Microsoft Word Baburname doc



Yüklə 3,34 Mb.
Pdf görüntüsü
səhifə66/189
tarix15.03.2018
ölçüsü3,34 Mb.
#31659
1   ...   62   63   64   65   66   67   68   69   ...   189

BABURNAMƏ 

 

149



Bölüklərdən biri Çağan saraydır. Kafiristanın başlanğıcında kiçık bir 

kənddir.  Əhalisi kafirlərlə qarışıq olduğu üçün müsəlman olduqları halda 

kafir adətlərinə uyurlar. Çağan saray çayı deyə  məşhur olan böyük irmaq 

Çağan sarayın şimal tərəfindən və Bəcurun arxasından axır. Qərb tərəfindən 

Pih adlı daha kiçık bir çay Kafiristandan gəlib bu çayla birləşir. 

Çağan sarayın sarımtıraq və qüvvətli  şərabları var, lakin Dəreyi-Nur 

şərabıyla əsla müqayisə oluna bilməz. Oranın üzümü və bağı yoxdur, suyun 

üst tərəfindəki Kafiristan ilə Pih Kafiristanından gətirirlər. Mən Çağan sa-

rayı alanda [=1514/5] Pih kafirləri bu xalqa yardım üçün gəlmişdilər. Şərab 

o tərəfdə o qədər yayılmışdır ki, hər kafirin boynunda bir tuluq şərab olur və 

su yerinə şərab içirlər. 

Kamə ayrı bir yer olmayıb Nigənxara tabe olsa da, oraya da bölük de-

yirlər. 

Tümənlərdən biri (135 a) Nicrav tümənidir. Kabilin şimal-şərqində 

Kuhistanda yerləşir. Arxasındakı dağların hamısı Kafiristandır. Uzaq bir gu-

şədir. Üzüm və meyvəsi fövqəladə çox, şərabı da bol olur. Ancaq şərabı 

qaynadırlar. Qışda çox toyuq bəsləyirlər. Əhalisi əyyaş, namaz qılmaz, Al-

lahdan qorxmaz və kafirə bənzər bir xalqdır. 

Dağlarında şam, palıd və saqqız ağacı çoxdur. Çam, çilgüzə və palıd 

ağacları oradan aşağıda da bitir, lakin Nicravdan yuxarıda heç bitmir. Bun-

lar Hindistan ağaclarındandır. Bu Kuhistan xalqının çırağı çilgüzə  ağacın-

dandır və şam kimi yanır. Bu çox qəribədir. 

Nicrav dağlarında rübeyi-pəran olur. Rübeyi-pəran bir heyvandır, sin-

cabdan bir az böyükdür və iki qoluyla iki budunun arası yarasa qanadı kimi 

pərdəlidir. Hər zaman tutub gətirirdilər. Deyirlər ki, ağacdan-ağaca, aşağıya 

doğru bir ox atımı qədər uçur. Mən özüm uçduğunu görməmişdim. Bir ağa-

ca qoyduq və dərhal dırmanaraq çıxdı. Oradan qovladılar və qanadını açaraq 

uçan kimi elədi, lakin ehmalca yerə düşdü.  

Bu dağlarda luçə quşu da olur. Bu quşa buqələmun deyirlər, başından 

quyruğuna qədər beş-altı fərqli rəngi var və boynu göyərçin boynu kimi par-

laqdır. Böyüklüyü cins kəklik qədərdir. Bu, hər halda, Hindistanın cins kək-

liyi olmalıdır. Onun haqqında bölgə əhalisi qəribə şeylər söylədi: qış gəlincə 

dağın  ətəklərinə enərək uçursalar belə  (135 b) üzüm bağından o yana uça 

bilməz, sonra onları təkrar tutarmışlar. 

Nicravda müşk siçanı deyilərn bir siçan varmış, ondan müşk qoxusu 

gəlirmiş. Özüm şəxsən görmədim. 

Tümənlərdən biri Pənchir tümənidir və Pənchir yolu üzərində yerləşir. 

Kafiristan ona çox yaxındır. Yolkəsən kafirlərin yolu Pənchir üzərindəndir. 

Kafirlərə yaxın olduğu üçün bu tüməndən də vergi alırlar. Mən gəlib Hin-

distanı fəth etəndə [=1526] kafirlər də gəlib Pənchirdə bir çox adamı öldürə-

rək hər yanı dağıtmışdılar. 



Zəhirəddin Məhəmməd BABUR  

 

 



150

Tümənlərdən biri Gur-Bənd tümənidir. O vilayətlərdə keçidə bənd de-

yirlər. Gür tərəfinə bu keçiddən gedirlər və  hər halda buna görə ona Gur-

Bənd demişlər. Dərə başlarını həzarələr işgal etmişdilər. Bir neçə kənddən 

ibarət və məhsulu az bir yerdir. Gur-Bənd dağlarında gümüş və lacivərd mə-

dənləri olduğunu söyləyirlər. 

Dağ ətəyində yerləşən kəndlər başda Mitə-Kəcə və Pərvan ilə axırda 

Dürnamə olmaq üzərə on iki-on üç kənddən ibarətdir. Meyvəsi bol olan 

kəndlərdir və  şərabları da digər yerlərinkinə nisbətən daha qüvvətlidir. Bu 

kəndlərin hamısı dağlarda və dağ ətəklərində yerləşdikləri üçün vergilərini 

ödəyirlər, lakin xəraca bağlı deyillər. Bu kəndlərin aşağısında dağ ətəyində 

və dağ ilə Baran çayı arasında Kürreyi-Taziyan və Dəşti-Şeyx dedikləri iki 

düz ovalıq var. Yayda çikin-tala

1

 otu (136 a) fövqəladə yaxşı olur. Aymaq-



lar və türklər yayda buraya gəlirlər. 

Bu dağ  ətəyində  rəngbərəng hər cür lalə var. Bir dəfə saydırdım və 

otuz iki-otuz üç növ nadir lalə çıxdı. Bu lalələrin bir növündən bir az qırmızı 

gül qoxusu gəlir, ona laleyi-gülbuy adını verdik. O, Dəşti-Şeyxdə də müəy-

yən bir yerdə olur, başqa yerdə olmur. Eyni dağın ətəyində və Pərvanın bir 

az aşağısında sədbərg (yüz yarpaq) lalə olur. O da yalnız müəyyən bir yerdə, 

Gur-Bənd boğazının sonunda yetişir.  

Bu iki ovanın arasında kiçık bir dağ var. Bu dağda və dağın başından 

ətəyinə qədər Xoca-Rigi-Rəvan deyilən qumlu bir sahə var. Bu qumluqdan 

yayda nağara və davul səsləri gəldiyini söyləyirlər. 

Bunlardan başqa, Kabilə bağlı olan daha bir çox kənd vardır. Kabilin 

cənub-qərbində və ondan üç şeri məsafədə hər zaman qarla örtülü böyük bir 

dağ vardır; bir ilin kari ikinci ilin qarına qədər qalır və nadir illərdə qar o 

biri qara çatmır. Kabil buzçularının buzları qurtaranda bu dağdan qar gəti-

rərək buzlu su düzəldib içirlər. Bu dağ ilə Bamyan dağı sarp dağlardır. Hər-

mənd, Sind, Duqabə və Bəlxab çayları öz mənbəyini bu dağdan alır ki, bir 

gündə dörd çayın dördünün də suyundan içmək mümkündür. 

Oradakı  kəndlərin çoxu bu dağın  ətəyində yerləşir. Bağların üzümü 

çox və hər növ meyvəsi bol olur. Bu kəndlərin arasında İstalif və Əstərqaça 

bənzəyən başqa kənd yoxdur. Uluğ bəy Mirzə bu kəndlərə (136 b) Xorasan 

və Səmərqənd deyirmiş. 

Ləmqan da bu kəndlərin arasındadır. Djğrudur, üzümü və meyvəsi o 

kəndlərinki qədər deyil, lakin havası onlarla əsla müqayisə edilə bilməz. 

Ləmqan dağı qarlı dağdır. 

İstafil kimi bir kəndə hər yerdə rast gəlmək mümkün deyil. Kəndin için-

dən böyük bir çay axır və çayın hər iki tərəfi bağdır. Yaşıl və olduqca səfalı 

bağları var. Suyu soyuqdur, buzlu suya ehtiyac yoxdur; əksərən şəffafdır. Bu 

kənddə Uluğ  bəy Mirzənin sahibindən zorla aldığı Baği-Kəlan adlı bir bağı 

                                                           

1

 Çikin-tala otu: heyvanlara yedirilən bir ot növü.  




Yüklə 3,34 Mb.

Dostları ilə paylaş:
1   ...   62   63   64   65   66   67   68   69   ...   189




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə