132
siyasəti tətbiq edən dövlətin qlobal maraqlarının formalaş-
masına xidmət edir. O dövlətlər şəbəkələşmiş regional siyasət
həyata keçirə bilirlər ki, qlobal gücə malik olmuş olsunlar.
Qlobal gücü də şəbəkələşmiş regionlar əmələ gətirir.
Şəbəkələşmiş regional siyasət dövlətlərin güc təsiri məkan-
larının şəbəkələşmiş formasını zəruri edir. Dövlətlərin xarici
siyasətinin sərhədlər ətrafında, öz məkanlarının sərhədlərindən
kənardakı məkanlar üzrə formalaşması regional siyasəti
meydana gətirir. Regional siyasət regional münasibətlər
sistemini formalaşdırır. Bundan da regional əlaqələrin baza
məzmunu ortaya çıxır və forma meydana gəlir. Beynəlxalq
münasibətlərin regional forması regional əlaqələr sistemini və
mexanizmisini formalaşdırır. Regional təşkilatların yaranması
prosesləri və zərurəti də regional maraqların unifikasiyasından
və siyasətin bütövləşməsindən meydana gəlir.
Regiondan kənarda (uzaqda) yerləşən dövlətlərin də
müəyyən regionlar üzrə siyasətləri meydana gəlir. Belə maraq
göstərən dövlətlər əsasən böyük potensiala malik olan dövlətlər
hesab olunmalıdırlar. Strateji səviyyədə maraqların formalaş-
masının arxasında böyük potensial dayanır. Böyük potensial
güc olaraq regional maraqları böyüdür və onu qlobal formaya
qədər dartır. Böyük dövlətlərin öz yerləşdikləri regionlarından
kənarda siyasət məkanları və dairələri formalaşır. Məsələn,
ABŞ-ın Xəzər regionu siyasəti, Rusiyanın Ərəb dünyasında
siyasəti, Türkiyənin türk dünyasında siyasəti, Hindistanın
Asiyada regional siyasəti, Çinin və Yaponiyanın Uzaq Şərq
siyasəti, Çinin Sakit Okean siyasəti və s. kimi ifadələr də
işlədilir. Bu baxımdan regional siyasətə iki aspektdən
yanaşmaq olar: birincisi, region dövlətlərinin özlərinin
regiondakı siyasətləri, ikincisi, regiondan kə
133
toqquşma və rəqabət ortaya çıxır. Regionda və regiondan
kənarda olan siyasət sahələri mexanizm və sistem təşkil edir.
Bundan da beynəlxalq münasibətlər sistemləri (regional və
qlobal miqyasda) meydana gəlir. Regionlarda olan siyasət,
eləcə də qlobal məzmunlu siyasət əsasən ideoloji amillərlə də
böyüyür. Məsələn, vaxtilə mövcud olmuş sosialist-kommunist
regionları, kapitalist regionları buna nümunə ola bilər. Eyni
zamanda demokratiya və totalitar rejimlər regionları anlayışları
da mövcuddur. İdeoloji elementlər və tərkib kriteriyalar
(məkanlar üzərində olan) məkanların böyüməsinə xidmət edir.
Məsələn, SSRİ-nin rəhbərlik etdiyi sosializm-kommunizm
geosiyasi regionu XX əsrdə daima genişlənmə proseslərini
yaşamışdır. Sonda isə kapital əsaslı rejimlər tərəfindən
məğlubiyyətə uğramışdır.
Coğrafi məkanlar dövlətlərin daxil olduqları beynəlxalq
münasibətlər (regional və qlobal) sferalarını ortaya çıxarır.
Məhz beynəlxalq münasibətlər məkanlar üzərində quruldu-
ğundan (məkan üzərində olan elementlər və onlardan istifadə
üsulları) münasibətlərin məkan əhatəsi anlayışı ortaya çıxır.
Bundan da regional geosiyasət formalaşır. Regional
geosiyasət - regionun siyasətini formalaşdıran dövlətlərin
fəaliyyətini birləşdirən və bu fəaliyyətin struktur və
mexanizmlərini meydana gətirən coğrafi-canlı siyasətdir.
Regional geosiyasət regionda siyasi orqandır ki, bu orqan da
mexanizm aparatı olaraq münasibətləri tənzim edir.
Məkanlarda siyasət axınları da təsnif olunur. Dövlətlər bu
baxımdan regionda və regiondan kənarda iştirak etmək
imkanları əldə edirlər. Dövlətlərin regional münasibətləri
formalaşır. Regional münasibətlər regional maraqlardan irəli
gəlir. Regional maraqlara dövlət maraqları və onun tərkibi olan
etnik və milli maraqlar, iqtisadi və siyasi maraqlar, regionçuluq
marağı daxil olur.
Dövlətin nüvəsinə yaxın olan əsas maraq regional
maraqdır. Regiondan uzaqlaşdıqca təsir imkanları da zəifləyir.
134
Periferik maraqlar dövlətin sonrakı (genişlənməkdə olan
mərhələli) maraqlarına söykənir. Regional maraqlar dövlətlərin
regionlarda həyata keçirdikləri siyasətdən meydana gəlir.
Regional maraqlar dövlətləri regionda güclərinə görə təsnif
etmək imkanlarını üzərə çıxarır. Regional maraqlar qlobal və
bu baxımdan şaxəli maraqların formalaşmasını meydana
gətirir. Qlobal məzmunlu və formalı siyasət regionların
birləşməsində böyük əhəmiyyət kəsb edir. Şəbəkələşmiş
siyasət-regional siyasətlərin cəmləşməsi baza etibarilə böyük
dövlətlərin regionlarda təsir imkanlarını ortaya çıxarır. Güclü
dövlətlərin qruplaşmasını meydana gətirir və kiçik gücə malik
olan dövlərin isə böyük dövlətlər ətrafında toplanmasının
əsaslarını yaradır.
Regional siyasət həm regionda iştirak edən dövlətlərin
fəaliyyətindən ortaya çıxır, həm də dövlətlərin gücündən və
sayından meydana gəlir. Bu baxımdan da regional siyasət
forma nöqteyi-nəzərdən təsnif olunur: böyük regionda olan
siyasət (Avropa, Şərq, Amerika regionları); orta miqyaslı
regionda olan siyasət (Xəzər-Aralıq dənizi regionları və s.)
və kiçik regionda olan siyasət (Cənubi Qafqaz, Mərkəzi
Asiya, Fars Körfəzi regionu və s.)
Beynəlxalq münasibətlərin coğrafi məkanlar üzrə
formalaşması-qlobal xarici siyasət
Bu gün dünyada meydana gələn cərəyanların çoxluğu,
cərəyan istiqamətlərinin artması, bu baxımdan da qovuşması və
toqquşması onun həm sadəliyini, həm də mürəkkəbliyini ortaya
çıxarır. Dünyanın inkişafını şərtləndirən material və maddi
vasitələr resurslar və onlar üzərində yeni-yeni istifadə
metodlarını meydana gətirir. Dünyanın inkişaf etmiş region-
larındakı ardıcıl, davamlı və mürəkkəb məzmunda baş verən
proseslər qlobal məzmun kəsb edir. Qloballaşma həm də digər
ölkələrdə bas verir və inkişaf etmiş və inkişaf etməkdə olan
Dostları ilə paylaş: |