Microsoft Word Baburname doc



Yüklə 3,34 Mb.
Pdf görüntüsü
səhifə41/189
tarix15.03.2018
ölçüsü3,34 Mb.
#31659
1   ...   37   38   39   40   41   42   43   44   ...   189

BABURNAMƏ 

 

91



Mirşah Koçin, Seydi bəy, Qasım Əcəb, Mir Veys və Mirim Divan başda ol-

maq üzərə sərbəst buraxıb göndərdilər. 

Əndicana gəldikdən sonra Əli Dostun xasiyyəti tamamilə dəyişdi. Mə-

nimlə birlikdə qazaxlıqlarda və çətinliklərdə olan adamlara pis rəftar etməyə 

başladı. Öncə  Xəlifəni [Nizaməddin  Əli Barlas] qovdu. Ondan sonra İbra-

him Sarunu və Veys Lağarini günahsız və səbəbsiz yerə tutdurub mallarını 

yağmalatdırdı  və vilayətlərindən uzaqlaşdırdı. Qasım bəylə  də öcəşdi. Gö-

rünüşdə buna səbəb olaraq İbrahim və Xəlifənin Xoca [Mövlana] qazının tə-

rəfdarları olduğunu və ondan intiqam almaq ehtimalının olduğunu söyləyir-

di. Oğlu Məhəmməd Dost da özünü padşah kimi (75 a) aparırdı, söhbət, 

ziyafət, divan və ehtişamda sultanlar kimi hərəkət etməyə başlamışdı. Bun-

lar Tənbələ arxalanaraq belə  hərəkət etdilər. Məndə isə onların bu məqbul 

olmayan hərəkətlərinin qarşısını alacaq güc yox idi. Tənbəl kimi bir düşmən 

bunları himayə etdiyi üçün canları nə istəsə eləyirdilər. Çox həssas bir dövr 

idi, etiraz etmə imkanı yoxdu. O günlərdə bu ata-oğulun zorbalığından çox 

əziyyət çəkdik.  



 

EVLİLİK VƏ İLK EŞQ 

 

[Baburun əmisi] Sultan Əhməd Mirzənin Ayşə Sultan bəyim adlı qızı-

nı atam və əmim sağ ikən mənimlə nişanlamışdılar. Ayşə Sultan şaban ayın-

da [=1500 mart] Xocəndə gələndə onunla evləndim, ilk zamanlarda ona olan 

sevgim pis deyildi. Amma bu ilk evlənməmdi. Həya və  xəcalətimdən hər 

on-on beş  və ya iyirmi gündə bir yanına gedirdim. Sonralar bu sevgim də 

qalmadı, amma utanmam arttı. Ayda və ya qırx gündə bir anam xanım məni 

azarlayaraq zorla onun yanına göndərirdi. O sıralarda (75 b) ordu bazarına 

mənsub bir adamın Baburi adında gözəl bir oğlu vardı.  

Mən anqa (ona) qərib meyl peyda qıldım, 

Bəlkəm anqa özümni zarü şeyda qıldım.  

Ondan əvvəl heç kimsəyə qarşı meylli deyildim. Bəlkə sevgi və mə-

həbbət haqqında söylənənləri belə dinləməz və o barədə danışmazdım. O 

zamanlar tək-tük farsca beyt də söylərdim. Bu beyti o zaman söylədim: 

Hiç kəs çon məni-xərabü eşqü rüsva məbad, 

Hiç məhbubi çü tu birəhmü bipərva məbad.  



Heç kim mənim tək xarab, aşiq və rüsva olmasın,  

Heç bir məhbub sənin tək rəhmsiz və pərvasız olmasın. 

Baburi bəzən yanıma gəlirdi. Lakin mən utandığıımdan üzünə baxa 

bilməzdim, harda qala ki, onunla danışıb görüşəydim. Nəşə və həycanımdan 

gəldiyi üçün təşəkkür edə bilməzdim, o ki qala uzaqlaşmasından  şikayət 

edəm. Söhbət təklif edə biləcək güc nə gəzirdi. 

Bir gün bu sevgi və məhəbbət anlarında məiyyətimlə birlikdə küçədən 




Zəhirəddin Məhəmməd BABUR  

 

 



92

keçirdim; birdən-birə Baburi qarşıma çıxdı. Duyğulanaraq üstümə elə bir 

hal çökdü ki, az qala əriyəm. Mənim üçün ona doğru baxmaq və ya ona 

səslənmək (76 a) mümkün deyildi. Min cür utanıb sıxılma və əzabla keçdim. 

Məhəmməd Salihin bu beyti xatirimə gəldi: 

Şum şərməndə hər ki, yar xodra dər nəzər benəm, 

Rəfiğan soy mən binənd və mən soy digər benəm. 

Sevgilimə hər baxanda xəcalətdən utanıram, 

Dostlarım mənə baxır, mən başqa tərəfə baxıram. 

Bu beyt mənim vəziyyətimə çox uyurdu. Eşqin və məhəbbətin şiddə-

tindən, gəncliyin və  məcnunluğun qüvvətindən  ətrafda, küçədə, bağda və 

bağçada başı açıq və ayayğı yalın gəzirdim. Nə dost-tanışa, nə  də yadlara 

qoşulur, nə də özümdən və ya başqalarından çəkinirdim. 

Aşiq olğac bihudü divanə boldum, bilmədim, 

Kim, pəri rüxsarələr eşqinə bu ərmiş xəvas. 

Bəzən məcnunlar kimi təkbaşıma dağlara və çöllərə gedir, bəzən də 

bağları və məhəllələri küçə-küçə dolaşırdım. Nə yürümə, nə də oturma ira-

dəsinə sahib idim, nə getməyə, nə də qalmağa qərar verə bilirdim. 

Nə barurğa qüvvətim bar, nə tururğa taqətim, 

Bizni bu halətgə sən qıldın giriftar, ey könül. 



 

SULTAN ƏLİ MİRZƏNİN 

TARXANLARLA ARASININ DƏYMƏSİ 

 

Bu il [Baburun əmisinın oğlu] Sultan Əli Mirzə ilə Məhəmməd Məzid 

Tarxanın arası dəydi. Səbəbi bu idi: tarxanlarm etibarı və gücü çox artmışdı. 

Baqi [Tarxan] Buxaranı (76 b) tamamən ələ keçirmişdi və Buxaranın  gəli-

rindən başqasına bir təngə belə vermirdi. Məhəmməd Məzid Tarxan da Sə-

mərqəndin tam hakimiydi və bütün vilayəti oğullarıyla öz adamlarının idarə-

sinə vermişdi. Şəhərdən nə qədər təxsisat təyin etmişlərsə, bundan başqa heç 

bir yerdən Sultan Əli Mirzəyə bir fels belə gəlmirdi. 

Sultan Əli Mirzə artıq böyümüşdü və bunların belə hərəkətlərinə necə 

dözə bilərdi. Bir neçə içkisi ilə birlikdə Məhəmməd Məzid Tarxanın həya-

tına sui-qəsd təşəbbüsündə bulundu. Məhəmməd Məzid Tarxan bunu xəbər 

alınca yanında olan tüm adamları  və  bəyləri ilə birlikdə  şəhərdən çıxdılar. 

Bunların arasında Sultan Hüseyn Arğun, Pir Əhməd, Uzun Həsənin qardaşı 

Xoca Hüseyn, Qara Barlas, Salih Məhəmməd ilə digər bəzi bəy və igidlər də 

vardı. 

O əsnada [moğolların xanı] Sultan Mahmud xan Xan Mirzənin yanına 



bir çox moğol bəyləri ilə birlikdə  Məhəmməd Hüseyn Gürgan Duğlat və 

Əhməd bəyi verib onu Səmərqənd üzərinə göndərmişdi. Hafız [Məhəmməd] 

bəy Dulday və oğlu Tahir bəy də Xan Mirzənin bəy-atəkələriydilər. Həsən 



BABURNAMƏ 

 

93



Nəbirə, Hindu bəy [Koçin] və digər bəzi igidlər isə Hafız bəylə  və Tahir 

bəylə olan əlaqələri üzündən Sultan Əli Mirzədən qaçıb (77 a) Xan Mirzə-

nin hüzuruna getmişdilər. 

Məhəmməd Məzid Tarxan adamlar göndərib Xan Mirzəni və moğol 

əsgərini çağıraraq  Şavdar civarına gəldi. Orada Mirzə Xan ilə görüşərək 

moğol bəyləri ilə danışdı. Moğol bəyləri Məhəmməd Məzid ilə tam anlaşa 

bilmədilər. Hətta Məhəmməd Məzid Tarxanı ələ keçirməyi belə düşündülər. 

Amma o bəylər bunu anlayınca bir bəhanə taparaq moğol əsgərindən ayrıl-

dılar. Onlar gedincə moğol əsgəri də orada dura bilmədi və dönüb Yar-yay-

lağa gəldi. O zaman Sultan Əli Mirzə az əsgərlə Səmərqənddən sürətə gələ-

rək Xan Mirzə [Sultan Veys Mirzə] ilə moğol əsgərinin üstünə cümənda on-

lar vuruşa bilməyərək qaçdılar. Bu, son zamanlarda Sultan Əli Mirzənin 

gördüyü ən yaxşı  iş idi. 

Məhəmməd Məzid Tarxan və adamları bu moğollardan və mirzələr-

dən  əllərini üzüncə moğol  Əbdülvəhhabı  mənim yanıma göndərdi.  Əbdül-

vəhhab  əvvəlcə  mənim yanımda olmuş  və  Əndicanın mühasirəsində Xoca 

[Mövlana] qazı ilə birlikdə yaxşı işlər görmüşdü. Biz isə belə fəna vəziyətdə 

idik. Onun üçün dərhal sülh bağlayıb Səmərqənd üzərinə yürüməyi qəti şə-

kildə qərara almışdıq. Ordunun toplanacağı yeri bildirmək üçün Mir Moğolu 

sürətlə Axsiyə Cahangir Mirzənin yanına (77 b) göndərərək Səmərqənd üzə-

rinə səfərə hazırlaşdıq. Zilqədə ayında [=1500 may-iyun] Səmərqənd üzəri-

nə yürüyüb üçüncü günü Qabaya gəldik. 

İkindi namazı vaxtında Sultan Əhməd Tənbəlin kiçık qardaşı  Xəlilin 

Oş kurqanını basaraq zəbt etdiyi xəbəri gəldi. Təfsilatı belədir: yuxarıda 

bəhs edildiyi kimi, aramızda sülh bağlananda başlarında Tənbəlin kiçık qar-

daşı  Xəlil olmaq üzrə  əsirlər sərbəst buraxılmış, Tənbəl də Xəlili Ozgənd-

dəki köç və qohumlarını çıxarmaq üçün oraya göndərmişdi. Köçünü çıxar-

maq bəhanəsi ilə Özgəndə girən Xəlil bugün-sabah deyə hiylə  işlədərək 

oradan çıxmırdı. Biz səfərə  çıxanda Oş müdafiəsiz qalınca da bunu fürsət 

bilərək gəlib Oş kurqanını bir basqınla ələ keçirmişdi. 

Bu xəbər bizə gələndə qalıb bunlarla uğraşmağı bir neçə səbəbə görə 

lazım bilmədik və Səmərqəndə doğru hərəkətimizə davam etdik. Bu səbəb-

lərdən biri budur: bizim sipahilərimizin hamısı öz təchizatlarını tamamla-

maq üçün evlərinə getmişdilər. Biz sülh müqaviləsinə inanmışdıq, bunların 

bu hiyləsindən və xəyanətindən xəbərsizdik. Bir digər səbəb də Əli Dost (78 

a) və Qənbər Əli kimi böyük bəylərimizdən də, bəhs etdiyimiz kimi, neçə 

dəfə belə hərəkətlər göründüyü üçün onlara da inamımız qalmamışdı. Ayrı-

ca başlarında Məhəmməd Məzid Tarxan olduğu halda bütün Səmərqənd 

bəyləri məni çağırmaq üçün Mir Moğolu göndərmişdilər. Səmərqənd kimi 

bir paytaxt varkən, niyə Əndican kimi bir yer üçün adam və vaxt itirim ki? 

Qabadan Mərginana gəldik. Mərginan Qoç bəyin atası Sultan Əhməd 




Yüklə 3,34 Mb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   189




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə