Microsoft Word Beynelxalq munasibetler doc



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə52/102
tarix07.04.2018
ölçüsü2,8 Kb.
#36427
1   ...   48   49   50   51   52   53   54   55   ...   102

 
153 
 
hədə  qorxu  ilə,  qəsdən  böhran  yaratmaqla  və  s.)  deməli, 
ədalətsiz  davranmış  olur.  Ədalətsiz  davranış  da  kəskin 
qarşıdurmalara  gətirib  çıxara  bilir.  Beynəlxalq  hüquq  sistemi 
nəzəri  və  təcrübi  baxımından adətən  ədalət  meyarları üzərində 
qurulur.  Bu  normalar  o  məqsədlə  yaradılır  ki,  dövlətlər 
arasında  münasibətlər  də  ədalətlə  tənzim  edilsin  və  dövlətlər 
arasındakı  ədalətin  özü  də  etik  davranışları  yaratsın. 
Beynəlxalq  hüquq  toqquşmalara  yol  verməmək  üçündür. 
Ədalət  pozulanda  toqquşmalar  yarana  bilər  və  əlaqələrdə 
mövcud  olan  sabitlik  də  pozula  bilər.  Xarici  siyasətin  etikası 
xarici siyasətin ədalətli olaraq təkmilləşməsinə xidmət edir.  
Dövlətlərin beynəlxalq aləmdə etik davranışları beynəlxalq 
sülhün  təmin  edilməsinə  yönəlir.  Ədalətli  davranış  sayəsində 
dövlətlərin  sabit  şəraitdə  formalaşa  biləcək  birliyi  meydana 
gəlir.  Yüksək  səviyyəli  davranış,  etik  normaları  dövlətin  həm 
də  potensialını  artırır.  Belə  ki,  beynəlxalq  aləmdə  etibar 
qazanmaq  məsələsi  ortaya  çıxır  və  etibarlı  və  inamlı 
əməkdaşlar  və  tərəfdaşlar  meydana  gəlir.  Məsələn, 
Azərbaycan  dövlətinin  beynəlxalq  hüquq  normalarına,  ədalət 
prinsiplərinə  əməl  edərək  münasibət  yaratması,  əlaqələr 
qurması  bir  tərəfdən  Azərbaycanla  dost  olan  və  strateji 
müttəfiq  olan  ölkələrin  sayını  artırır,  digər  tərəfdən 
Azərbaycana  sərmayə  axınını  gücləndirir.  Azərbaycan  beynəl-
xalq  aləmdə  humanist  dövlət  kimi  imic  qazanır  və  status 
formalaşdırır.  Elə  hallar  da  olur  ki,  dövlətlər,  xüsusilə  böyük 
dövlətlər,  beynəlxalq  hüquq  normalarını  pozurlar.  Bu  pozma 
halları  xüsusilə  rəqabət  zamanı  ortaya  çxıır.  Eyni  zamanda 
geosiyasətin  formalaşmasında  da  yaranır.  Dövlətlər  geosiyasi 
maraqlarını  böyüdürlər  və  bu  böyütmə  prosesləri  bir  çox 
hallarda  dövlətlərin  razılaşdıqları  ümumi  qaydalardan  kənara 
çıxır.  Geosiyasi  maraqlar  beynəlxalq  hüquq  normalarını 
kölgədə qoyur. Beynəlxalq hüquq güc tətbiqi sayəsində zəif bir 
vasitəyə çevrilir.  Beynəlxalq güc vasitəsi olan dövlətlər lazımi 
anlıarda, milli və dövlət maraqlarının tələb etdiyi anlarda özləri 
tərəfindən qəbul olunmuş normaları da özləri pozurlar.  


 
154 
 
Dövlətin xarici siyasətinin müəyyən olunmasında və 
formalaşmasında dövlət rəhbərinin rolu  
 
Siyasət  insanların  daxilindən  gələn  və  hərəkətləri  və 
mövqeləri ilə müşahidə olunan bir anlayışdır. Bu baxımdan da 
siyasəti  insanlardan  kənarda  axtarmaq  lazım  deyil.  Siyasət 
insanlar  tərəfindən  özlərinə  xidmət  üçün  müəyyən  edilən  bir 
vasitədir.  Siyasət  insanların  maraqlarının  əks  olunduğu 
sahələrə  görə  sahələrə  malik  olur.  Siyasət  insanların  müəyyən 
sərhədləri  olan  coğrafi  məkanlarda  fəaliyyətinin  rəsmi 
inikasıdır.  Siyasət  onu  müəyyən  edənlərdə,  icra  edənlərdə 
istedadı,  qabiliyyəti,  savadı,  liberal  düşüncəni,  möhkəm 
iradəni,  risqli  addımlar  atmaq  qabiliyyətini,  çevik  reaksiyanı, 
istedadı,  səbir  və  dözümü,  zamanı  və  şəraiti  dəyərləndirmək 
qabiliyyətini,  müdrikliyi  və  humanizmi,  eləcə  də  bu  kimi 
xüsusiyətləri  özündə  cəmləşdirən  bir  fəaliyyət  peşəsidir. 
Siyasət,  eyni  zamanda  rasional  normaları,  müdafiə  və  hücüm 
strategiyasını və taktikasını baza olaraq özündə əks etdirən bir 
fəaliyyət  sahəsidir.  Siyasət  və  xidmət  amili  vəhdətlik  təşkil 
edir.  Xidmət  edən  tərəfin  yaxşı  xidmət  etmək  düşüncəsi  və 
istəyi (siyasətçi əks tərəfə yaxşı xidmət etməklə, həm də özünə 
xidmət etmiş olur. Çünki yaradılan cəmiyyətdə o da bir üzvdür) 
siyasətin  praqmatik  əsaslarını  təşkil  edir.  Şəxsiyyətin  şəxsi 
keyfiyyətləri  həm  sabit  və  rasional  əsaslı  sistemlərin 
yaradılmasında  böyük  rol  oynayır,  həm  də  siyasi  fikirlərin 
istiqamətləndirilməsində  böyük  əhəmiyyətə  malik  olur. 
Şəxsiyyət  və  pozitiv  (burada  müsbət)  siyasətin  vəhdəti  elə 
inkişafın  özüdür.  Şəxsiyyətlər  siyasi  inkişafı  şərtləndirən 
hərkatların  formalaşmasında  iştirak  edirlər.  Siyasətin  rasional 
və  empirik  məzmunu  istedadla  və  yüksək  qabiliyyətlə  icra 
olunan  siyasətdən  asılıdır.  Siyasi  rəhbərlərin  yüksək  keyfiy-
yətləri  və  əxlaqi  dəyərləri  cəmiyyətlərin  avanqard  elementinə 
çevrilir.  Şəxsiyyətlər  ictimai  proseslərin  yeniləşməsinə  təsir 
göstərmək  imkanlarına  malik  olurlar.  Şəxsiyyətin  nitqi 


 
155 
 
cəmiyyətdə  və  dövlət  siyasətində  proqram  xarakteri  kəsb 
edərək,  siyasətin  istiqamətləndirilməsində  mühüm  əhəmiyyət 
kəsb edir. 
Siyasət  iki  baza  istiqamətdə  həyata  keçirilir:  birincisi, 
müəyyən  hərəkətlərin  istiqamətləndirilməsi,  ikincisi  isə  hüquq 
normalarının  qəbulu  və  icrası  yolu  ilə.  Bu  iki  istiqamətin 
vəhdəti meydana gəlir və bütövlükdən də vahidlik ortaya çıxır. 
Bu  iki  istiqamət  bir-birinə  xidmət  edir.  Siyasətçilər  siyasəti 
yönləndirirlər  və  bu  istiqamətdə  normalar  yaradırlar  və  tətbiq 
edirlər.  Yaradılan  və  qəbul  olunan  normalar  da  siyasətə 
istiqamətlər  verirlər.  Siyasi  axınlar  üçün  siyasətçininin 
fəaliyyəti böyük  əhəmiyyət kəsb edir.  Bu baxımdan da siyasət 
axınlardan  və  axınları  tənzim  edən  qaydalar  olan  hüquq 
normalarının  qəbul  edilməsindən  və  icrasından  asılıdır.  Xarici 
siyasət də axınlardan (hərəkətlərdən) və normalar yaratmaqdan 
ibarətdir.  
Siyasətin ən çevik şəkildə icrası onu dərk etməkdən, şəraiti 
dəyərləndirməkdən  və  çevik  cavablardan  (reaksiyalardan) 
asılıdır.  Siyasətin  pozitiv  məzmunu  və  keyfiyyət  kimi  tərkibi 
insan  hüquqlarının  təmin  olunmasının  tərkibindən  və 
səviyyəsindən asılıdır.  
Siyasət elə bir hərəkəti (hərəkətsizliyi) ifadə edir ki, burada 
mütləq  qaydada  şəxslər  iştirak  edirlər  və  bu  baxımdan  da 
siyasət  insanların  xeyrinə  olaraq  icra  edilir.  Siyasət  mənafe 
üçün  təşkil  olunur  və  maraqların  təmin  olunmasına  istiqamət-
ləndirilir.  Xarici  siyasət  müəyyən  şəxslər  (hakimiyyətdə 
olanlar-hakimiyyəti  təmsil  edənlər)  və  eləcə  də  şəxslər  birliyi 
(burada  nazirliklər,  idarələr,  şirkətlər  və  digər  təşkilatlar) 
tərəfindən  həyata  keçirilir.  Subyektlər  qismində  həm 
səlahiyyətli  şəxslər,  həm  də  onların  fəaliyyət  göstərdikləri 
mərkəzlər  mühüm  əhəmiyyət  kəsb  edir.  Şəxslər  xarici  siyasət 
normaları  üzrə  fəaliyyəti  təmin  edə  bilirlər.  Xarici  siyasət 
sahəsində  diplomatların  yüksək  hazırlıqları  tələb  olunur. 
Ümumiyyətlə,  siyasət  insanlara  xas  olan  hərəkət  olduğundan 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   48   49   50   51   52   53   54   55   ...   102




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə