Microsoft Word bank ishi-son interaktiv vasait doc



Yüklə 0,86 Mb.
Pdf görüntüsü
səhifə21/31
tarix11.04.2018
ölçüsü0,86 Mb.
#37889
1   ...   17   18   19   20   21   22   23   24   ...   31

 

50 


 

 

 



 

 

 



 

Adi  səhmlər  sıra  nömrəsi  və  buraxılma  vaxtından  asılı  olmayaraq  eyni  nominal 

dəyərə  malik  olmalı  və  onun  sahibinə  eyni  həcmdə  hüquq  verir.  Bu  səhmlərin  ilkin 

buraxılışı adi adlı səhmlər formasında olur. Səhmlərin növbəti buraxılışı həm adi, həm 

də güzəştli səhm formasında ola bilər. Güzəştli səhm  müxtəlif nominal dəyərə  malik 

olmaqla  öz  sahibinə  müxtəlif  həcmdə  hüquq  verə  bilər.  Güzəştli  səhmlərin  nominal 

dəyəri kredit təşkilatının  nizamnamə kapitalının 25% -dən artıq olmamalıdır.  

Kredit  təşkilatı  tərəfindən  səhmlərin  buraxılma  qaydası  bir  neçə  mərhələdən 

ibarətdir: 

1.  Səhm buraxmaq haqqında qərarın qəbul edilməsi. 

2.  Səhmlərin emissiyası prospektinin hazırlanması. 

3.  Səhmlərin buraxılmasının dövlət qeydiyyatı. 

4.  Emissiya prospektinin məzmunun mətbuatda işıqlandırılmaq. 

5.  Səhmlərin yerləşdirilməsi. 

6.    Müvafiq  bank  şöbəsində  səhmlərin  buraxılması  haqqında  hesabatın  dövlət 

qeydiyyatı.  

7.    Hesabatdakı məlumatların mətbuatda işıqlandırılması.  

Səhmlər səhmdarların ümumi yığıncağının qərarı ilə buraxılır.  

Bank  fəaliyyətində  əsas  amillərdən  biri  səhmlərin  yerləşdirilməsidir.  Səhmlər 

aşağdakı yollarla yerləşdirilir: 

1.

  Milli və xarici valyutaya satışı ilə. 



2.

  Səhmdəki payın yenidən rəsmiləşdirilməsi. 

3.

  Müəyyən olunmuş qaydada investorların ödənişlərinin nizamnamə fonduna, 



səhmin banka məxsus bina ilə əvəzlənməsi. 

4.

  Hesablanmış  lakin  ödənilməmiş  dividentlərin,  eləcə  də  banka  dair  xüsusi 



vəsaitlərinin  (emissiyas  gəliri,  yenidən  qiymətləndirmədən  gəliri  və  s.) 

kapitallaşıdırılması.  

Açıq tipli səhmdar cəmiyyəti qaydasında fəaliyyət göstərən kredit təşkilatları öz 

səhmlərini  açıq  yerləşdirmək  və  sərbəst  satmaq,  eləcə  də  qapalı  yazılış  qaydasında 

yerləşdirilə bilər. Qapalı səhmdar cəmiyyəti formasında fəaliyyətm göstərən bankların 

səhmləri qapalı qaydada  öz səhmdarları arasında yerləşdirilə bilər.  



Kredit təşkilatının buraxdığı səhmlə

Adi səhmlə

Güzəştli səhmlə


 

51 


 

Qiymətli  kağızlar  bazarında  bankların  investisiya  fəaliyyəti  dedikdə  birbaşa  və 

dolayı  yolla  gəlir  əldə  etmək  məqsədi  ilə  bankın  öz  təşəbbüsü  ilə  öz  adından  və  öz 

hesabına qiymətli kağızlara vəsait qoyulması üzrə əməliyyatları başa düşülür. Qiymətli 

kağızlara  qoyuluşdan  birbaşa  gəlir  onların  alqı-satqısından  dividend,  faiz  və  ya 

mənfəət  formasında  əldə  edilir.  Dolayı  gəlirlər  isə  bankın  nəzarətində  olan  bazarın 

payının genişlənməsi hesabına qız və asılı cəmiyyətlər vasitəsilə daxil olur.  

Bank  investisiyasının  obyekti  kimi  müxtəlif  qiymətli  kağızlar  çıxış  edir.  Bank 

təcrübəsində investisiya alətlərindən asılı olaraq öz portfelinin formalaşması üçün borc 

öhdəlikləri və səhmlərdən geniş istifadə olunur.  

Hal-hazırda  bankın  borc  öhdəlikləri  portfeli  əsasən  dövlət  istiqrazları,  bələdiyyə 

istiqrazları və korporasiyaların istiqrazları əsasında formalaşır.  

Bankın səhmlərə qoyuluşu halını təhlil edərkən birbaşa və portfel investisiyalarını 

fərqləndirmək lazımdır.  

Səhmlərə qoyuluş bank hər hansı bir kompaniyanın idarə edilməsində bilavasitə 

iştirak  edərək  onların  səhm  paketlərini  əldə  etməklə  ona  məxsus  səhmlər  üzrə  səs 

hüququnu əldə etdikdə birbaşa investisiya formasını alır.  

Səhmlərə  portfel  investisiyası    müxtəlif  emitentlərin  səhm  portfeli  yaratması 

formasında  həyata  keçirilir.  Bankın  belə  investisiyalarının  məqsədi  qoyuluşların 

diversifikasiyası əsasında mənfəət əldə etməkdir. 

Səhmlər portfeli bankın investisiya portfelinin tərkib hissəsidir.   Səhmlər portfeli 

dedikdə  investisiya  gəliri  əldə  etmək    məqsədi  ilə  əldə  edilmiş  qiymətli  kağızlar 

toplusu başa düşülür.  

Qiymətli  kağızlar  bazarında    banklar  diler  fəaliyyəti  ilə  məşğul  olurlar.  Diler 

fəaliyyəti  dedikdə  qiymətli  kağızların  alınıb  satılması  qiymətlərini  açıq-aşkar  elan 

etmək  yolu  ilə  qiymətli  kağızların  öz  adından  və  öz  hesabına  alınıb  satılması 

sövdələşməsi ilə əlaqədar fəaliyyət başa düşülür.  

Kredit  təşkilatlarının  diler  fəaliyyəti  qiymətli  kağızların  birja  bazarı  ilə 

əlaqədardır.  

Qiymətli  kağızların  birja  bazarı  ticarətin  dəqiq  qaydaları  ilə  xarakterizə  edilir. 

Burada qiymətli kağızların ilkin  və təkrar yerləşdirilməsini  həyata keçirmək olur.  

Kredit təşkilatı diler statusunu almaq  və diler  fəaliyyətini  həyata  keçirmək  üçün 

diler  və  broker  fəaliyyəti  üzrə  qiymətli  kağızlar  bazarının  peşəkar  iştirakçısı 

lisenziyasına malik olmalıdır. Bu o deməkdir ki, qiymətli kağızlar bazarında diler kimi 

məhdud bank dairələri çıxış edə bilərlər. 

Broker fəaliyyəti dedikdə etibar edilən qismində qiymətli kağızlara mülki hüquqi 

sövdələşmə aparmaq fəaliyyəti başa düşülür.  Bu fəaliyyət müqavilə və ya etibarnamə 

əsasında  aparıla  bilər.  Müqavilə  tapşırığı  əsasında  broker  (etibaredilən)  qiymətli 




 

52 


 

kağızların alqı satqısını müştərinin adından və onun hesabına həyata keçirir. Brokerin 

aşağdakılara hüququ vardır: 

-qiymətli kağızlara investisiya məqsədi ilə müştərilərin pul vəsaitlərini mühafizə, 

istifadə etmək və uçota almaq; 

-qiymətli  kağızların  əldə  edilməsi  və  digər  investisiyalarla  əlaqədar  məsləhət 

xidməti göstərmək və s.  

Banklar  broker  qismində  öz  müştəriləri  –  investorlar  üşün  qiymətli  kağızlar 

bazarında aşağdakı əməliyyatları yerinə yetirirlər: 

• auksion və təkrar bazarda qiymətli kağızların satın alınması. 

• təkrar bazarda qiymətli kağızların satışı 

• qiymətli kağızlar portfelərini etibarlı idarı etmək.  

nvestorların  bank  brokerlərlə    iş  fəaliyyəti  onlar  arasında  bağlanan  müqaviləyə 

əsaslanır və birjada müştəriyə DEPO hesabının açılmasında zəruri hal kimi çıxış edir.  

Banklar müştərinin qiymətli kağızları ilə etibar əməliyyatlarınıda yerinə yetirirlər.  

Bankın  etibar  əməliyyatları  digər  əməliyyatlara  nisbətən  məüyyən  üstünlüklərə 

malikdir: 

- vəsaitlərin cəlb edilməsinə məhdudiyyətsiz imkan yaranır; 

 -bank işində dəqiq quruluş olur, əməliyyatlar bir əldə cəmləşir –səpələnmir; 

-etibar əməliyyatlarına bank xərclərinin aşağı olması; 

-bankın müxbir münasibətləri genişlənir. 

Bu əməliyyatlarda etibar idarə etmənin təsisçiləri, tetibarı idarə edən və mənfəət 

əldə  edən  iştirak  edi.  Etibar  idarə  etməninin  təsisçiləri  Azərbaycan  Respublikasının 

rezidentləri, hüquqi və fiziki şəxslər olur. 

Etibarı – idarə edən qismində kredit təşkilatı çıxış edir. 

-Gəlir əldə edən sifətində isə etibarı idarə edən əmlakın hansı şəxsin xeyrinə idarə 

edilən çıxış edir.  

Kredit təşkilatı üçün etibar idarəedilməsinin obyekti kimi pul vəsaitləri, qiymətli 

kağızlar, təbii qiymətli daşlar, qiymətli metallar və s.  çıxış edirlər. 

 Qiymətli  kağızlara  investisiyasılaşmaya  yönləndiləsi  qiymətli  kağızların  və  pul 

vəsaitlərinin etibarlı idarə edilməsi kredit təşkilatı tərəfindən müqavilə əsasında həyata 

keçirilir.  

Kredit  təşkilatları  qiymətli  kağızlarla  depozitor  əməliyyatları  da  aparırlar. 

Depozitar fəaliyyətin mahiyyəti ondadır ki, banklar qiymətli kağızları saxlamağa qəbul 

edir.  Bank  eyni  zamanda  qiymətli  kağızların  uçotu;  qiymətli  kağızlara  hüququ 

təsdiqləyir.  Depozitar    fəaliyyətin  obyekti  istənilən  formada  buraxılan  qiymətli 

kağızlardır.(sənədli, sənədsiz) 

 



Yüklə 0,86 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə