209
funksiyalarının yerinə yetirilməsinə bu dövlətdə mövcud olan,
eyni cür tətbiq edilməli olan praktikadan asılı olaraq, ya öz
etimadnaməsini təqdim etdiyi andan, ya da gəldiyi haqqında
məlumatın və ya etimadnamələrin təsdiq olunmuş surətlərinin
yerləmə dövlətinin Xarici İşlər Nazirliyinə ya haqqında razılıq
əldə edilmiş digər nazirliyə təqdim edilmiş andan başlayır.
Etimadnamələrin və onların təsdiq olunmuş surətlərinin təqdim
edilməsinin ardıcıllığı nümayəndəlik başçısının gəldiyi tarix və
saatla müəyyənləşir. Səfirlər müddətləri başa çatdıqda
akkreditə olunmuş dövlətlərin rəhbərlərinə çağırış məktublarını
(övdətnamələrini) təqdim edirlər. Bu sənəddə diplomatın
getdiyi gün (vaxtının, səlahiyyt müddətinin başa çatdığı gün)
öz əksini tapır.
Persona non grata və şəxslərin qəbul edilməməsi
Dövlətlər arasında əlaqələr xüsusi hörmətlə yerinə yetirilir,
hətta bir dövlət narazı olduqda digər dövlət onun narazılığına
da hörmətlə yanaşır. Diplomatiyada akkreditə olunan tərəf
akkreditə edən dövlətin diplomatik nümayəndəliyin üzvünü
arzuedilməz şəxs adlandıra (xəbərdar edə, bəyan edə bilər)
bilər. Diplomatik əlaqələr haqqında Vyana Konvensiyasının
doqquzuncu maddəsinə əsasən, yerləşmə dövləti istənilən vaxt
öz qərarını əsaslandırmadan akkreditə edən dövləti xəbərdar
edə bilər ki, nümayəndəliyin başçısı və ya diplomatik
personalın üzvlərindən biri persona non grata və ya nümayən-
dəlik personalının üzvlərindən biri arzuedilməz şəxsdir. Bu
halda akkreditə edən dövlət müvafiq olaraq həmin şəxsi geri
çağırmalı və ya onun nümayəndəlikdəki funksiyalarını
dayandırmalıdır. Bu və ya digər şəxs yerləşmə dövlətinin
ərazisinə gəlmədən də persona non grata elan edilə bilər.
Məsələn,
Xüsusi missiyalar haqqında Konvensiyada qeyd
olunur ki, qəbul edən dövlət öz qərarına şərh vermədən
missiyanı göndərən dövləti xüsusi missiyada olan istənilən
nümayəndəni və ya da diplomatik personalın istənilən üzvünü
persona non grata elan edə bilər və ya da missiyanın istənilən