Microsoft Word Beynelxalq munasibetler doc



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə37/102
tarix07.04.2018
ölçüsü2,8 Kb.
#36427
1   ...   33   34   35   36   37   38   39   40   ...   102

 
109 
 
hər  bir  aspektini  əhatə  edir”.
1
 Əslində  beynəlxalq  hüquq 
anlayışı  xalqlararası  yox,  dövlətlərarası  hüquq  kimi  başa 
düşülməlidir,  çünki  beynəlxalq  hüquq  normaları  bilavasitə 
xalqlar  tərəfindən  yaradılmır  və  xalqlar  üçün  deyil,  mahiyyət 
etibarilə dövlətlər üçün, dövlətlərarası əlaqələrin tənzimlənməsi 
üçündür.
2
 Beynəlxalq  hüquq  beynəlxalq  ümumi  hüquq  (public 
intrenational  law)  və  beynəlxalq  xüsusi  hüquqa  (private 
international  law)  ayrılır.  Beynəlxalq  ümumi  hüquq  dövlətlər, 
dövlətəbənzər  qurumlar  və  beynəlxalq  təşkilat  aralarında  olan 
münasibətləri  tənzimləyir.  Beynəlxalq  xüsusi  hüquq  isə  qeyri-
dövlət  xarakterli  beynəlxalq  münasibətləri,  yəni  hər  şeydən 
əvvəl əcnəbi fiziki və hüquqi şəxsin iştirak etdiyi mülki-hüquqi 
və  ona  yaxın  olan  münasibətləri  tənzimləyir.
3
 Beynəlxalq 
xüsusi  hüquq  beynəlxalq  ümumi  hüququn  tərkib  hissəsidir. 
Beynəlxalq  ümumi  hüququn  subyekti  olan  qurumlar  məhz  öz 
aralarında  mövcud  olan  bütün  sahələr  üzrə  münasibətləri 
tənzimləmək  üçün  normalar  yaradırlar.  Beynəlxalq  münasi-
bətlərdə  əsas  norma  yaradan  tərəf  dövlətdir  və  dövlətəbənzər 
qurumdur.  Təşkilatlarda  da  dövlətlər təmsil olunaraq  normalar 
yaradırlar.  Təşkilatlar  öz  mövcudluqlarına  görə  və  fəaliyyət-
lərinin mümkünlüyü etibarilə dövlətlərsiz (dövlətlərin müəyyən 
etdikləri  hüquq  normaları  ilə  yaradılır  və  hüquq  normaları  ilə 
tənzim olunur) mümkün olmayan qurumlardır. Normalar da öz-
özlüyündə  dövlətlərə  aid  olduğundan,  bu  normaların  icrası  da 
dövlətlərin iradələrinə, istək və maraqlarına bağlıdır. Dövlət də 
öz  iradəsini  cəmiyyətinin  iradəsi  ilə  bağlayır  və  onun 
maraqlarının  təmin  olunmasına  istiqamətləndirir.  Dövlətlər 
aralarında  münasibətlər  tərkib  etibarilə  ümumi  və  xüsusi 
xarakterə malik  olsalar  da, əsasən siyasi  əhəmiyyət kəsb edir. 
Dövlətin  siyasətinə  onun  iqtisadiyyat-ticarət,  (ticarətin  tərki-
                                                 
1
 Lətif Hüseynov. Beynəlxalq hüququn anlayışı və təbiəti. 
http://www.diplomatiya.az/index.php?option=com_content&view=article&i
d=155:beynlxalq-hueququn-anlay-v-tbiti&catid=49:nezeriyye&itemid=95. 
2
 Yenə orada. 
3
 Yenə orada. 


 
110 
 
bində  gömrük),  sərmayə  qoyuluşu,  xarici  ölkəyə  məxsus  olan 
şirkətlərlə  iqtisadi  münasibətlər  və  s.,  mədəniyyət,  hərbi, 
ekologiya,  səhiyyə,  idman,  insan  hüquqları,  ictimai-təhlü-
kəsizlik,  vətəndaş  hüquqları  (mülki  hüquqlar),  humanitar 
yardım,  dəniz,  sərhədlər,  kosmik  fəza  və  s.  aid  olduğundan, 
dövlətlər  aralarında  bu  sahələr  üzrə  yaradılan  bütün 
münasibətlər  dövlətlərarası  ümumi  münasibətlərə  aid  edilir  və 
ümumi  münasibətlərin  tərkibində  göstərilir.  Bu  baxımdan  da 
beynəlxalq  hüquq  normaları  və  beynəlxalq  münasibətlər 
sistemləri dedikdə,  daha  çox  xüsusi  hüquqi münasibətlərini də 
özündə  əks  etdirən  ümumi  büynəlxalq  hüquq  normaları  və 
tənzimləmə  sistemi  başa  düşülə  bilər.  Bu  hüquq  normaları  ilə 
dövlətlər bir siyasi qurum kimi özlərini bir-birilərinə tanıdırlar. 
Nəzərə  almaq  lazımdır  ki,  mülki  münasibətlər  də  dövlətin 
siyasətinin  tərkib  hissəsidir  və  dövlətin  iradəsindən  kənar 
mülki  münasibətlərin  (burada  hüquq  normalı  əsasların) 
tənzimlənməsi  qeyri-reallığı  əks  etdirir.  Beynəlxalq  ümumi 
hüquq  ayrı-ayrı  mülki  sahələr  üzrə  münasibətləri  tənzimləyən 
beynəlxalq  xüsusi  hüququ  özündə  cəmləşdirir.  Başqa  sözlə 
desək,  beynəlxalq  ümumi  hüquq  bütün  münasibət  sahələrini 
özündə  əks  etdirən  hüquq  normalarının  cəmidir.  Dövlətlərin 
qeyri-hökumət  təşkilatları  da  öz  fəaliyyətlərini  dövlətlərin 
müəyyən  etdikləri  normalar  çərçivəsində  təşkil  edirlər. 
Buradan  da  belə  bir  məntiqi  nəticəyə  gəlmək  olur  ki,  dövlət-
lərin  qarşılıqlı  fəaliyyətindən  kənar  beynəlxalq  münasibətlər 
ola  bilməz  və  beynəlxalq  münasibətlər  də  xarakter  etibarilə 
siyasi  məzmun  kəsb  edir.  Beynəlxalq  xüsusi  hüquq  anlayışını 
da  şərti  qəbul  etmək  olar.  Belə  ki,  beynəlxalq  xüsusi  hüquq 
əvəzinə  beynəlxalq  mülki  hüquq  demək  daha  məqsədə-
uyğundur.  Çünki  xüsusilik  həm  universal,  həm  də  sahələri 
tənzimləyən 
ayrı-ayrı 
sahələrdə 
mövcuddur. 
Məsələn, 
beynəlxalq  hüququn  on  mühüm  prinsipinin  əks  olunduğu 
hüquq normaları da xüsusi əhəmiyyətə malikdir. Xüsusiliyi əks 
etdirir.  Eyni  zamanda  beynəlxalq  dəniz  hüququ,  beynəlxalq 
kosmos  hüquq  kimi  sahələr  də  xüsusi  hüquq  sahələrinə  aid 


 
111 
 
edilməlidir. Bu xüsusilikdən bütövlük, yəni universallıq yaranır. 
Məsələn,  beynəlxalq  dəniz  hüququ  normaları  bu  dənizlərdən 
istifadə edən dövlətlər üçün universal əhəmiyyət kəsb edir.   
Nəzərə  almaq  lazımdır  ki,  beynəlxalq  münasibətlərin  əsas 
subyektləri dövlətlərdirlər. Dövlətlər də öz növbəsində xalqları 
təmsil  edən  siyasi  qurumlardırlar.  Xalqlar  (dövlət  ərazisində 
yaşayan bütün vətəndaşlar-öz dövlətləri olmayan etnik qrupları 
da  buraya  aid  etmək  olar)  təşkilatlanmış  formada  münasibət 
qururlar.  Onların  təşkilat  formaları  da  əsasən  dövlətlər  hesab 
edilirlər.  Dövlətlər  də  beynəlxalq  münasibətlərin  digər 
subyektlərini  (törəmə  subyektləri)  yaradırlar.  Cəmiyyətlər, 
xalqlar  aralarında  münasibətləri  yaratmq  və  normalarla 
tənzimləmək  üçün  bu  xalqları,  cəmiyyətləri,  dini  hakimiyyəti 
(Vatikan)  təmsil  edən  qurumlar-dövlətlər,  dövlətəbənzər  qu-
rumlar, xalqı təmsil edən təşkilatlar (məsələn, Fələstin Azadlıq 
Təşkilatı-hal-hazırda  Fələstin  bir  subyekt  kimi  BMT-nin 
üzvüdür)  yaradılır  və  fəaliyyət  göstərirlər.  Nəzərə  almaq 
lazımdır  ki,  müasir  dövrün  inkişaf  tələbləri  dövlətlərin  bütün 
sahələri  aralarında  münasibətlərin  yaranmasını zəruri etmişdir. 
Bu  baxımdan  da  bütün  sahələr  üzrə  münasibətlər  tənzim-
lənməyə  ehtiyac  duyulduğundan,  beynəlxalq  hüquq  da 
normaları da bütün sahələrdə yaradılır və demək olar ki, zəruri 
amilə  çevrilir.  Həmin  prinsipdən  çıxış  edərək,  beynəlxalq 
hüquqa  “beynəlxalq  münasibətlər  hüququ”,  daha  geniş 
mənada  “dünya  hüququ”,  “dövlətlərarası  münasibətlər 
hüququ”,  “dövlətlərin  beynəlxalq  hüququ”  kimi  də  adlar 
vermək olar.  
 
Beynəlxalq münasibətlərin vəzifəsi 
 
Beynəlxalq  münasibətlərin  vəzifəsi  dedikdə,  dövlətlərin 
özlərinin  xarici  siyasətlərindən  irəli  gələn  vəzifələrinin 
qarşılıqlı  vəhdətlik  təşkil  edən  məzmunu  başa  düşülməlidir. 
Hər  bir  dövlət  xarici  siyasət  üzrə  vəzifəsini  beynəlxalq 
münasibətlərin baza prinsiplərindən irəli gələrək müəyyən edir 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   102




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə