Microsoft Word Beynelxalq munasibetler doc



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə53/102
tarix07.04.2018
ölçüsü2,8 Kb.
#36427
1   ...   49   50   51   52   53   54   55   56   ...   102

 
156 
 
xarici  siyasət  də  insanların  əməyi  ilə  müəyyən  olunur  və 
əməyin  nəticələri  də  burada  öz  əksini  tapır.  Xarici  siyasətin 
istiqamətləri  dövlətin  qanunvericiliyi  ilə  istiqamətləndirilir. 
Eləcə  də  dövlətin  qoşulduğu  beynəlxalq  sənədlərlə  həyata 
keçirilir. 
Siyasət  sahəsində  şəxsiyyətlərdə    peşəkarlıq,  savadlılıq, 
biliklərə malik olmaq və bacarıqlılıq amili əsas götürülür.  
Xarici  siyasətin  müəyyən  olunmasında  dövlət  rəhbəri 
böyük  rol  oynayır  və  dövlətlərin  konstitusiyalarında  da  belə 
səlahiyyət  dövlət  rəhbərlərinə  verilir. Dövlət rəhbərləri dövləti 
və  xalqı  beynəlxalq  münasibətlərdə  təmsil  edirlər.  Dövlət 
rəhbəri  xalqı  beynəlxalq  münasibətlərdə  təmsil  etdiyinə  görə 
onun  üzərində  dövlətin  daxili  siyasətini  və beynəlxalq  siyasəti 
dərindən bilmək vəzifəsi və öhdəliyi düşür.  
Dövlət  rəhbərinin  beynəlxalq  nüfuzu  dövlətin  xarici 
siyasətinə də öz təsirlərini göstərir. Dövlət rəhbərinin qanunlara 
və  beynəlxalq  hüquq  normalarına  uyğun  şəkildə  davranışı  və 
siyasəti  icra  etməsi  onun  etik  davranışlarının  əsaslarını  təşkil 
edir. Dövlət rəhbərinin siyasi kursu, xarici siyasətin kursuna da 
təsir  göstərə  bilir.  Dövlət  rəhbərinin  əvvəlcə  təmsil  olunduğu 
partiyanın ideoloji siyasəti dövlətin xarici siyasətinə də müsbət 
təsir  göstərir.  Dövlət  rəhbərinin  şəxsi  keyfiyyətləri,  hazırlıq 
səviyyəsi  də,  istedad  və  qabiliyyəti  dövlətin  xarici  siyasətinin 
mahiyyətinə  təsir  göstərir.  Dövlət  rəhbərinin  beynəlxalq 
siyasəti dərindən bilmək məharəti olmalıdır. Dövlət rəhbərinin 
hadisələrin  gedişatını  dəyərləndirə  bilmək  və  bundan  da 
müəyyən  nəticələrə  gələ  bilmək  qabiliyyəti  onun  fəaliyyətində 
də  gözə  çarpır.  Xarici  siyasətin  zaman  və  şəraitlə  əlaqələn-
dirilməsi,  əlaqələrin  və  münasibətlərin  zəruri  istiqamətlərinin 
müəyyən  edilməsi  istedadı  və  qabiliyyəti  dövlət  rəhbərinin 
şəxsi keyfiyyətlərinə aid olan məsələ hesab oluna bilər.  
Qəbul  etmək  lazımdır  ki,  xarici  siyasət  də  daxili  siyasət 
kimi  kollegial  qaydada  qəbul  edilmiş  qərarla  da  müəyyən 
edilir.  Dövlətin  xarici  siyasət  kursunda  dövlətin  parlamenti 


 
157 
 
(kollegial  iştirak)  də  iştirak  edir.  Bu  istiqamət  vasitəsilə  də 
dövlətin  xarici  siyasətində  ictimaiyyət  iştirak  edir.  Əksər 
hallarda  xalq  xarici  siyasətdə  öz  nümayəndələri  vasitəsilə 
(prezident və parlamenti vasitəsilə) iştirak edir. Dövlətin xarici 
siyasətində  dövlət  rəhbərinin  şəxsi  keyfiyyətləri,  təcrübəsi, 
istedadı,  bilik  və  bacarığı  da  mühüm  rol  oynayır.  Bu  kimi 
keyfiyyətlər  dövlət  rəhbərinə  lazımi  anlarda  müvafiq  qərarlar, 
həm  də  faydalı  qərarlar  qəbul  etmək  imkanları  verir.  Dövlətin 
xarici  siyasətinin  müəyyən  edilməsi  əsas  şərtə  çevrilir.  Dövlət 
rəhbəri xarici siyasətin düzgün həyata keçirilməsində məsuliy-
yət  daşıyır.  O,  beynəlxalq  münasibətlərdə  dövlətini  təmsil 
etməklə,  lazımi  qərarlar  qəbul  etməklə  həm  dövlətini  inkişaf 
etdirir,  həm  də  beynəlxalq  münasibətlərdə  onu  tanıdır, 
beynəlxalq aləmdə qoruyur. Dövlət rəhbərinin şəxsi keyfiyyət-
lərinin  məhdudluğu,  onun  şəxsi  ambisiyalarının  böyüklüyü  və 
qeyri-normal  psixi  vəziyyəti  (maniyalığı  özündə  əks  etdirən 
psixopatlıq)  beynəlxalq  aləmdə  problemlərə  gətirib  çıxara 
bilər.  Belə  ki,  müharibə  qərarlarının  qəbul  edilməsində  dövlət 
rəhbərləri  böyük  səlahiyyətə  malik  olurlar.  Buna  görə  də 
beynəlxalq  səviyyədə  sülhün  qorunması  və  müharibələrin 
törədilməsinə  görə  də  dövlət  rəhbərləri  böyük  məsuliyyət 
daşıyırlar.  Dövlət  rəhbərlərinin  humanist  keyfiyyətləri,  daxili 
siyasətdə  tətbiq  etdikləri  liberal  siyasət  təbii  şəkildə  dövlətlə-
rinin  xarici  siyasətlərinə  təsir  göstərir.  Dövlət  rəhbərinin  şəxsi 
keyfiyyətləri  (müdrikliyi,  bundan  irəli  gələrək  sadəliyi  və 
xeyirxahlığı,  bütün  dövlətləri  nəzərə  alması,  dövlətlərə  və 
xalqlara  hörmət  etməsi;  dövlət  rəhbərinin  istedad  və  qabiliy-
yəti,  bu  baxımdan  mürəkkəb  şəraitlərdə  lazımi  nəticələr 
çıxarmaq  və  qərarlar  qəbul  etmək  bacarığı)  dövlətin  güclən-
məsinə  xidmət  edən  amildir.  Dövlət  rəhbəri  həm  universal 
normalara  əməl  etməlidir,  hər  bir xalqa  hörmətlə  yanaşmalıdır 
və  insanlıq  dəyərlərini  artırmalıdır.  Xarici  siyasətin  proqramı 
olaraq  dövlət  rəhbərinin  nitqləri,  strateji  sahələri  əhatə  edən 
fikirləri  mühüm  əhəmiyyət  kəsb  edir.  Dövlət  rəhbəri  ölkənin 


 
158 
 
baş  diplomatı  hesab  olunur.  Onun  strategiyası  və  taktiki 
addımları mühüm əhəmiyyət kəsb edir. 
Dövlət  rəhbərinin  şəxsi  keyfiyyətlərinin  yüksək  səviyyəsi 
onun  əmək  fəaliyyətində  də  özünü  göstərir.  Xüsusilə  yeni 
yaradılmış  və  müstəqillik  əldə  etmiş  dövlətlərdə  dövlət 
rəhbərinin  və  hakimiyyət  rəhbərinin  xüsusi  keyfiyyətlərinin 
olması  vacib  amilə  çevrilir.  Dövlət  rəhbəri  burada  sistemlərin 
formalaşdırılmasında  xüsusi  əhəmiyyət  daşıyırlar.  Təkmil  sis-
temlərdə,  inkişaf  etmiş  dövlətlərdə  cəmiyyətlər  sistemlə 
fəaliyyət göstərirlər, qeyri-inkişaf etmiş dövlətlərdə isə sistem-
ləşmə proseslləri  bir  qədər  zəif  olduğundan burada sistemlərin 
formalaşmasında  dövlət  rəhbərinin  şəxsi  keyfiyyətləri  mühüm 
rol oynayır.  
Şəxsiyyətlər və dövlətçilik baxımından onu da əlavə etmək 
olar  ki, tarixdən çoxlarımıza məlumdur ki, güclü dövlətləri və 
təkmil  cəmiyyətləri  dahi  şəxsiyyətlər,  o  cümlədən  dövlət 
rəhbərləri,  ictimai  nüfuza  sahib  olan  liderlər,  öz  ideyaları  və 
siyasətləri ilə cəmiyyətə təsir göstərən və insanları öz arxasınca 
aparmağı  bacaran  müdrik  insanlar,  filosoflar  yaradıblar.  Onlar 
həm  ideoloji  sahədə,  həm  də  praktiki  olaraq  fəaliyyət 
göstərərək,  tarixdə  böyük  izlər  qoyublar  və  elə  tarixin  özünü 
yaradıblar.  Hesab  etmək  olar    ki,  siyasət  tarixində  şəxsiy-
yətlərin fəaliyyəti, xidmətləri ayrıca bir bölmə kimi, fənn kimi 
tədris  olunmalıdır.  Mükəmməl  dövlətçilik  sisteminin  forma-
laşması  da  ictimai  və  siyasi  liderlərin  əməyinin  nəticəsi  hesab 
olunmalıdır.  İctimai  təfəkkür  baxımından  və  elmi  yanaşma 
metodlarından irəli  gələrək, şəxsiyyətin həyatına güclü dövlət-
xeyirxah  cəmiyyət,  sosial-rifah  halının  yaxşılaşdırılması 
prizmasından  baxmaq  lazımdır  və  bu  aspektlər  əsasında  təhlil 
olunmalıdır.  
 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   49   50   51   52   53   54   55   56   ...   102




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə