Microsoft Word Beynelxalq munasibetler doc



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə45/102
tarix07.04.2018
ölçüsü2,8 Kb.
#36427
1   ...   41   42   43   44   45   46   47   48   ...   102

 
132 
 
siyasəti  tətbiq  edən  dövlətin  qlobal  maraqlarının  formalaş-
masına  xidmət  edir.  O  dövlətlər  şəbəkələşmiş  regional  siyasət 
həyata  keçirə  bilirlər  ki,  qlobal  gücə  malik  olmuş  olsunlar. 
Qlobal  gücü  də  şəbəkələşmiş  regionlar  əmələ  gətirir. 
Şəbəkələşmiş  regional  siyasət  dövlətlərin  güc  təsiri  məkan-
larının  şəbəkələşmiş  formasını  zəruri  edir.  Dövlətlərin  xarici 
siyasətinin sərhədlər ətrafında, öz məkanlarının sərhədlərindən 
kənardakı  məkanlar  üzrə  formalaşması  regional  siyasəti 
meydana  gətirir.  Regional  siyasət  regional  münasibətlər 
sistemini  formalaşdırır.  Bundan  da  regional  əlaqələrin  baza 
məzmunu  ortaya  çıxır  və  forma  meydana  gəlir.  Beynəlxalq 
münasibətlərin  regional  forması  regional  əlaqələr  sistemini  və 
mexanizmisini  formalaşdırır.  Regional  təşkilatların  yaranması 
prosesləri və  zərurəti  də  regional maraqların unifikasiyasından 
və siyasətin bütövləşməsindən meydana gəlir.  
Regiondan  kənarda  (uzaqda)  yerləşən  dövlətlərin  də 
müəyyən  regionlar  üzrə  siyasətləri  meydana  gəlir.  Belə  maraq 
göstərən dövlətlər əsasən böyük potensiala malik olan dövlətlər 
hesab  olunmalıdırlar.  Strateji  səviyyədə  maraqların  formalaş-
masının  arxasında  böyük  potensial  dayanır.  Böyük  potensial 
güc  olaraq  regional  maraqları  böyüdür  və  onu  qlobal  formaya 
qədər  dartır.  Böyük  dövlətlərin  öz  yerləşdikləri  regionlarından 
kənarda  siyasət  məkanları  və  dairələri  formalaşır.  Məsələn, 
ABŞ-ın  Xəzər  regionu  siyasəti,  Rusiyanın  Ərəb  dünyasında 
siyasəti,  Türkiyənin  türk  dünyasında  siyasəti,  Hindistanın 
Asiyada  regional  siyasəti,  Çinin  və  Yaponiyanın  Uzaq  Şərq 
siyasəti,  Çinin  Sakit  Okean  siyasəti  və  s.  kimi  ifadələr  də 
işlədilir.  Bu  baxımdan  regional  siyasətə  iki  aspektdən 
yanaşmaq  olar:  birincisi,  region  dövlətlərinin  özlərinin 
regiondakı  siyasətləri,  ikincisi, regiondan kə


 
133 
 
toqquşma  və  rəqabət  ortaya  çıxır.  Regionda  və  regiondan 
kənarda  olan  siyasət  sahələri  mexanizm  və  sistem  təşkil  edir. 
Bundan  da  beynəlxalq  münasibətlər  sistemləri  (regional  və 
qlobal  miqyasda)  meydana  gəlir.  Regionlarda  olan  siyasət, 
eləcə  də  qlobal  məzmunlu  siyasət  əsasən  ideoloji  amillərlə  də 
böyüyür. Məsələn, vaxtilə mövcud olmuş sosialist-kommunist 
regionları,  kapitalist  regionları  buna  nümunə  ola  bilər.  Eyni 
zamanda demokratiya və totalitar rejimlər regionları anlayışları 
da  mövcuddur.  İdeoloji  elementlər  və  tərkib  kriteriyalar 
(məkanlar  üzərində  olan)  məkanların böyüməsinə xidmət edir. 
Məsələn,  SSRİ-nin  rəhbərlik  etdiyi  sosializm-kommunizm 
geosiyasi  regionu  XX  əsrdə  daima  genişlənmə  proseslərini 
yaşamışdır.  Sonda  isə  kapital  əsaslı  rejimlər  tərəfindən 
məğlubiyyətə uğramışdır.  
Coğrafi  məkanlar  dövlətlərin  daxil  olduqları  beynəlxalq 
münasibətlər  (regional  və  qlobal)  sferalarını  ortaya  çıxarır. 
Məhz  beynəlxalq  münasibətlər  məkanlar  üzərində  quruldu-
ğundan  (məkan  üzərində  olan  elementlər  və  onlardan  istifadə 
üsulları)  münasibətlərin  məkan  əhatəsi  anlayışı  ortaya  çıxır. 
Bundan  da  regional  geosiyasət  formalaşır.  Regional 
geosiyasət  -  regionun  siyasətini  formalaşdıran  dövlətlərin 
fəaliyyətini  birləşdirən  və  bu  fəaliyyətin  struktur  və 
mexanizmlərini  meydana  gətirən  coğrafi-canlı  siyasətdir. 
Regional  geosiyasət  regionda  siyasi  orqandır  ki,  bu  orqan  da 
mexanizm aparatı olaraq münasibətləri tənzim edir.  
Məkanlarda  siyasət  axınları  da  təsnif  olunur.  Dövlətlər  bu 
baxımdan  regionda  və  regiondan  kənarda  iştirak  etmək 
imkanları  əldə  edirlər.  Dövlətlərin  regional  münasibətləri 
formalaşır.  Regional  münasibətlər  regional  maraqlardan  irəli 
gəlir. Regional maraqlara dövlət maraqları və onun tərkibi olan 
etnik və milli maraqlar, iqtisadi və siyasi maraqlar, regionçuluq 
marağı daxil olur.  
Dövlətin  nüvəsinə  yaxın  olan  əsas  maraq  regional 
maraqdır.  Regiondan  uzaqlaşdıqca  təsir  imkanları  da  zəifləyir. 


 
134 
 
Periferik  maraqlar  dövlətin  sonrakı  (genişlənməkdə  olan 
mərhələli) maraqlarına söykənir. Regional maraqlar dövlətlərin 
regionlarda  həyata  keçirdikləri  siyasətdən  meydana  gəlir. 
Regional  maraqlar  dövlətləri  regionda  güclərinə  görə  təsnif 
etmək  imkanlarını  üzərə  çıxarır.  Regional  maraqlar  qlobal  və 
bu  baxımdan  şaxəli  maraqların  formalaşmasını  meydana 
gətirir.  Qlobal  məzmunlu  və  formalı  siyasət  regionların 
birləşməsində  böyük  əhəmiyyət  kəsb  edir.  Şəbəkələşmiş 
siyasət-regional  siyasətlərin  cəmləşməsi  baza  etibarilə  böyük 
dövlətlərin  regionlarda  təsir  imkanlarını  ortaya  çıxarır.  Güclü 
dövlətlərin qruplaşmasını  meydana  gətirir və kiçik gücə malik 
olan  dövlərin  isə  böyük  dövlətlər  ətrafında  toplanmasının 
əsaslarını yaradır.  
Regional  siyasət  həm  regionda  iştirak  edən  dövlətlərin 
fəaliyyətindən  ortaya  çıxır,  həm  də  dövlətlərin  gücündən  və 
sayından  meydana  gəlir.  Bu  baxımdan  da  regional  siyasət 
forma  nöqteyi-nəzərdən  təsnif  olunur:  böyük  regionda  olan 
siyasət  (Avropa,  Şərq,  Amerika  regionları);  orta  miqyaslı 
regionda  olan  siyasət  (Xəzər-Aralıq  dənizi  regionları  və  s.) 
və  kiçik  regionda  olan  siyasət  (Cənubi  Qafqaz,  Mərkəzi 
Asiya, Fars Körfəzi regionu və s.) 
 
Beynəlxalq  münasibətlərin  coğrafi  məkanlar  üzrə 
formalaşması-qlobal xarici siyasət  
 
Bu  gün  dünyada  meydana  gələn  cərəyanların  çoxluğu, 
cərəyan istiqamətlərinin artması, bu baxımdan da qovuşması və 
toqquşması onun həm sadəliyini, həm də mürəkkəbliyini ortaya 
çıxarır.  Dünyanın  inkişafını  şərtləndirən  material  və  maddi 
vasitələr  resurslar  və  onlar  üzərində  yeni-yeni  istifadə 
metodlarını  meydana  gətirir.  Dünyanın  inkişaf  etmiş  region-
larındakı  ardıcıl,  davamlı  və  mürəkkəb  məzmunda  baş  verən 
proseslər qlobal məzmun kəsb edir. Qloballaşma həm də digər 
ölkələrdə  bas  verir  və  inkişaf  etmiş  və  inkişaf  etməkdə  olan 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   ...   102




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə