Microsoft Word bank ishi-son interaktiv vasait doc



Yüklə 0,86 Mb.
Pdf görüntüsü
səhifə26/31
tarix11.04.2018
ölçüsü0,86 Mb.
#37889
1   ...   23   24   25   26   27   28   29   30   31

 

65 


 

Bank  fəaliyyətinin  təmin  edilməsinin  əsas  amili  onun  resurs  bazası  olduğundan 

passiv  əməliyyatların  idarə  edilməsinə  xüsusi  diqqət  yetirilir.  Bu  idarəçilk  əsasən 

aşağdakı istiqamətləri əhatə edir: 

1.

  Banka gəlir gətirməyən resursların cəlb edilməsinə yol verməmək 



2.

   Aktiv əməliyyatların inkişafı üçün zəruri kredit resurslarını axtarıb tapmaq. 

3.

  “Ucuz” kredit resurslarını axtarıb tapmaq 



4.

  Yaranması baxımından “şübhəli” görünən resursları təhlil etmək və onları banka 

cəlb etməmək 

5.

  Maksimum dərəcədə sabit kredit resursları axtarıb tapmaq. 



Bank  fəaliyyətində  əsas  istiqamətlərdən  biri  də  cəlb  olunmuş  resursların 

yerləşdirilməsidir.  Belə  ki,    bu  əməliyyatlar  nəticəsində  bankın  gəlirləri  formalaşır. 

Aktivlərin  idarə  olunması  bank  menecmentinin  əsas  istiqamətlərindən  biridir. 

Aktivlərin idarə olunması prosesində əsas vəzifə kimi bankın balansının likvidiliyinin 

və onun mənfəətli fəaliyyətinin təmin edilməsi məsələlərə durur.  

Müvafiq  bank  siyasətinin  formalaşması  prosesində  bankların  yerinə  yetirdikləri 

analitik fəaliyyətin tərkib hissələrindən biri də marketinq fəaliyyətidir.  

Bank fəaliyyətində marketinq banklar arasındakı və banklar ilə qeyri bank kredit 

təşkilatları arasında mövcud olan və getdikcə şiddətlənən rəqabət ilə əla qədərdir. Hal 

hazırda  sığorta,  broker,  trast,  əmanət  kompaniyaları  fondları,  ticarət  sənayə 

korporasiyaları  və  s.  bank  fəaliyyətinə  müdaxilə  edirlər.  Banklar  bu  rəqabətətab 

gətirmək  və  qalib  çıxmaq  üçün  yeni  xidmət  növlərindən  xidmət  mədəniyyətinin 

yüksəldilməsindən və  s.  metodlardan istifadə edirlər.  Rəqabətə  tab gətirmək  məqsədi 

ilə kommersiya banklarında marketinq bölmələri yaradılır və fəaliyyət göstərir. 

Bank  işində  marketinq  fəaliyyəti:  bazarda  bank  xidmətlərinə  tələb  və  təkliflərin 

təhlili;  müxtəlif  bank  xidmətlərinə  ehtiyacın  öyrənilməsi;  həmin  bankın  mövqeyinin 

müəyyən  edilməsi;  müxtəlif  banklarda  müvafiq  əməliyyatların  aparılmasına  məsrəf  

normalarının müqayisəsi və s. ilə əlaqədardır.  

Marketinq bölməsi: yeni müştərilər ilə əlaqə yaratmaq işgüzar fəaliyyətin inkişafı, 

yeni  bank  xidmətlərinin  tətbiqi  ilə  əlaqədar  analitik  işlərin  aparılması;  bazarın 

vəziyyətinin öyrənilməsi; bank rəhbərləri üçün idarəçilik istiqamətləri üzrə tövsiyələr 

hazırlanmaq marketinq planını işləyib hazırlamaq və s. ilə məşğul olur.  

Bank  xidmətləri  bazarında  kommersiya    banklarının  marketinq  fəaliyyəti  iki 

formada:  fiziki  və  hüquqi  şəxslərin    sərbəst  pul  vəsaitlərinin  cəlb  edilməsi  və 

yerləşdirilməsi formalarında aparılır.  

Mal  və  xidmətlər  bazarının  təhlili  zamanı  bazar  seqmenti  anlayışından  –  yəni 

bazarın  hissələrə  bölünməsindən  istifadə  edilir.  Bank  xidmətləri  baxımından 



 

66 


 

seqmentləşmə    depozit,  kreditləşmə,  investisiya  fəaliyyəti  və  digər  əsas  bank 

əməliyyatları üzrə aparılır.  

Bankların marketinq prosesi bir sıra mərhələlərdən ibarətdir:  

-istehlakçıların konkret bank xidmətlərinə olan tələbinin öyrənilməsi 

-seqmentlər üzrə maliyyə bazarının kompleks tədqiqi 

-marketinqin planlaşdırılması  

-bank innovasiyasının ömür müddətinin planlaşdırılması 

-reklam 

-Bankın struktur bölmələrində işin təşkili.  

 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 




 

67 


 

MÖVZU 12. BANK FƏAL YYƏT NDƏ R SKLƏ

Bank  riski  daxili  və  xarici    amillərlə  əlaqədar  yaranan  arzuolunmaz  hadisələr 

nətucəsində  bank    fəaliyyətinə  xas  olan  itgilərin    yaranması  və  likvidiliyin  aşağı 

düşməsi ehtimalıdır. 

Bank  riski  xüsusi  fəaliyyət  növüdür.  Riskin  özü  qeyri-müəyyənlik  olmayıb, 

iqtisadi  subyektlərin  qeyri-müəyyənlik  şəraitində  fəaliyyətdir.  Bankların  fəaliyyəti 

müştərilər ilə əlaqədar olduqdan bank riskləri  istehsalçıların riskləri ilə sıx əlaqəlidir.  

Bank kapitalının xüsusiyyəti ondadır ki, o əsasən borc kapitalından – müvəqqəti cəlb 

olunmuş kapitaldan ibarətdir. Bank kapitalının geri qayıtması bir tərəfdən borc alanın 

təsərrüfatından  vəsaitlərin  dövriyyəsinin  başa  çatması,  digər  tərəfdən  borc  alanın 

təsərrüfatından  sərbəstləşən  vəsaitin  kreditor  banka  verilməsi  mərhələsi    ilə 

əlaqədardır. Bu zaman bank bir tərəfdən müştəri ilə risk edir, digər tərəfdən baş sərbəst 

subyekt  kimi,  özünə  mənsub  olmayan  borc  aldığı  vəsaiti  öz  vəsaiti  sifətində 

başqalarına müvəqqəti istifadəyə verdiyinə görə riskə məruz qalır. Beləliklə, bankın öz 

üzərinə götürdüyü risk faktiki olaraq ikiləşir.  

Bank riskinin xüsusiyyəti bank fəaliyyətinin xüsusiyyəti ilə əlaqədardır. Belə ki, 

ictimai  məhsulun  istehsalı  və  tədavülünü  özündə  əks  etdirməklə  yanaşı  mübadilə 

sferası və tədiyə dövriyyəsində də özünü göstərit.  

Məlum olduğu kimi  bank pul ilə əlaqədardır: onun məhsulları və xidmətləri pul 

xarakterini daşıyır. 

Öz  mahiyyətinə  görə  bank  nağd  və  nağdsız  formada  olan  ödəmə  dövriyyəsini 

nizamlaşdıran  ictimai  maliyyə-kredit  institutdur.  Bu  o  deməkdir  ki,  riskli  bank 

fəaliyyətində iqtisadi münasibətlər subyektləri tərəfindən dəyər mütənasibliyinin, tələb 

və təklif münasibətlərə xüsusi diqqət yetirilməlidir.  

 

 

 



 

 

 



 

 

 



 

 

 



 


Yüklə 0,86 Mb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə