Microsoft Word Beynelxalq munasibetler doc


normalarda  əksini  tapıbdır.  Universal  normalar  olaraq



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə43/102
tarix07.04.2018
ölçüsü2,8 Kb.
#36427
1   ...   39   40   41   42   43   44   45   46   ...   102

 
126 
 
normalarda  əksini  tapıbdır.  Universal  normalar  olaraq 
xüsusi və konkret sahələri əhatə edən normalarda da bu baza 
prinsiplər  mühüm  təttbiq  olunur.  Məsələn,  istənilən  sahədə 
müqavilənin  tətbiqi  həmin 
sahədə 
tərəflər 
arasında 
bərabərliyə  xidmət  edir)  beynəlxalq  təhlükəsizliyin  təmin 
olunmasına  xidmət  edir.  Beynəlxalq  təhlükəsizliyin  təmin 
olunması və qaydaların müəyyən edilməsi beynəlxalq hüququn 
ədalətli məzmununun üzərə çıxarır. Prinsiplər ədalət məzmunu 
olmaqla,  konkret  hərəkət  istiqamətlərinin  formalaşmasının 
əsaslarını müəyyən edir. Prinsiplər sahələrdə tətbiq olunmaqla 
genişlənir.  Beynəlxalq  münasibətlərin  prinsipləri  hər  bir 
dövlətin  hüququnu  tanıyır  və  hər  bir  dövlətin  beynəlxalq 
münasibətlərdə  azad  şəraitdə  hərəkət  etməklə,    vəzifə  və 
öhdəliklərini  yaradır.  Bu  baxımdan  da  prinsiplər  daha  çox 
vahid  ədalət  standartlarıdır.  Onu  da  nəzərə  almaq  lazımdır  ki, 
prinsiplər  tam  da  ədalətli  olmaya  bilər  və  yalnız  müəyyən  
qrupların  mənafeyinə  xidmətə  əsaslana  bilər.  Bu  baxımdan  da 
prinsiplər  daha  çox  real  ədalətin  əsaslarını  da  təşkil  edə  bilər. 
Lakin  prinsiplərin  əsas  mahiyyəti  ondadır  ki,  bir  qrupun 
mənafeyini  təmin  edən  prinsiplər  digər  qrupun  mənafeyini 
təmin edən prinsiplərlə ziddiyyət təşkil etməməlidir. Prinsiplər 
sərbəst  hərəkət  fəaliyyətinin  əsaslarını  yaradır  və  humanist 
prinsiplər,  yumşaq  prinsiplər  ədalət  məzmunları  etibarilə 
cəmiyyətlərdə  və  dövlətlərarası  münasibətlərdə  enerji  toplan-
masına  xidmət  edir.  Deməli,    sərbəst  hərəkətlər  prinsipləri 
inkişafdır,  inkişaf  da  demokrartiyadan  ortaya  çıxandır. 
Demokratiyanın özü də bir siyasi quruluş prinsipidir. Prinsiplər 
elə bir xassəyə malik olur ki, bütün hərəkətlər və digər sahələr 
üzrə  qayda  və  normalar    bu  universal  və  baza  prinsiplərə 
uyğunlaşdırılır.  Deməli,  beynəlxalq  münasibətlərin  prinsipləri 
əsasən  uyğunlaşdırıcı  amillər  və  kriteriyalar  kimi  əhəmiyyət 
kəsb edir.  
Beynəlxalq  münasibətlərin  prinsipləri  ilə  dövlətlərin 
vəzifələri  və  öhdəlikləri  müəyyən  olunur.  Hüquq,  vəzifə, 


 
127 
 
öhdəlik,  məsuliyyət  özü  də  prinsiplərdir.  Hüquq  haqdır  və 
mövcudluğun,  varlığın  ədalətli  təzahürüdür.  Dövlətlər  konkret 
öhdəliklər  qəbul  edirlər  və  prinsipləri  də  həmin  istiqamətlər 
üzrə  müəyyən  edirlər.  Beynəlxalq  münasibətlərin  prinsipində 
dövlətlərin  daxili  ehtiyaclarının  ədalətlə  təmin  edilməsi  üçün 
beynəlxalq  birliyin  təmin  olunması  dayanır.  Beynəlxalq 
münasibətlərin  prinsipləri  əsasən  vahid  dünya  siyasətinin 
ədalətlə  inkişafına  əsaslanır.  Beynəlxalq  münasibətlərin 
prinsipləri beynəlxalq münasibətlərin bütövləşməsinə və dünya 
siyasətinin  strukturlara  bölünməsinə  xidmət  edir.  Beynəlxalq 
münasibətlərin  nəzəri  və  ədalətli  prinsipləri  dövlətlər  üçün 
sərbəst  hərəkət  imkanlarını  yaradır  və  dövlətlərin  sərbəst 
fəaliyyətinin əsaslarını təşkil edir.  
 Beynəlxalq  münasibətlərin  prinsipləri  vahid  hərəkətlərin 
əsaslarını yaradır. Beynəlxalq hüquq beynəlxalq münasibətlərin 
ədalətli  qurulmasının  əsaslarını  formalaşdırır.  Beynəlxalq 
hüquq  dövlətlərin  həm  hüquqlarını  qəbul  edir,  həm  də  onların 
vəzifə 
və 
səlahiyyətlərini 
müəyyənləşdirir. 
Beynəlxalq 
münasibətlərdə  dövlətlərin  hüquqlarının  mövcudluğu  elə 
prinsiplərin  əsaslarını  müəyyən  edir.  Beynəlxalq  hüququn  on 
mühüm prinsipi beynəlxalq münasibətlər sferasında dövlətlərin 
ədalətli davranışlarını meydana  gətirir. Ədalətli davranma özü 
də  tarazlığı  ortaya  çıxarır.  Beynəlxalq  hüququn  prinsiplərinə 
əməl  edilməsi  sayəsində  dövlətlər  arasında  vahid  ədalətli 
münasibətlər formalaşdırılır və əlaqələr qurulur.  
 
Beynəlxalq münasibətlərin coğrafi məkanlar üzrə 
formalaşması-regional xarici siyasət 
 
Siyasət  onun  əhatə  olunduğu  məkanlar  baxımından  bütün 
sahəni  əhatə  edir.  Siyasət  cəmiyyətin  üzvlərinin  simasında 
məkanı  əhatə  etmək  xüsusiyyətlərinə  malik  olur.  Dünya 
siyasəti dünya dövlətlərini əhatə  edir, beynəlxalq münasibətlər 
siyasəti  isə  dövlətlərin  aralarında  olan  sahələri  əhatə  edir. 


 
128 
 
Dövlət  hakimiyyətinə  aid  olan  strukturlar  dövlətlərdən-
dövlətlərə  siyasətlərin  yayılmasını  təmion  etmək  xüsusiyyət-
lərinə  malik  olurlar.  Bu  baxımdan  da  siyasət  məkanlardan  -
məkanlara  keçmək  xassələrinə  malikdir.  Siyasətin  məkanlar 
üzrə  dalğalanması  amili  meydana  gəlir.  Siyasi  hadisələrin 
məkanlar üzrə cəmləşməsi prosesləri yaranır.  
Siyasət  öz  böyüklüyünə  görə  və  məkanı  əhatə  etmək 
baxımından  regional  və  qlobal  (burada  regionlar  birləşmə-
lərindən yaranan böyük mıəkanlar nəzərdə tutulur. Qloballıq 
həm  də  proseslərin  çoxluğundan  yaranan  vəziyyətlərdən  də 
ortaya  çıxır.  Siyasətin  məzmun  baxımından  mürəkkəbliyi 
onun  qloballığını  yaradır.  Qloballaşma  özü  də  dünya 
siyasətinin  yeni  zamanlarını  meydana  gətirir)  məzmuna 
bölünür.  Siyasətin  regional  və  qlobal  formasının  meydana 
gəlməsində  həm  də  coğrafi  amillər  və  geosiyasət  mühüm  rol 
oynayır.  Dövlətlərin  müəyyən  regionlarda  iştirakları  və 
subyektlər  kimi  siyasəti  formalaşdırmaları  (regional  dövlət 
maraqları,  xalq  amilini  özündə  cəmləşdirən  milli  maraqlar) 
əslində  regional  siyasəti  meydana  gətirir.  Hər  bir  dövlət 
müəyyən coğrafi məkanda yerləşir. Coğrafi məkan şəraiti və bu 
şəraiti  meydana  gətirən  elementlər  dövlətlərdə  yaşayan 
xalqların  etnik  xüsusiyyətlərinin  formalaşmasına  təsirlər 
göstərir.  Dövlətlər  də  regionlarda  güclərinə  görə  bölünürlər. 
Güclü  dövlətlər  daha  çox  təsiredici  obyektlər  və  subyektlər 
kimi əhəmiyyət kəsb edirlər. Xalq özünün təbii xüsusiyyətlərini 
məhz  öz  yaşadığı  ərazinin  təbii  xüsusiyyətlərindən  götürür. 
İnsanlar  təbii  amilləri  məkanlardan-məkanlara  daşıyırlar. 
Dövlətlər  öz  tərkibində  yaşayan  xalqların  müxtəlif  etnik 
xüsusiyyətlərinin  olmasına  baxmayaraq,  öz  aralarında  vahid 
qaydalar  yaradırlar.  Vahid  qaydalar  və  normalar  əsasən 
insanlara  xidmət  üçün  təşkil  edilir.  Burada  xalqların  hansı 
mədəniyyətə  məxsus  olmaları  münasibətlərdə-xüsusilə  rəsmi 
münasibətlərdə  obyekt  kimi  qəbul  oluna  bilməz.  Münasi-
bətlərdə insanlıq amili əsas predmetdir.  


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   ...   102




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə