Microsoft Word Baburname doc



Yüklə 3,34 Mb.
Pdf görüntüsü
səhifə73/189
tarix15.03.2018
ölçüsü3,34 Mb.
#31659
1   ...   69   70   71   72   73   74   75   76   ...   189

BABURNAMƏ 

 

163



olub fərqi bir-iki gündü. O münasibətlə bu qəzəli söyləmişdim:  

Yeni ay yar üzü birlə görüb, el şadi-xürrəmlər, 

Mana üzü qaşından ayrı bayram ayında qəmlər. 

 

Yüzi-novruziyü vəsli-eydini, Babur, qənimət tut, 



Ki bundan yaxşı olmaz, olsa yüz novruz bayramlar. 

Gumel çayını keçdik və dağ  ətəyini izləyərək günəyə doğru yürüdük. 

Bir-iki küruh getmişdik (150 b) ki, dağ ətəyindəki təpələrdə gözünü qan tutan 

bir neçə əfqan ortaya çıxdı. Atları dördnala çaparaq dərhal o tərəfə cumduq.  

Əfqanlarm çoxu qaçdı, bəziləri isə dağ ətəyindəki xırda təpə və kəmər-

lərdə kor-koranə toplandı. Bir əfqan kiçık bir təpənin üstündə dururdu. Deyə-

sən, arxasında uçurum vardı, ona görə gedəcək yeri yox idi. Sultanqulu Çanaq 

zirehli bir halda oraya çıxıb vuruşaraq adamı  ələ keçirdi. Bu mənim hüzu-

rumda gördüyü bir işdi və bu iş onun etibar görüb yüksəlməsinə səbəb oldu. 

Bir kəmərdə isə Qutlu Qədəm bir əfqanla vuruşub tudaşdı, on-on iki 

kari qədər bir yerdən birlikdə aşağıya düşdülər. Başını kəsib gətirdi. 

Kəpə  də bir dağın üstündə bir əfqanla  əlbəyaxa olaraq dağ üstündən 

dağın yarısına qədər yuvarlanıb gəldi. O da onun başını kəsib gətirdi. Bu əf-

qanların bir çoxu əsir edilmişdi, hamısı sərbəst buraxıldı. 

Dəştdən qalxıb Mehtər Süleyman dağının ətəyi ilə günəyə doğru yürü-

dük. Üç dəfə  dincəldikdən sonra Sind çayının sahilində yerləşən, Multana 

tabe olan kəndlərdən birinə, Bilə deyilən kiçık bir qəsəbəyə çatdıq. Əsgərlər 

gəmilərə minib suyu keçdilər, bəziləri isə üzərək keçdilər. Bu kənd qarşısın-

da bir ada vardı.  (151 a) Geri qalan əhalinin bir qismi bu adada göründü. 

Əsgərin böyük bir qismi at və silahlarıyla suya girərək oraya keçdi. Bir neçə 

adamı su götürdü. Bunlar arasında mənim adamlarımdan Qul Anıqla Mehtər 

Fərraş, Cahangir Mirzənin adamlarından isə Kaymas Türkmən də vardı. 

Bu adada əsgərin əlinə qumaş və ev əşyası kimi bəzi şeylər keçdi. O 

civar əhalisinin hamısı adadan gəmilərlə Sind çayının digər tərəfinə keçdilər. 

Adanın qarşısına keçənlərin bir qismi suyun genişliyinə güvənib qılınclarını 

əllərinə alıb oynadaraq istehza etməyə başladılar. 

Adaya keçənlərdən Qul Bəyazid Bəqavul tək başına və yalın atla özü-

nü onların qarşısından suya atdı. Adanın o tərəfindəki suyun genişliyi bu tə-

rəfinkindən iki-üç misli qədər çox idi. Atını üzdürərək, o tərəfdəkilərin qar-

şısında bir ox atımı qədər məsafədə dayaz yerə çıxdı. Su atın böyrünə qədər 

gəlirdi. Özünə gəlmək üçün bir qədər durdu. Arxasından heç kim getmədi, 

getmə ehtimalı da yox idi. Oradan sürətlə bunların üstünə cumdu. Bir-iki ox 

atdılar, lakin heç bir şey edə bilməyib qaçdılar. Tək başına, yəhərsiz atla, 

köməksiz Sind çayı kimi bir çaydan at üzdürərək keçib düşməni qaçırdı və 

yerini aldı. Çox cəsuranə bir iş görmüşdü. Düşməni qaçırdıqdan sonra (151 

b) əsgər o tərəfə keçdi və qənimət olaraq qumaş və heyvanlar gətirdi. Düz-



Zəhirəddin Məhəmməd BABUR  

 

 



164

dür, bundan əvvəl də bir neçə dəfə də xidməti və cəsarəti görünmüşdü, eti-

bar və iltifat göstərib aşçılıq

1

 rütbəsindən xassə  bəkavul rütbəsinə yüksəlt-



mişdim. Bu şücaətindən dolayı da ona çox inayət və ehsanlarda bulundum. 

Bu barədə irəlidə söz açılacaq. Gerçəkdən də inayət və ehsana layiq idi. 

İki-üç mənzil boyunca Sind çayını sahildən izləyərək, çayın aşağısına 

doğru getdik. Əsgər axın edə-edə atlarını haldan saldı. Qənimət də axına 

dəyməzdi, hamısı öküzdən ibarətdi. Dəştdə ikən əsgərin əlinə  qoyun və bəzi 

yerlərdə qumaş kimi şeylər keçmişdi, amma Dəşti keçdikdən sonra öküzdən 

başqa bir şey yox idi. Sind çayı sahilindəki mənzillərdə iş o dərəcəyə çatdı 

ki, bir qulluqçu üç-dörd yüz öküzü birdən gətirirdi. Çox olduğu üçün gətirir-

dilər, ancaq hər mənzildə bir o qədəri qalırdı. 

Sind sahilini izləyərək üç mənzil gəldik. Üç mənzildən sonra Pir-Kanu 

məzarı qarşısında Sind çayından ayrılaraq Pir-Kanu məzarına gəlib dayandıq. 

Məzarın bəzi mücavirlərinə  əziyyət verdikləri üçün əsgərlərdən birini ibrət 

olsun deyə parçalatdım. Bu məzar Hindistanda (152 a) fövqəladə mötəbər bir 

məzardır və Mehtər Süleyman dağına bitişik dağların ətəyində yerləşir. 

Bu məzardan qalxıb keçid üzərinə endik. Oradan qalxıb Düki vilayə-

tindəki çaya endik. O yurddan qalxanda isə Şah [Şüca] bəyin adamı və Sivi-

nin valisi olan Fazil Göyəldaşın casusluq etməyə gəlmiş iyirmi qədər adamı-

nı tutub gətirdilər. O vaxtlar aramızda düşmənçilik olmadığı üçün atlarına 

və silahlarına toxunmadan sərbəst buraxdıq. 

Ertəsi gün Düki kəndlərindən Çutali deyilən kəndin yaxınına endik. 

Sind çayının bir az o tərəfində  və onun sahilində durmadan axın edildiyi 

halda at yemi və ot bol olduğu üçün atlar süstləşmirdi, lakin Sind çayından 

Pir-Kanu tərəfə doğru çıxanda ot heç tapılmır, ara-sıra iki-üç mənzildə bir 

az ot tapıla bilirdi. At yemi ise heç tapılmırdı. Bu yurdlardan etibarən əsgə-

rin atları geri qalmağa başladı. 

Çutalidən keçib endiyimiz yurdda yük heyvanı olmadığı üçün mənim 

öz çadırım da qaldı. Burada ikən bir gecə elə yağış yağdı ki, çadırda su to-

puğuma qədər çıxdı. Kilimləri bir yerə yığıb onların üstündə oturdum. O ge-

cəni sabaha qədər bu cür sıxıntı içində keçirdim.  

 

BİR İNTRİQANIN ORTAYA ÇIXARILMASI 

 

İki mənzildən sonra Cahangir Mirzə gəlib qulağıma (152 b) gizli bir 



sözü olduğunu söylədi. Yalnız qaldıq. Mənə belə dedi: «Baqi Çağanyani 

mənim yanıma gəlib dedi ki, padşahı yeddi-səkkiz və ya on adamla Sind ça-

yının o biri üzünə keçirək və sizi padşah edək». 

                                                           

1

 Aşçılıq,  yaxud  bavurçuluq:  hökmdar sarayında mətbəxdə çalışanlara məxsus rütbə. 



Bəkavulluqdan [yeməklərə nəzarət edən şəxsin ünvanı] aşağı dərəcədə bir rütbə. 

 



Yüklə 3,34 Mb.

Dostları ilə paylaş:
1   ...   69   70   71   72   73   74   75   76   ...   189




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə