Microsoft Word Beynelxalq munasibetler doc



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə56/102
tarix07.04.2018
ölçüsü2,8 Kb.
#36427
1   ...   52   53   54   55   56   57   58   59   ...   102

 
165 
 
mexanizm siyasətin formalaşması üçün istiqamətlərin meydana 
gəlməsini  zəruri  edir.  Beynəlxalq  münasibətlərin  hərəkətlərlə 
yaradılması  və  hərəkətlərlə  istiqamətləndirilməsi  münasibət-
lərin  şəbəkə  xarakterini  müəyyən  edir.  Beynəlxalq  münasibət-
lərdə  dövlətlərin  hərəkətləri  mücərrəd  məna  kəsb  edir  və  baza 
etibarilə  onların  strukturları  əsas  aktorlar  kimi  hərəkət 
vəziyyətində olur. 
Beynəlxalq  münasibətlərdə  hərəkətlər  dedikdə,  siyasi 
hərəkətlərin  hüquqla  tənzimlənməsi  aktları  başa  düşülməlidir. 
Bu,  münasibətlərin  siyasi-hüquq  aspektlərini  müəyyən  edir. 
Belə  qəbul  etmək  olar  ki,  beynəlxalq  münasibətlər  dövlətlər 
tərəfindən  yarandığından,  elə  hərəkətlərin  özləri  də  dövlətlər 
tərəfindən  edilir  (burada  dövlətləri  təmsil  edən  hakimiyyətləri 
tərəfindən)  və  dövlətə  aid  olan  hərəkətlər  siyasi-hüquqi 
xarakter  kəsb  edir.  Buradan  da  belə  qənaətə  gəlmək  olur  ki, 
beynəlxalq  münasibətlər  əslində  siyasi-hüquqi  tərəflərin 
(dövlətlərin,  təşkilatların)  həyata  keçirdikləri  fəaliyyətdir, 
hərəkətdir. 
Beynəlxalq  münasibətlərdə  hərəkətlər  kimi  əsasən  bunları 
qeyd etmək olar: 
-dövlətlərin  bir-birilərinin  müstəqilliklərini  tanımaları-ad 
hoc, de-fakto və de-jure
-qarşılıqlı  şəkildə  diplomatik  əlaqələrin  qurulması  və 
səfirliklərin, konsulluqların təşkil edilməsi
-münasibətlərin  və  əlaqələrin  qurulması  üçün  ilkin 
niyyətlərin bildirilməsi; 
-dövlət  və  hökumət  başçılarının  səfərləri-rəsmi  və  işgüzar 
səfərlər; 
-danışıqların həyata keçirilməsi (açıq və gizli şəkildə); 
-beynəlxalq  tədbirlərin  həyata  keçirilməsi,  o  cümlədən 
beynəlxalq 
yığıncaqların 
(sammit, 
konfrans, 
konqress, 
forumların  və  s.  keçirilməsi,  ikitərəfli  və  çoxtərəfli  formatlı 
görüşlər) təşkil edilməsi; 
-beynəlxalq təşkilatların yaradılması; 


 
166 
 
-beynəlxalq  sənədlərə  qoşulma  və  ratifikasiya  (qanunveri-
cilik  qurumunda  təsdiq  etmə),  eləcə  də  sənədlərin  ləğv  olun-
ması və sənədlərdən çıxma, sənədlərin şərtlərinin dəyişməsi və 
denonsasiya  (denonsasiya  -  fr.  dénoncer  “pozmaq”  mənasını 
verir.  Beynəlxalq  müqaviləni  imzalayan  dövlətlərdən  birinin 
digərinə  fəaliyyətinin  birtərəfli  qaydada  dayandırılması 
haqqında  bəyanat  verməsi,  müqavilənin  dayandırılmasının 
qanuni üsuludur); 
-beynəlxalq sənədlərin imzalanması; 
-beynəlxalq  sənədlərin  daxili  qanunvericilikdə  imple-
mentasiyası  (impelementasiya  beynəlxalq  hüququn  daxili 
qanunvericiliyə gətirilməsi üsullarını bildirir); 
-diplomatik immunitet və imtiyazların müəyyən edilməsi;  
-beynəlxalq  münaqişələrin  həll  edilməsi  və  vasitəçilik 
missiyasının müəyyən olunması; 
-müharibələrə  son  verilməsi  və  sülh  müqavilələrinin 
imzalanması; 
-diplomatik protokolun müəyyən edilməsi
-danışıqların aparılması qaydalarının müəyyən olunması; 
-beynəlxalq təşkilatlara qoşulmalar və üzvlük məsələlərinin 
müəyyən olunması; 
-müəyyən  beynəlxalq  layihələrin  hazırlanması  və  onun 
tətbiqinin əsasları və s.  
Xarici  siyasət  sahəsində  və  beynəlxalq  münasibətlərdə 
görülən, qəbul edilən bütün aktlar beynəlxalq hərəkətləri ehtiva 
edir  və  bu  aktlar  məhz  beynəlxalq  hərəkətlərin  əsas  mənasını 
bildirir.  
  
Xarici siyasət, beynəlxalq münasibətlər və insan 
hüquqlarının təmin olunması 
 
 
Belə  bir  prinsipi  daima  əldə  rəhbər  tutmaq  lazımdır:  - 
insanlar  dövlətlərini  ona  görə  təşkil  edirlər  ki,  xoşbəxşt 
yaşamaqları  üçün  bütün  lazımi  resurslar  (burada  təbii  və 


 
167 
 
təsirlər sayəsində müəyyən formalara salınan resurslar nəzərdə 
tutulmalıdır) əldə olunsun. Həmin təbii resurslar ilkin material 
formasından  iradələrə  və  maraqlara  (fərdi  və  kollektiv 
qaydada)  uyğun  şəkillərə  salınsın  və  istifadəyə  yararlı  olsun. 
Bunun  üçün  də  obyektlərə  və  predmetlərə  münasibətdə  və 
əlaqədə,  əşyalara  təsirdə  münasibətlərin  tənzimlənməsi  və 
resursların bərabər şəkildə paylanılması məqsədilə tənzimləmə 
siyasəti  həyata  keçirilsin.  Dövlət  xoşbəxtliyi  təmin  edən  və 
xoşbəxt  həyat  üçün  lazım  olan  krteriyaları  müəyyən  edən 
tənzimedici qurumdur. Dövlət özü tənzimedici qurum olmaqla 
yanaşı, həm də daxildən islahatlara məruz qalan, tənzim etdiyi 
tərəflərin  maraqlarına  cavab  verən  bir  siyasi  təsisastdır. 
Xoşbəxt  həyatın  əldə  olunması  hər  bir  şəxs  üçün  onun 
hüquqlarının  lazımi  səviyyədə  təmin  edilməsindən  və 
qorunmasından  irəli  gəlir.  Xoşbəxtlik  insan  hüquqları  və 
azadlıqları  ilə  bağli  olan  bir  anlayışdır.  Xoşbəxtliyi  insanların 
maddi  və  mənəvi  təbiətində  axtarmaq  məqsədəuyğundur.  Bu 
iki  amilin  təmin  olunması  xoşbəxtliyin  təmin  edilməsi 
deməkdir.  Xoşbəxtlik  hüquqdadır,  hüquq  azadlıqdır,  azad 
şəkildə iradənin ifadəsidir. Hüquq pozitiv imkanların istifadəsi 
üçün  fərdə  şərait  yaradan  və  səlahiyyətlər  verən  anlayışdır  və 
gerçək  normadır,  meyradır.  Azadlıq  xoşbəxtlikdir.  Hüquq 
dəyərləri  korlamamalıdır  və  dəyərlərin  inkişafını  qarşısına 
məqsəd  qoymalıdır.  Burada əxlaqla  hüququn qarşılıqlı vəhdəti 
meydana  gəlir.  Dövlət  hakimiyyəti  insanların  daxillərindən 
gələn  və  adət-ənənələrlə  formalaşan  əxlaqın  da  qorunması 
funksiyasını  yerinə yetirməlidir.  
Dövlət  öz  vətəndaşlarının  (xalqının)  hüquqlarını  təmin 
etmək  və  qorumaq  üçün  müxtəlf  metodlardan  istifadə  edir. 
Bunun  üçün  hakimiyyətini  (ali-mərkəzi  və  yerli  səviyyədə) 
təşkil  edir.  Hakimiyyətinin  mərkəzi  və  yerli  aparatları 
(siyasətin  nəzəri  baxımdan  hazırlanması  mərkəzləri  və  icra 
mərkəzləri-iedoloji  və  praktiki  mərkəzlər)  da  hüquq  norma-
larının  yaradılması  və  icrası  ilə  müəyyən  siyasəti  həyata 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   52   53   54   55   56   57   58   59   ...   102




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə