68
Bank risklə
rinin tə
snifatı
Tə
snifləş
mə
kateqoriyası
Bank riskinin növlə
ri
Risk səviyyəsi
Makro münasibətlər sistemindəki risk.
Mikro münasibətlər sistemindəki risk.
Bankın
məhsullarının,
xidmətlərin yaradılması
əməliyyatlarının
xarekteri
Balans arxası əməliyyatlar üzrə risk.
Kredit riski.
Hesablaşma riski.
Valyuta riski.
Əməliyyat riski və s.
Bankın
mükəmməl
inkişafının təmin olunma
səviyyəsi
Balanslaşdırılmamış likvidlik riski.
Faiz riski.
Gəlirliliyin itirilməsi riski.
Rəqabət qabliyyətinin itirilməsi riski.
Kapital bazası riski.
Risk- menecment.
Riski yaradan amillər
Xarici risklər (siyasi, iqtisadi, demokratik, sosial və s.
Daxili risklər (əsas və köməkli fəaliyyət, bankın aktiv
və ya passivləri ilə əlaqədar, idarəetmə keyfiyyəti və
s.)
Riskin miqyası və sferası Ölkədən gələn risk.
Müəyyən tip bankların fəaliyyəti ilə əlaqədar risk.
Mərkəzlərin fəaliyyəti ilə əlaqədar risk.
Bankın əməliyyatlarından irəli gələn risk.
Meydana çıxma vaxtı
Retrospektiv
Cari
Perspektiv
Hər şetydən əvvəl riskləri səviyyə baxımından təhlil etmək lazımdır. Belə ki bank
riski tək bir bankın deyil onların məcmusudur. Bu baxımdan risklərə mikro və makro
münasibətlər baxımından yanaşılır.
Bank fəaliyyəti çoxşaxəli olduğundan bank risklərinə məhsul və xidmətlərin
yaradılması, əməliyyatların yerinə yetirilməsi baxımından yanaşılmalıdır. Banklar
kredit, hesablaşma, depozit, valyuta və digər əməliyyatlarla məşğul olduqdan o hər bir
əməliyyata görə riskə məruz qala bilər.
69
Bank fəaliyyətinin səmərəliliyinin artırılmasında risklər bankın mətin inkişafının
təmin olunması baxımından təsnifatlaşdırılır. Ölkə iqtisadiyyatında bankın
balanslaşdırılmış stabil və mətin fəaliyyəti bankların öz likvidliyinin, kapital bazasının
formalaşmasının idarə edilməsindən, aktiv və passiv əməliyyatlar üzrə faiz
dərəcələrinin razılaşdırılmasından, bank məhsulları və xidmətləri bazarında yüksələn
rəqabət qabliyyətliliyinin təmin edilməsindən asılıdır.
Bank fəaliyyətinin və risklərin idarə olunması baxımından riskin asılı olduğu
amilləri müəyyənləşdirmək ən aktual məsələ kimi meydana çıxır. Bu zaman xarici və
daxili risklərin müəyyən edilməsi vacib xarekter alır.
Xarici risklərin tərkibinə bir qayda olaraq siyasi, iqtisadi, sahə, demoqrafik sosial
və coğrafi və s. risklər daxil edilir.
Siyasi risklər bankın fəaliyyətinə neqativ təsirini aşağdakı hallarda göstərir:
-siyasi rejimin dəyişməsi təhlükəsi olduqda;
-yerli
valyutanın
sərbəst
konvertasiyalı
valyutalara
mübadiləsinin
məhdudlaşdırılması imkanı;
-dövlət və icra orqanları tərəfindən kontragent bankın yerləşdiyi yerlə əlaqələrin
qoyulması, sərhədlərin bağlanması;
-müharibə və özbaşınalıqda və s.
Siyasi amillər bank prosesinə müsbət təsir də göstərə bilər. Belə ki hakimiyyətə
sahibkarlığı müdafiə edən, hökümətin gəlməsi iqtisadi kanyukturanın yaxşılaşması və
bank riskinin aşağı düşməsinə səbəb ola bilər.
Makro səviyyədə iqtisadi risklər bütövlükdə ölkədə iqtisadiyyatının dəyişməsi ilə
əlaqədar olur. Buraya bazar kanyukturunun, tədiyyə balansının, valyuta kursunun
dəyişilməsi daxildir. Bank fəaliyyətinə qanunçuluqdakı dəyişikliklər də əməli təsir
gösətrir. Mərkəzi Bank tərəfindən normativ aktlara yenidən baxılması, kredit risklərinə
əməli təsir göstərə bilir.
Mikro səviyyədə konkret bank ilə onun müştərilərinin fəaliyyətinə bir neçə risk
amili təsir edir. Belə risklər borc alanın kredit qabliyyətinin, kredit təşkilatının maliyyə
vəziyyətinin dəyişilməsi ilə əlaqədar kredit müqaviləsinə yenidən baxılması
nəticəsində baş verə bilər.
Mikro səviyyədə xarici amil kimi kredit riskinə borc alanın müflisləşməsi,
kreditorların borclarının ödənilməsi haqqında tələbləri, oğurluq, ailə problemləri.
Işsizlik və s. təsir edə bilir.
Daxili amil kredit riskinə aiddir: təminat çatışmamazlığı, müştərinin kredit
sifarişinə səhv yanaşma, kreditləşmə prosesində zəif nəzarət və s. Göstərilən amillər
kredit itgisinə gətirib çıxaran əsas amillərdir.
70
Asılılıq dərəcəsi baxımından risklər bankdan asılı və asılı olmayanlara bölünür.
Bankın özündən asılı olmayan risk bir qayda olaraq siyasi, ümumi iqtisadi amillər və
qanunculuqda gözlənilməz dəyişikliklərlə əlaqədar ola bilir. Bankın özündən asılı olan
risklər müştəri ilə mikro münasibətlər səviyyəsində meydana çıxır ki, bu da bank
menecmentinin səviyyəsi ilə əlaqədar olur.
Banklarda bank riskləri ilə əlaqədar tədbirlər görülür və onun idarə edilməsinə
çalışılır.
Bank risklərinin idarə olunma sistemi dedikdə: bank fəaliyyətində qeyri
müəyyənlik olduqda bank işçilərinin müsbət maliyyə nəticələrinin təmin olunmasına
yönəldilən üsulların məcmusu başa düşülür.
Bankların riskdən qorunması mexanizmi riskin cari nizamlaşdırılması və onun
minimumlaşdırılması tədbirlərin əhatə edir.
Bank risklərinin idarə edilməsinin təşkili aspekti idarə etmənin aşağdakı
elementlərini nəzərdə tutur:
-idarəetmə subyektləri;
-riskin eyniləşdirilməsi;
-risk səviyyəsinin müəyyən edilməsi;
-riskin monitorinqi.
Bank risklərinin idarə edilməsi subyektləri bankın quruluşu və həcmindən asılıdır.
Bütün banklar üçün ümumi olan cəhətlər aşağdakılardır;
•bankın strategiya və taktikasına cavabdeh olan bank rəhbərliyi;
•fundamental risklərin səviyyəsi haqqında qərar verən komitələr;
•bankın fəaliyyətinin planlaşdırılması ilə məşğul olan bank bölümü;
• kommersiya riski üçün cavabdeh olan funksional bölmələr;
• hüquqi risklərə nəzarət edən hüquq şöbəsi.