Microsoft Word Baburname doc



Yüklə 3,34 Mb.
Pdf görüntüsü
səhifə52/189
tarix15.03.2018
ölçüsü3,34 Mb.
#31659
1   ...   48   49   50   51   52   53   54   55   ...   189

BABURNAMƏ 

 

119



xalqı tamamən bizim tərəfimizə keçdi. 

Əskidən Fərqanə vilayətinin paytaxtı olan Özgəndin sərhəd boyunda 

yaxşı bir kurqanı var. Oranın  əhalisi bizə tabe olmağı  qəbul edərək adam 

göndərib hakimiyyətimiz altına girdi. Bir neçə gün sonra mərginanlılar da 

öz valilərini qovaraq mənə tabe oldular. Əndicandan başqa Xocənd çayının 

Əndican tərəfində olan bütün kurqanları bizə qoşuldu. 

O əsnada belə qarışıqlıqların yaşanmasına baxmayaraq Tənbəl hələ də 

bunlara aldırmadan Axsi ilə  Kərnan arasında öz atlı  və piyada qoşunu ilə 

xanlara qarşı  ağac maneələr və  xəndəklərlə yerini möhkəmləndirmiş halda 

dayanmışdı. Bir neçə dəfə o tərəflərdə kiçik çarpışmalar oldu, lakin hansı tə-

rəfin qalib və ya məğlub olduğu anlaşılmadı. 

Əndican tərəfindəki  əhali,  (l04 b) kurqanlar və vilayətlər mənə tabe 

olduqları üçün Əndican əhalisi də, əlbəttə ki, məni istəyir, lakin bir çarə tapa 

bilmirdi. 



 

ÇİHİL-DOXTƏRANDA ANİ BASQIN 

 

Bir gecə Əndicanın yaxınına gedib adam göndərərək şəhərin xocaları 



və başbilənləri ilə danışsaq bəlkə bizi bir tərəfdən içəri buraxarlar deyə dü-

şündüm. Bu niyyətlə Oşdan qalxıb gecə yarısı Əndicandan bir küruh məsa-

fədəki Çihil-Doxtəranın qarşısına gəldik. Qənbər  Əli bəylə  bəzi igidlər bir 

az irəli göndərildi. Onlar gizlicə kurqana adam göndərib xocalar və başbi-

lənlərlə danışacaqdılar. Biz də göndərilən bəyləri bekləyərək at üzərində du-

rurduq. Bəziləri mürgüləyirdi, bəziləri da dərin yuxuya dalmışdı.  

Gecənin üçüncü pəhəri olmuşdu. Birdən-birə davul səsləri və savaş 

nərələri duyuldu. Düşmənin az, ya çox olduğunu bilmədən qafil və yuxulu 

əsgər bir-birinə baxmadan anidən qaçmağa başladı. 

Mən əsgəri toplamağa vaxt tapmadan düşmənə doğru cumdum. Mir-

şah Koçin, Baba Şirzad və Dost Nasir da mənimlə birlikdə hərəkət etdilər. 

Bizim bu dörd adamımızdan başqa bütün əsgərimiz qaçmağa davam etdi. 

Biz bir az irəliləyincə qarşımızdakılar ox atıb qışqırararaq üstümüzə cumdu-

lar. Qaşqa atı olan biri mənim lap yaxınıma qədər gəldi. Onun atını oxla 

vurdum, dərhal yerə yuvarlandı. Bundan sonra sanki bir az geri çəkilən kimi 

(105 a) oldular. Mənimlə birlikdə olan o üç adam belə dedilər: «Qaranlıq 

gecədə düşmənin az və ya çox olduğu bilinmir. Əsgərimizin də hamısı getdi. 

Biz dörd adam düşmənə  nə edə bilərik. Yaxşısı budur ki, gedib dağılan 

adamlarımızı geri qaytarıb sonra vuruşaq». 

Dərhal gedib əsgərə yetişdik. Lakin nə qədər vurub qamçılasaq, nə et-

sək də əsgəri geri qaytara bilmədik. Bu dörd adamla təkrar dönüb ox atdıq. 

