Microsoft Word Beynelxalq munasibetler doc



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə42/102
tarix07.04.2018
ölçüsü2,8 Kb.
#36427
1   ...   38   39   40   41   42   43   44   45   ...   102

 
123 
 
da  daxil  olmaqla,  dövlət  rəhbərinə  qədər  piramidal  qaydada 
şaxələnir.  Dövlət  rəhbəri  dövlətlərarası  və  hökumətlərarası 
beynəlxalq müqavilələri bağlayır, dövlətlərarası və Azərbaycan 
Respublikasının  qanunlarından  fərqli  qaydalar  nəzərdə  tutan 
hökumətlərarası  müqavilələri  təsdiq  və  ləğv  olunmaq  üçün 
Azərbaycan  Respublikasının  Milli  Məclsinə  təqdim  edir; 
təsdiqnamələri  imzalayır  (Azərbaycan  Konstitusiyası.  Maddə 
109).  Dövlət  rəhbəri  mərkəzi  istiqamətverici,  idarəedici  və  bu 
idarəetmə  çərçivəsində  nəzarətedici  funksiya  daşıyır.  (Bax, 
Xarici İşlər Nazirliyinin Əsasnaməsi. Əsasnaməni təsdiq etmək 
səlahiyyəti də dövlət rəhbərinə məxsusdur).  
 
Beynəlxalq münasibətlərin prinsipləri  
(beynəlxalq hüququn prinsipləri) 
 
Prinsip  bir  anlayış  olaraq  özündə  qətiliyi,  vahidliyi  və 
konkretliyi  əks  etdirir.  Bu  baxımdan  da  istənilən  obyektə  və 
hərəkətə, eləcə də təsirlərə münasibətdə müəyyənedici anlayış 
kimi  qəbul  olunmalıdır.  Prinsip  tərkiblərin  müəyyən  olun-
masında  əsas  kriteriyaları  özündə  əks  etidirən  bir  anlayışdır. 
Prinsip  həm  də  imperativliyin,  qəti  hərəkətlərin  və  yolların 
əsaslarını  yaradır.  Prinsip  müəyyən  edən  tərəflər  öz  fəaliyyət-
lərini  konkret  istiqamətlər  üzrə  qururlar.  Prinsip  hərəkətlərin 
standartlarla, 
ölçülərlə, 
hədlərlə 
mərkəzləşdirilməsinin 
əsaslarını  meydana  gətirir  və  hərəkətlərin  koordinatlar  üzrə 
edilməsinin əsaslarını formalaşdırır. Bu baxımdan hərəkətlərdə 
və  münasibətlərdə  meyarları  meydana  gətirir.  Prinsiplər 
mərkəzi  müəyyən  edən  və  ətrafları  sistemləşdirən,  struktur-
laşdıran  anlayışlar  kimi  böyük  əhəmiyyət  kəsb  edir. 
Münasibətlər  sahəsində  prinsiplər  baza  etibarilə  ədalətli 
olmaqla, balanslaşdırılmağa xidmət edir. Prinsiplər hərəkətlərin 
müəyyən  istiqamətlər  üzrə  axın  yaratmasının  əsaslarını 
meydana  gətirir.  Prinsiplər  münasibətlərin  həm  liberallaş-
masına,  həm  də  qorunmasına,  mühafizəsinə  xidmət  edir. 


 
124 
 
Münasibətlərdə  olan  prinsiplər  tərəfləri  müəyyən  mərkəzlər 
üzrə bir araya gətirir.  
Prinsip,  anlayş  kimi  baza  etibarilə  fəaliyyətin  əsaslarını 
təşkil  edir.  Prinsiplər  fəaliyyətin  əsas  istiqamətlərini  müəyyən 
edir.  Prinsiplər  qaydalardır  ki,  hər  kəs  də  bu  qaydalara  tabe 
olmağı  başlıca  məqsəd  kimi  qarşılarına  qoyur.  Prinsiplər 
standartlar  kimi  əhəmiyyət  kəsb  edirlər.  Burada  məqsədlər  və 
vəzifələr  və  bunların  əsasları  da  müəyyən  olunur.  Prinsip 
müəyyən  qaydaları  özündə  əks  etdirir.  Cəmləşdirici,  eləcə  də 
tərkiblərə ayırıcı rolu oynayır. Prinsiplər təbii zərurəti  yaradır 
və  obyektiv  gerçəkliklərin  ortaya  çıxmasını  təmin  edir.  Bu 
baxımdan  təbii  və  ədalətli  əlaqələrin  meydana  gəlməsinin 
əsaslarını  təşkil  edir.  Bununla  yanaşı,  obyektiv  aləmlə 
subyektiv  idrakın  sistemli  əlaqəsini  və  vəhdətini  təşkil  edir. 
Prinsiplər hər hansı bir məsələyə yanaşdıqda müəyyən qaydalar 
və  standartlar  amilini  üzərə  çıxarır.  Prinsiplərin  müəyyən 
edilmısi  təbii  zərurətə  əsaslanır.  Təbii  ehtiyaclar  münasibətləri 
formalaşdırmaq  üçün  zərurətin  meydana  gəlməsinin  əsaslarını 
təşkil edir.  
Beynəlxalq  münasibətlərin  prinsipləri  dedikdə,  dövlət-
lərin siyasətlərini əks etdirən, onların qarşılıqlı münasibətlərini 
xassələndirən 
imperativ 
qaydalar 
nəzərdə 
tutulmaldır. 
Dövlətlər  öz  xarici  siyasətlərini  beynəlxalq  münasibətlərin 
prinsiplərinə uyğun qururlar. Prinsiplər ayrı-ayrı sahələri əhatə 
etməklə  həmin  sahələr  üzrə  hərəkətlər  qaydalarını  yaradır. 
Prinsiplər bu baxımdan həm universal, həm də konkret sahələrə 
aid  edilir.  İmperativ  qaydalar  dövlətlər  arasında  normal 
münasibətlərin  əsaslarını  təşkil  edir,  dövlətləri  eyni  hərəkətlər 
etməyə  vadar  edir  və  buna  görə  də  dövlətlər  sabit  inkişaf 
vəziyyətində münasibətlər qururlar. Beynəlxalq münasibətlərin 
prinsipləri  və  vahid  normalar  dövlətlərin  qarşılıqlı  şəkildə 
vəhdət 
təşkil 
edərək 
əlaqələr  yaratmasının  əsaslarını 
müəyyənləşdirir. 


 
125 
 
Beynəlxalq münasibətlərin prinsipləri daha çox beynəlxalq 
münasibətlərin  real  əsaslarına  xidmət  edir.  Bununla  yanaşı, 
prinsiplər  ideallığı  da  əks  etdirir.  Belə  ki,  beynəlxalq 
münasibətlərin  əsas  prinsipləri  dövlətləri  və  xalqları  müxtəlif 
inkişaf  fərqlərinə  və  səviyyələrinə  baxmayaraq,  bərabar 
əsaslarla  eyni  səviyyədə  görür.  Bu  baxımdan  da  prinsiplər 
beynəlxalq  münasibətlərin  rəngarəngləşməsinin  əsaslarını 
yaradır  və  beynəlxalq  münasibətlər  sisteminin  ədalətli 
məzmunda formalaşmasının əsaslarını meydana gətirir.  
Prinsiplər  həm  də,  əvvəlcə  qeyd  olunudğu  kimi, 
standartlardır  və  müəyyən  hədləri  yaradandır.  Bu  standartlar 
vasitəsilə dövlətlər bir-biriləri ilə əlaqələr yaradırlar. Prinsiplər 
baza  etibarilə  qarşılıqlı  etimadın  təmin  olunmasına  əsaslanır. 
Beynəlxalq münasibətlərin prinsipləri dövlətlərin dinc şəraitdə, 
sabit  vəziyyətlərdə  münasibətlər  yaratmalarının,  əlaqələr 
qurmalarının  əsaslarını  təşkil  edir.  Prinsiplər  vəzifələrin  və 
məqsədlərin  müəyyən  əsaslarını  təşkil  edir.  Prinsiplər 
beynəlxalq  hüquq  normalarının  tərtib  olunmasının  və  tətbiq 
edilməsinin  əsaslarını  təşkil  edir  və  beynəlxalq  hüququn 
prinsipləri  universal  əhəmiyyət  kəsb  edir.  Ümumiyyətlə, 
prinsiplər  məqsədlər  müəyyənedici,  maraqlar  formalaşdırıcı; 
hərəkətləri  istiqamətləndirici,  hədəfləri  müəyyənedici;  tərəfləri 
qoruyucu  və  sərbəst  hərəkətləri  yaradıcı  kimi  funskinal 
əhəmiyyətə  malik  olur.  Prinsiplər  ədalətə  söykənən  düzgün 
istiqamətli qaydalardır və bu qaydaların əks olunduğu normativ 
tələblərdir.  Prinsiplər  münasibətlərdə  həm  də  güclü  tərəfin 
potensialını  və  güclü  tərəfin  real  imkanlarının əsaslandırılması 
üçün vacib əhəmiyyət kəsb edir.  
Baza 
prinsiplər  şaxələnir 
və 
ayrı-ayrı 
sahələrdə 
münasibətlər üçün yeni prinsiplər ortaya çıxır. Bu baxımdan da 
prinsiplər 
beynəlxalq 
münasibətlərin 
ümumi 
əsaslarla 
formalaşmasını  təmin  edir  və  konkret  əsaslarla  onun  tərkibini 
zənginləşdirir.  Beynəlxalq  hüququn  hamı  tərəfindən  qəbul 
olunmuş  prinsipləri  (bu  prinsiplər  ondur  və  universal 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   102




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə