Microsoft Word Baburname doc


Zəhirəddin Məhəmməd BABUR



Yüklə 3,34 Mb.
Pdf görüntüsü
səhifə47/189
tarix15.03.2018
ölçüsü3,34 Mb.
#31659
1   ...   43   44   45   46   47   48   49   50   ...   189

Zəhirəddin Məhəmməd BABUR  

 

 



106

deyildi, yalnızca qonaq olaraq yanımızda idi. Bəziləri bizimlə birlikdə  Sə-

mərqəndə girdilər. Bunların arasında Şirim Tağayi və adamları da vardı. 

Məsləhətləşərək həyatı və ölümü Səmərqənd kurqanının içində görüb 

kurqanı gücləndirməyə qərar verdik. Anamla birlikdə böyük və kiçık bacıla-

rım da kurqanda olduqları halda Şirim Tağayi öz köçünü, ailəsini və adam-

larını şəhərdən çıxarıb Ura-Təpəyə göndərdi. Özü kurqanda tək başına, yal-

nızca bir neçə adamıyla qaldı. O, təkcə bu dəfə deyil, belə çətin vəziyyətlər-

də həmişə zəiflik və sədaqətsizlik göstərmişdir.  

 

BABURUN SƏMƏRQƏNDDƏ ŞEYBANİ XAN 

TƏRƏFİNDƏN MÜHASİRƏYƏ ALINMASI 

 

Ertəsi sabah Xoca Əbülməkarimi, Qasım bəyi, bəyləri, içkiləri və di-



vana çağrılacaq bütün igidləri dəvət etdik, məsləhətləşdik, kurqanı güclən-

dirməyə, həyatı və ölümü kurqanın içində görməyə qərar verdik. Mən, Qa-

sım bəy, ətrafımdakı içki və igidlər ehtiyat qüvvətləri idik. Onun üçün şəhə-

rin ortasında Uluğbəy Mirzənin mədrəsəsinin damının üstünə (91 b) ağ bir 

çadır qurduraraq oturdum. Digər bəylərə və igidlərə isə darvazalarda və ət-

rafdakı divarlarda postlar tapşırıldı. 

İki-üç gün sonra Şeybani xan gələrək kurqanın bir az uzağına endi. Mə-

həllə  və  kəndlərin avam təbəqəsi bölük-bölük toplanaraq, salavat gətirib 

mədrəsə qapısına gəlir və çarpışmaya çıxırdılar. Şeybani xan bunlara qarşı hə-

rəkətə keçir, lakin kurqanın yaxınına gələ bilmirdi. Bir neçə gün bu şəkildə 

keçdi. Ox və  qılınc yarası görməyən, nizamlı bir meydan müharibəsinin və 

qarşılıqlı çarpeşmanın nə olduğunu bilməyən qara camaat bu durumdan cə-

sarət alaraq daha uzaqlara çıxmağa başladı. Təcrübəli igidlər onların belə fay-

dasız çıxışlarının qabağını almaq istəyəndə onlara həqarət eləməyə başladılar. 

Bir gün Şeybani xan Ahənin qapısı  tərəfinə hücum etdi. Qara camaat 

cəsarət aldığı üçün hər zamanki kimi cürətkarlıq göstərərək ona qarşı uzağa 

çıxdı. Onların arxasından bəzi igidlərlə süvari bölüyü çıxardım. Üşdür-Gərdən 

tərəfinə göyəldaşlardan və yaxın içkilərdən Noyan Göyəldaş, Qul Nəzər Tağayi, 

Məzid [Tağayi] və digər bir çoxları da çıxmışdı. Orada bir-iki özbək  (92 a) 

bunların üstünə at sürdü və Qul Nəzər ilə qılınc-qılınca gəldi. Özbəklər atdan 

endilər, şəhərin qara camaatını sıxşdırıb qovaraq Ahənin darvazasına tıxdılar. 

Qoç bəy ilə Mirşah Koçin isə Xoca Xızır məscidinin yanında qaldılar. 

Piyadalar qovulduqdan sonra düşmənin irəlidəki atlıları Xoca Xızır məsci-

dinə doğru toplu bir həmlə etdilər. Qoç bəy bu irəliləyən özbəklərə qarşı çı-

xaraq çox yaxşı çarpışdı və böyük şücaət göstərdi. Bütün xalq bunlara baxıb 

durur, qaçanlar da qaçmağa davam edirdilər. Artıq ox atıb müqavimət et-

məyin zamanı keçmiş kimiydi. Mən qapının üzərindən navək

1

 atırdım və ya-



                                                           

1

 Navək: bir yay növü.  




BABURNAMƏ 

 

107



nımdakıların bəziləri də ox atırdılar. Özbəklər yuxarıdan atılan oxlar üzün-

dən Xoca Xızır məscidindən daha irəli gedə bilmədilər və geri qayıtdılar. 

Mühasirə boyu kurqan divarı üzərində hər gecə gəzirdik. Bəzən mən, 

bəzən Qasım bəy, bəzən də  bəylərdən və içkilərdən biri dolaşırdı. Firuzə 

darvazasından Şeyxzadə darvazasına qədər divar üzərində atla da gedilə bi-

lirdi. Digər yerlərdə isə  ancaq piyada (92 b) getmək mümkün idi. Bəziləri 

piyada dolaşırdılar və bir dövrə vurana qədər sabah olurdu. 

Bir gün Şeybani xan Ahənin darvazası ilə Şeyxzadə darvazası arasına 

hücum etdi. Mən ehtiyatdaydım və müharibə orada olduğu üçün oraya gəl-

dim. Qazuristan darvazası ilə Suzəngəran darvazası  tərəfindən qorxumuz 

yox idi. O gün Şeyxzadə darvazası üstündən bir yüz başının atını navək oxu-

yla dəqiq vurdum, dərhal öldü. 

O ara düşmən bizi çox sıxşdırdı və Üşdür-Gərdən tərəfində divarın di-

binə qədər gəldi. Biz burada savaşarkən, o tərəfdən tamamən qafil idik. Düş-

mən iyirmi beş- iyirmi altı nərdivan hazırlamış  və hər nərdivanın eni iki-üç 

adamın yan-yana çıxa biləcəyi qədər imış. Yeddi və ya səkkiz yüz yaxşı igidi 

də bu nərdivanlarla Qazuristan darvazası ilə Suzəngəran darvazası qarşısında 

pusquda yerləşdirmiş və sonra da digər tərəfdən hücum etmişlər. Əsgərin ha-

mısı bu tərəfdə çarpışmaqla uğraşarkən o postun boş qaldığı bir əsnada pus-

qudakılar gizləndikləri yerdən çıxıb (93 a) qaça-qaça bu nərdivanları iki dar-

vaza arasında, Məhəmməd Məzid Tarxanın həyətinin qarşısına tuş gələn di-

vara qoymuşlar. Ora Məhəmmədqulu Koçin ilə digər bəzi bəylərin postu idi 

və bu bəylər Məhəmməd Məzid Tarxanın həyətində idilər. Suzəngəran dar-

vazası Qara Barlasın postu, Qazuristan darvazası isə Şirim Tağayi ilə böyük 

və kiçık qardaşlarının və Qutlu Xoca Göyəldaşın postu idi. Çarpışmalar başqa 

tərəfdə meydana gəldiyi və postdakılar bu işdən xəbərsiz olduqları üçün 

adamları da işlərini-güclərinə görmək üzrə evlərinə və ya bazara dağılmışdılar. 

Amma post bəyləri və qara camaatdan bir neçə adam öz yerlərində qalmışdı.  

Qoç bəy, Məhəmmədqulu Koçin, Şah Sufi və digər bir igid onlara qar-

şı çıxıb şücaət göstərdilər. Düşmənlərin bəziləri artıq divar üstünə çıxmışdı, 

digərləri də  çıxmaqdaydı. Bu dörd adam qoşaraq yetişdilər və vuruşaraq 

düşməni divardan aşağı düşürüb qaçırdılar. Aralarında  ən yaxşı Qoç bəy 

çarpışdı. Qoç bəyin xoşa gələn işlərindən biri də bu idi. Bu mühasirədə onun 

iki yaxşı əməli göründü. 

 

Qara Barlas da Suzəngəran darvazası  qərargahında tək qalmışdı, an-



caq möhkəm dayandı. Qutlu Xoca Göyəldaşla Qul Nəzər Mirzə Qazuristan 

darvazasının yanındakı postda durmuşdular. Onlar da adamlarının az olma-

sına baxmayaraq düşmənə qarşı yaxşı ox atdılar. 

Bir dəfə Qasım bəy igidləri başına yığıb özbəkləri Suzəngəran darva-

zasından Xoca Kəfşirə qədər sürdü, onlardan bir neçəsini ələ keçirib başla-

rını kəsərək geri gəldi. 




Yüklə 3,34 Mb.

Dostları ilə paylaş:
1   ...   43   44   45   46   47   48   49   50   ...   189




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə