Microsoft Word Beynelxalq munasibetler doc


vahid  mənbə  (vahid  subyekt)



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə47/102
tarix07.04.2018
ölçüsü2,8 Kb.
#36427
1   ...   43   44   45   46   47   48   49   50   ...   102

 
138 
 
da vahid  mənbə  (vahid  subyekt)  kimi təsir göstərir. Bundan 
da  beynəlxalq  münasibətlərin  qlobal  miqyasda  sistemləş-
məsi,  şəbəkələşməsi  prosesləri  baş  verir.  Qlobal  siyasətin 
əsasları  məzmun  etibarilə  daha  çox  böyük  potensiala  malik 
olan  dövlətlərin  xarici  siyasətlərinin  xarakterik  xüsusiyyət-
ləridir.  Böyük  dövlətlər  qlobal  siyasətin  istiqamətlərini 
müəyyən  edirlər  və  onların  ayrı-ayrı  regionlarda  iştirak 
etmələri qlobal siyasətlərinin məzmun və formalarını müəyyən 
edir. Qlobal siyasət regional siyasətə üst təsir göstərir. Bununla 
yanaşı,  regionda  baza  siyasətin  formaşmasına  da  təsir  edir. 
Qlobal  siyasət  regional  siyasət  üçün  həm  də  stimul  rolunu 
oynayır və regional siyasətin tərkibinin formalaşmasında böyük 
təsir  göstərir.  Qlobal  siyasət  qlobal  məzmuna  malik  olur. 
Qlobal  xarici  siyasət  özündə  həm  məkanı  birləşdirir,  həm  də 
tərkib  elementlərinin  çoxunu  əhatə  edir.  Qlobal  siyasətin 
məzmunu  onun  obyeklərindən,  elementlərindən  və  bu 
elementlərin  say  çoxluğundan  asılı  olur.  Regional  siyasət 
məkan  nöqteyi-nəzərdən  toplaşaraq  qlobal  miqyaslı  siyasəti 
formalaşdırır. Qlobal miqyaslı siyasət cərəyanları ümumdünya 
və  ümumbeynəlxalq  münasibətlər  cərəyanlarını  meydana 
gətirir.  Regional  siyasət  dünya  siyasətinin  və  beynəlxalq 
münasibətlərin  tərkib  hissələrinə  çevrilir.  Qlobal  güc  regional 
güclərdən  irəli  gələrək  təsnif  oluna  bilir  və  münasibətlər 
sistemində piramidal  əsasları  yarada bilir. Qlobal gücün təsir 
miqyası  böyük  olur  və  bütün  sistem  obyektlərinə  və 
subyektlərinə  təsir  imkanları  qazanır.  Qlobal  xarici  siyasət 
tərkib  etibarilə  eyni  zamanda  regional  xarici  siyasətin 
zənginləşməsinə  xidmət  edir.  Regional  xarici  siyasət  qlobal 
xarici siyasətin sferalar üzrə yayılmasını təmin etməklə yanaşı, 
həm  də  qlobal  cərəyanların  yayılmasının  qarşısını  alan 
vasitələrə,  subyekt  və  obyektlərə  çevrilir.  Qlobal  güc  subyekti 
çalışır  ki,  onun  gücünün  artması  yolunda  mane  olan  hədəfləri 
zərərsizləşdirsin.  Buna  görə  də  həmin  ünsürə  müxtəlif 
təsiretmə  və  təzyiq  göstərmə  metodlarından  istifadə  edir. 


 
139 
 
Liberal-mülayim metodlar və bunların daxilində iqtisadi-siyasi, 
hərbi  və  s.  kimi  üsullar  mühüm  əhəmiyyət  kəsb  edir.  Qlobal 
güc  ittifaqların  və  birliklərin  yaranmasında  maraq  nümayiş 
etdirir.  Başlıca  maraq  özünün  geosiyasi  gücünü  yaratmaqdan 
və  məkan  sferasını  genişləndirməkdən  ibarətdir.  İttifaqların 
yaranması  prosesləri  və  genişlənməsi  regional  siyasətlə  qlobal 
siyasəti birləşdirən amil hesab olunmalıdır.  
 
Beynəlxalq münasibətlərdə ikitərəfli və çoxtərəfli 
əlaqələrin əsasları 
 
Beynəlxalq  münasibətlərdə  ikitərəfli  və  çoxtərəfli  əlaqələr 
məhz  dövlətlərin  ikitərəfli  və  çoxtərəfli  maraqlarından  irəli 
gəlir.  Həm  ikitərəfli,  həm  də  çoxtərəfli  maraqlar  müəyyən 
problemlərin 
həllində 
gücün 
tətbiqinin 
imkanlarından 
formalaşır. Bu əlaqələr həm də aidiyyat prinsiplərinə müvafiq 
olaraq meydana gəlir.   
Onu  nəzərə  almaq  lazımdır  ki,  dövlətlər  yerləşdikləri 
regionlarda  və  regionlarından  kənarlarda  beynəlxalq  münasi-
bətlərə  qoşulurlar  və  beynəlxalq  birliyin  üzvünə,  kompo-
nentinə,  struktur  tərkibinə,  beynəlxalq  münasibətlərdə  sistem 
üzvünə,  beynəlxalq  hüquq  tərəfinə,  beynəlxalq  münasibətlər 
subyektinə,  subyekt  yaradıcısına  (burada  subyektlər  kimi 
təşkilatları  yaratmaları  nəzərdə  tutulur),  beynəlxalq  hüquq 
yaradıcısına  (beynəlxalq  hüquq  normalarını  yaratmaq)  və 
beynəlxalq  normaların  əməledicisinə  çevrilirlər.  Dövlətlər 
beynəlxalq  münasibətlərdə  vəzifələr  və  funksiyalara  malik 
olurlar, eləcə də müəyyən hüquqlara sahib olurlar və öhdəlik və 
məsuliyyhət daşıyırlar. (Qeyd: dövlətlərin mövcudluğu, hüquq-
ları, funksiyaları və vəzifələri təbii ki, onların məsuliyyətlərini, 
qoruma və mühafizə etmə, eləcə də inkişaf şəraitlərini yaratma 
məsuliyyətlərini, də meydana gətirir. Dövlətlər mütləq qaydada 
beynəlxalq  birliyi,  xalqları,  ümumilikdə  bütün  dünya 
sakinlərini  fərdi  və  kollektiv  güclər  fonunda  müdafiə  etməyə 


 
140 
 
borclu olurlar. Buradan da dövlətlərin müdafiə etmək hüquqları 
və vəzifələri, bu istiqamətdə funksityaları formalaşır. Vəzifə və 
hüquqlar  məsuliyyəti  formalaşdırır,  məsuliyyətdən  də,  borc-
lardan  və  öhdəliklərdən  də  vəzifələr  və  hüquqlar  meydana 
gəlir, funksiya istiqamətləri formalaşır).  
Dövlətlər  həm  ikitərəfli  qaydada,  həm  də  çoxtərəfli 
formatda münasibətlər qururlar, əlaqələr yaradırlar. Dövlətlərin 
bu  baxımdan  həm  fərdi,  həm  də  müştərək  vəzifələri  və 
funksiyaları,  eləcə  də  hüquqları  meydana  gəlmiş  olur. 
Bunlardan  da  müştərək  öhdəliklər  formalaşır.  Beynəlxalq 
hüquq  məhz  iki  və  çoxlu  sayda  dövlətin  qarşılıqlı  hüquq  və 
vəzifələrindən,  funksiyalarında  formalaşan  bir  sahəyə  çevrilir. 
Beynəlxalq  hüquq  tərəflərin  biri  olmadıqda  yarana  bilməz  və 
obyektə,  tətbiqi  sahəsinə  sahib  ola  bilməz.  Dövlətlər  arasında 
yaranan  əlaqələr  təbii  ki,  ədalət  prinsipi  əsasında  olursa,  digər 
dövlətlər üçün də prototip rolunu oynayır. Bu prototiplikdən də 
ikitərəfli  və  çoxtərəfli  əlaqələr  meydana  gəlir,  təcrübələr 
formalaşdırılır.  Beynəlxalq  hüquq  müştərək  hüquq  sahəsi 
olmaqla  bərabər,  müştərək  əsaslarla  da  obyekt  və  predmetə 
malik  olur.  Beynəlxalq  hüquq  müştərək  olmaqla  bərabər,  həm 
də  fərdi  əsaslara  (hər  bir  dövlətə  şamil  olunması  prinsipindən 
irəli  gələrək)  tərkib  elementinə  təsir  göstərmək  imkanına 
malikdir.  
İkitərəfli və çoxtərəfli münasibətlər (burada söhbət kifayət 
qədər  bazası  formalaşmış  indiki  beynəlxalq  münasibətlər 
şəraitindən  və  vəziyyətindən  yaranan  münasibətlər  nəzərdə 
tutulur)  beynəlxalq  hüququn  vahid  norma  qaydaları  və 
prinsipləri  ilə  formalaşdırılır.  Beynəlxalq  hüquq  normaları 
şaxələnmə  və  törənmə  xarakterinə  malik  olur  və  beynəlxalq 
hüququn  vəzifəsi  və  funksiiyası  əsasən  beynəlxalq  aləmin 
təmin  olunmasına,  inkişafına  və  müdafiəsinə  əsaslanır. 
İkitərəfli  və  çoxtərəfli  münasibətlər  bu  münasibətlərdə  iştirak 
edən  və  bu  münasibətlərin  yaranmasında  maraq  göstərən 
tərəflərin  imkanlarına  bağlı  olur.  Mövcud  imkanlar  və  onların 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   43   44   45   46   47   48   49   50   ...   102




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə