BABURNAMƏ
113
Eşitdim ki, xoşxasiyyət Cəmşid
Bir çeşmənin başındakı bir daşa bunları yazmış:
«Bu çeşmədə bizdən əvvəl bir çoxları nəfəs aldılar;
Sonra göz açıb yumuncaya qədər köcüb getdilər.
İgidlik və qüvvətlə dünyayı zəbt etdik,
Lakin onu özümüzlə birlikdə gora apara bilmədik.
O dağlıq bölgədə beytlərin və digər şeylərin daşa qazılması bir adətdir.
Biz Məsihada ikən şair Molla Hicri Hisar tərəfindən gəlib mənə səda-
qətini bildirdi. Bu mətləni o günlərdə söyləmişdim:
Təkəllüf hər necə surət tutulsa, ondan artıqsan,
Səni can derlər, əmma bitəkəllüf candan artıqsan.
Bir rəsim nə qədər zəhmətlə çəksələr də sən daha gözəlsən,
Sənə can deyirlər, lakin sən, şübhəsiz, candan artıqsan.
Şeybani xan Ura-Təpə civarına gələrək bir az ortalığı qarışdırıb geri
döndü. O, Ura-Təpə (99 b) üzərində ikən ailəmi Məsihada qoyub adamları-
mızın az və silahsız olmasına baxmayaraq Abbürdən keçidindən aşdıq və
sabah axşam yaxında olaq və fürsəti qaçırmayaq deyə Dihkət civarına gəl-
dik. Şeybani xan tələsik geri qayıtdı. Biz də təkrar keçidi aşaraq Məsihaya
gəldik.
«Belə dağdan-dağa, işsiz-gücsüz, vilayətsiz və yersiz gəzmək fayda-
sızdır. Xanın yanına Daşkəndə gedəkmi» deyə düşündüm. Qasım bəy buna
razı olmadı. O, yuxarıda bəhs etdiyim kimi, nizamı qorumaq və hamıya dərs
vermək üçün Qarabulaqda üç-dörd moğolu öldürmüşdü. Ehtimal ki, bu üz-
dən oraya getməyə tərəddüd etdi. Bir az israr etdik, olmadı. O öz adamlarını,
qardaşlarını, köçünü alıb Hisara yollandı.
Biz Abbürdən keçidindən aşaraq xanın yanına Daşkəndə yola düşdük.
O sırada [Sultan Əhməd] Tənbəl qoşun çəkib Ahəngəran vadisinə gəldi.
Əsgərlərinin arasında Məhəmməd Hisari adı ilə də tanınan Məhəmməd
Duğlat kiçık qardaşı Sultan Hüseyn Duğlat və Qənbər Əli Sallax ilə ittifaq
edib Tənbələ qəsd etmək fikrinə düşür. Tənbəl bu xəbər alınca orada qalma-
yaraq qaçıb xanın yanına getdi.
Biz Şahruxiyyəyə gələn gün qurban bayramıydı [=16 iyun 1502], la-
kin oralarda yubanmadan keçib xanın yanına Daşkəndə getdik.
Bir rübai söyləmişdim. Qafiyəsinə dair tərəddüdüm vardı. O zaman
şeir (100 a) sənətini o qədər öyrənməmişdim. Xan təb sahibi bir adamdı, şe-
ir söyləyirdi, gərçi uğurlu qəzəli çox deyildi. Bu rübaini xana söyləyib tərəd-
düdümü ərz etdim. Lakin könlümün arzu etdiyi biçimdə açıq bir cavab ala
bilmədim. Hər halda o da şeir sənətiiı az incələmişdi. O rübai budur:
Zəhirəddin Məhəmməd BABUR
114
Yad etməz imiş kişini qürbətdə kişi,
Şad etməz imiş könlünü möhnətdə kişi,
Könlüm bu qəriblikdə şad olmadı, ah,
Qürbətdə sevinməz ərmiş, əlbəttə, kişi.
Sonra öyrəndim ki, türk dilində bəzən t-d, ğ-k və q bir-birinin yerinə
işlənir.
MOĞOLLARIN TUĞ AÇMA MƏRASİMİ
Bir neçə gün sonra Tənbəl Ura-Təpəyə gəldi. Bu xəbəri alınca [Sultan
Mahmud] xan Daşkənddən qoşun yeritdi. Beşkənd ilə Sam-Sirək arasında
sağ və sol qol səflərini nizamlayıb parad keçirtdi.
Moğol adəti üzrə tuğ açdılar. Xan atdan endi. Bir moğol doqquz tuğu
xanın önündə sancıb bir öküzün qabaq ayaq sümüyünə uzun bir ağ bez bağ-
layaraq əlində tutdu və üç parça uzun bezi üç tuğun quyruğundan az aşağı
bağlayıb tuğ dirəyinin altından keçirdi. Bir bezin ucuna xan, bir tuğa bağla-
nan bezin ucuna mən, bir bezin ucuna da [xanın oğlu] Sultan Məhəmməd
Xanikə (100 b) basdı. O moğol öküzün bez bağlanan qabaq ayaq sümüyünü
əlinə alıb moğolca nəsə dedi və tuğa baxıb işarə verdi. Xan və ətrafda du-
ranların hamısı tuğa qımız səpməyə başladılar, Bütün nəfirlər və davullar
eyni anda birdən çaldı, səfdə düzülən əsgərlər hamısı birdən savaş nərəsi
çəkdilər. Bunu üç dəfə təkrar elədilər, sonra atlarına minib nərə çəkə-çəkə
düşərgənin ətrafında çapdılar.
Moğollar arasında Çingiz xanın yasası [tüzük] onun dövründəki kimi
davam edir. Sağ və sol qollar, mərkəzlər atalarının zamanındakı kimi yerli-
yerində durur. Sağ və sol qollarda kimin etibarı artıqsa o daha ziyadə baş tə-
rəfdə durur.
Sağ qolda çıras ilə bəycik qəbilələrinin başa keçmə qovğası vardır. O
zaman çırasın tümən bəyi Qaşqa Mahmuddu, çox cəsur bir igiddi. Tümən
deyə məşhur olan Bəycik tüməninin tümən bəyi isə Əyyub Yaqubdu. Başa
keçmək üçün mücadilə etdilər və bir-birlərinə qarşı qılınca sarıldılar. Axırda
buna qərar verildi: biri sürək ovunda başda duracaq, digəri də səfdə başa
keçəcək. Ertəsi sabah Sam-Sirək civarında sürək ovu keçirdilər. Oradan da
Türək çarbağına gəldilər. (10l a)
İlk qəzəlimi o gün orada ikən tamamladım. O tamamlanan qəzəl bu-
dur:
Canımdan özgə yari-vəfadar tapmadım,
Könlümdən özgə məhrəmi-əsrar tapmadım.
Bu qəzəl altı beytdən ibarətdir. Bundan sonra tamamlanan hər qəzəl
eynən bu tərtib ilə yazıldı.
Buradan mənzil-mənzil Xocənd çayının kənarına gəldik. Bir gün gə-
BABURNAMƏ
115
zinti niyyətilə suyu keçib yemək hazırladıq, igid və çöhrələri öz keflərinə
buraxdıq. O gün mənim kəmərimin altın toqqasını oğurladılar. Ertəsi sabah
Xanqulu Bəyanqulu ilə Sultan Məhəmməd Veys qaçıb Tənbəlin yanına get-
dikləri üçün hər kəs düşündü ki, bu onların işidir, lakin bu, təhqiq edilmədi.
Əhməd Qasım Kuhbər də izin alıb Ura-Təpəyə yola düşdü. Bir daha
qayıtmadı və Tənbəlin yanına getdi.