Microsoft Word Baburname doc



Yüklə 3,34 Mb.
Pdf görüntüsü
səhifə22/189
tarix15.03.2018
ölçüsü3,34 Mb.
#31659
1   ...   18   19   20   21   22   23   24   25   ...   189

BABURNAMƏ 

 

47



baxırdı. [Sultan Mahmud Mirzənin oğulları olan] Sultan Məsud Mirzənin 

gözünə mil çəkilməsinə və Baysunqur Mirzənin öldürülməsinə səbəb oldu. 

Hamının qiybətini edirdi. Pis və əxlaqsız, özündən bədgüman, bəd fikirli və 

alçaq bir adam idi. Özündən başqa heç kimi heç bir işdə bəyənməzdi. Mən 

Qunduz vilayətindən gələrək Duşi civarında Xosrov şahı adamlarından ayı-

randa, özünə də getməsi üçün izin verəndə Vəli də özbək təhlükəsindən qaç-

maq üçün Əndərab və Siraba gəlmişdi. O civardakı aymaqlara hücum edib 

yağmaladıqdan sonra bizə qoşulmaq üzrə Kabilə gəldi. Daha sonra Məhəm-

məd Şeybani xanın yanına getdi və Səmərqənd şəhərində başı kəsildi. 

Başqa bir əmiri Şeyx Abdullah Barlas idi. Əba Bəkr Mirzə ilə Sultan 

Mahmud xanın bibisi olan Şah Sultan Məhəmmədin qızıyla evli idi. Çox dar 

paltar geyinirdi. Həlim və əsalətli bir adamdı. 

Başqa bir əmiri Mahmud Barlas Nundaqlı barləslardandı. Sultan Əbu 

Səid Mirzənin yanında bəy idi. Sultan Əbu Səid Mirzə  İraq vilayətini  ələ 

keçirdikdən sonra [=1468] Kirmanı Mahmud Barlasa vermişdi. [Sultan 

Mahmud Mirzənin kiçik qardaşlarından və eynı zamanda Baburun əmilə-

rindən biri olan] Əba Bəkr Mirzə (30 a) Məzid bəy Arğun və qaraqoyunlu 

türkmən bəylərilə birləşərək Sultan Mahmud Mirzənin üzərinə Hisara 

hücuma keçəndə Sultan Mahmud Mirzə Səmərqəndə böyük qardaşınin yanı-

na getdi [=1469], ancaq Mahmud Barlas Hisarı  təslim etməyərək yaxşı 

müdafiə etdi. Şairdi və divan tərtib etmişdi. 

 

BAYSUNQUR MİRZƏNİN SƏMƏRQƏND TAXTINA ÇIXMASI 

 

Sultan Mahmud Mirzənin ölümündən sonra Xosrov şah bu hadisəni 



əhalidən gizləyərək xəzinəyə  əl uzatdı. Belə bir xəbər heç gizli qalarmı? 

Dərhal bütün şəhər xalqına yayıldı. Səmərqənd əhalisi üçün o gün böyük bir 

bayramdı. Əsgər və xalq Xosrov şaha hücum etmək istədi. Əhməd Hacı bəy 

və tarxan bəyləri qovğanı yatışdıraraq Xosrov şahı şəhərdən çıxarıb Hisara 

göndərdilər. 

Sultan Mahmud Mirzə həyatda ikən Hisarı böyük oğlu Sultan Məsud 

Mirzəyə, Buxarayı isə Baysunqur Mirzəyə vermiş və oğullarını oralara gön-

dərmişdi. Buna görə də öldüyü zaman heç biri yanında deyildi. 

Xosrov şahı çıxardıqdan sonra Səmərqənd və Hisar bəyləri birləşib or-

taq qərara gəldilər: adam göndərərək Buxarada olan Baysunqur Mirzəni gə-

tirdib Səmərqənd taxtına oturtdular. Baysunqur Mirzə padşah olanda on sək-

kiz yaşında idi. 

Bu əsnada [Baburun dayısı] Sultan Mahmud xan Sultan Cüneydin, (30 

b) Barlasın və digər bəzi Səmərqənd böyüklərinin sözünə uyub əsgərini top-

ladı və Səmərqənd taxtını istəyərək Kənbay civarına gəldi. 

Səmərqənddəki Baysunqur Mirzə də çox qüvvətli və təchizatlı qoşunla 



Zəhirəddin Məhəmməd BABUR  

 

 



48

onun qarşısına çıxdı. Kənbay civarında meydan müharibəsi oldu. Moğol əs-

gərinin ən mühüm bölümünü idarə edən Heydər Göyəldaş önçü idi və əsgə-

rinin hamısı atdan enərək ox atırdı. Ancaq adlı-sanlı və qeyrətli Səmərqənd 

və Hisar igidləri qrubu atlarını onların üstünə sürəndə Heydər bəyin ko-

mandanlığında olanların hamısı atların ayaqları altında qaldı. Bunlar yenil-

diyinə görə digərləri də savaşmayaraq yenildilər. Moğolların çoxu tələf oldu 

və Baysunqur Mirzənin hüzurunda bir çoxunun başı kəsildi. Ölülərin çoxlu-

ğundan üç dəfə onun çadırının yerini dəyişdirmək məcburiyyətində qaldılar. 

 

BABURUN İSFƏRANI MÜHASİRƏYƏ ALMASI 

 

Manlıq elindən olan İbrahim Saru kiçıkliyindən bəri atamın xidmətin-



də çalışaraq bəylik rütbəsinə  qədər yüksəlmiş, sonra bir qəbahəti üzündən 

qovulmuşdu. O bu əsnada  İsfəra kurqanına girib Baysunqur Mirzə adına 

xütbə oxudaraq mənə müxalifət etdi. 

Şaban ayında [=1495 aprel-may] İbrahim Sarunun fitnəsini dəf etmək 

niyyətilə (31 a) qoşuna hərəkət əmri verildi. Həmin ayın sonlarında İsfəranı 

mühasirəyə almağa başladıq. O gün igidlər öz başlarına hərəkət etdilər və 

oraya çatar-çatmaz kurqanın bayır tərəfində hələ tamamlanmamış bir isteh-

kamı ələ keçirdilər.  

Seyid Qasım eşik-ağa o gün hamıdan daha yaxşı hərəkət edərək qılınc 

çalmaqda başqalarını geridə qoydu. Orada Sultan Əhməd Tənbəl və  Mə-

həmməd Dost Əli Tağayi də  qılınc çaldı, ancaq bahadırlıq payəsini

1

 Seyid 



Qasım aldı. Bahadırlıq payəsi moğollarda  əski bir adətdir. Hər bayram və 

ziyafətdə daha yaxşı  qılınc işlədən adama bahadırlıq payəsi verilir. Şahru-

xiyyəyə dayım Sultan Mahmud xanı görməyə gedəndə bahadırlıq payəsini 

yenə Seyid Qasım almışdı.  

Müharibənin ilk günündə ata-əkəm Xudaverdi bəyə  zəmbərək

2

 oxu 



dəyib öldürdü. Zirehsiz savaşdığı üçün bəzi igidlər öldü, bir çoxu da yara-

landı,  İbrahim Sarunun yanında zəmbərək atan bir adam vardı, fövqəladə 

dərəcədə yaxşı atırdı. Onun kimi yaxşı zəmbərək atan görünməmişdir. Xal-

qın çoxunu yaralayan o idi. Kurqanı alandan sonra mənim xidmətimə girdi. 

Mühasirə uzanınca üç-dörd yerdə divarlar ucaldılması, lağımlar qazıl-

ması (31 b) və qalanın alınması üçün lazımi işlərlə ciddi şəkildə məşğul ol-

mağa dair əmrlər verildi. Mühasirə qırx gün qədər sürdü. Nəhayət, İbrahim 

Saru aciz qaldı. Xoca Mövlana qazının vasitəçiliyi ilə qulluğu qəbul edərək, 

                                                           

1

 Bahadırlıq payəsi: çuldu, yaxud  bahadurluq ülüşü:  savaşda göstərilən  şücaətə görə  



hökmdarın hüzurunda verilən maddi mükafat üçün işlənən termin.  

2

 Zəmbərək: holuqlu taxtaya bağlı qurma yaydan və dörd guşəli, baş barmaq qalınlığın-



da, ucu dəmirli, arxasında düz uçmağı təmin edən lələyi olan oxdan meydana gələn atəşsiz 

silah növü. Əsgərin zirehlərini dələcək gücdədir. 




Yüklə 3,34 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   189




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə