127
öhdəlik, məsuliyyət özü də prinsiplərdir. Hüquq haqdır və
mövcudluğun, varlığın ədalətli təzahürüdür. Dövlətlər konkret
öhdəliklər qəbul edirlər və prinsipləri də həmin istiqamətlər
üzrə müəyyən edirlər. Beynəlxalq münasibətlərin prinsipində
dövlətlərin daxili ehtiyaclarının ədalətlə təmin edilməsi üçün
beynəlxalq birliyin təmin olunması dayanır. Beynəlxalq
münasibətlərin prinsipləri əsasən vahid dünya siyasətinin
ədalətlə inkişafına əsaslanır. Beynəlxalq münasibətlərin
prinsipləri beynəlxalq münasibətlərin bütövləşməsinə və dünya
siyasətinin strukturlara bölünməsinə xidmət edir. Beynəlxalq
münasibətlərin nəzəri və ədalətli prinsipləri dövlətlər üçün
sərbəst hərəkət imkanlarını yaradır və dövlətlərin sərbəst
fəaliyyətinin əsaslarını təşkil edir.
Beynəlxalq münasibətlərin prinsipləri vahid hərəkətlərin
əsaslarını yaradır. Beynəlxalq hüquq
beynəlxalq münasibətlərin
ədalətli qurulmasının əsaslarını formalaşdırır. Beynəlxalq
hüquq dövlətlərin həm hüquqlarını qəbul edir, həm də onların
vəzifə
və
səlahiyyətlərini
müəyyənləşdirir.
Beynəlxalq
münasibətlərdə dövlətlərin hüquqlarının mövcudluğu elə
prinsiplərin əsaslarını müəyyən edir. Beynəlxalq hüququn on
mühüm prinsipi beynəlxalq münasibətlər sferasında dövlətlərin
ədalətli davranışlarını meydana gətirir. Ədalətli davranma özü
də tarazlığı ortaya çıxarır. Beynəlxalq hüququn prinsiplərinə
əməl edilməsi sayəsində dövlətlər arasında vahid ədalətli
münasibətlər formalaşdırılır və əlaqələr qurulur.
Beynəlxalq münasibətlərin coğrafi məkanlar üzrə
formalaşması-regional xarici siyasət
Siyasət onun əhatə olunduğu məkanlar baxımından bütün
sahəni əhatə edir. Siyasət cəmiyyətin üzvlərinin simasında
məkanı əhatə etmək xüsusiyyətlərinə malik olur. Dünya
siyasəti dünya dövlətlərini əhatə edir, beynəlxalq münasibətlər
siyasəti isə dövlətlərin aralarında olan sahələri əhatə edir.
128
Dövlət hakimiyyətinə aid olan strukturlar dövlətlərdən-
dövlətlərə siyasətlərin yayılmasını təmion etmək xüsusiyyət-
lərinə malik olurlar. Bu baxımdan da siyasət məkanlardan -
məkanlara keçmək xassələrinə malikdir. Siyasətin məkanlar
üzrə dalğalanması amili meydana gəlir. Siyasi hadisələrin
məkanlar üzrə cəmləşməsi prosesləri yaranır.
Siyasət öz böyüklüyünə görə və məkanı əhatə etmək
baxımından
regional və
qlobal (burada regionlar birləşmə-
lərindən yaranan böyük mıəkanlar nəzərdə tutulur. Qloballıq
həm də proseslərin çoxluğundan yaranan vəziyyətlərdən də
ortaya çıxır. Siyasətin məzmun baxımından mürəkkəbliyi
onun qloballığını yaradır. Qloballaşma özü də dünya
siyasətinin yeni zamanlarını meydana gətirir) məzmuna
bölünür. Siyasətin regional və qlobal formasının meydana
gəlməsində həm də coğrafi amillər və geosiyasət mühüm rol
oynayır. Dövlətlərin müəyyən regionlarda iştirakları və
subyektlər kimi siyasəti formalaşdırmaları (regional dövlət
maraqları, xalq amilini özündə cəmləşdirən milli maraqlar)
əslində regional siyasəti meydana gətirir. Hər bir dövlət
müəyyən coğrafi məkanda yerləşir. Coğrafi məkan şəraiti və bu
şəraiti meydana gətirən elementlər dövlətlərdə yaşayan
xalqların etnik xüsusiyyətlərinin formalaşmasına təsirlər
göstərir. Dövlətlər də regionlarda güclərinə görə bölünürlər.
Güclü dövlətlər daha çox təsiredici obyektlər və subyektlər
kimi əhəmiyyət kəsb edirlər. Xalq özünün
təbii xüsusiyyətlərini
məhz öz yaşadığı ərazinin təbii xüsusiyyətlərindən götürür.
İnsanlar təbii amilləri məkanlardan-məkanlara daşıyırlar.
Dövlətlər öz tərkibində yaşayan xalqların müxtəlif etnik
xüsusiyyətlərinin olmasına baxmayaraq, öz aralarında vahid
qaydalar yaradırlar. Vahid qaydalar və normalar əsasən
insanlara xidmət üçün təşkil edilir. Burada xalqların hansı
mədəniyyətə məxsus olmaları münasibətlərdə-xüsusilə rəsmi
münasibətlərdə obyekt kimi qəbul oluna bilməz. Münasi-
bətlərdə insanlıq amili əsas predmetdir.