəmməd BABUR  

 

 



70

qətlərinə görə (51 a) ehsan və iltifat göstərdim. Sultan Əhməd Tənbələ isə 

digərlərindən daha artıq iltifat edildi, içki bəyləri zümrəsində ikən böyük 

bəylər cərgəsinə keçirildi. 

Səmərqəndi yeddi ay mühasirə edib böyük çətinliklərlə almışdıq və 

Tənbəl bizə qoşulan zaman əsgərin əlinə bəzi qənimətər keçmişdi. Bu arada 

Səmərqənd dışında bütün digər vilayətlər də mənim, ya da Sultan Əli Mir-

zənin idarəsinə öz istəkləri ilə girmişdilər. Bu üzdən də zatən bizə tabe ol-

muş vilayətlər yağmalana bilməzdi. Üstəlik, o günə qədər çox ağır bir yağ-

maya uğramış bu vilayətlərdən hər hansı bir şey almaq mümkün də deyildi. 

Əsgərin qəniməti tükəndi. Səmərqəndi alarkən şəhər o qədər xarab bir və-

ziyyətdə idi ki, hələ bir müddət yardıma, toxuma və özünə gəlməyə möhtac 

idi, insan oradan necə bir şey ala bilərdi. Bu üzdən əsgər çox sıxıntı çəkdi. 

Biz də onlara bir şey verə bilmədik. Evləri üçün də darıxdılar və beləliklə, 

tək-tək, iki-iki qaçmağa başladılar, ilk qaçan adam Xanqulu Bəyanqulu, ar-

dından  İbrahim Bəycik [Tağayi] oldu. Moğollar tamamən qaçdılar. Sonra 

isə Sultan Əhməd Tənbəl belə qaçdı. 

Bu iğtişaşın yatışdırılması üçün Xoca [Mövlana] qazını göndərdik. 

Uzun Həsən  (51 b) xoca ilə olduqca səmimiydi və ona güvənirdi. Xoca 

[Mövlana] qazı Uzun Həsənlə birlikdə bu qaçanların bir qismini cəzalandı-

racaq və bir qismini də bizim yanımıza göndərəcəkdi. Lakin bu iğtişaşa sə-

bəbiyyət verən və buradan qaçıb gedənləri pisliyə sövq edən adam, sən de-

mə, nankor Uzun Həsənin elə özü imiş. Sultan Əhməd Tənbəlin oraya get-

məsi ilə hamısının yamanlıqları üzə çıxdı. 

Səmərqəndi  ələ keçirmək üçün neçə ildir durmadan qoşun çəkirdik. 

Gərçi [moğol xanı və Baburun dayısı] Sultan Mahmud xanın, hər zaman ol-

duğu kimi, yenə heç bir köməyi dəyməmişdi, amma buna baxmayaraq Sə-

mərqəndin fəthindən sonra Əndicanı istəyirdi. Bu əsnada qoşunun böyük bir 

qismi və moğollarm hamısı qaçıb Əndicana və Axsiyə getmişdi. Uzun Hə-

sən ilə Tənbəl isə o vilayətlərin [Baburun qardaşı] Cahangir Mirzəyə veril-

məsini istədilər. Lakin bu vilayətlərin ona verilməsi bir çox səbəbdən müm-

kün deyildi. Səbəblərdən biri bu idi ki, bu haqda daha əvvəl verilmiş bir söz 

olmamasına baxmayaraq həmin vilayətləri xan istəyirdi.  İndi xan istədiyi 

halda, bu vilayətləri qalxıb Cahangir Mirzəyə versək, xan ilə bütün münasi-

bətlərimiz pozulardı. İkinci səbəb də o idi ki, bunlar oraları əsgərin qaçaraq 

o vilayətə getdiyi əsnada və təzyiq yolu ilə istəyirdilər. Əgər daha öncə (52 



a) arada belə bir şey qərarlaşdırılmış olsaydı, bəlkə  də ola bilərdi. Amma 

onların təzyiqinə kim boyun əyər ki? 

Moğollar və  Əndican  əsgərləri, bəylərin və içkilərin bir bölümü də 

Əndicana getmiş, Səmərqənddə  mənimlə birlikdə yaxşı-pis minə yaxın 

adam qalmışdı. İstədiklərini ala bilməyən Uzun Həsən və Tənbəl qaçıb ge-

dən və yersiz qorxulara qapılan adamları da özlərinə qoşdular ki, bu qor-




Yüklə 3,34 Mb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   189




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə