Microsoft Word Baburname doc



Yüklə 3,34 Mb.
Pdf görüntüsü
səhifə34/189
tarix15.03.2018
ölçüsü3,34 Mb.
#31659
1   ...   30   31   32   33   34   35   36   37   ...   189

BABURNAMƏ 

 

75



və  Şeyx Abdullah Barlas ilə birlikdə Xutlan tərəfinə  çəkildi. Yarı yolda 

Şeyx Abdullah Barlastan ayrılaraq Uyaç keçidindən keçib Sultan Hüseyn 

Mirzənin yanına getdi. (57 a) 

Hisar vilayəti alındıqdan sonra Xosrov şah Baysunqur Mirzəni Hisar-

da qoyub Xutlanı da kiçık qardaşı Vəliyə verdi. Özü də bir neçə gün sonra 

mühasirə niyyəti ilə  Bəlx üzərinə yürüdü. Hərəkətindən bir az öncə  Nəzər 

Bahadır adlı böyük bir adamını üç-dörd min əsgərlə birlikdə Bəlx civarına 

göndərmişdi və üç-dörd gün sonra Baysunqur Mirzəni də yanına alaraq Bəl-

xi mühasirə etdi. Bəlxdə [Sultan Hüseyn Mirzənin oğlu]  İbrahim Hüseyn 

Mirzə və Sultan Hüseyn Mirzənin bəylərindən də xeyli adam vardı. 

Xosrov  şah kiçık qardaşı  Vəlini də xeyli əsgərlə birlikdə  Şaburqanı 

mühasirə edib o tərəfləri yağmalaması üçün göndərmişdi. Amma Vəli  Şa-

burqanı yaxından mühasirə etmədi və əlindəki qüvvələri Zərdək çölündəki 

əhaliyə axın etməyə göndərdi. Bunlar Zərdək çölünə axın edib yüz mindən 

artıq qoyun və üç minə yaxın dəvə gətirdilər. Vəli ondan sonra Sançarıq vi-

layətinə hücum edib bölgəni yağmalayaraq dağdakı bəzi bərkidilmiş yerləri 

ələ keçirdi, sonra gəlib Bəlxdə böyük qardaşına qoşuldu.

  

 



Bəlxi mühasirədə saxlayan Xosrov şah bir gün yuxarıda bəhs edilən 

Nəzər Bahadır adlı adamını Bəlxin su yollarını kəsmək üçün göndərdi. Am-

ma Sultan Hüseyn [Bayqara] Mirzənin sevimli bəylərindən Tanrıverdi  (57 

b) Samançı  bəy yetmiş-səksən igidlə içəridən çıxıb Nəzər Bahadırla qar-

şılaşdı və başını kəsib qalaya qayıtdı, fövqəladə cəsuranə hərəkət edərək bö-

yük bir iş gördü.  

 

SULTAN HÜSEYN MİRZƏYƏ QARŞI ÜSYANLAR 

 

Həmin il Sultan Hüseyn Mirzə də Zünnun bəy Arğun və oğlu Şah Şü-



canın dəf edilməsi üçün qoşun çəkib Büstə getmişdi. Çünki Zünnun bəy Ar-

ğun Bədiüzzaman Mirzənin xidmətinə girib ona qızını vermiş və oğlu Şah 

Şüca ilə fitnə və fəsadla uğraşmağa başlamışdılar. Büstü mühasirə edən Sul-

tan Hüseyn Mirzə qoşuna heç bir yerdən ərzaq təmin edə bilmədi, amma ac-

lıqdan çox sıxıntı çəkməyə başladıqları zaman Büst valisi kurqanı təslim et-

di və Büstdəki mövcud ərzala Xorasana qayıda bildi. 

Sultan Hüseyn Mirzə kimi böyük bir padşah, bu qədər sursat və təm-

təraqla Qunduz, Hisar və Qəndəhar üzərinə bir neçə dəfə qoşun çəkdiyi hal-

da zəbt edə bilmədən geri döndüyü üçün oğulları və bəyləri bundan cəsarət 

alaraq düşmənçilik yaratmağa və fitnə çıxarmağa başladılar. 

O yaz Sultan Hüseyn Mirzə Əstərabada müsəllət olaraq şər işlərlə məşğul 

olan oğlu Məhəmməd Hüseyn Mirzənin dəf edilməsi üçün Məhəmməd Vəli 

komandanlığı altında bəzi bəyləri xeyli əsgərlə birlikdə axınçı olaraq göndərmiş 

və özü də Nişin çayırında qalmışdı. Bədiüzzaman Mirzə ilə Zünnunun [bəy 




Zəhirəddin Məhəmməd BABUR  

 

 



76

Arğun] oğlu  Şah  İŞüca] bəy  (58 a)  qəfildən qoşun çəkərək Sultan Hüseyn 

Mirzənin üzərinə gəldilər. Bu arada Sultan Məsud Mirzə də Hisarı müdafiə edə 

bilməyərək təslim etmək məcburiyyətində qalmışdı və Sultan Hüseyn Mirzənin 

yanına gəlirdi, xoş bir təsadüf  əsəri olaraq, tam o gün yetişdi. Eyni zamanda 

Əstərabada gedən  əsgər də  gəlib eyni gün Mirzəyə qoşuldu. Qarşı-qarşıya 

gələndə Bədiüzzaman Mirzə ilə Şah bəy savaşmadan qaçıb getdilər. 

Sultan Hüseyn Mirzə Sultan Məsud Mirzəni yaxşı qəbul etdi, onu özü-

nə kürəkən edərək inayət və  şəfqət göstərdi. Bu arada Xosrov şahın kiçık 

qardaşı Baqi Çağanyani də bu hadisədən bir az öncə  gəlib Sultan Hüseyn 

Mirzənin xidmətinə girmişdi. Onun fitnələri üzündən Sultan Məsud Mirzə 

Xorasanda durmadı, Sultan Hüseyn Mirzədən izin belə almadan bir bəhanə 

ilə Xosrov şahın yanına getdi.  

Xosrov şah Baysunqur Mirzəni də Hisardan çağırıb gətirdi. Bu əsnada 

Miranşah Mirzə də atası Uluğ bəy Mirzə ilə düşmən olub Həzarəyə girmiş

lakin pis hərəkətləri üzündən orada qala bilməmiş və o da Xosrov şahın ya-

nına gəlmişdi. 

Bəzi dargörüşlülər bu şahzadələrin hər üçünü də öldürərək Xosrov şah 

adına xütbə oxutmaq fikrində idi. Lakin Xosrov şah bunu uyğun görmədi. Bu 

səfil və nankor adam kiçıkliyindən bəri böyüdüb bəy-atəkəsi olduğu Sultan 

Məsud (58 b) Mirzəni tutub bu beş günlük dünya üçün -ki, ona vəfa qılmadığı 

kimi, heç kimə də vəfası olmayacaqdır- gözlərinə mil çəkərək kor elədi. 

Bir neçə südqardaşı, arxadaşı  və  sınanmış adamı Sultan Məsud Mir-

zəni alıb Səmərqəndə, Sultan Əli Mirzənin yanına götürmək niyyətilə Keşə 

getdilər. Amma oradakıların da pis niyyətdə olduqlarını gördülər, Keşdən 

qaçaraq Çarcu keçidindən aşıb Sultan Hüseyn Mirzənin yanına gəldilər. 

Belə çirkin hərəkət edənlərə və bu cür işlərlə uğraşanlara qiyamətə qədər 

yüz min dəfə lənət olsun. Xosrov şahın bu hərəkətindən xəbərdar olanlar ona 

lənət oxusunlar və bunu duyub da lənət oxumayanlar da lənətə tuş olsunlar. 

Xosrov  şah bu çirkin hərəkətindən sonra Baysunqur Mirzəni padşah 

edib Hisara getməsinə izin verdi. Seyid Kamili Miranşah Mirzəyə köməkçi 

qoşub onu da Bamyan tərəfinə göndərdi. 

 

 

 



 

 

 



 

 

 



FƏRQANƏ - 904 (19 AVQUST 1498 – 8 AVQUST 1499) 


BABURNAMƏ 

 

77



 

DOQQUZ YÜZ DÖRDÜNCÜ İLİN HADİSƏLƏRİ 

 

Səmərqəndə və Əndicana dəfələrlə yürüş etsək də, bundan heç bir nə-

ticə hasil olmadı. Təkrar Xocəndə qayıtdıq. Xocənd kiçık bir yerdir, yüz-iki 

yüz əsgəri olan bir adamın vaxtı burada sıxıntı (59 a) içində keçər. Lakin id-

diası olan bir adam necə sakit dura bilər? 

  

BABURUN XOCƏNDDƏN PƏŞAĞARA GETMƏSİ 



 

Məhəmməd Hüseyn Gürgan Duğlat Ura-Təpədə idi. Səmərqənd üzə-

rinə yürümək niyyətilə onun yanına adamlar göndərib sözləşdik. Yar-yaylaq 

kəndlərindən olan Pəşağarı bu qışı orada qalmaq və  Səmərqənd vilayətinə 

mümkün olduğu qədər hücum edə bilmək üçün müvəqqəti olaraq bizə ver-

məsini Məhəmməd Hüseyndən istədik. Bu kənd Xoca həzrətlərinə aid olan 

kəndlərdən idi, amma bu qarışıqlıqda ona keçmişdi. Məhəmməd Hüseyn 

Duğlat buna razı oldu. 

Xocənddən Pəşağara hərəkət etdim. Zaminə yaxınlaşanda qızdırmaya 

tutuldum. Buna baxmayaraq Zamindən hərəkət edib sürətlə dağ yolundan 

Ribati-Xoca üzərinə  gəldim. Niyyətim qəfil basqın edərək nərdivanlarla 

çıxıb Şavdar tüməninin mərkəzi olan Ribati-Xoca kurqanını ələ keçirmək idi. 

Sübh çağı oraya gəldik. Lakin əhalisi xəbərdar oldu, biz də təkrar dönüb heç 

bir yerdə dayanmadan birbaş Pəşağara gəldik. Qızdırmalı olduğum halda on 

üç-on dörd ağac yolu güclə və məşəqqətlə qət etdim. 

Bir neçə gün sonra Yar-yaylaq kurqanlarını sözlə və ya zorla ələ ke-

çirmək üçün bir neçə içki bəyləri və igidlərlə birlikdə  İbrahim Saru, Veys 

Lağari və Şirim Tağayini axınçı təyin etdik. O zamanlarda (59 b) Yar-yay-

laq Seyid Yusif bəydə idi. Mən Səmərqənddən çıxdığım zaman o orada 

qalmış  və Sultan Əli Mirzə  də ona inayət etmiş, nəticədə Seyid Yusif bəy 

[Oğlaqçı] Yar-yaylaq kurqanlarının  ələ keçirilib idarə edilməsi üçün kiçık 

qardaşını və oğlunu göndərmişdi. Biz yenidən hərəkətə keçəndə Siyal-qutun 

idarəsini  əlində tutan Əhməd Yusif də o kurqanlarda idi. Bizim bəylər və 

igidlər də gedib bütün qış uğraşaraq bəzi kurqanları sülh yolu ilə, bəzilərini 

də savaşaraq zəbt etdilər, bəzilərini isə hiylə və bicliklə ələ keçirdilər. O vi-

layətlərdə moğollar və özbəklər üzündən kurqanı olmayan heç bir kənd yox-

dur. O əsnada [Sultan Əli Mirzə] bizim üzümüzdən Seyid Yusif bəy ilə ki-

çık qardaşından və  oğlundan  şübhələnərək onların Xorasana getmələrinə 

izin verdi.  

Qış belə təlaş və mücadilə ilə keçdi. Yaz gəlincə barışmaq üçün Xoca 

Yəhyanı göndərdilər. Özləri isə [Sultan Əli Mirzə] əsgərin təşviqiylə Şiraz 

və Kabüd civarına gəldi. Bizim mövcud sipahimiz iki yüzdən artıq, üç 




Yüklə 3,34 Mb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   189




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə