208
mək məsuliyyəti və öhdəliyi dayanır.
1
Həmin
maddənin üçüncü
bəndinə əsasən, xüsusi missiyanın mülkü və xüsusi missiyanın
işi üçün istifadə olunan predmetləri, digər avadanlıqları,
həmçinin nəqliyyat vasitələri axtarış, rekvizisiya (müsadirə),
həbs və icra hərəkətlərində immunitetdən istifadə edir.
2
Konvensiyanın 26-cı maddəsində də qeyd olunur ki, xüsusi
missiyanın sənədləri və arxivi istənilən anda və yerləşmə
yerindən asılı olmayaraq toxunulmazdır. Zəruri olan zaman bu
əşylar görünmək üçün xarici fərqləndirici nişanlara malik
olmalıdırlar.
3
Səfirlər və nunsilər, elçilər və internunsilər dövlət başçıları
yanında akkreditə olunduqlarından bu şəxslər öz etimad-
namələrini dövlət başçılarına (akkreditə olunan dövlətin)
təqdim edirlər. Azərbaycan Konstitusiyasına (maddə 109, bənd
16) əsasən, Azərbaycan prezidenti (dövlət rəhbəri olaraq) xarici
dövlətlərin diplomatk nümayəndələrinin etimadnamə və
övdətnamələrini qəbul edir. Nümayəndəlik başçıları gəldikləri
(təyin olunduqları) ölkələrə etimadnamələrini təqdim edirlər.
Konvensiyaya görə (maddə 16) nümayəndəlik başçısının
etimadnaməsində dərəcənin dəyişməsi ilə əlaqədara olaraq
edilən dəyişikliklər onun birinciliyən təsir etmir. Nümayən-
dəliyin diplomatik personalının birinciliyi nümayəndəliyin
başçısı tərəfindən Xarici İşlər Nazirliyinə və ya haqqında
razılıq əldə edilmiş digər nazirliyə məlumat verilir. (Vyana
Konvensiyası-maddə 17). Hər bir dövlətdə nümayəndəlik
başçılarının qəbul qaydası hər bir dərəcəyə münasibətdə eyni
olmalıdır. (Maddə-18). Vyana Konvensiyasına (maddə 13)
əsasən, nümayəndəlik başçısı yerləşmə dövlətində öz
1
Конвенция о специальных миссиях и факультативный протокол. 8
декабря 1969 года. Действующее международное право. В трех томах.
Том первый. Составители проф. Ю.М.Колосов и проф. Э.С.Кривчикова.
М.: Издательство Московского независимого института междуна-
родного права, 1996.-864 с. ss. 562-582.
2
Həmin sənəd.
3
Yenə orada.