203
Diplomatik əlaqələr haqqında Vyana Konvensiyasında
qeyd olunduğu kimi, dövlətlər bütün ölkələrin xalqlarının lap
qədim zamandan diplomatik agentlərinin statuslarını tanıyırlar.
Bütün diplomatlar və ailə üzvləri (vəzifə başında olarkən,
vəzifə başına gedərkən və vəzifədən qayıdarkən) olduqları və
tranzit məkan kimi istifadə etdikləri ölkələrdə hörmətlə qəbul
olunurlar və immunitet və imtiyazlardan istifadə edirlər. O da
sənəddə (maddə 40) öz əksini tapır ki, öz vəzfəsini tutmaq
üçün gedərkən və ya öz vəzifəsinə, öz ölkəsinə qayıdarkən
diplomatik agent zərurət olduqda, ona viza verən üçüncü
dövlətin ərazisindən keçirsə, yaxud bu ərazidədirsə, bu üçüncü
dövlət onun keçib getməsini və ya qayıtmasını təmin etmək
üçün tələb olunan toxunulmazlıq və bu cür digər immunitetlər
verir. Bunlar imtiyaz və immunitetlərdən istifadə edən,
diplomatik agenti müşayiət edən və ya ayrılıqda ona çatmaq
üçün gedən və ya öz ölkəsinə qayıdan hər bir ailə üzvünə aid
edilir. Həmin maddəyə əsasən, tranzitlə gedən rəsmi
yazışmalar, kodlaşdırılmlış, şifrəli məktublar da üçüncü ölkə
tərəfindən toxunulmazdır və mühafizə olunmalıdır. Diplomatik
əlaqələr haqqında Vyana Konvensiyasında qeyd olunur ki,
diplomatik immunitet və imtiyazların verilməsi ayrı-ayrı
şəxslərin mənfəəti üçün deyildir və dövləti təmsil edən
orqanlar
kimi diplomatik nümayəndəliklərin funskiyalarının səmərəli
qaydada həyata keçirilməsini təmin etmək məqsədini güdür.
Konsul əlaqələri haqqında 24 aprel 1963-cü il tarixli Vyana
Konvensiyasında qeyd olunur ki, konsul xidmətinin yerləşmə
yeri, onun dərəcəsi və konsul dairəsi təyin edən dövlət
tərəfindən müəyyən olunur və qəbul edən dövlət tərəfinin
razılığı ilə həyata keçirilir (maddə 4). Konsul xidmətinin
yerləşmə yerinin, dərəcəsinin və konsul dairəsinin sonradan
dəyişməsi yalnız qəbul edən dövlətin razılığı ilə müəyyən
olunur (maddə 4). Hər hansı bir baş konsulluq və ya konsulluq
öz yerləşmə yerində olmayan bir yaşayış məskənində hər