Microsoft Word Beynelxalq munasibetler doc



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə59/102
tarix07.04.2018
ölçüsü2,8 Kb.
#36427
1   ...   55   56   57   58   59   60   61   62   ...   102

 
174 
 
edən,  eləcə  də  beynəlxalq  sənədləri  icra  etməni  təmin  edən 
(beynəlxalq  sənədlərə  əməl  olunmasını  təmin  edən)  daxili 
sənədlər  (məsələn  konstitusiya  normaları)  dövlətin  xarici 
siyasətinin  həyata  keçirilməsini  yerinə  yetirən  vasitələrdir, 
alətlərdir,  layihələrdir.  Bu  vasitələrdə  başlıca  olaraq  xarici 
fəaliyyətin  nəzəri  əsasları,  əsas  və  ilkin  bazası  öz  əksini  tapır. 
Dövlət  öz  xarici  siyasətinin  məqsədlərini  və  maraq  sahələrini 
bu  sənədlərdə  nəzəri  olaraq  əks  etdirir.  Sənədlər  xarici 
siyasətin  həm  sahələrini  müəyyən  edir,  xarici  siyasət 
fəaliyyətini  ixtisaslaşdırır,  həm  də  sahələr  arasında  uzlaşmanı 
yaradır  və  nəticədə  xarici  siyasətin  nəzəri  istiqamətlərinin 
şaxələndirilmiş, şəbəkələşmiş forması meydana gəlir. Dövlətin 
xarici siyasətinin açıq məzmunu məhz bu sənədlərdə öz əksini 
tapır.  Beynəlxalq  sənədlər  və  dövlətlərin  bu  sənədlərdə  tərəf 
kimi iştirak  etmələri  və  sənədlər  əsasında  siyasət icra etmələri 
təbii  ki,  beynəlxalq  münasibətlərin  açıq  mahiyyətini  üzərə 
çıxarır.  Sənədlərdə  dövlət  maraqlarının  obyekt  və  predmetləri, 
dövlətin  nail  olmaq  istədiyi  şeylər  və  digər  istiqamətlər  əks 
olunur.  Xarici  siyasətin  gizli  məzmunu  və  dövlətin  gizli 
siyasəti isə dövlətin hərəkətinin fəndgirliyi ilə müəyyən olunur. 
Dövlət  siyasətinin  fəndgirlilk  məzmunu  buradan  irəli  gəlir. 
Təbii  ki,  sənədlər  də  öz  məzmunları  baxımından  təsnif 
olunurlar.  Qlobal  siyasətin  mahiyyəti  məhz  qlobal  məzmunlu 
sənədlərdə  öz  əksini  tapır.  Beynəlxalq  konvensiyalar 
(çoxtərəfli razılaşmalar) məzmun və forma etibarilə daha geniş 
olur (çünki buraya çoxlu sayda dövlətlər qoşulurlar) və qoşulan 
dövlətlərin  iştirak  imkanları  və  sahələri  də  geniş  məzmunda 
olur. Qlobal sənədlər daha çox universal əsaslarla qəbul olunan 
sənədlərdir  ki,  bu  sənədlərdə  də  geniş  məkanlar  əhatə  olunur. 
Qlobal  sənədlər  həm  də  strateji  əhəmiyyət  kəsb  edən  sahələri 
əhatə  edir.  Qlobal və regional səviyyəli beynəlxalq sənədlərin 
subyektləri  mövcud  olur  və  bu  subyektlərin  qlobal  sahədə 
çoxluğu  beynəlxalq  sənədlərin  geniş  məzmununu  və  tətbiqi 
sferasını meydana gətirir. 


 
175 
 
Xarici  siyasəti  həyata  keçirmək  üçün  müxtəlif  sənədlər 
tərtib  edilir  və  dövlətlər  tərəfindən  qəbul  olunur.  Bu  sənədlər 
müqavilələr  və  sazişlər,  konsepsiyalar,  doktrinalar,  bəyan-
namələr,  memorandumlar,  bəyanatlar,  qətnamələr,  xartiyalar, 
protokollar  və  s.-dən  ibarətdir.  Sənədlərin-müqavilələrin 
qüvvəyə  minməsi  üçün  bir  neçə dövlətin bu sənədə qoşulması 
və  qanunvericilik  orqanlarında  ratifikasiya  etmələri  tələb 
olunur.  
Beynəlxalq  müqavilələr  hüququ  haqqında  23  may 
1969-cu  il  tarixli  Vyana  Konvensiyasında  (1980-ci  ildə 
qüvvəyə  minib)  yazılır  ki,  beynəlxalq  münasibətlər  tarixində 
müqavilələr  mühüm  rol  oynayırlar.  Müqavilələrin  beynəlxalq 
hüququn mənbəyi kimi və dövlət və ictimai quruluşundan asılı 
olmayaraq  dövlətlər  arasında  sülh  əməkdaşlığının  inkişafında 
mühüm  əhəmiyyəti  mövcuddur.  Müqavilələrdən  irəli  gələrək 
ədalətə hörmət və öhdəlik kimi hallar yaranır.
1
 
Dövlətlər  arasında,  dövlətlərlə  təşkilatlar  arasında  rəsmi 
razılaşmaları,  dövlətlərin  mövqelərinin  bildirilməsi  və  onların 
münasibətlərinin  tənzim  olunması  müəyyən  formalı  sənədlərlə 
həyata  keçirilir.  Bu  sənədlər  dövlətlərin  xarici  siyasətlərini, 
münasibət  və  əlaqələrini  tənzim  edir.  Sənədlər  -  müqavilələr 
(iki  və  çoxtərəfli)  və  sazişlər,  konvensiyalar  (çoxtərəfli 
müqavilələr),  konsepsiyalar,  doktrinalar,  proqramlar  və 
strategiyalar,  xarici  siyasət  fəaliyyəti  planları,  bəyannamələr, 
memorandumlar,  bəyanatlar,  qətnamələr,  xartiyalar,  birgə 
kommunikelər,  protokollar,  notalar  və  s.  adlanırlar.  Dövlətlər 
arasında  əlaqələr  həm  yazışmalarla,  həm  də  iki  və  çoxtərəfli 
qaydada  imzalanan  sənədlərlə  həyata  keçirilir.  Bundan  əlavə, 
hesab etmək olar ki, beynəlxalq təşkilatların nizamnamələri də 
                                                 
1
 Венская  Конвенция  о  праве  международных  договоров  23  мая  1969 
года. Действующее международное право. В трех томах. Том первый. 
Составители  проф.  Ю.М.Колосов  и  проф.  Э.С.Кривчикова.  М.: 
Издательство  Московского  независимого  института  международного 
права, 1996.-864 с. ss.343-372. 


 
176 
 
beynəlxalq sənəd kimi qəbul edilə bilər. Beynəlxalq təşkilatlar 
beynəlxalq  hüququn  və  beynəlxalq  münasibətlərin  subyektləri 
olduqlarından  bu  qurumların  fəaliyyətlərinin  əsasları  da 
beynəlxalq  hüquqa  (burada  universal  normalara)  söykən-
məklə  müəyyən  olunur.  Onların  nizamnamələri  də  universal 
beynəlxalq hüquqla ziddiyyət təşkil etmir. 
Xarici  siyasət  fəaliyyətində  və  beynəlxalq  münasibətlərdə 
istifadə  olunan  sənədlər  bir  tərəfin,  yəni  bir  dövlətin  qəbul 
etdiyi  sənəd  və  iki  və  çoxlu  sayda  dövlətlərin  qəbul  etdikləri, 
razılaşdıqları  sənədlər  və  beynəlxalq  təşkilatların  sənədləri 
kimi  növlərə  ayrılır.  Dövlətin  də  xarici  siyasət  sənədi  də 
hissələrə  bölünə  bilir.  Məsələn,  dövlətin  yalnız  özünün  qəbul 
etdiyi  sənəd-məsələn,  konstitusiya  norması,  digər  qanun-
vericilik  aktları,  xarici  siyasət  doktrinası,  xarici  siyasət 
konsepsiyası,  xarici  siyasətlə  bağlı  bəyanatı  və  s.  birtərəfli 
əhəmiyyət kəsb edir. Dövlətin qoşulduğu sənədlər isə çoxtərəfli 
məzmuna  malik  olur.  Məhz  dövlətin  qoşulduğu  sənəd  əsas 
beynəlxalq  sənəd  hesab  olunmalıdır.  Çünki  burada  çoxtərəfli 
razılaşma  var  ki,  beynəlxalq  münasibətlər  də  öz  mahiyyətinə 
görə qarşılıqlı razılaşdırılmış sənədlərdə əksini tapır.  
Sənədləri  xarici  siyasəti  və  beynəlxalq  münasibətləri 
tənzim  edən  sənədlər  kimi  iki  əsasa  bölmək  olar:  beynəlxalq 
sənədlər  bir  qayda  olaraq  öz  daxilində  dövlətlərarası 
yazışmaları və sənədləri, eləcə də beynəlxalq təşkilatların qəbul 
etdikləri  sənədləri  və  onların  dövlətlərlə  və  digər  beynəlxalq 
təşkilatlarla  olan  yazışmalarını  əks  etdirir.  Xarici  siyasət 
sənədləri  isə  dövlətlərin  xarici  siyasətini  tənzim  edən 
beynəlxalq  sənədlərdən  daha  geniş  məzmuna  malik  olur.  Belə 
ki, xarici siyasət sənədləri özünə beynəlxalq sənədləri də daxil 
etməklə,  dövlətlərin  daxillərində  qəbul  edilən və  xarici siyasət 
fəaliyyətinə  aid  olan  sənədləri  əks  etdirir.  Buradan  da  belə  bir 
məntiqi  fikir  ortaya  çıxır  ki,  beynəlxalq  münasibətlər  xarici 
siyasət  üzərində  qurulur.  Beynəlxalq  sənədlər  dövlətlərin 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   55   56   57   58   59   60   61   62   ...   102




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə