Microsoft Word bank ishi-son interaktiv vasait doc



Yüklə 0,86 Mb.
Pdf görüntüsü
səhifə23/31
tarix11.04.2018
ölçüsü0,86 Mb.
#37889
1   ...   19   20   21   22   23   24   25   26   ...   31

 

56 


 

Faktorinq əməliyyatı 

Kommersiya  banlarının  ən  geniş  yayılmış  vasitəçilik  əməliyyatlarından  biri 

faktorinqdir.  Faktorinq  bank  biznesinin  bir  növüdür.  Faktorinq-vsaitəçi,  agent 

deməkdir.  Müəssisə  və  təşkilatlar  arasında  ödəmələrin  qeyri    qənaətbəxş  olması 

faktorinq əməliyyatlarını ön plana çəkir.  

Faktorinq  mal  satanın  ödəniş  tələbnamələrinin    satın  alınmasıdır.  Bu  əməliyyat 

müəssisə  və  təşkilatlar  arasında  ödəmələrin  ləngidilməsi  ilə  əlaqədardır.  Onun 

mahiyyəti ondadır ki, faktorinq ilə məşğul olan firma və ya bank öz müştərilərinin biri-

birilərinə  olan  borclarını  satın  alaraq  2-3  gün  ərzində  onun  dəyərinin  70-90  %  -ni 

ödəyir. Yerdə qalan 30-10% isə satıcı onun ödəniş tələbnaməsinin ödəyici tərəfindən 

ödənilməsindən sonra alır.  

Ümumiyyətlə  faktorinq  debitor  borclarının  avanslaşdırılması,  inkassasiya 

edilməsi üzrə kompleks tədbirlər sistemidir.  

Faktorinq əməliyyatında üç tərəf iştirak edir: 

1.faktor  –  vastəçi.  Bu  rolu  kommersiya  bankları  və  ya  xüsusi  faktorinq 

kompaniyaları yerinə yetirirlər.  

2. Satıcı 

3. Alıcı 

 

Faktorinq fəaliyyəti aşağdakı kimi  xarekterizə edilir. 

 

Faktor  satıcı  –  müştərinin  satdığı  malın  dəyərinin  ödənilməsini  tələb  etmək 

hüququ əldə edir və komission ödənişləri çıxılmaqla onun dəyərini satıcının hesabına 

daxil  edir  və  ödəniş  tələbnaməsini  alıcı-  müştəriyə  göndərir  və  alıcı-müştəri  həmin 

məbləği  faktora  köçürür.  Faktorinq  üzrə  əməliyyatlar  müqavilə  əsassında  həyata 

Satıcı-müştəri 

pu



Faktor bank 



Alıcı-müştəri 

pu



H

es

ab



 q

ai

m



ə 

mal 



 

57 


 

keçirilir.    Müqavilədə  sənədlərin    rəsmiləşdirilmə  qaydası,  müddətləri,  ödəniş 

tələbnaməsi  məbləğindən  faktor  tərəfindən  ödənilən  hissə,  əməliyyatın  həyata 

keçirilmə  qaydası,  faktorinq  əməliyyatı  üzrə  maksimal  məbləğ,  komission  mükafatın 

məbləği və s. əks olunur.  

Faktorinqin iqtisadi səmərəliliyi ondadır ki, o müəssinin aktivlərinin likvidliyinin, 

onun  kapitalının  dövriyyəsinin,  repfabellik  səviyyəsinin  yüksəlməsinə  kömək  edir. 

Bank  tərəfindən  faktorinq  əməliyyatı  müəssisənin  sifarişi  əsasında  başlanır.  Bank 

müəssisədən  sifariş  aldıqdan  sonra  potensial  müştərinin  iqtisadi  və  maliyyə 

vəziyyətini,  onun  iş  güzar  fəaliyyətini  öyrənir  və  onun  əsasında  faktorinq 

müqaviləsinin  bağlanması  haqqında  qərar  qəbulu  edir.  Bu  zaman  müştəri  alıcıya 

göndərdiyi malların hesab qaiməsini  banka göndərir, bank hər bir sənəd üzrə ödənişə 

razılığı  öyrənir,  ödəyicinin  ödəmə  qabliyyətini  müəyyənləşdirir  və  yalnız  tədbirin 

həyata keçirilməsini münasib hesab etdikdə sənədi ödəyir.  

Faktorinqin  əsas xüsusiyyəti ondadır ki, o həm alıcı, həm də satıcıya sərfəlidir. 

Belə  ki,  satıcı  satdığı  məhsulun  dəyərinin  vaxtında  ödənilməsinə  əmin  olur.  Ödəyici 

isə satıcı qarşısındakı öhdıliyini vaxtında yerinə yetirmiş olur.  Faktorinq – bank isə bu 

əməliyyatdan  qazanc  əldə  edir.  Faktorinqin  haqqı  hesab  qaiməsinin  məbləğinə  görə 

hesablanan xidmət haqqı və göstərdiyi kredit xidmətinə görə haqdan ibarət olur. Kredit 

xidmətinə görə alınan haqq bank krediti üzrə haqqdan 2-3 punkt yüksək olur.  

Qeyd etmək lazımdır ki, bank faktorinq xidmətini göstərərkən müəssisələrə fərdi 

yanaşır.  Belə  ki,  bank  çox  saylı  debitorları  olan,  qeyri-standart  məhsul  istehsal  edən 

müəssisələrə,  subpodratçılarla  işləyən  tikinti    təşkilatlarına  və  s.  Faktor  xidməti 

göstərmir.  

Faktorinq  geniş  funksiyaya  malik  xidmət  növüdür.  Bu  zaman  bank:  satıcının 

göndərdiyi malın dəyərinin ödənilməsini asanlaşdırır, alıcının ödəmə qabliyyətini təhlil 

edir, satıcıya malın dəyərinin ödənilməsinə təminat verir, ödənişləri təmin edir, ödəmə 

tələbnamələrini inkassasiya edir, debitorları idarə edir.  

 

Trast əməliyyatı 

Trast  əməliyyatları dedikdə  müştəri  ilə  müqavilə  əsasında  müştərinin  tapşırığına 

görə  onun  vəsaitlərinin  idarə  edilməsi  əməliyyatları  başa  düşülür.  Bu  kommersiya 

banklarının öz müştərilərinə göstərdikləri xidmətin bir növüdür.  

Trast  işi  ilə  əlaqədar  bankların  qiymətli  kağızlar  bazarına    xüsusən  də  fond 

birjalarına  təsiri  artır.  Trast  əməliyyatlarını  yerinə  yetirərkən  banklar  pul  kapitalını 

toplayıb onları istehsala yönəltmək funksiyasını yerinə yetirirlər. Bu zaman bankların 

trast şöbələrinin vasitəçiliyi ilə ssuda kapitalı saxta kapitala çevrilir.  




 

58 


 

Pul  kapitalı,  qiymətli  kağızlar,  bahalı  metallar,  antikvariat  və  s.  formada  sərvəti 

olan sahibkarlar onlardan sərfəli və düzgün istifadə etmək məqsədi ilə onları səmərəli 

idarə edə bilən idarəyə verirlər.  

Əksər ölkələrdə belə idarəçiliklə kommersiya  bankları məşğul olurlar.  

Trast xidməti üç əməliyyat qrupunu əhatə edir 

-mirasın sərəncamlaşdırılması  

-himayəçilik ilə əlaqədar  əməliyyatlar 

-agent xidməti. 

Bu  əməliyyatları  kommersiya  banklarının  xüsusi  şöbələri  yerinə  yetirirlər. 

Kommersiya  bankları  idarə  edilməsi  onlara  tapşırılmış  qiymətliləri  səmərəli 

yerləşdirməyə çalışırlar.  

Səhmdar  cəmiyyətlər  birjada  buraxılan  səhm  və  istiqrazların  mülkiyyətçiliyini, 

pensiya fondunun idarə olunmasını bankın trast şöbələrinə etibar edirlər. Firmalar üçün 

bank ödəmə funksiyasını yerinə yetirir.  

Bank  kompaniyanın  müflisləşdiyi,  ləğv  edildiyi,  yenidən  qurulduğu  dövrlərdə 

onun işini idarə edə bilər.  

Çoxsaylı səhmdarları olan kompaniyalar səhmlərə görə dividentlərin ödənilməsini 

banklara  həvalə  edə  bilərlər.  Bu  zaman  banklar  dividentləri  ödəyən  agentlik 

funksiyasını yerinə yetirirlər.  

Kommersiya  banklarının  trast  əməliyyatlarında  fiziki  şəxslərin  əvəzinə  yerinə 

yetirilən işlər yüksək xüsusi çəkiyə malikdir. Buraya daxildir: müştəri öldükdən sonra 

onun  vəsiyyətnaməsi  və  ya  məhkəmənin  qərarına  əsasən  miras  qalmış  əmlakın 

sərəncamlaşdırılması;  benefisarın  xeyrinə  əmlakın  və  onun  idarə  edilməsinin  etibar 

edənə  verilməsi;  depozitariya  funksiyasının  yerinə  yetirilməsi  (qiymətli  kağızların, 

valyuta  qiymətlilərinin  bankda  saxlanılması  və  s.);  qiymətli  kağızların  daşınmaz 

əmlakın qiymətləndirilməsi; alınması və ya satılması üzrə məsləhətləşmələr. 

Fərdi  şəxslərin trastları üzrə haqq ilkin məbləğdən ildə 0,5% təşkil edir.    poteka, 

veksel və kontraktların və əmlakın idarə edilməsi üzrə faizlər daha yüksək olur.  

 

Forfeytinq  əməliyyatı 

Forfeytinq  faktorinqə  yaxın  əməliyyatdır.  Lakin  faktorinqdən  fərqli  olaraq  o  bir 

dəfəlik əməliyyatdır. Forfeytinq əməliyyatı mal və materiallar əldə olunmuş hüququn 

yenidən satılması ilə əlaqədar pul vəsaitlərinin alınması əməliyyatdır.  

Forfeytinq, forfeiləşdirmə kommersiya veksellərinin satın alınması yolu ilə ixrac 

əməliyyatlarının kreditləşdirilməsidir.  



Yüklə 0,86 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə