Microsoft Word Baburname doc



Yüklə 3,34 Mb.
Pdf görüntüsü
səhifə67/189
tarix15.03.2018
ölçüsü3,34 Mb.
#31659
1   ...   63   64   65   66   67   68   69   70   ...   189

BABURNAMƏ 

 

151



var. Mən sahiblərindən satın aldım. Bağın dışında böyük çinarlar var

çinarların altı yaşıl, kölgəli və səfalı bir yerdir. Bağın ortasından bir dəyirman 

işlədə biləcək qədər su heç dayanmadan axır. Bu suyun sahilində çinarlar və 

digər ağaclar bitir. Bu arx əvvəllər  əyri-üyrü və düzənsizdi, amma mənim 

əmrimlə doğru-düzgün bir şəkildə qazdılar, fövqəladə gözəl bir yer oldu. 

Bu kəndlərin bir az aşağısında və ovadan yuxarıya doğru bir və ya bir 

yarım küruh məsafədəki dağ ətəyində Xoca-Seyaran dedikləri bir çeşmə var.  

Bu çeşmədə və çeşmənin ətrafında üç cür ağac əkilmişdir. Çeşmənin 

ortasında xeyli çinar ağacı və onların lətif kölgəsi var. Çeşmənin iki tərəfin-

də dağ ətəyindəki təpələrdə çoxlu palıd ağacı var. Bu (137a) iki palıdlıq is-

tisna olmaqla Kabilin qərb tərəfindəki dağlarda heç palıd ağacı bitmir. Çeş-

mənin qabağındakı ova tərəfində isə böyük bir ərğuvan qoruğu var, bu vila-

yətdə oradan başqa heç bir ərğuvan qoruğu yoxdur. 

Bu üç ağacın üç müqəddəsin kəraməti olduğunu deyirlər, seyaran [se 

yaran, üç yaran] adının verilməsinin səbəbi də bu imiş. Mən də bu çeşmənin 

ətrafını daşla hördürdüm, çeşməni kirəc və gipslə suvadaraq böyük hovuz 

düzəltdirdim. Çeşmənin ətrafı çox gözəl oldu. Hər tərəfi ərğuvan qoruğuna 

baxır. Ərğuvan gül açan günlərdə belə bir yer dünyada tapılmaz. Sarı ərğu-

vanı da çox olur. Sarı ərğuvan ilə qırmızı ərğuvan dağ ətəyində birdən açılır. 

Bu çeşmənin cənub-qərbində bir dəyirman işlədə biləcək çayın yarısı 

qədər su fasiləsiz olaraq axır. Mən bir arx açdırıb bu suyu Seyaranın cənub-

qərbindəki təpənin üstünə gətirtdim. Təpənin üstünə böyük yuvarlaq bir taxt 

düzəltdirdim. Onun ətrafına başdan-başa söyüd əkdirdim, çox gözəl bir yer 

oldu.Bu taxtın bir az yuxarısına, təpənin yanında bir də üzüm bağı saldırdım. 

Bu arxın tarixi «cuyi-xoş»

1

  şəklində zəbt edildi. 

Tümənlərdən biri də Ləhugər tümənidir. Ən böyük kəndi Çərx kəndi-

dir. Molla Yaqub həzrətləri bu kənddəndir, Mollazadə Molla Osman da (137 



b)  çərxlidir. Secavənd də  Ləhugərin kəndlərindən biridir. Xoca Əhməd ilə 

Xoca Yunus Secavənd kəndindəndir. Çərxin bağları çoxdur. Ləhugərin di-

gər kəndlərində bağ olmur. Ləhugərin  əhalisinə  əfqan-şal deyirlər. Bu ad 

Kabildə çox yayılmışdır. Hər halda, bunun doğrusu əfqan-şiardır ki, sonra-

dan əfqan-şal demişlər.  

Biri Qəznə vilayətidir. Bəziləri ona tümən də deyirlər. Səbük-Təkin ilə 

[Hindistan fatihi] Sultan Mahmudun [Qəznəvi] və oğlunun paytaxtı Qəznə 

imiş. Bəziləri Gəznin deyə də yazmışlar. Sultan Şəhabəddin Qurinin də pay-

taxtı ora imiş. Bu Sultan Şəhabəddini [Quri] Təbəqati-Nasiridə və bəzi hind 

tarixlərində Müizzəddin kimi yazmışlar. 

Qəznə üçüncü iqlimdədir. Ona Zabil də deyirlər. Zabilistan bu vilayət-

dən ibarətdir. Bəziləri Qəndəharı da Zabilistana daxil edirlər. Kabildən qər-

bə doğru on dörd ağac məsafədədir. Bu yolu gedənlər dan ağararkən Qəznə-

                                                           

1

 Cuyi-xoş: hərflərin cəmi əbcəd hesabı ilə 926 edir. 




Zəhirəddin Məhəmməd BABUR  

 

 



152

dən hərəkət edib iki namaz arasında və ya ikindi namazı vaxtında Kabilə ça-

tır. Adinapur isə on üç ağac məsafədədir, lakin yolunun pis olması üzündən 

oraya heç bir vaxt bir gün ərzində gedib çata bilməmişlər. 

Kiçık bir vilayətdir. Çayının dörd-beş dəyirman işlədəcək qədər suyu 

var. Qəznə  şəhəri və dörd-beş  kəndi bu suyla, dörd-beş  kəndi də  kəhrizlə 

suvarılır. Qəznənin üzümü Kabilinkindən daha yaxşıdır. Qovunu da Kabil 

qovunundan daha yaxşıdır. Alması da yaxşı (138 a) olur, onu Hindistana ix-

rac edirlər. Taxılı fövqəladə əziyyətlə becərilir, əkdikləri hər sahənin üstünü 

hər il bütüblüklə yeni torpaqla örtürlər. Lakin oranın əkininin məhsulu Ka-

bilinkindən daha artıqdır. Boyaqotu əkir və Hindistanın hər tərəfinə ixrac 

edirlər. Bu əhalinin ən yaxşı məhsulu boyaqotudur. 

Köçəriləri həzarələr və  əgqanlardır. Qəznə Kabilə nisbətən daima 

ucuzdur.  Əhalisi hənəfi məzhəbli, təmiz etiqadlı  və müsəlman bir xalqdır. 

Üç ay oruç tutanları çoxdur. Ailə və qadınları çox mühafizəkar və qapalıdır. 

Molla Əbdürrəhman Qəznənin ən böyük adamlarındandır. Alim adam-

dı  və daima dərs verirdi. Fövqəladə dindar, Allahdan qorxan və  pəhrizkar 

bir adamdı. Nasir Mirzə ölən il [=1515] vəfat etdi. 

Sultan Mahmudun qəbri Qəznə civarındakı məhəllələrin birindədir və 

sultanın qəbri orada olduğu üçün buraya rövzə deyirlər. Qəznənin yaxşı üzü-

mü rövzədə yetişir. Oğulları Sultan Məsud ilə Sultan İbrahimin qəbri də 

Qəznədədir. Belə mübarək məzarlar Qəznədə çoxdur. 

Kabil və Qəznəni zəbt etdiyim il [=1505] Kühət, Bennu ovası və Əf-

qanıstanı yağmalayıb bir çox insan öldürdükdən sonra Düki üzərindən keçib 

Abi-İstadənin sahili ilə Qəznəyə gəldim. Qəznə kəndlərinin birində bir mə-

zar olduğunu və salavat oxuyunca yırğalandığını söylədilər. Gedib gördüm 

və qəbrin yırğalandığı (138 b) hiss edildi. Sonra anlaşıldı ki, bu, mücavir-

lərin bir hiyləsi imiş. Onlar qəbrin üstünə tavan kimi bir şey düzəltmişlər. 

Ona toxunanda o, yırğalanır və bu zaman adamda qəbr hərəkət edirmiş hissi 

oyanır. Necə ki, gəmiyə heç minməmiş bir adam gəmiyə minincə sahilin hə-

rəkət etdiyini hissinə qapılır. Mücavirlərin qəbrdən uzaq durmalarını əmr et-

dim. Bir neçə salavat oxudular, lakin qəbrdə heç bir hərəkət hiss edilmədi. 

Tavanı söküb qəbrin üstünə künbəz tikilməsini əmr etdim. Mücavirlərə isə 

təhdidlə bir də belə hərəkət etmələri qadağan edildi. 

Qəznə çox əhəmiyyətsiz bir yerdir. Hindistan və Xorasanı öz hakimiy-

yəti altına alan padşahların, ələlxüsus xorasanlıların belə həqir bir yeri necə 

paytaxt elədiklərinə heyrət etməmək olmur. 

Sultan (Mahmud) zamanında [=998-1030] Qəznənin üç-dörd bəndi 

varmış. Bəndlərdən biri Qəznə çayında, Qəznədən  şimala doğru üç ağac 

məsafədə və suyun yuxarı tərəfindədir. Burada Sultan (Mahmud) böyük bir 

bənd tikdirmişdir. bu bəndin yüksəkliyi qırx-əlli kari, uzunluğu isə təxminən 

üç yüz kari qədərdir. Suyu oraya toplayıb ehtiyaca görə əkinlərə verirlərmiş. 




Yüklə 3,34 Mb.

Dostları ilə paylaş:
1   ...   63   64   65   66   67   68   69   70   ...   189




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə