200
nizamnamələri mövcud olur ki, bu nizamnamələrdə təşkilat-
ların məqsəd və vəzifələri öz əksini tapır. Dövlətlər beynəlxalq
təşkilatların nizamnamələrini hazırlamaqla, qəbul etməklə
həmin təşkilatlara müəyyən səlahiyyətlər vermiş olurlar.
Beynəlxalq təşkilatlarda dövlətlər təmsil olunarkən əsasən,
öz nümayəndələrini akkreditə edirlər. Beynəlxalq təşkilatlarda
dövlətlər səfirlər vasitəsilə təmsil olunurlar və beynəlxalq
təşkilatlara üzvlük haqları ödənilir. Beynəlxalq təşkilatlara
dövlətlərin xarici siyasət fəaliyyətlərini yerinə yetirən
strukturlar kimi baxmaq lazımdır.
Diplomatların təyin edilməsinin və qəbul olunmasının
əsasları
Bir dövləti başqa bir dövlətdə və ya da beynəlxalq
təşkilatda təmsil etmək, eləcə də xüsusi missiyaya rəhbərlik
etmək üçün səfirlər və ya da səfirlərə bərabər tutulan
diplomatik rütbəli şəxslər dövlət başçıları tərəfindən təyin
edilirlər və digər dövlətlərin başçıları yanında akkreditə
olunurlar. Səfirlərin təyini üçün əvvəlcə təyin olunan dövlət
tərəfindən aqreman verilməsi lazım gəlir. Səfir etimad-
namələrini səfirlər təyin olunduqları dövlətlərin başçılarına
təqdim edirlər.
Diplomatik nümayəndəliyin rəhbərləri və digər diplomatlar
xüsusi hörmətə malik olan təbəqə (peşə baxımından) hesab
olunurlar. Bütün dövlətlər “beynəlxalq diplomatiya hüquqnu və
diplomatiya etikasını” yaradırlar və bu qaydalar çərçivəsində
diplomatlara immunitet və imtiyazlar verirlər.
Diplomatların təyin edilməsi xüsusi əhəmiyyət kəsb
etdiyindən, həm də mühüm məsuliyyət və öhdəlik yarat-
dığından, məxsusi qaydalar əsasında həyata keçirilir. Bu
məxsusi qaydalar da diplomatlara olan xüsusi önəm və
diqqətdən irəli gəlir. Diplomatlar üçün təyinat razılıqlarının
alınması və təqdimat (etimadnamələrin və övdətnamələrin
201
təqdim olunması) halları da bu vəzifənin xüsusi əhəmiyyətini
üzərə çıxarır.
Səfir etimadnaməsi. Diplomatik Əlaqələr haqqında
Vyana Konvensiyasına görə (maddə-13, bənd 2), etimad-
namələrin verilməsində və onların təsdiq olunmuş surətlə-
rinin təqdim olunmasında nümayəndəlik başçısının gəlmə
saatı və günü ilə müəyyən olunur.
Səfir övdətnaməsi. Səlahiyyət müddəti başa çatmış
diplomatik nümayəndəliyin rəhbərinin akkreditə olunan
dövlətin rəhbərinə təqdim etdiyi sənəddir. Burada diplomatik
nümayəndəliyin rəhbərinin səlahiyyət müddətinin baş çatdığı
vaxt öz əksini tapır.
Diplomatların təyinatı çoxtərəfli (burada bir neçə
ölkəyə
təyin
olunma,
bir
ölkəyə
və
təşkilatdakı
nümayəndəliyə təyin olunma, bir neçə ölkəyə xüsusi missiya
göndərmə və s.) əsaslarla da ola bilər. Çoxtərəflilik
məsələsinə də iki aspektdən yanaşmaq olar: birincisi, bir
şəxsin iki və ya bir neçə dövlət tərəfindən bir dövlətdə və ya da
beynəlxalq təşkilatda akkreditə məsələsi; ikincisi, bir dövlətin
diplomatının bir və ya bir neçə dövlətdə və ya da təşkilatda
(burada bir dövlət və bir təşkilat da mümkündür) təmsil
olunmaq məsələsi. Bu baxımdan, Dövlətlərin universal
xarakterli beynəlxalq təşkilatlarla əlaqələrində nümayən-
dəliyi haqqında 14 mart 1975-ci il tarixli Vyana Konven-
siyasına (maddə 8) görə, göndərən dövlət bir şəxsi nümayən-
dəliyin rəhbəri kimi iki və ya bir neçə beynəlxalq təşkilatda
akkreditə edə bilər və ya da özünün digər nümayəndəliyinin
rəhbərini həm də beynəlxalq təşkilatda akkreditə edə bilər.
İkinci məsələ ilə əlaqədar olaraq onu qeyd etmək olar ki,
Xüsusi missiyalar haqqında 8 dekabr 1969-cu il tarixli
Konvensiyaya əsasən (maddə 4), dövlət bir missiyanı (həmin
missiya nəzərdə tutulur) iki və ya bir neçə dövlətə göndərmək
arzusunda olarsa, bu barədə razılıq üçün hər bir dövlətə
müraciət edir. Beşinci maddəyə görə isə iki və ya da çoxlu
sayda dövlət başqa bir dövlətə ümumi missiya göndərmək
202
istəyərsə, onda razılıq üçün göndərilməsi nəzərdə tutulan
ölkəyə müraciət olunur. Diplomatların təyin olunmasında və
göndərilməsində vətəndaşlıq məsələləri də xüsusi önəm kəsb
edir. Belə ki, diplomatik fəaliyyəti və konsul fəaliyyətini
tənzim edən beynəlxalq konvensiyalara əsasən, göndərilən və
yaxud da təyin olunan diplomatlar, diplomatik nümayən-
dəliklərin rəhbərləri göndərən və ya da təyin edən dövlətin
vətəndaşları olmalıdırlar. Lakin istisnalar da mövcuddur, belə
ki, Konsul əlaqələri haqqında Vyana Konvensiyasının 18-ci
maddəsinə görə, iki və ya bir neçə dövlət, qəbul edən
(akkreditə olunan) dövlətin razılığına əsasən, bir şəxsi razılıq
bildirən dövlət ərazisində konsul təyin edə bilər. Bu halda
konsul iki dövləti təmsil edir. Bununla yanaşı, Diplomatik
əlaqələr haqqında Vyana Konvensiyasının altıncı maddəsinə
əsasən, iki və ya bir neçə dövlət təyin olunan dövlətin razılığı
olarsa, bir şəxsi həmin dövlətdə akkreditə edə bilər. Bu zaman
həmin şəxs iki və ya bir neçə dövlətin rəsmi nümayəndəsi
olacaqdır. Eyni zamanda beynəlxalq təşkilatlarda təmsil
olunma məsələsində də qeyd olunur ki, iki və ya da bir neçə
dövlət bir şəxsi bir beynəlxalq təşkilatda akkreditə edə bilər.
Diplomatik immunitet və imtiyazlar
Xüsusi missiya haqqında Konvensiyada qeyd olunur ki,
xüsusi missiyaya aid olan imtiyaz və immunitetlər ayrı-ayrı
şəxlsərin mənafeyini təmin etmək üçün yox, təmsil olunan
dövlətin özünəməxsus qaydada xarakterinədən irəli gələn
missiyanı yerinə yetirmək üçün xüsusi missiyanın funksiya-
larının səmərəli qaydada yerinə yetirilməsi üçündür.
1
1
Конвенция о специальных миссиях и факультативный протокол. 8
декабря 1969 года. Действующее международное право. В трех томах.
Том первый. Составители проф. Ю.М.Колосов и проф. .С.Кривчикова.
М.: Издательство Московского независимого института
международного права, 1996.-864 с., ss.562-582.
Dostları ilə paylaş: |