Bir az durdular. Bir-iki dəfə  bizim üç-dörd adamdan artıq olmadığımızı 

gördükləri üçün təkrar əsgəri təqib etməyə və atdan salmağa başladılar. Bu 




Zəhirəddin Məhəmməd BABUR  

 

 



120

şəkildə üç-dörd dəfə gedib bizim adamları saxlamağa çalışdım, ancaq onlar 

dayanmadılar. Belə olunca təkrar bu üç adamla qayıdıb ox ataraq düşməni 

qovdum. İki-üç adam əsgəri izləyərək Xarabuq və Bişamun qarşısındakı tə-

pələrə  qədər gəldik. Buraya çatanda qarşımıza Məhəmməd  Əli Mübəşşir 

çıxdı. «Bunlar azdır, gəlin üstlərinə at salaq « dedim. Durub at saldıq, onlar 

dayandılar. Dağılmış olan əsgər oradan-buradan gəlib bir yerə yığıldı. Bəzi 

yaxşı igidlər elə dağılmışdılar ki, gedib birbaş Oşa çatmışdılar. Bu işin əsli 

belə olmuşdur: Əyyub Bəycik tüməninə mənsub bir neçə moğol Oşda biz-

dən ayrılıb yağmaçılıq etmək üçün Əndican civarına gəlmişmiş. Bizim əsgə-

rin gurultusunu eşidərək gizlicə bir az irəli gəlib öz parollarını qışqırmışlar. 

Bu parol iki cür olur. (105 b) Biri hər qəbilənin öz paroludur. Məsələn, 

bəzi qəbilələrin parolu dürdanə, bəzisininki toqqay, bəzisinin də lülüdür 

[inci]. İkincisi isə bütün əsgərə məxsus və sadəcə bir əməliyyat üçün işlən-

mək üzərə iki sözü birləşdirərək düzələn paroldur. Bu zaman qarşılaşanda 

biri bir sözü söyləyir, digəri də onun qarşılığı olan sözlə cavab verir. Bu şə-

kildə dost düşməndən ayrılır, öz adamın yabançıdan seçilir. 

Bu səfər parol olaraq Daşkənd və Sayram sözləri müəyyən edilmişdi. 

Daşkənd deyiləndə Sayram, Sayram deyiləndə isə Daşkənd deyilməli idi. 

Bu qarşılaşmada Xoca Məhəmməd  Əli [Kitabdar] bir az irəlidə imiş. Mo-

ğollar «Daşkənd, Daşkənd» deyə gəlirlər. Xoca Məhəmməd Əli sart idi, hə-

yəcana qapılaraq o da «Daşkənd, Daşkənd» deyə cavab verir. Moğollar da 

onu düşmən sanaraq savaş  nərəsi çəkərək davul çalıb ox atırlar. Bax, belə 

bir yanlışlıq üzündən perişan olduq və nəzərdə tutduğumuz plan gerçəkləş-

mədi. Təkrar qayıdıb Oşa gəldik.  

 

BABURUN ƏNDİCANI ƏLƏ KEÇİRMƏ TƏŞƏBBÜSÜ 

 

Beş-altı gün sonra dağ, ova və kurqanlar təkrar mənim əlimə keçdiyi 



üçün Tənbəl və onun tərəfdarları dilxor olub qətiyyətlərini itirdilər, əsgərləri 

üç-üç, dörd-dörd dağlara və ovalara qaçmağa başladılar. Onların içindən 

bizim tərəfə keçən bəziləri dedilər ki, Tənbəlin işləri xarabdır, bu üç-dörd 

gün içində tam pozulacaq və o, geri çəkilməyə məcbur olacaq». 

Bu xəbər gəlincə Əndican üzərinə hərəkət etdik. Əndican kurqanında 

Tənbəlin kiçık qardaşı Sultan Məhəmməd Kəlpük (Gülbəy) vardı. Tutluq 

yoluyla gəlib  Əndicanın güney tərəfinə, Xaqan arxına  (106 a) günorta na-

mazı vaxtı axınçı göndərdik. Özüm də axınçıların arxasından Püşdə-Eyşin 

Xaqan arxı tərəfindəki ətəyinə gəldim. 

Kəşfiyyatçılar Sultan Məhəmməd Kəlpükün  əmrindəki adamlarıyla 

birlikdə şəhərin məhəllələrindən və bağlarından dışarı çıxaraq Püşdə-Eyşin 

ətəyinə getdiyini xəbər verdilər. Axınçılar hələ toplanmamışdı. Buna bax-

mayaraq dərhal düşmən tərəfinə hərəkət etdim. 



Yüklə 3,34 Mb.

Dostları ilə paylaş:
1   ...   48   49   50   51   52   53   54   55   ...   189




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə