Microsoft Word Beynelxalq munasibetler doc



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə34/102
tarix07.04.2018
ölçüsü2,8 Kb.
#36427
1   ...   30   31   32   33   34   35   36   37   ...   102

 
100 
 
Əsas  fərq  ondadır  ki,  beynəlxalq  münasibətlər  “məhsuldur”, 
xarici  siyasətin  həyata  keçirilməsi  isə  “istehsal  prosesidir”
Münasibətlərin  özləri  də  mücərrəd  hərəkətlərdir  və  hərəkət-
lərin  mücərrəd  təzahürləridir.  Beynəlxalq  əlaqələr  də 
“məhsuldur”.  Bu  məhsul  isə  daha  çox  konkret  əşyaya  istinad 
edir.  Məsələn,  beynəlxalq  iqtisadi-ticarət  əlaqələrinin  qurul-
ması  müəyyən  ticarət  məhsulları  üzərində  həyata  keçirilir. 
Hüquq  normaları  isə  “istehsal  prosesləri”ni  tənzimləyir  və 
“məhsulu”  üzərə  çıxarır.  Xarici  siyasət  və  beynəlxalq 
münasibətlər  bir-birilə  sıx  bağlı  olan  iki  tərkib  hissədən 
(bir  bütövün  iki  tərkib  hissəsi)  ibarətdir.  Həm  “məhsul”, 
həm  də  “istehsal  prosesi”  tələbata  xidmət  edir,  maraqların 
yerinə  yetirilməsi  üçündür.  Qeyd  edildiyi  kimi,  beynəlxalq 
münasibətlər  xarici  siyasətdən  yaranır,  xarici  fəaliyyətdən, 
hərəkətlərdən  meydana  gəlir.  Beynəlxalq  münasibətlərin 
məzmunu  və  formalaşması  da  öz  növbəsində  xarici  siyasətə 
təsir  edir.  Dövlət  xarici  siyasət  fəaliyyətini  genişləndirdikdə, 
yeni  istiqamətləri  orataya  çıxardıqda,  mütləq  qaydada 
beynəlxalq  münasibətlərin  vəziyyət  və  şəraitinə  əsaslanır. 
Burada beynəlxalq münasibətlərin ümumi və xüsusi prinsipləri 
dövlətlərin xarci siyasətlərinə təsir göstərir. Buradan da belə bir 
məntiqi  nəticə  ortaya  çıxır  ki,  beynəlxalq  münasibətlər  xarici 
siyasətə  təsir  göstərən  vəziyyətlərdir  və  onlardan  meydana 
gələn  təzahürlərdir  və  gerçəkliklərdir.  Xarici  siyasətin 
genişlənməsinə  və  ya  da  əhatə  dairəsinin  daralmasına,  obyekt 
və  vasitələrinin  istifadə  olunmasına  beynəlxalq  münasibətlərin 
təsiri  böyükdür.  Bu  baxımdan  dövlətlər  arasında  ümumi 
münasibət  korlananda  və  zəifləyəndə  əlaqələr  də  kəsilə  bilir. 
Məsələn,  İran  ilə  ABŞ  arasında  1979-cu  ildən  korlanan 
münasibətlər  bu  iki  dövlət  arasında  birbaşa  rəsmi  əlaqələrin 
kəsilməsinə  gətirib  çıxarıbdır.  Deməli,  münasibət  əlaqələrin 
yaradılması  və  əlaqələrin  pozulması  üçün  şərtləndirici  amil 
rolunu oynayır. Münasibət isə istəklərə və niyyətlərə bağlıdır.  


 
101 
 
Qeyd  olunduğu  kimi,  “beynəlxalq  münasibətlər”  anlayışı 
ilə  “dövlətlərin  xarici  siyasətləri”  anlayışları  arasında  həm  də 
eyni  məzmunluq  vardır.  Eyni  məzmunluqdan,  eləcə  də 
başlanğıc (burada siyasət və hərəkət) və nəticədən (hərəkətdən 
əldə  olunandan)  münasibət  ortaya  çıxır.  Belə  ki,  beynəlxalq 
münasibətlər xarici siyasətdən formalaşmaqla daha geniş məna 
kəsb edir, anlayış kimi ayrıca bir sferanı, qatı (təbəqəni)  əhatə 
edir. Beynəlxalq münasibətlərin predmetinin obyektinə konkret 
məsələlər  daxil  olmaqla  yanaşı,  geniş  məsələlər,  ümumi 
məsələlər  də  daxildir.  Beynəlxalq  münasibətlərin  predmetinə 
həm  də  qlobal  məsələlər  aid  edilir.  Beynəlxalq  münasibətlər 
anlayışına  geniş  prizmadan  yanaşmaq  olar  və  bu  münasibətlər 
regionda  və  regiondan  kənarda  xarici  siyasət  fəaliyyətinin 
“üstünü örtür”. Beynəlxalq münasibətlər xarici siyasət üzərində 
(dövlətlərin  xarici  siyasətləri)  olan  bir  anlayışdır  və  bu 
anlayışın  baza  predmetini  məhz  sistemləşmiş  beynəlxalq 
münasibətlər  təşkil  edir.  Dövlətlər  arasında  olan  münasi-
bətlərin  tənzimlənməsi  hüquq  normaları  vasitəsilə  həyata 
keçirildiyindən  və  müəyyən  strukturlar  bu  siyasəti  həyata 
keçirdiklərindən, siyasətin və münasibətlərin özləri mexanizm-
lərə  tabe  olurlar.  Buradan  da  dövlətlərarası  münasibətlər 
sistemləşmiş  xarakteri  kəsb  edir.  Beynəlxalq  münasibətlərin 
əsas obyekti (maraq vasitəsi olduqda) və subyektləri dövlətlər 
hesab  edilirlər  və  beynəlxalq  münasibətlərdə  maraq  amili 
mühüm  əhəmiyyət  kəsb  edir.  Beynəlxalq  münasibətlərin 
obyektinə  həm  də  təsir  edilən  (edilmək  istəyən  maddi  və 
material  vasitələr)  vasitələr  aid  edilir.  Təbii  ki,  obyektlər  də 
sistemləşdirilir  və  sahələr  üzrə  istiqamətlərə  ayrılır.  Obyekt-
lərin  təsnifatı  və  əhəmiyyət  dərəcəsi  ortaya  çıxır.  Məsələn, 
beynəlxalq  münasibətlərin  və  əlaqələrin  strateji  sahələr  üzrə 
(diplomatik  əlaqələr;  təhlükəsizlik  sahəsində  olan  əlaqələr, 
terrorçuluqla  və  transmilli  cinayətkarlıqla,  o  cümlədən  silah 
qaçaqmalçılığı  üzrə  mübarizə  sahəsində  olan  əlaqələr;  baza 
iqtisadi  əlaqələr,  bu  baxımdan,  sərmayə  qoyuluşu,  bank 


 
102 
 
sektoru  sahəsində  olan  əlaqələr,  regional  iqtisadi  və 
infrastruktur  sahələri  üzrə  əlaqələr,  regional  hərbi-siyasi 
sahələr  üzrə  əlaqələr,  regional  iqtisadi-gömrük  sahəsində 
olan 
ə
laqələr, 
kreditləşmə 
sahəsində 
olan 
ə
laqələr, 
transregional  iqtisadi  layihələr  üzrə  əlaqələr;  miqrasiya 
xidmətləri  sahəsində  olan  əlaqələr;  ticarət  əlaqələri;  konsul 
xidmətləri sahələri üzrə əlaqələr və s.) qurulması əsas obyekt, 
istiqamət  və  predmet  olmalıdır.  Qeyri-strateji  sahələr  üzrə 
yaradılan  əlaqələr  isə  əhəmiyyət  dərəcəsinə  görə  bir  qədər 
aşağı  əhəmiyyətli  hesab  oluna  bilər.  Xarici  siyasətin  baza 
məqsədi  baza  (fundamental)  əsaslı  maraqları  təmin  etməkdən 
ibarət  olur.  Xarici  siyasətin  əsas  doktrinasında,  konsepsiya-
sında (konsepsiya çoxtərəfli bir sənəd hesab olunmalıdır və bu 
sənəd  müxtəlif  sahələri  cəm  şəkildə  əhatə  etməlidir)  əksini 
tapan  və  dövlətin  baza  tələbatına  əsaslanan  məsələlər  baza 
obyektlər  hesab  olunmalıdır.  Dövlətlər  də  baza  sahələr  üzrə 
özləri arasında xüsusi əhəmiyyətli əlaqələr qururlar və sənədlər 
imzalayırlar.  Baza  sənədlər  (məsələn,  iki  dövlət  arasında 
strateji müttəfiqlik sənədləri) digər sənədlərə istiqamətlər verir.  
Əvvəlcə  qeyd  olunduğu  kimi,  xarici  siyasət  də  maraq 
(qrupların  maraqları,  qruplaşmış  maraqlar)  üzərində  qurulur. 
Bu qarşılıqlı  bağlılıq  anlayışların  oxşar xüsusiyyətlərini ortaya 
çıxarır.  Beynəlxalq  münasibətlərin  bazalarında  da  maraq 
anlayışı  dayanır.  Beynəlxalq  münasibətlərlə  xarici  siyasət 
anlayışlarını  bu  baxımdan  eyniləşdirmək  olar.  Xarici  siyasət 
reallaşdıqca,  dövlətlər  arasında  münasibətlər  qurulur,  əlaqələr 
yaradılır.  Xarici  siyasət  aktı  ikitərəfli,  çoxtərəfli  münasibətləri 
əmələ  gətirir.  Bu  münasibətlər  həmçinin  qruplaşmalar 
formasında (burada təşkilatlar və birliklər) da üzərə çıxır. Məhz 
tələbata əsaslanan münasibətlər və əlaqələr qurmaq üçün xarici 
siyasət  həyata  keçirilir.  Dövlətlərin  xarici  siyasətlərini  həyata 
keçirdikləri  sahələr  beynəlxalq  münasibətlərin  sahələridir. 
Beynəlxalq münasibətlərdə hər bir dövlətin eyni çəkisi mövcud 
deyil  və  iştirak  gücü  əsasən  dövlətin  gücünə  əsaslanır.  Bu 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   102




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə