Microsoft Word Baburname doc



Yüklə 3,34 Mb.
Pdf görüntüsü
səhifə49/189
tarix15.03.2018
ölçüsü3,34 Mb.
#31659
1   ...   45   46   47   48   49   50   51   52   ...   189

BABURNAMƏ 

 

111



və qoyun sürüləri bəsləyirlər. Dihkətin qoyunlarının qırx min qədər olduğu 

təxmin edilir. 

Bu kənddə kəndlilərin evlərinə yerləşdik. Mən kənd muxtarının evinə 

düşdüm. Altmış-yetmiş yaşında bir adamdı. Lakin anası  hələ sağ idi. Çox 

yaşlı bir qadındı, yüz on bir yaşındaydı. Teymur bəy Hindistana girdiyi za-

man bu qadının qohumlarından biri də o səfərə qatılmışdı, onları xatırlayır 

və anladırdı. Yalnız Dihkətdə bu qadının özündən doğulan oğlan və qızların, 

nəvə  və  nəvələrinin nəvələrindən doxsan altı adam hələ  həyatda idi, ölən-

lərlə birlikdə iki yüz adam sayırdılar. Nəvəsinin nəvələrindən biri iyirmi 

beş-iyirmi altı yaşlarında şəvəsaqqal bir igid idi.  

Dihkətdə olduğum günlərdə  ətrafdakı dağları daima piyada gəzəərək 

seyr edirdim. Çox zaman yalın ayaq (97 b) gəzirdim. Yalın ayaq gəzməkdən 

ayaqlarım o hala gəlmişdi ki, dağı-daşı hiss eləmirdim. Belə bir gəzinti za-

manı bir gün ikindi namazıyla axşam namazı arasında dar bir yoldan bir 

adam bir öküzlə gedirdi. 

«Görəsən, bu yol hara gedir?» dedim. 

«Öküzə baxın, yolun hara çıxacağı məlum olana qədər gözlərinizi on-

dan ayırmadan yürüyün» deyə adam cavab verdi. 

Bu sözü eşidən Xoca Əsədullah «Gav güm şavəd, çe kar qunəm?»

1

 



deyə zarafat etdi. 

Bu qış sipahilərdən bəziləri qazaxlıqlarda bizimlə ola bilmədilər, Ən-

dicana getmək üçün izin istədilər. Qasım bəy də «Madam ki bu adamlar ora-

ya gedirlər, Cahangir Mirzəyə özəlliklə öz paltarlarınızdan bir şey göndə-

rin» deyə israr etdi. Bir samur sərpuşumu göndərdim. Qasım bəy «Tənbələ 

də bir şey göndərin, nə olar» deyə təkrar israr etdi. Gərçi buna razı deyildim, 

lakin Qasım bəyin israrı ilə Noyan Göyəldaşın Səmərqənddə özü üçün dü-

zəltdirdiyi böyük yastı  qılıncı alıb Tənbələ göndərdim. Mənim başıma də-

yən qılınc bax bu qılıncdı. Gələn ilin hadisələrində bundan bəhs ediləcəkdir. 

Bir neçə gün sonra nənəm İsən Dövlət (98 a) bəyim  köçü, ailəsi və 

adamlarıyla birlikdə gəldi. Mən Səmərqənddən çıxanda onlar orada qalmış-

dılar.  


Bu qış ortasında  Şeybani xan Xocənd çayını buz üzərindən keçərək 

Şahruxiyyə və Beşkənd civarına axın etdi. Bunu xəbər alınca adamlarımızın 

azlığına baxmayaraq onlara qarşı  hərəkətə keçdik. Xocəndin aşağısındakı 

kəndlərin və Həşt-Yəkin qarşısına doğru yürüdük. Şiddətli soyuq vardı. Bu 

civarda Ha-Dərviş rüzgarı əksik olmaz, daima şiddətli əsər. Soyuq o dərəcə-

də qüvvətli idi ki, bu iki-üç gün içində burada iki-üç adam soyuqdan ölmüş-

dü. Mənə qqsl zərurəti hasil oldu. Sahilləri tamamən buz tutmuş, lakin axın-

tının qüvvəsindən ortası buz tutmamış bir kanal suyu vardı. Bu suya girib 

qüsl etdim və on altı dəfə suya daldım. Suyun soyuqluğu mənə güclü təsir 

                                                           

1

 Öküz azsa, onda nə edərik (farsca). Gav+qum həm də qaranlıq deməkdir. Söz oyunu. 




Zəhirəddin Məhəmməd BABUR  

 

 



112

etdi. 


Ertəsi sabah Xocənd çayını Xəslar qarşısında buz üzərindən keçib ge-

cə yarısı  Beşkəndə gəldik. Şeybani xan Şahruxiyyə civarına axın edib geri 

qayıtmışdı. 

O vaxt Beşkənd Molla Heydərin oğlu  Əbdülmənnanın  əlində idi. 

[Molla Heydərin] ondan daha kiçık, Mömin adında bir oğlu da vardı, işə ya-

ramaz və dərbədər bir adamdı. Mən Səmərqənddə ikən yanıma gəlmişdi və 

çox inayət etmişdim. Noyan Göyəldaş Səmərqənddə (98 b) ona qarşı necə 

pis rəftar etmişdisə, bu namussuz ona kin bağlamışdı. 

Özbək axınçılarının geri qayıtdığı xəbəri gəlincə, xanın yanına adam 

göndərərək Beşkənddən qalxıb Ahəngəran kəndlərində üç-dörd gün qaldıq. 

Səmərqənddəki aşnalığa görə Molla Heydərin oğlu Mömin Noyan Göyəldaş

Əhməd Qasım [Kuhbər] və başqa bir neçə adamı ziyafətə dəvət etdi. Mən 

Beşkənddən gedəndə bunlar Beşkənddə qaldılar. Mömin bunlara bir uçu-

rumun kənarında ziyafət vermişdi. Biz gəlib Ahəngəran kəndlərindən Sam-

Sirək deyilən kənddə dayandıq. Sabah Noyan Göyəldaşın uçurumdan sər-

xoşluqla düşüb öldüyü xəbəri gəldi. Noyanın öz dayısı Haqnəzəri bir neçə 

adamla oraya göndərdim. Bunlar gedib Noyanı düşdüyü yerdə axtarıb tap-

dılar və Beşkənddə dəfn edib geri qayıtdılar. Noyanın ölüsünü ziyafət veri-

lən yerdən bir ox atımı qədər yüksəkdə olan bir uçurumun dibində tapmışlar. 

Bəziləri Möminin Səmərqənddəki kinini unutmayaraq Noyana qəsd etdiyini 

düşündülər. Doğrusunu bilən olmadı. Bu mənə çox pis təsir elədi. Çox az 

adamın ölümünə belə yanmışam. Bir həftə-on gün qədər sürəkli (99 a) ağ-

ladım. Ölüm tarixi «Vəfat şod Noyan»

1

 

(«Noyan vəfat etdi») şəklində təsbit 

edildi. Bir neçə gün sonra qayıdıb Dihkətə gəldim. 

Yaz gələndə  Şeybani xanın Ura-Təpə üzərinə hücum etməsi xəbəri 

alındı. Dihkət düz yerdə olduğu üçün Abbürdən keçidiylə Məsiha dağlarına 

çıxdıq. Məsihanın ən aşağıdakı kəndi Abbürdəndir. Bu kənddən bir az aşa-

ğıda bir çeşmə, onun da başında bir məzar vardır. Bu çeşmədən yuxarı tərəf 

Məsihaya, aşağı  tərəf isə  Pəlğərə aiddir. Bu çeşmənin başındakı  və  kəna-

rındakı daşı qazaraq bu üç beyti yazdım: 

Şenidəm ki, Cəmşidi-fərrux sirişt, 

Ba sərçeşmə bər sənge nəvişt: 

 

Bər in çeşmə çün ma bəsa dəm zədənd, 



Birəftənd ta çeşm bərhəm zədənd. 

 

Giriftəm aləm be mərdiyü zur, 



Və leykən nəburdəm ba xud be gur

2

.  



                                                           

1

 «Vəfat şod Noyan» sözlərindəki hərflərin cəmi əbcəd hesabı ilə 907 (=1501/02) edir. 



2

 Sədi Şiraziyə aiddir. İlk beyt «Bustan»dan, iki beyt isə «Gülüstan»dan alınmışdır. 




Yüklə 3,34 Mb.

Dostları ilə paylaş:
1   ...   45   46   47   48   49   50   51   52   ...   189




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə