Microsoft Word Baburname doc



Yüklə 3,34 Mb.
Pdf görüntüsü
səhifə68/189
tarix15.03.2018
ölçüsü3,34 Mb.
#31659
1   ...   64   65   66   67   68   69   70   71   ...   189

BABURNAMƏ 

 

153



Əlaəddin Cahansuz Guri bu vilayətə müsəllət olanda bəndi dağıtmış,  sulta-

nın övladlarından çoxunun qəbirlərini də təxrib etmiş, Qəznə şəhərini yax-

mış, əhalisini öldürüb mallarını yağmalamış, qətliamın və dağıntının (139 a) 

ardından geridə görünəcək heç bir şey qoymamışdır. Bax, bu bənd də o za-

mandan bəri xarabdır. Hindistanı fəth etdiyim il  bu bəndi təmir etmək üçün 

Xoca Kəlan ilə pul göndərdim. Allahın inayətiylə bu bəndin təkrar inşa edi-

ləcəyinə ümid vardır. 

Bəndlərdən biri də Sixandır. Qəznənin şərqində və ondan iki-üç ağac 

məsafədə olan bu bənd də o zamandan bəri xarabdır. Təmir ediləcək vəziy-

yətdə deyil. Bəndlərdən digəri də Sərdihə bəndidir ki, bu bənd abaddır. 

Kitablarda yazıldığına görə, Qəznədə bir çeşmə varmış və bu çeşməyə 

zibil atsalar, o zaman dalğa, daşqın, yağmur və boran olarmış. Bir tarix kita-

bında yazıldığına görə, hind padşahlarından biri [Sultan Mahmudun atası] 

Səbük-Təkini Qəznədə mühasirəyə alanda Səbük-Təkinin  əmriylə bu çeş-

məyə zibal atılır, dalğa, daşqın, yağmur və boran olur və bu şəkildə düşməni 

dəf edir. Mən Qəznədə nə qədər araşdırdımsa da, heç kim bu çeşmənin yeri 

haqqında məlumat verə bilmədi. 

İraqeyn və Azərbaycanda Sultaniyə ilə  Təbriz soyuqluğu ilə  məşhur 

olduğu kimi, bu vilayətlər arasında da Qəznə ilə Xarəzm soyuqluğu ilə məş-

hurdur. 


Tümənlərdən biri də Zürmət tümənidir; Kabilin cənubunda, Qəznənin 

cənub-şərqindədir. Kabildən on iki-on üç, Qəznədən isə yeddi-səkkiz ağac 

məsafədədir və səkkiz kənddən ibarətdir. Vilayət mərkəzi  Gərdizdir. Gərdiz 

kurqanının içindəki evlər əksərən üç və ya dörd qatlıdır. (139 b) Gərdiz ol-

duqca möhkəm bir yerdir. Bu şəhər Nasir Mirzə ilə düşmən olub Mirzəyə 

xeyli problem yaratmışdı. 

Zürmət əhalisi əfqan-şaldır, onlar əkinçilik və kənd təsərrüfatı ilə məş-

ğul olurlar. Ağacları, bağ və bağçaları yoxdur. 

Bu tümənin cənubunda Bərəkistan dedikləri bir dağ, onun ətəyində də 

yüksək bir yerdə bir çeşmə var. Şeyx Məhəmməd Müsəlmanın qəbri burada-

dır. 

Tümənlərdən biri də Fərmül tümənidir. Önəmsiz bir yerdir. Alması pis 



deyildir, Multana və Hindistana ixrac edilir. Hindistanda əfqanlar zamanın-

da etibar görən  Şeyx Məhəmməd Müsəlmanın övladları olan Şeyxzadələr 

Fərmüldəndir. 

Tümənlərdən biri də Bəngəş tümənidir. Hər tərəfi yolkəsən əfqanlarla 

doludur. Hugiyani, xırılcı, turi və ləndər qəbilələri kənarda yaşadıqları üçün 

vergilərini könüllü verməzlər. Qəndəhar, Bəlx, Bədəxşan və Hindistanın fət-

hi kimi böyük işlər araya girdiyindən Bəngəşin zəbti üçün fürsətim olmadı. 

Allah rast gətirsə və fürsət versə, Bəngəşin yolkəsənləri ilə və şəhərin zəbti 

ilə uğraşmaya qərar verdim. 



Zəhirəddin Məhəmməd BABUR  

 

 



154

Kabilin bölüklərindən biri də Ala say bölüyüdür; Nicravdan iki-üç şeri 

qədər məsafədədir. Şərqə doğru Nicrav tərəfindən yol dümdüz gəlir və Kürə 

deyilən yerə çatar-çatmaz Ala saya doğru bir az kiçık bir keçid enir. Bu tə-

rəfin isti iqlimiylə soyuq iqliminin ayrıldığı yer Kürə keçididir. Bu Kürə 

keçidi ilkbaharda quşların keçdiyi bir yerdir. Nicrava tabe olan Piçgan əhali-

si bu keçiddə çox (140 a) quş tutur. Keçidin sonunda hər yerə daş sığınaqlar 

tikmişlər. Quş tutan adamlar bu sığınaqlarda oturub torun bir ucunu beş-altı 

kari qədər uzaq bir yerə bağlayır və bir tərəfini yerə daşla bərkidir, digər tə-

rəfinə də torun yarısına qədər uzaqda və üç-dörd kari uzunluğunda bir ağac 

bağlayırlar. Ağacın bir ucunu sığınaqda oturan adam əlində tutur və sığına-

ğın dəliklərindən bayırı müşahidə edir. Quşlar yaxınlaşınca toru dərhal yu-

xarı qaldırır və quşlar hamısı tora düşürlər. Bu şəkildə o qədər çox quş tu-

turlar ki, kəsməyə vaxt tapmırlar. 

O vilayətdə Ala sayın narından daha yaxşı nar tapılmaz və bu narı 

Hindistanın hər tərəfinə ixrac edirlər. Üzümü də pis deyil. Ala sayın şərab-

ları Nicrav şərablarına görə daha qüvvətli, rəngi də daha gözəldir. 

Bölüklərdən biri də Bedrav bölüyüdür və Ala sayın yanındadır. Bura-

da meyvə olmur. Əhalisi kafirdir və  əkin-biçinlə  məşğul olur. Xorasan və 

Səmərqəndin köçəriləri türklər və aymaqlar olduğu kimi, bu vilayətin köçə-

riləri də  həzarələr və  əfqanlardır. Həzarələr arasında  ən çoxsaylısı Sultan 

Məsudi həzarəsi, əfqanlar arasında isə məhmənd əfqanlarıdır. 

Kabilin gəliri torpaq, gömrük və köçərilərdən alman vergilərlə birlik-

də səkkiz lek

1

 şahruxi


2

 tutdu. (140 b) 

Kabil vilayətinin şərq tərəfindəki dağları iki, qərb tərəfindəki dağları 

da iki cürdür. Əndərab, Hast və Bədəxşan dağları başdan-başa arçan ilə ör-

tülü, bol sulu və yumşaq təpəli dağlardır. 

Dağ, təpə və dərələrinin otu birbirinin eynidir və yaxşıdır. Çox yerində 

bütəkə otu bitir və ata fövqəladə yaxşı gəlir. Əndican vilayətində də bu ota 

bütəkə deyirlər, lakin nə üçün elə deyildiyi bilinmir. Bu vilayətlərdə anlaşıl-

dı ki, bu ot dəmət-dəmət çıxdığı üçün bütəkə deyirlər. Hisar, Xutlan, Səmər-

qənd, Fərqanə  və Moğolistan yaylalarının hamısı bu cür yaylalardır. Gərçi 

Fərqanə ilə Moğolistan yaylaları bu yaylalarla müqayisə edilə bilməz, lakin 

bunlara bənzər dağ və yaylalardır. 

Nicrav, Ləmqanat, Bəcur və Sevad dağları isə sıx şam, çilgüzə, palıd, 

zeytun və saqqız ağaclarıyla örtülüdür. Otu digər dağların otuna bənzəməz; 

çox və yüksək olmasına baxmayaraq işə yaramır, ata və qoyuna xoş gəlmir. 

Düzdür, o dağlar qədər yüksək deyillər və gözə kiçık görünürlər, lakin çox 

sarp dağlardır. Düz təpələrmiş kimi görünürlər, lakin bütün təpə və dağları 

sarpdır, daşlıdır və hər yerindən atla keçilməz. Bu dağlarda Hindistan quş-

                                                           

1

 Lek: 100.000-ə uyğun gələn bir rəqəm. 



2

 Şahruxi: qızıl ölçüdür, 1 şahruxi = 4.5 qızıl quruş.  




Yüklə 3,34 Mb.

Dostları ilə paylaş:
1   ...   64   65   66   67   68   69   70   71   ...   189




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə