129
Coğrafi məkanın müəyyən edilməsi təbii ki, fiziki
quruluşla- dağlarla, dənizlərlə, qitə və materiklərlə, okeanlarla
şərtləndirilir. Məsələn, Atlantika (Şimali Atlantika, Cənubi
Atlantika) regionu, Asiya-Sakit okean regionu, Avropa
regionu, Cənubi Qafqaz regionu, Rusiyanın Avropa regionu,
Xəzər regionu, Mərkəzi Asiya regionu, Qara dəniz regionu,
Aralıq dənizi regionu, Cənubi Asiya regionu, Uzaq Şərq
regionu, Asiya-Sakit okean regionu, Fars körfəzi regionu,
Şimali Afrika regionu, Qərbi Afrika regionu, Avstraliya və
Okeaniya regionu və s. coğrafi-siyasi məkanlar dünya
siyasətində böyük əhəmiyyət kəsb edirlər.
Regionların formalaşmasında kriteriyalar və resurslar
(vasitələr) olaraq: məkan, məkanın landşaftı, məkanın ərazi
quruluşu; dövlətlərin ərazilərində yaşayan xalqların milli
xüsusiyyətləri, o cümlədən mədəni göstəriciləri; məkan
üzərində olan (məsələn, dağlar, okeanlar, dənizlər, çaylar və ya
göllər arasında olan məkandakı resurslar) resurslar; tarixi
inkişaf proseslərinin xüsusiyyətləri və sivil inkişaf əsasları
mühüm şərtdir. Regionları bir-birindən ayıran vasitələr-su
məkanı vasitəsi kimi-dənizlər, məsələn, Qara-Aralıq dənizi
regionları; Ərəb dənizi-Fars körfəzi-Qırmız dəniz regionları;
Atlantik okeanının birləşdirdiyi və iki qitəni əhatə edən
Atlantik regionu; (Qeyd: holland mənşəli Amerika alimi
Nikolas Spikmen (1893-1894) “Midland Ocean” –“Orta
Okean” anlayışını işlətmişdir. Burada “Orta Okean”
(Atlantik okeanının şimal hissəsi) anlayışı ayırıcı yox,
birləşdirici faktor rolunu oynayır və “mare internum”-
“daxili dəniz” rolunun oynayır. Rus müəllifi Aleksandr
Duqinə görə bu, şərti olaraq “atlantika kontinenti” adlan-
dırılmalıdır. Quru yollarının arasında Atlantik okeanı
yerləşir və burada quru yollarını birləşdirən “göl” mənasını
verir. Bu nəzəri “kontinent”, “yeni Atlantida” Qərbi Avropa
mənşəli mədəniyyətlə, liberal-kapitalizm və demokratiya
ideologiyası ilə, vahid siyasi, etik və texnoloji taleylə ümumi
130
bağlılığa malikdir)
1
quru-dağlar vasitəsilə ayrılan regionlar-
məsələn, Avropa və Asiya regionları, Böyük Qafqaz dağı ilə
ayrılan Cənubi Qafqaz regionu və s.; tarixi inkişaf
mərhələləri və xüsusiyətləri nöqteyi-nəzərdən -Qədim Şərq
regionu, Asiya-Şərq regionu (burada Çini, Hindistanı tarixi
dövlətlər kimi qəbul etmək lazımdır) və s.; sivil inkişaf və
mədəni xüsusiyyətlərin fərqləndiyi regionlar-Avropa-Qərb
mədəniyyəti regionu və Asiya-Şərq mədəniyyəti regionu və s.;
texniki vasitələrin inkişafı regionları-Qərbi Avropa-ABŞ-
Yaponiya-Cənubi
Koreya-Avstraliya-Cənubi
Afrika
(bu
ölkələrə dünyanı üzdə saxlayan və bir növ uçmasını təmin edən
“dünyanın inkişaf qanadları” kimi də ad vermək olar).
Dünyanın hərb regionları; sülh regionları kimi anlayışları da
qəbul edilir.
Regionlar da məkan böyüklüyü və digər potensial hesabına
(burada coğrafi mövqe amili və tranzit birləşdirici mərkəz
kimi əhəmiyyət kəsb etməsi) təsnif oluna bilirlər. Regionların
əhəmiyyəti həm də onların aid olduqları məkanların
resurslarının əhəmiyyəti ilə əlaqəlidir. Bununla yanaşı,
regionlarda yerləşən dövlətlərin siyasi nüfuzları və dövlətlərin
beynəlxalq aləmə təsir etmək imkanları da əsas kriteriya kimi
götürülməldir. Məsələn, Avropa regionunun dünya siyasətinə
təsiri və onun beynəlxalq aləmdə iştirak səviyyəsi burada
yerləşən dövlətlərin inkişaf səviyyəsi ilə əsaslanmalıdır.
Avropa regionunu özündə aparıcı gücə malik olan (Almaniya,
Fransa, B.Britaniya, İtaliya) kimi güc mərkəzləri vardır. Resurs
zənginliyi də regionların dünya siyasətində əhəmiyyətlərini
genişləndirir.
Dünya
siyasətində
regionların
da
təsir
baxımından bir-biri üzərində siyasi, iqtisadi və hərbi çəkisi
meydana gəlir. Regionların təsir baxımından təsnifatı meydana
gəlir. Bu təsnifat da regionların beynəlxalq statusunu ortaya
1
Александр Дугин. Д80 Основы геополитики. Геополитические
будущее России. Мыслить Пространством - Изд.4-е, Москва,
«АРКТОГЕЯ-центр», 2000-928 стр., səh. 65.
131
çıxarır. Strateji əhəmiyyət kəsb edən məhsullar (məsələn, neft-
qaz) da regionları meydana gətirir. Bu baxımdan da neft-qaz
regionları, daş kömür regionları, metal filizləri regionları,
balıqçılıq regionları və s. anlayışı da işlədilir.
Regionun siyasi strukturunu, müstəvisini dövlətlər
yaradırlar. Dövlətin öz coğrafi məkanında həyata keçirdiyi
və onunla eyni (qonşu, yaxın) coğrafi məkanda olan
dövlətlərlə həyata keçirdiyi siyasəti dövlətin regional
siyasəti adlanır. Qeyd olunduğu kimi, regional siyasət
dedikdə, dövlətlərin müəyyən coğrafi regionlarda (ilk növbədə
özünün təşəkkül tapdığı regionda) həyata keçirdikləri siyasət
başa düşülməlidir. Regional siyasəti də təsnif etmək olar: daxili
(inner) və kənar (outer). Daxili regional siyasət anlayışı
dövlətin öz coğrafi məkanında yerləşdiyi ərazidə tətbiq etdiyi
siyasət kimi qəbul olunmalıdır. Məsələn, Rusiyanın Xəzər
siyasəti dedikdə, o qəbul olunmalıdır ki, Xəzər həm də
Rusiyaya da aid olan bir məkandır. Buna Qara dənizi də aid
etmək olar. Xarici regional siyasət anlayışı isə dövlətin öz
regionundan kənardakı regionlarda maraqlarının müdafiəsinə
əsaslandığı xarici siyasəti kimi qəbul olunmalıdır. Məsələn,
ABŞ-ın Xəzər regionu siyasəti vardır, bu siyasət həm enerji
resursları üzərində qurulur, həm də iki böyük güc mərkəzi olan
Rusiya və Çin arasında, eləcə də Hindistanla Rusiya arasında
strateji məkan üzrə təşkil olunur. Böyük dövlətlər adətən
şəbəkələşmiş regional siyasət həyata keçirirlər. Dövlətin
beynəlxalq münasibətlərdə gücünü təsnif etdikdə, belə qənaətə
gəlmək olar ki, dövlətin nüvəsinin gücünü yaradan ilk növbədə
onun daxili regional siyasətidir. Daxili regional siyasət
dövlətin
sərhdələrinin
güclənməsinə
də
xidmət
edir.
Şəbəkələşmiş regional siyasət də əslində həm dövlətin daxili
nüvəsinə, həm də regional potensialının artmasına xidmət edir.
Şəbəkələşmiş regional siyasət sərhədlərdən kənarda yerləşən-
sərhədlərdən keçən tranzit siyasəti sayəsində “bərk sərhədlər”in
formalaşmasının qarşısını alır. Sərhdələri keçən siyasət bu
Dostları ilə paylaş: |