Microsoft Word bank ishi-son interaktiv vasait doc



Yüklə 0,86 Mb.
Pdf görüntüsü
səhifə30/31
tarix11.04.2018
ölçüsü0,86 Mb.
#37889
1   ...   23   24   25   26   27   28   29   30   31

 

78 


 

Müşahidə  Şurası  onun  iclasında  üzvlərinin  yarıdan  çoxu  iştirak  etdikdə 

səlahiyyətli hesab edilir. 

Bankın  darə  Heyəti  bankın  idarə  olunması  və  fəaliyyətinin  həyata  keçirilməsi  

üçün  məsuliyyət daşıyır. 

darə  Heyəti  üç  nəfərdən  az  olmamaqla  tək  sayda  dörd  ildən  çox  olmayan 

müddətə ümumi yığıncaq tərəfindən təyin edilirlər. 

Hər bir bankda müstəqil Audit Komitəsi və daxili audit bölməsi fəaliyyət göstərir.  

Audit komitəsi: 

-bankın audit siyasətini və stratgiyasını müəyyən edir; 

-daxili  audit  planını  təsdiq  edir,  audit  bölməsinin  fəaliyyətinə  nəzarəti  həyata 

keçirir;  

-kənar  auditlə  birgə  iş  təşkil  edir,  auditin  nəticə  və  tövsiyələrinin  həyata 

keçirilməsinə yardım edir. 

Bankın  Audit  Komitəsi  üç  nəfərdən  az  olmamaqla  tək  sayda  üzvlərdən  ibarət 

olmaqla səhmdarların ümumi yığıncağı tərəfindən 4 ildən çox olmayam müddətə təyin 

olunurlar.   

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 




 

79 


 

MÖVZU 14. KOMMERS YA BANKLARININ 

MAL YYƏ NƏT CƏLƏR  

Kommersiya  banklarının  fəaliyyətinin  nəticələri  onların  maliyyə  vəziyyətləri  ilə  

müəyyən  edilir.  Maliyyə  nəticələri  dedikdə  bankın  gəlirləri,  xərcləri  və  onlar 

arasındakı fərq  kimi müəyyən edilən mənfəət və ya itgilər başa düşülür. 

Biznes  fəaliyyəti  ilə  məşğul  olan  bütün  qurumlar  kimi  banklar  da  müəyyən 

xərclər etməklə gəlirlər əldə edirlər. 

Bank fəaliyyətindən gələn gəlirlərə daxildir: 

-verilmiş kreditlərə görə hesablanmış və alınmış faizlər; 

-depozitlərin yerləşdirilməsi üzrə alınan faizlər; 

-qiymətli kağızlarla aparılan əməliyyatlardan gələn gəlirlər; 

- qiymətli metallarla aparılan əməliyyatlardan gələn gəlirlər; 

-müştərilərə  açılmış  hesablar  üzrə  bankın  göstərdiyi  xidmətlərə  görə  komission 

ödənişlər; 

-bankın həyata keçirdiyi faktorinq, forfeytinq, lizinq, trast əməliyyatları üzrə əldə 

edilən gəlir; 

-zəmanət və aksept əməliyyatları üzrə gəlirlər; 

-məsləhət, təlimat və ekspert xidmətlərinə görə əldə edilən gəlir; 

-əmlak kirayəsi və lazımsız əmlakın satışından gələn gəlir; 

-cərimələr, əlavələr və s.  

Bank  gəlirlərinin  yaranma  xüsusiyyətlərinə  görə  iki  qrupa  bölmək  olar:  faiz 

qaydasında əldə edilən gəlirlər; qeyri faizli gəlirlər. 

Faiz  qaydasında  əldə  edilən  gəlirlər  dedikdə  ssuda  üzrə  hesablanmış  və  alınmış 

faizlər başa düşülür. Yerdə qalan gəlirlər  isə  qeyri faiz gəlirləri qrupuna daxildir.  

Hər bir bank yerinə yetirdiyi əməliyyatlardan əldə etdiyi gəlirləri təhlil etməlidir. 

Təhlil prosesində hər bir gəlir növünün ümumi gəlirlərdə xüsusi çəkisi yəni gəlirlərin 

quruluşu  müəyyən  edilir.  Təhlil  zamanı  gəlirlərin  quruluşunun  dəyişməsinə  təsir  edə 

bilən amillər müəyyən edilməlidir.  

Kommersiya  əməliyyatlarından  gəlir  səviyyəsinin  artmasına  aşağdakı  amillər 

səbəb ola bilər; 

-qeyri kredit əməliyyatlarının gəlirlilik səviyyəsinin artması 

-işlək aktivlərin ümumi aktivlərdə xüsusi çəkisinin artması. 

Gəlirlərin təhlili zamanı əməliyyat gəlirlərinin ritmik artımı müəyyən edilərsə, bu 

hal 

bank 


fəaliyyətinin 

peşəkarcasına 

idarəedilməsinin 

nəticəsi 

kimi 

qiymətləndirilməlidir.  Qeyri  bank  əməliyyatları  və  sair  mənbələr  hesabına  bankın 



gəlirlərinin artması  isə qeyri qənaətbəxş fəaliyyət kimi qiymətləndirilir.  


 

80 


 

Banklar  tərəfindən  aktiv  əməliyyatlarının  gəlirlilik  səviyyəsinin  müəyyən 

edilməsi üçün aktivlərin orta qalığının 1 manatına düşən gəlir göstəricisindən istifadə 

edilir. 


Kredit  əməliyyatınıın  gəlirlilik  səviyyəsini  müəyyən  etmək  üçün  1  manatlıq 

kredit qoyuluşuna düşən gəlir göstəricisi hesablanır.  Bunun da nəticəsində kreditləşmə 

əməliyyatlarının nə dərəcədə gəlirli olması müəyyən edilir.  

Hesablanmış  struktur  və  digər  göstəricilər  üzrə  müəyyən  qənaətə  gəlmək  üçün 

onlar müvafiq dövrün göstəriciləri ilə müqayisə edilməlidir.  

Banklar  öz  fəaliyyətinin  həyata  keçirilməsi  ilə  əlaqədar  müəyyən  xərclərdə 

edirlər. Bu xərclərə daxildir; 

-Bank fəaliyyəti ilə əlaqədar xərclər (hesablar üzrə hesablanıb köçürülmüş faizlər; 

xarici valyuta qiymətli kağızlarla əməliyyatlar üzrə xərclər, əməliyyat xərcləri və s.) 

-Bankların  təsərrüfat  fəaliyyətinin  təmin  edilib  maddi  texniki  bazasının 

genişləndirilməsi xərcləri; 

-idarə etmə aparatının saxlanılma xərcləri; 

-bankın xərclərinə daxil edilən vergilər; 

-bankın  imici  ilə  əlaqədar  xərclər  (reklam,  marketinq,  audit  xidmətinin 

ödənilməsi, xüsusi ehtiyat fonduna köçürmələ). 

Bankın  xərclərinin  təhlili  işini  yüngülləşdirmək  məqsədi  ilə  onlar  da  iki  qrupa 

bölünür; 

-faizlərin ödənilməsi ilə əlaqədar xərclər;  

- qeyri faiz xərcləri. 

Bank  sistemində  faizlə  əlaqədar  olan  xərclər  bank  xərclərində  nisbətən  yüksək 

xüsusi  çəkiyə  malikdir.  Təbiidirki,  banklar  mənfəətli  işləmək  üçün  xərclərin 

azaldılmasına  xüsusəndə  xərc  madələrində  yüksək  xüsusi  çəkiyə  malik  xərclərin 

azaldılmasına  çalışırlar.  Lakin  bu  proses  elə  aparılmalıdır  ki,  o  bankın  fəaliyyətinə 

xətər yetirməsin. 

Kommersiya  bankları  mütəmadi  olaraq  öz  xərclərini  təhlil  etməlidirlər.  Təhlil 

zamanı  xərc  maddələri  əvvəlki  illərin  müvafiq  dövrü  ilə  müqayisə  edilir.  Eyni 

zamanda  ayrı-ayrı  xərc  maddələrinin  ümumi  xərclərdə  xüsusi  çəkisi  hesablanır.  Bu 

zaman bank fəaliyyəti ilə əlaqədar olmayan xərclərə xüsusi  diqqət yetirmək lazımdır. 

Onların  xüsusi  çəkisinin  artması  bankın  idarə  edilməsində  baş  verən  əyintilərlə 

əlaqələndirilir və bu xərclərin azaldılmasına çalışılmalıdır. 

Xərclərin təhlilində 1 manatlıq aktiv əməliyyatların orta qalığına düşən müxtəlif 

xərclər  ayrı  ayrılıqda  hesablanır.  Bu  hesablaşmalar  aktiv  əməliyyatların  nə  dərəcədə 

mənfəətli olmasını müəyyən edir. 



Yüklə 0,86 Mb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə