Microsoft Word Baburname doc



Yüklə 3,34 Mb.
Pdf görüntüsü
səhifə56/189
tarix15.03.2018
ölçüsü3,34 Mb.
#31659
1   ...   52   53   54   55   56   57   58   59   ...   189

BABURNAMƏ 

 

127



gəldi. Bu çox vaxtsız bir gəliş idi. Belə bir zamanda elə möhkəm bir kurqanı 

əldən buraxmaq olardımı? 

«Nə edək?» deyə İbrahim bəydən soruşdum. Bir az yarası vardı, on-

dan, yoxsa təlaşından, əməlli bir cavab verə bilmədi. 

Bir an üçün «Körpüdən keçib sonra körpünü yıxaraq Əndicana doğru 

gedərik» deyə düşündüm. Baba Şirzad orada çox yaxşı hərəkət etdi və «Qa-

pıdan da zorlayaraq çıxarıq» dedi. Baba Şirzadin sözüylə qapıya doğru yü-

rüdük. Xoca Mir Miran da o əsnada cəsuranə sözlər söylədi. 

Küçə arasından gedərkən, Seyid Qasım və Dost Nasir Baqi Hız ilə 

çarpışdılar. Mən,  İbrahim bəy [Bəycik Tağayi] və Mirzəqulu Göyəldaş bir 

az irəlidə idik. Qapının qarşısına çıxanda  Şeyx Bəyazidin köynəyin üstün-

dən xirqə geymiş olduğu halda, üç-dörd atlı adamla birlikdə qapıdan gir-

məkdə olduğunu gördüm. Kirişimdəki oxu çəkib atdım, boynundan yarala-

dım, amma çox yaxşı bir atış idi. Təlaşla qapıdan girər-girməz sağ tərəfə dö-

nən küçədən qaçıb getdi. Biz də onun arxasından yürüdük. 

Mirzəqulu Göyəldaş bir piyadaya (113 a) toppuz tutuzdurdu. Bu arada 

başqa bir piyada Mirzəqulu keçincə  İbrahim bəyə ox çəkdi.  İbrahim bəy 

«hey-hey» deyə bağıraraq sürətlə keçincə, əsgərin çox yaxın məsafədən qol-

tuğuma atdığı ox mənə dəydi, kalmık zirehimin ikiqat yarpağını parçaladı. 

Əsgər qaçdı, amma mən də arxasından oxumu atdım. 

Bu əsada bir piyada da divarın üzərindən qaçırdı, oxumu atıb börkünü 

divara mıxladım. Börkü divarın kənarında qaldı, amma sarığı qoluna dola-

yaraq getdi. Bir atlı da mənim yanımdan  Şeyx Bəyazidin qaçdığı küçəyə 

doğru qaçırdı. Qılıncımla başına arxadan vurdum. Az qaldı atdan düşsün, 

küçənin divarına söykənib düşmədi, güc-bəla ilə qaçıb qurtuldu. 

Oradakı atlı  və piyadaları qapıya doğru qovaraq qapını aldıq. Artıq 

tədbir zamanı keçmişdi, çünki ərkdəki iki-üç min silahlı adama qarşı  dış 

kurqanda cəmisi yüz-iki yüz adam vardı. Cahangir Mirzəni az əvvəl qovub 

çıxarmışdılar və bizim adamlarımızın yarısı da onunla birlikdə çıxmışdı. Bu 

hala təcrübəsizlikdən düşməmizə baxmayaraq qapıda durub «Yaxındadırsa 

gəlsin, birlikdə gedək» deyə Cahangir Mirzənin dalınca adam göndərildi. 

Lakin artıq iş bu dərəcədən keçmişdi. 

İbrahim bəyin atı  zəif idi, yoxsa yaralı idi, bilmirəm, mənə «Atımın 

halı xarabdır» dedi. Məhəmməd Əli Mübəşşirin Süleyman adlı (113 b) ada-

mı orada idi, heç kim ona heç nə demədiyi halda öz atından düşüb onu İbra-

him bəyə verdi, çox mərdanə bir iş gördü. 

Biz o qapıda durarkən Kül şikdarı

1

 olan Kiçık Əli çox cəsarət göstərdi. 



O zamanlar Sultan Məhəmməd Veysin xidmətindəydi. Oşda da iki dəfə  

yaxşı hərəkət etdi. Mirzənin dalınca gedən adam geri dönənə qədər qapıda 

qaldıq. Gedən adam gəlib Cahangirin bir müddət əvvəl çıxıb getmiş olduğu 

                                                           

1

 Şikdar: hərbi bir vəzifədir. 




Zəhirəddin Məhəmməd BABUR  

 

 



128

xəbərini gətirdi. Artıq durmaq zamanı keçmişdi. Biz də hərəkət etdik. Orada 

bu qədər durmağımızın heç bir da faydası yox idi. Yanımızda yanlızca iyir-

mi-otuz adam qalmışdı. Biz hərəkət etdikdən sonra arxamızdan bir çox zi-

rehli adam gəlib yetişdi. 

Biz tam xəndək körpüsündən keçmişdik ki, o körpünün şəhər tərəfinə 

də düşmənin adamları yetişdi. Qasım bəyin oğlu Həmzənin anasının atası 

[Qasım bəyin qaynatası] Bəndə Əli bəy oradan İbrahim bəyə bağıraraq dedi: 

«Həmişə yüksəkdən atır və inad edirdin, dur bir az qılınc oynadaq». İbrahim 

mənim yanımdaydı və «Gəl, qabağını nə kəsir!» deyə cavab verdi. Ağılsız 

adam belə bir məğlubiyyət anında da inad edirdi. Bu, inad edəcək zaman-

mıydı? Durmaq və gözləmək zamanı deyildi, tez yürüdük. Düşmən bizim 

arxamızdan adamlarımızı qıra-qıra dördnala gəlirdi. 

 

BABURUN AXSİ KURQANINDAN QAÇMAŞI 

 

Axsinin bir şeri məsafəsində Künbəd-Çəmən deyilən bir yer vardır. 

Oradan keçərkən  İbrahim bəy mənə  səsləndi. Dönüb geri baxdım:  (114 a) 

Şeyx Bəyazidin bir çöhrəsi  İbrahim bəyi oxla vurmuşdu. Cilovu çəkdim. 

Xanqulu Bəyanqulu yanımda idi. «İndi dönmə zamanıdırmı» dedi və cilovu-

mu dartıb irəlilədi. 

Səngə çatana qədər adamlarımızın çoxunu vurdular. Səng Axsidən iki 

şeri məsafədədir. Səng çayından keçəndən sonra arxamızda düşmənin adam-

ları görünmədi və biz də Səng çayının sahilindən yuxarıya doğru yürüdük. 

Bu vəziyyətdə səkkiz adam qalmışdıq: Dost Nasir, Qasım bəyin oğlu 

Qənbər Əli, Xanqulu Bəyanqulu, Mirzəqulu Göyəldaş, Şahım Nasir, Əbdül-

qüddüs Seydi Qara [Kuhbər], Xoca Hası və səkkizinci də mən idim. 

Bu çayın yuxarısına doğru gedən yol olduqca yaxşı idi. Bu dərə ana 

yoldan uzaq və kimsəsizdi. Bu dərədən yuxarıya doğru yürüyəndən sonra 

çayı sağ  tərəfimizdə buraxıb təkrar başqa bir quru dərəyə girdik. Ancaq 

ikindi namazı vaxtı bu dərədən düzlüyə çıxa bildik. 

Düzlükdə uzaqdan bir qaraltı göründü. Yanımdakıları bir sığınaqda 

buraxıb özüm piyada olaraq bir təpəyə çıxıb ətrafa göz yetirdim, bir çox atlı 

arxamızdan sürətlə gəlib bir təpənin üzərinə çıxırdı. Çox və ya az olduqla-

rını  dəqiqləşməyə vaxt yoxdu, atlara minərək yola düşdük. Təqib edənlər 

iyirmi-iyirmi beş olardı. Biz isə yuxarıda söylədiyim kimi, səkkiz adamdıq. 

Əgər o əsnada onların bu qədər adamdan ibarət olduğunu dəqiq bilsəydik, 

yaxşıca vuruşardıq. Biz bunların təqibçi olduğunu zənn etdik (114 b) və on-

ların arxasından gələnlərin olacağını düşündük və bunun üçün dərhal yürü-

dük. 

Qaçan düşmənin sayı çox belə olsa, dönüb sayı az olan təqibçiyə qarşı 



çıxa bilməz. Necə ki demişlər:  


Yüklə 3,34 Mb.

Dostları ilə paylaş:
1   ...   52   53   54   55   56   57   58   59   ...   189




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə