Microsoft Word Baburname doc



Yüklə 3,34 Mb.
Pdf görüntüsü
səhifə57/189
tarix15.03.2018
ölçüsü3,34 Mb.
#31659
1   ...   53   54   55   56   57   58   59   60   ...   189

BABURNAMƏ 

 

129



Səfi məğlubra huye bəsənd əst. 

Yenilmiş düşmənə bir hey səsi kifayətdir. 

Xanqulu belə bir təklifdə bulundu: «Bu iş belə olmaz, hamımızı  ələ 

keçirəcəklər. Siz və Mirzə Kuh Göyəldaş atların arasından iki yaxşı at se-

çərək sürətlə gedin, bəlkə qurtula bilərsiniz». Söylədiyi yanlış deyildi. Savaş 

olmadığı üçün bəlkə bu şəkildə qurtulmaq mümkün olardı. Lakin içlərindən 

birini düşmən içində atsız qoymaq yaxşı deyildi. Amma yenə də axırda ha-

mısı bir-bir düşmənin əlinə düşəcəkdi. 

Mənim mindiyim at bir az süst idi. Xanqulu düşüb öz atını mənə verdi. 

Mən öz atımın üstündən sıçrayaraq ona mindim, Xanqulu da mənim atıma 

mindi. Bu zaman geridə qalmış olan Şahım Nasir ilə  Əbdülqüddüs Seydi 

Qaranı vurub atdan saldılar. Xanqulu da geridə qaldı. Himayə və kömək za-

manı deyildi. Atları son sürətlə çapırdıq. Atı vurulan geridə qalırdı. Dost 

[Nasir] bəyin atı da gücdən düşdü və geridə qaldı. 

Bu mindiyim at da süstləşməyə başladı. Qənbər  Əli enib atını verdi, 

mindim. Qənbər Əli də mənim atıma mindi və geridə qaldı. Xoca Hası topal 

bir adamdı, təpələrə doğru çəkildi. 

Yalnızca Mirzəqulu Göyəldaş ilə  mən qaldım. Atlarımızın dördnala 

çapmağa gücü (115 a) qalmamışdı, ancaq yenə də sürətlə gedirdik. Mirzə-

qulunun atı da süstləşməyə başladı. «Səni buraxıb hara gedim, yürü, ölümdə 

da, dirimdə də birlikdə olaq» dedim və bir müddət Mirzəquluya ayaq uydu-

raraq yürüdüm. Axırda Mirzəqulu dedi: «Mənim atım gücdən düşüb, yürüyə 

bilməz. Siz mənə görə yaxalanmayın, gedin. Bəlkə qurtula bildiniz». Bu 

mənə çox ağır gəldi. Mirzəqulu da geridə qaldı. Mən yalnız qaldım. 

Düşməndən iki adam ortaya çıxdı. Birinin adı Baba Sayrami, digərinin 

adı isə Bəndə Əli idi. Mənə bir az daha yaxınlaşdılar. Atım heydən düşmüş-

dü, dağa qədər isə bir küruha yaxın məsafə vardı. Qarşıma bir daş  yığını 

çıxdı. «Atım yorulub, dağ da bir az uzaq, hara gedə bilərəm ki? Oxdanımda 

iyirmi qədər ox var, bari enib bu daş  yığınında oxlarım bitən qədər vuru-

şum» deyə bir an düşündüm. Sonra ağlıma «Bəlkə dağa yetişə bilərəm, dağa 

çıxdıqdan sonra bir qədər oxu belimə sancıb dağa dırmanaram» düşüncəsi 

gəldi. Çevikliyimə çox güvənirdim. Bu niyyətlə davam etdim. Atımın çabuq 

qoşacaq halı qalmamışdı. Bunlar da bir ox atımı məsafəyə qədər yaxınlaşdı-

lar. Mən də oxumu atmağa qıymadım (1l5 b). Bunlar da çəkindilər və daha 

artıq yaxınlaşmadılar, amma bu şəkildə arxamdan gəlməyə davam etdilər. 

Günəş batarkən dağa yaxınlaşdım. Anidən bağırdılar: «Belə hara ge-

dirsiniz? Cahangir Mirzəni ələ keçirdilər. Nasir Mirzə də onların əlindədir». 

Bu sözlərlə xeyli təlaşlandım, çünki hamımız düşmən  əlinə düşsək, 

təhlükə ehtimali çox idi. Cavab vermədən dağa doğru yürüməyə davam et-

dim. Xeyli yol getmişdim ki, təkrar səslənməyə başladılar. Bu dəfə  əvvəl-

kindən daha mülayim danışdılar. Atdan enərək səsləndilər. Bunların sözünə 




Zəhirəddin Məhəmməd BABUR  

 

 



130

qulaq asmadan yürüməyə davam etdim. 

Dərədən yuxarıya doğru gedirdim. Yatsı namazına qədər yürüdüm. 

Axırda bir ev böyüklüyündə bir daşın yanına çatdım. Daşın yanından dolan-

dım. Uçurumlar başladı, at gedə bilmədi. Onlar da atdan endilər. Hörmət və 

sayğı göstərib daha mülayim olaraq sözə başladılar. «Gecə qaranlıq, yol da 

yox, belə hara gedirsiniz» dedilər, «Sultan Əhməd bəy sizi padşah edər» de-

yə and içdilər. 

Mən də belə dedim: «Mənim ona güvənim yoxdur, oraya getmək mə-

nim üçün mümkün deyil. Amma sizin mənə bir xidmət göstərmək niyyətiniz 

varsa, (116 a) illərcə arayıb tapa bilməyəcəyiniz xidmət budur: mənə xan-

ların yanına gedən yolu göstərin. Sizə istədiyinizdən daha artıq iltifat və şəf-

qət göstərərəm. Bunu edə bilməsəniz, gəldiyiniz yolla qayıdın. Qoy mənə nə 

olursa-olsun. Bu da yaxşı bir xidmətdir». 

«Kaş gəlməmiş olaydıq. Madam ki gəldik, sizi necə belə buraxıb ge-

dək? Madam ki gəlmirsiniz, haraya getsəniz, xidmətinizdə olacağıq» dedilər.  

«Elə isə sözünüzün doğruluğuna and için» dedim. 

Quran üzərinə böyük and içdilər. Bundan sonra mənə də inam gəldi. 

Mənə dərənin yaxınındakı sırtlardan bir dərə yolu göstərdilər. 

«O zaman bu yolda qabağa siz keçin» dedim. Gərçi and içmişdilər, 

amma yenə onlara tam inanmırdım. Onları qabağıma qatıb arxalarından yü-

rüdüm. Bir-iki küruh yol getdik, qabağımıza bir çay çıxdı. 

«Geniş dərə yolu bu olmasın» dedim. 

Buna ehtimal vermədilər və «O yol çox irəlidədir» dedilər, lakin geniş 

dərə yolu ora imiş və onlar mənə xəyanət edib gizləmişlər. 

Gecə yarısına qədər yürüyüb təkrar bir çaya çatdıq, onlar «Biz səhv 

etmişik, geniş  dərə yolu geridə qalıb» dedilər. «Elə isə  nə edək?» dedim. 

«Önümüzdə Gavə yolu yaxındır, o yolla Fərkətə çıxmaq olar» dedilər (l16 



b) və o yola girdilər. Gecənin üç pasına

1

 qədər yürüdük və Gavədən keçən 



Kərnan çayına gəldik. 

«Siz burada gözləyin, mən gedib Gavə yoluna baxıb gəlim» dedi Baba 

Sayrami və bir müddət sonra gəlib belə söylədi: «Moğollardan bir neçə 

adam bu yola gəlib, buradan keçmək olmaz». 

Bu sözü eşidərək əndişəyə düşdüm. Vilayət içində idik, sabah yaxın-

laşmışdı və hədəfimiz də uzaqdı. 

«Bir yerə götürün ki, gündüz orada gizlənib gecə olunca atlarımızla 

Xocənd çayını keçərək o tərəfdən Xocəndə doğru gedək» dedim. 

«Burada bir təpə var, orada gizlənmək mümkündür» dedilər. 

Bəndə  Əli Kərnanın darğasıydı. «Atlarımızın və özümüzün boğazını 

düşünmək lazımdır. Mən Kərnana gedib nə tapa bilsəm gətirim» dedi. Ora-

                                                           

1

 Pas: günün səkkizdə birinə verilən ad, yəni üç saat.  



 

 



Yüklə 3,34 Mb.

Dostları ilə paylaş:
1   ...   53   54   55   56   57   58   59   60   ...   189




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə