Microsoft Word Beynelxalq munasibetler doc



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə61/102
tarix07.04.2018
ölçüsü2,8 Kb.
#36427
1   ...   57   58   59   60   61   62   63   64   ...   102

 
179 
 
II FƏSİL: 
 
Xarici siyasətin həyata keçirilməsi vasitələri və diplomatiya 
 
Diplomatiyanın əsasları 
 
Diplomatiya  bölməsi  beynəlxalq  münasibətlər  anlayışının 
ən mühüm tədqiqat istiqamətlərindən biridir. Diplomatiya həm 
də  ona  görə  mühümdür  ki,  bu  fəaliyyət  sahəsində  birbaşa 
dövlətlərin  özləri  təmsil  olunurlar.  Dövlətlərin  bir-birilərinin 
daxilində  daimi  təzahürləri  (bur  dövlətin  xarici  və  daxili 
siyasətində digər dövlətləri görmək mümkündür) onların daimi 
təmsilçilik  fəaliyyətləri  olan  diplomatiyada  (diplomatik 
fəaliyyət müəyyən qısa müddətlər üçün də nəzərdə tutula bilir) 
öz  əksini  tapır.  Diplomatiya  dövləti  beynəlxalq  aləmdə  təmsil 
edən  ən  mühüm  fəaliyyət  istiqamətidir.  Diplomatiya  özü  bir 
istiqamət  kimi  beynəlxalq  münasibətlərin  baza  sahəsindən 
şaxələnməklə  yanaşı,  həm  də  beynəlxalq  münasibətləri 
yönləndirən bir baza istiqamətidir.  
Diplomatiyanın özünün baza istiqamətləri vardır və hər bir 
istiqamət  tədqiqat  predmeti  kimi  əhəmiyyət  kəsb  edir. 
Diplomatiya  beynəlxalq  münasibətlərin  bütün  sahələrində 
ümumiləşdirici  və  xüsusiləşdirici,  bu  baxımdan  konkretləş-
dirici,  eləcə  də  sistemləşdirici,  bağlayıcı,  şərtləndirici  və 
istiqamətverici əhəmiyyət kəsb edir. Diplomatiya bütün sahələr 
arasında həm daxili, həm də üst qat bağlayıcı funksiyanı yerinə 
yetirir.  Diplomatiya  həm  də  bir  sənət  sahəsi  olaraq,  dövlətlər-
arası  və  xalqlararası  münasibətlərdə  ən  qədim  fəaliyyət 
sahəsidir.  
Siyasət hərəkətlər olduğundan istiqamətlərdən və vasitələr-
dən  ibarət  olan  vahidlikdir.  Siyasət  insanlara  və  insanların 
yaratdıqları  qurumlara  aid  edilən  fəaliyyət  olduğundan,  bu 
fəaliyyət  konkret  və  mücərrəd  formalarda  həyata  keçirilir. 
Siyasi  fəaliyyətin  həyata  keçirilməsi  üçün  şəxslər  tərəfindən 


 
180 
 
bir-birindən  istifadə  halları  meydana  gəlir.  Burada  şəxslər 
ötürcü-vasitələr  (tərəflər)  rolunda  çıxış  edirlər.  Siyasət  tabeli 
qaydada  şəxlsər  arasında  vəzifələr  bölgüsünə  uyğun  olaraq 
həyata  keçirilir.  Vəzifələr  bölgüsü  vəzifə  təlimatlarını  (vəzifə-
nin statusunu, funksiyasını, vəzifədə olan şəxsin hüquqlarını və 
səlahiyyətlərini,  eləcə  də  öhdəliklərini  özündə  əks  etdirən 
sənədlər)  meydana  gətirir.  Qurumlar  arasında  olan  fəaliyyət 
bölgüsü, funksiya bölgüsü isə nizamnamələri və əsasnanmələri 
(subyektlərin  fəaliyyətlərini  tənizm  edən  və  statuslarını 
müəyyən  edən  sənədlər)  formalaşdırır.  Siyasətin  daxili  və 
xarici sahələrə bölünməklə fərqliliyi təbii ki, fərqli vəzifələri və 
funksiyaları,  eləcə  də  hüquqları  yaradır.  Bu  kimi  əsaslardan 
irəli  gələrək  şəxslərin  və  qurumların  (hüquqi  şəxslərin) 
hüquqları formalaşdırılır.  
Bütün  istiqamətlər  üzrə  hər  bir  hərəkət  və  fəaliyyət 
müəyyən  vasitələrlə  yerinə  yetirilir.  (Qeyd:  hərəkətlər, 
xüsusilə  dövlətə  (dövlət  hakimiyyətinə)  aid  olan  fəaliyyət 
(aktlar)  nizamlı  şəkildə  təmin  olunur.  Bu  təminat  dövlətin 
nizamlı  funksiya  daşıması  kimi  əhəmiyyətini  üzərə  çıxarır. 
Dövlətin  (dövlət  hakimiyyətinin)  hərəkətləri  nizamlanır  və 
sərhədlərdən  kənardakı  məkanı  əhatə  edən  siyasət  üçün 
tənzimedici 
qurumlar 
formalaşdırılır. 
Bu 
tənzimedici 
qurumlar  siyasət  istiqamətlərinin  bir-birini  şərtləndirməsini, 
bağlılığı, keçidləri və digər əlaqəli vəziyyətləri ortaya çıxarır). 
Belə  vasitələr  qismində  həm  subyektlər  (burada  mərkəzi  icra 
qurumları  və  diplomatik  nümayəndəliklər),  həm  obyektlər 
(əlaqələrin  yarandığı  sahələr  və  predmetlər),  həm  də  cansız 
vasitələr,  yəni  alətlər  (burada  normalar,  etiket  qaydaları  və 
müəyyən  avadanlıqlar)  çıxş  edir.  Alətlərdən  istifadə  olunur. 
Vasitələr  vasitələri  (alətləri  və  obyektləri)  istifadə  edirlər.  Bu 
istifadə  vasitələri  birlikdə  ayrı-ayrı  istiqamətlər  üzrə  siyasətin 
forma  və  məzmununu  təşkil  edir.  Xarici  siyasətin  məkanlar 
üzrə  yayılmasında  vasitələr  (burada  subyektlər)  təbii  ki, 
ötürücü,  şəbəkə  müəyyənedici  rola  malik olurlar. Məsələn, bir 


 
181 
 
dövlətin  ayrı-ayrı  ölkələrdə  diplomatik  nümayəndəlikləri  və 
onların  arasında  olan  əlaqələr,  eləcə  də  onlarla  müvafiq 
mərkəzi  icra  hakimiyyəti  orqanı  arasında  olan  əlaqələr  şəbəkə 
xarakterinə  malik  olur.  Vasitələr  həm  də  uzlaşdırıcı,  əlaqələr 
yaradıcı subyektlər kimi çıxış edirlər. Xarici İşlər Nazirliyinin, 
diplomatik  nümayəndəliklərin  qarşılıqlı  əlaqələr  fonunda 
fəaliyyətini  buna  nümunə  göstərmək  olar.  Bu  da  ondan  irəli 
gəlir  ki,  xarici  siyasət  məkanlar  üzrə  şəxslər  arasında  yayıla-
yayıla  həyata  keçirilir.  Dövlət  rəhbəri-hökumətin  üzvləri 
(nazirlər  kabinetinə  daxil  olan  mərkəzi  icra  qurumlarının 
rəhbərləri)-diplomatik 
nümayəndələrin 
rəhbərləri 
birliyi 
siyasətin-diplomatik  fəaliyyətin  şaxələnməsini  təmin  edir. 
Diplomatik  fəaliyyətin  şaxələnməsində  aidiyyatı  mərkəzi  icra 
qurumunun  şəxsi  heyəti,  diplomatik  personalın  üzvləri 
(Diplomatik əlaqələr haqqında Vyana Konvensiyasına əsasən, 
bu  üzvlər  nümayəndəlik  personalının  diplomatik  rütbələrə 
malik olan üzvləridir. Nümayəndəlik personalı isə diplomatik 
personal,  inzibati-texniki  personal  və  xidməti  personaldan 
ibarətdir. Hətta həmin sənəddə nümayəndəlik əməkdaşının ev 
işlərini  yerinə  yetirən  və  akkreditə  edən  dövlətin  işçisi 
olmayan-“xüsusi  ev  işçisi”olan  şəxs  də  vardır.  –Konven-
siyanın 
birinci 
maddəsi) 
iştirak 
edirlər. 
Diplomatik 
nümayəndəliyin  üzvləri  (dövləti  təmsil  edən  birinci  şəxsdən-
səfirdən,  elçidən  və  konsuldan  başqa)  xarici  işlər  nazirləri 
tərəfindən  təyin  olunurlar  və  vəzifədən  azad  olunurlar.  Həmin 
işçilər  xarici  işlər  nazirliyinin  əməkdaşları  olaraq,  səfirliklərə, 
beynəlxalq  təşkilatlardakı  nümayəndəliklərə  və  konsulluqlara 
müəyyən  müddətlərə  (rotasiya  prinsipi  ilə)  ezam  olunurlar. 
Hərəkətin  xassələri  və  hərəkət  vasitələrinin  xüsusiyyətləri 
siyasətin  ayrı-ayrı  sahələrini,  forma  və  məzmununu  üzərə 
çıxarır.  Sahələr  ayrı-ayrı  maraq  tərkiblərindən  formalaşır. 
Siyasət  vasitələri  arasında  üzvi  bağlılıq  vəhdəti  təşkil  edir. 
Xarici  siyasət  istiqamətləri  arasında  uzlaşmalar  meydana 
gətirilir.  İstiqamətlərin  birləşdirilməsi,  eləcə  də  vahid  istiqa-


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   57   58   59   60   61   62   63   64   ...   102




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə