Microsoft Word Beynelxalq munasibetler doc



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə44/102
tarix07.04.2018
ölçüsü2,8 Kb.
#36427
1   ...   40   41   42   43   44   45   46   47   ...   102

 
129 
 
Coğrafi  məkanın  müəyyən  edilməsi  təbii  ki,  fiziki 
quruluşla-  dağlarla,  dənizlərlə,  qitə  və  materiklərlə,  okeanlarla 
şərtləndirilir.  Məsələn,  Atlantika  (Şimali  Atlantika,  Cənubi 
Atlantika)  regionu,  Asiya-Sakit  okean  regionu,  Avropa 
regionu,  Cənubi  Qafqaz  regionu,  Rusiyanın  Avropa  regionu, 
Xəzər  regionu,  Mərkəzi  Asiya  regionu,  Qara  dəniz  regionu, 
Aralıq  dənizi  regionu,  Cənubi  Asiya  regionu,  Uzaq  Şərq 
regionu,  Asiya-Sakit  okean  regionu,  Fars  körfəzi  regionu, 
Şimali  Afrika  regionu,  Qərbi  Afrika  regionu,  Avstraliya  və 
Okeaniya  regionu  və  s.  coğrafi-siyasi  məkanlar  dünya 
siyasətində böyük əhəmiyyət kəsb edirlər.  
Regionların  formalaşmasında  kriteriyalar  və  resurslar 
(vasitələr)  olaraq:  məkan,  məkanın  landşaftı,  məkanın  ərazi 
quruluşu;  dövlətlərin  ərazilərində  yaşayan  xalqların  milli 
xüsusiyyətləri,  o  cümlədən  mədəni  göstəriciləri;  məkan 
üzərində olan (məsələn, dağlar, okeanlar, dənizlər, çaylar və ya 
göllər  arasında  olan  məkandakı  resurslar)  resurslar;  tarixi 
inkişaf  proseslərinin  xüsusiyyətləri  və  sivil  inkişaf  əsasları 
mühüm  şərtdir.  Regionları  bir-birindən  ayıran  vasitələr-su 
məkanı  vasitəsi  kimi-dənizlər,  məsələn,  Qara-Aralıq  dənizi 
regionları;  Ərəb  dənizi-Fars  körfəzi-Qırmız  dəniz  regionları; 
Atlantik  okeanının  birləşdirdiyi  və  iki  qitəni  əhatə  edən 
Atlantik  regionu;  (Qeyd:  holland  mənşəli  Amerika  alimi 
Nikolas  Spikmen  (1893-1894)  “Midland  Ocean”  –“Orta 
Okean”  anlayışını  işlətmişdir.  Burada  “Orta  Okean” 
(Atlantik  okeanının  şimal  hissəsi)  anlayışı  ayırıcı  yox, 
birləşdirici  faktor  rolunu  oynayır  və  “mare  internum”- 
“daxili  dəniz”  rolunun  oynayır.  Rus  müəllifi  Aleksandr 
Duqinə  görə  bu,  şərti  olaraq  “atlantika  kontinenti”  adlan-
dırılmalıdır.  Quru  yollarının  arasında  Atlantik  okeanı 
yerləşir  və  burada  quru  yollarını  birləşdirən  “göl”  mənasını 
verir.  Bu  nəzəri  “kontinent”,  “yeni  Atlantida”  Qərbi  Avropa 
mənşəli  mədəniyyətlə,  liberal-kapitalizm  və  demokratiya 
ideologiyası  ilə,  vahid  siyasi,  etik  və  texnoloji  taleylə  ümumi 


 
130 
 
bağlılığa malikdir)
1
 quru-dağlar vasitəsilə ayrılan regionlar-
məsələn,  Avropa  və  Asiya  regionları,  Böyük  Qafqaz  dağı  ilə 
ayrılan  Cənubi  Qafqaz  regionu  və  s.;  tarixi  inkişaf 
mərhələləri  və  xüsusiyətləri  nöqteyi-nəzərdən  -Qədim  Şərq 
regionu,  Asiya-Şərq  regionu  (burada  Çini,  Hindistanı  tarixi 
dövlətlər  kimi  qəbul  etmək  lazımdır)  və  s.;  sivil  inkişaf  və 
mədəni  xüsusiyyətlərin  fərqləndiyi  regionlar-Avropa-Qərb 
mədəniyyəti regionu və Asiya-Şərq mədəniyyəti regionu və s.; 
texniki  vasitələrin  inkişafı  regionları-Qərbi  Avropa-ABŞ-
Yaponiya-Cənubi 
Koreya-Avstraliya-Cənubi 
Afrika 
(bu 
ölkələrə dünyanı üzdə saxlayan və bir növ uçmasını təmin edən 
“dünyanın  inkişaf  qanadları”  kimi  də  ad  vermək  olar). 
Dünyanın  hərb  regionları;  sülh  regionları  kimi  anlayışları  da 
qəbul edilir.  
Regionlar da məkan böyüklüyü və digər potensial hesabına 
(burada  coğrafi  mövqe  amili və  tranzit birləşdirici  mərkəz 
kimi əhəmiyyət kəsb etməsi) təsnif oluna bilirlər. Regionların 
əhəmiyyəti  həm  də  onların  aid  olduqları  məkanların 
resurslarının  əhəmiyyəti  ilə  əlaqəlidir.  Bununla  yanaşı, 
regionlarda  yerləşən  dövlətlərin  siyasi  nüfuzları  və  dövlətlərin 
beynəlxalq  aləmə  təsir  etmək  imkanları  da  əsas  kriteriya  kimi 
götürülməldir.  Məsələn,  Avropa  regionunun  dünya  siyasətinə 
təsiri  və  onun  beynəlxalq  aləmdə  iştirak  səviyyəsi  burada 
yerləşən  dövlətlərin  inkişaf  səviyyəsi  ilə  əsaslanmalıdır. 
Avropa  regionunu  özündə  aparıcı  gücə  malik  olan  (Almaniya, 
Fransa, B.Britaniya, İtaliya) kimi güc mərkəzləri vardır. Resurs 
zənginliyi  də  regionların  dünya  siyasətində  əhəmiyyətlərini 
genişləndirir. 
Dünya 
siyasətində 
regionların 
da 
təsir 
baxımından  bir-biri  üzərində  siyasi,  iqtisadi  və  hərbi  çəkisi 
meydana gəlir. Regionların təsir baxımından təsnifatı meydana 
gəlir.  Bu  təsnifat  da  regionların  beynəlxalq  statusunu  ortaya 
                                                 
1
 Александр  Дугин.  Д80  Основы  геополитики.  Геополитические 
будущее  России.  Мыслить  Пространством  -  Изд.4-е,  Москва, 
«АРКТОГЕЯ-центр», 2000-928 стр., səh. 65.  


 
131 
 
çıxarır. Strateji əhəmiyyət kəsb edən məhsullar (məsələn, neft-
qaz)  da  regionları  meydana  gətirir.  Bu  baxımdan  da  neft-qaz 
regionları,  daş  kömür  regionları,  metal  filizləri  regionları, 
balıqçılıq regionları və s. anlayışı da işlədilir.  
Regionun  siyasi  strukturunu,  müstəvisini  dövlətlər 
yaradırlar. Dövlətin öz coğrafi məkanında həyata keçirdiyi 
və  onunla  eyni  (qonşu,  yaxın)  coğrafi  məkanda  olan 
dövlətlərlə  həyata  keçirdiyi  siyasəti  dövlətin  regional 
siyasəti  adlanır.  Qeyd  olunduğu  kimi,  regional  siyasət 
dedikdə, dövlətlərin müəyyən coğrafi regionlarda (ilk növbədə 
özünün  təşəkkül  tapdığı  regionda)  həyata  keçirdikləri  siyasət 
başa düşülməlidir. Regional siyasəti də təsnif etmək olar: daxili 
(inner)  və  kənar  (outer).  Daxili  regional  siyasət  anlayışı 
dövlətin  öz  coğrafi  məkanında  yerləşdiyi  ərazidə  tətbiq  etdiyi 
siyasət  kimi  qəbul  olunmalıdır.  Məsələn,  Rusiyanın  Xəzər 
siyasəti  dedikdə,  o  qəbul  olunmalıdır  ki,  Xəzər  həm  də 
Rusiyaya  da  aid  olan  bir  məkandır.  Buna  Qara  dənizi  də  aid 
etmək  olar.  Xarici  regional  siyasət  anlayışı  isə  dövlətin  öz 
regionundan  kənardakı  regionlarda  maraqlarının  müdafiəsinə 
əsaslandığı  xarici  siyasəti  kimi  qəbul  olunmalıdır.  Məsələn, 
ABŞ-ın  Xəzər  regionu  siyasəti  vardır,  bu  siyasət  həm  enerji 
resursları üzərində qurulur, həm də iki böyük güc mərkəzi olan 
Rusiya  və  Çin  arasında,  eləcə  də  Hindistanla  Rusiya  arasında 
strateji  məkan  üzrə  təşkil  olunur.  Böyük  dövlətlər  adətən 
şəbəkələşmiş  regional  siyasət  həyata  keçirirlər.  Dövlətin 
beynəlxalq münasibətlərdə gücünü təsnif etdikdə, belə qənaətə 
gəlmək olar ki, dövlətin nüvəsinin gücünü yaradan ilk növbədə 
onun  daxili  regional  siyasətidir.  Daxili  regional  siyasət 
dövlətin 
sərhdələrinin 
güclənməsinə 
də 
xidmət 
edir. 
Şəbəkələşmiş  regional  siyasət  də  əslində  həm  dövlətin  daxili 
nüvəsinə, həm də regional potensialının artmasına xidmət edir. 
Şəbəkələşmiş  regional  siyasət  sərhədlərdən  kənarda  yerləşən-
sərhədlərdən keçən tranzit siyasəti sayəsində “bərk sərhədlər”in 
formalaşmasının  qarşısını  alır.  Sərhdələri  keçən  siyasət  bu 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   ...   102




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə