Microsoft Word Baburname doc



Yüklə 3,34 Mb.
Pdf görüntüsü
səhifə62/189
tarix15.03.2018
ölçüsü3,34 Mb.
#31659
1   ...   58   59   60   61   62   63   64   65   ...   189

BABURNAMƏ 

 

141



 

Bu yurddan qalxıb Qarabağ yanındakı Ağsaray çaynıa endik. Xosrov 

şahın adamları zülm və  sərkəşliyə alışmış olduqları üçün əhaliyə zülm et-

məyə başladılar.  

Axırda  Şeydim  Əli Dərbanın hörmətli bir adamını birinin bir çanaq 

yağını zorla aldığı üçün qapıya gətirdib şallaqlatdırdım. Şallaq altında canı 

çıxdı. Bu siyasətdən sonra hamısı yola gəldi. 

Bu yurdda ikən Kabil üzərinə  dərhal yürüyüb-yürüməyəcəyimiz mü-

zakirə edildi. Seyid Yusif [Oğlaqçı] və bəzilərinin fikri belə idi: qış yaxın-

laşmışdır, dərhal Ləmğana getməli və oradan vəziyyətə uyğun olaraq hərə-

kət edilməlidir. Baqi Çağanyani və digərləri isə Kabil üzərinə yürüməyi tək-

lif edirdilər. Axırda bu sonuncusuna qərar verildi və buradan qalxıb Aba qo-

ruğuna gəldik. 

Biz burada ikən validəm xanım ilə Kahmərddə qalan uruğum

1

 bir çox 



çətinlik və  təhlükələr keçirib gələrək bizə qoşuldu. Təfsilatı belədir:  Şirim 

Tağayi Xosrov şahı Xorasan tərəfə ötürdükdən sonra, gedib mənim uruğu-

mu gətirməli idi. Dəhanəyə çatanda Şirim iradəsini ititrir və Xosrov şahla 

birlikdə Kahmərdə gedir. Xosrov şahın bacısı  oğlu  Əhməd Qasım burada 

olurdu. Xosrov şah (126 b) Əhməd Qasımla sözü bir yerə qoyaraq mənim 

uruğuma pislik etmək fikrinə düşürlər. Baqi Çağanyaninin bir çox moğol 

xidmətçisi də uruğun yanında Kahmərddə idi. Bunlar gizlicə Şirimlə qərar-

laşdıraraq Xosrov şahla Əhməd Qasımı yaxalamaq istəyirlər. Xosrov şahla 

Əhməd Qasım Əcər dərəsinin yanındakı yolla qaçıb Xorasana gedirlər. Mo-

ğolların bu tərəfgirlikdəki məqsədi özlərini onlardan ayırmaq imiş. Uruğun 

yanında olanlar beləcə Xosrov şah təhlükəsindən qurtularaq Əcərdən çıxıb 

Kahmərdə gələndə iskançı qəbiləsi üsyan edib yolu tutmuş və uruğun önəm-

li bir qisminı və Baqi bəyə mənsub el və ulusu yağma etmişdir. Qul-Bəya-

zidin oğlu Tizək hələ kiçık idi, orada ələ keçirildi və üç-dörd il sonra Kabil-

də bizə qoşuldu. Uruk yağmalandıqdan sonra bizim keçdiyimiz Qıpçaq yo-

lunu aşaraq Aba qoruğunda gəlib bizə qoşuldu. Oradan qalxıb bir mənzildən 

sonra Çalaq çayırına endik. 

Məsləhət-məşvərət edərək Kabili mühasirəyə almağa qərar verdik. 

Mən bütün mərkəzi qüvvələrlə birlikdə Heydər Tağının bağı ilə Qul Bəya-

zid Bəkavulun məzarının arasına endim. Cahangir Mirzə sağ qol adamla-

rıyla bizim böyük çarbağa, Nasir Mirzə isə sol qol adamlarıyla Qutlu Qədə-

min məzarının arxasındakı çayıra endi. (127a) 

Adamlarımız hər zaman gedib Müqim [Arğun] ilə danışırdılar. O da 

bəzən üzr istəyir, bəzən də yumşaq sözlər söyləyirdi. Bizim Şirəki ələ keçir-

məyimizdən sonra atasına [Zünnun bəy Arğun] və böyük qardaşına [Şah Şü-

ca Arğun] adam göndərmiş, onlardan yardım gələcəyini ümid etdiyi üçün  

                                                           

1

 Uruq: qohum, əqrəba, boy; ailə üzvləri. 




Zəhirəddin Məhəmməd BABUR  

 

 



142

işi uzadırdı. 

Bir gün mərkəz, sağ və sol qollara zirehlərini geyib, atlara da zireh ör-

tüb həm öz silahlarını göstərmək və həm də içəridəki əhalini də bir az qor-

xutmaq üçün daha yaxına getmələri  əmr edildi. Cahangir Mirzə sağ qolun 

olduğu yerin qarşısından Küçə-bağ yolu ilə irəlilədi. Mərkəzin önündə su ol-

duğu üçün mən də mərkəzlə birlikdə Qutlu Qədəmin məzarı tərəfindən gəlib 

irəlidə yerləşən ikinci təpənin üstünə çıxdım. Önçülər indi Qutlu Qədəmin 

körpüsünün olduğu yerə doluşdular, o zamanlar bu körpü yox idi. 

Qoçaq igidlər hiss etdirmədən dəriçilər qapısına qədər irəlilədi. İçəri-

dən çıxan bir dəstə adam savaşmadan qaçıb kurqana girdi. Ərkin divarının 

dibi yüksək idi və Kabilin izdihamlı əhalisi də seyr etmək üçün oraya çıx-

mışdı. Əsgərin qaçmasıyla onlar da tez enib geri qayıtdılar. 

Körpü ilə qapı arasındakı yüksək təpənin üzərinə  və yolun ortasına 

çoxlu çuxur qazıb (127 b) üstlərini örtmüşdülər. Sultanqulu Çanaq və bəzi 

igidlər hücum edəndə oraya düşdülər. Sağ qol tərəfindən bir-iki igid Küçə-

bağ arasında, kurqandan çıxanlarlarla bir-iki dəfə  qılıncla vuruşdular. Savaş 

əmri verilməmiş olduğu üçün bu qədərlə kifayətlənərək geri döndülər. 

Kurqanın içindəkilər möhkəm vahiməyə düşmüşdülər. Müqim bəyləri 

vasitəçı edərək qulluğa gəlib Kabili təslim etmək istədi. Baqi Çağanyaninin 

vasitəsilə gəlib sədaqətini bildirdi. Biz də inayət və şəfqət göstərib təlaş və 

qorxunu ağlından çıxardıq. Ertəsi gün mövcud adamları, malı və əşyasıyla 

çıxıb kurqanı təslim etməsi qərarlaşdırıldı. 

Xosrov  şaha mənsub olan adamlar sərkəşliyə  və yağmacılığa alışmış 

adamlar idi. Buna görə də Müqimi və Müqimə mənsub adamları mal və əş-

yasıyla birlikdə Kabildən çıxarmaq işi Cahangir Mirzə, Nasir Mirzə və digər 

böyük bəylərlə içkilərə tapşırıldı. Müqimə yurd olaraq Tibəni göstərdik. 

Sabah tezdən mirzələr və  bəylər kurqanın qapılara gedib xalqın çox 

həyəcanlı olduğunu görərək: «Siz gəlmədən bu xalqı heç kim dayandıra bil-

məz» deyə adam göndərdilər. 

Axırda özüm getdim. Dörd-beş adamı oxla vurdurdum, bir-iki adamı 

da (128 a) parçalatdırdım. İğtişaş yatdı. Müqim adamlarıyla birlikdə sağ-sa-

lim gedib Tibəyə çatdı. 

Rəbiüləvvəl ayının sonlarında [=sentyabr] tanrı təalanın fəzl və kərəmi 

ilə Kabil və Qəznə vilayətinin fəthi müharibə  və mübarizə olmadan asanca 

gerçəkləşdirildi. 



 

KABİL VİLAYƏTİNİN TƏRİFİ 

 

Kabil vilayəti dördüncü iqlimdədir və məmurənin ortasında yerləşir. Şər-

qi Ləmqanat, Pərşavər, Həşnəgar və digər hind vilayətləridir. Qərbi Kərnud və 

Gurun yerləşdiyi dağlıq bölgədir. İndi həzarə və nəkdəri qövmlərinin sığınağı 




Yüklə 3,34 Mb.

Dostları ilə paylaş:
1   ...   58   59   60   61   62   63   64   65   ...   189




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə